Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3265/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 780/2024 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X10 ilə Cavabdeh1 (etibarnamə əsasında əvəzinə Cavabdeh2) arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı alqı-satıqı müqaviləsinə əsasən X10 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 8a saylı evin, 27 saylı mənzilini 155.000 manat pula Cavabdeh1 satmışdır. Mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyəri X12 ödənilmişdir. Bundan sonra Cavabdeh1 mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda da mülkiyyətindədir. X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus olan 153.876,68 manat məbləğində pulun bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmiş və həmin şəxslərin tapılaraqcinayət məsuliyyətinə cəlb edilib, ona vurulmuş xərərin qaytarılmasını xahiş etmişdir. Qeyd edilən ərizəyə uyğun olaraq araşırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə Yasamal rayon Polis idarəsinin 27-ci Polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda gələcəkdə X14 müəyyən edilib izahatı alındıqdan sonra qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunmasından ötrü Yasamal rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Həmin qərara əsasən qeyd edilən mənzilin aşağı qiymətə satılmasının, Artyom və Qleb adlı şəxslərin şəxsiyyətlərinin və onların eyni və ya ayrı-ayrı şəxslər olmasının müəyyən edilməsi, faktiki olaraq Ukrayna Respublikasında olan X14 izahatının alınması mümkün olmadığından cinayət əməlini sübuta yetirmək mümkün olmamış və bu səbəbdən cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 (əvəzinə Cavabdeh2) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ serialı, ******* saylı müqavilənin və xx.xx.2023-cü il tarixli Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilə dair onunla Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsində tanış olduğu hazırda şəxsiyyəti məlum olmayan Artyom adlı şəxs ilə kriptovalyuta əldə etmək barədə razılaşmışlar. O, Artyom adlı şəxs ilə razılaşmışdır ki, mənzili sataraq müvafiq pul məbləğini ona ödəyəcəkdir. Lakin, o, mənzilin satılması barədə hər hansı xəbər yerləşdirməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə özünü makler Siyavuş kimi təqdim edən şəxs mobil telefon vasitəsilə ona zəng etmiş və satışa qoyulmuş mənzili almaq üçün evə baxmağa gəlmək istədiyini bildirmişdir. İki gün sonra evə baxdıqdan sonra makler Siyavuş və müştəri qismində cavabdehlə xx.xx.2023cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontorunda görüşərək, mənzili 153.876,68 manata satmışdır. Həmin pulu o, bank hesabında saxlamışdır. Həmin günün səhəri Artyom adlı şəxs kriptovalyuta alacağı bəhanəsi ilə pulu bank hesabından çıxararaq ələ keçirmişdir. O, hesab edir ki, Artyom adlı şəxs ilə cavabdehlər əlbir olaraq onun mənzilini ələ keçirmişlər. Hazırda mübahisə predmeti olan mənzildə yaşayır və bütün əşyaları mənzildədir.
4. Bundan sonra Cavabdeh1 X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, X5 ona məxsus ünvan 1 ünvandakı mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil X10 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən qanuni əsaslarla əldə edilmişdir, hazırda da onun mülkiyyətindədir. Həmin müqaviləyə əsasən X10 mənzili 7 gün müddətində, yəni xx.xx.2023-cü il tarixədək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərini təşkil edən 155.000 manat məbləğində pul da onun tərəfindən ödənilmiş və X23 Tağı bu məbləği almışdır. Onun sonradan bu məbləği hər hansı başqa şəxsə verməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Hazırki iddianın qaldırılmasında əsas məqsəd də X5 mənzilin ona təhvil verilməsini yubatmaqdır. Nəticədə, onun mülkiyyətçi olaraq mülkiyyət hüquqları pozulur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 780/2024 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasınin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin İddiaçı tərəfindən boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. (hakim X18)
7. Məhkəmə ilk iddianı rədd edərkən qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilə notarial qaydada bağlanmışdır, yəni forma tələblərinə əməl edilmişdir. Həmçinin, müqavilənin məzmunu düzgün formada tərtib edilmiş, məzmunla bağlı qüsur mövcud deyildir. Müqavilənin subyekt tərkibi tam qanunidir, yəni, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli şəxslər olmaqla müstəqil subyektdirlər. Həmçinin, alıcının nümayəndəsinin qanuni əsaslarla təmsilçilik səlahiyyəti mövcuddur (müqavilə həm də alıcı tərəfindən bəyənilir). Müqavilə üzrə iradə qüsurluluğu müəyyən edilmir. Belə ki, X5 xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında mübahisənin faktiki halları barədə verdiyi izahat formalı məlumatları məhkəmə əsas götürür. Həmin izahata əsasən müəyyən edilir ki, X10 mənzilin qiyməti və alqı-satqı barədə cavabdehlə razılaşmış, bununla bağlı müqavilə üzrə iradə ifadəsini həyata keçirmiş, onun aldadılması, ona təzyiq edilməsi halları mövcud olmamış, alqı-satqı baş tutduqdan sonra pul məbləği onun bank hesabına köçürülsə də, bir gün sonra hazırda şəxsiyyəti məlum olmayan şəxs (lər) tərəfindən mənimsənilmişdir. Belə ki, mənimsənilmənin faktiki əsasını Hüseyn X1 almaq məqsədi ilə həmin şəxs(lər)lə razılaşması olmuşdur. Müəyyən edilir ki, Hüseyn X7 şəkildə öz iradəsini ifadə etməklə cavabdehlə alqı-satqı münasibətlərinə daxil olmuşdur. Məhkəmə X6 izah etmişdir ki, ona vurulmuş zərərlə bağlı müvafiq şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Məhkəmə mövcud hüquq münasibətləri baxımdan X10 ilə Cavabdeh1 arasındakı alqı-satqı münasibətlərini və X10 ilə sosial şəbəkələr vasitəsilə tanış olduğu Artyom adlı şəxs ilə tapşırıq müqaviləsi münasibətlərini ayırmışdır. Münasibətlərin tərəfləri fərqli subyektlər olmaqla münasibətləri hüquqi və faktiki əsasları da tamamilə fərqlidir. Subyektlər öz əməllərinə görə hüquqi məsuliyyət (konstitusion, mülki, cinayət, inzibati, intizam məsuliyyəti) daşıyırlar. Hər hansı subyektinin əməlinin məsuliyyətinin digər subyektin üzərinə qoyulması yolverilməzdir. Həmçinin, onun aldadılması faktı mövcud ola bilər və bu ehtimal yüksəkdir. Lakin, bu o demək deyildir ki, hazırki mübahisə predmeti olan müqavilə etibarsızdır. Müqavilənin etibarsızlığını təsdiq edən əsaslı dəlillər məhkəməyə təqdim edilməmiş, Artyom və Qleb adlı şəxslərin Cavabdeh1 ilə əlbir olması və ya Cavabdeh1 İddiaçı aldatması sübuta yetirilmir. Mənzilin satışa qoyulması barədə elanın olmamasına baxmayaraq, satıcıya zəng edilərək mənzilin satılması barədə ofertasının (təklif) cavabdehlər tərəfindən qəbul edilməsi (bu doğru olsa belə, təkbaşına müqavilənin etibarsız hesab edilməsi üçün yetərli deyildir), bununla da şəxslərin bir-biri ilə əlbir olması iddiası mülahizə xarakteri daşıyır və sübuta yetirilmir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə ümumiyyətlə təmin edilə bilməz. Çünki, sonuncu alqı-satqı müqaviləsinin müstəqil subyekti deyildir, yalnız təmsil edilənin adından və təmsil edilənin hesabına nümayəndə qismində münasibətlərə daxil olmuşdur. Yəni, Cavabdeh2 müqavilə tərəfi deyildir.
8. Məhkəmə qarşılıqlı iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir (“Elektron məhkəmə” informasiya sistemində də bu barədə qeydlər mövcuddur). Mülkiyyət hüququnun yaranması əsası qismində hazırki mülki iş üzrə mübahisə predmeti olan alqısatqı müqaviləsi çıxış edir. Reyestrin məzmununun həqiqiliyi prezumpsiyasını məhkəmə əsas götürmüş və hesab etmişdir ki, subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. Alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə əməl edilsə də, satıcı İddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili alıcıya təhvil verməmişdir. İddiaçı zərər vurulması faktı mülkiyyətçinin mülkiyyət hüququna maneəçilik törədilməsi üçün əsas ola bilməz. Ədalətsizliyi başqa bir ədalətsizliklə aradan qaldırmaq prinsip etibarilə yanlışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 140-cı, 157-ci, 337-ci, 339-cu, 340.1-ci, 359.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, aldadıldığını və nəticədə pul vəsaitinin əlindən çıxacağını bilsəydi, alqı-satqı müqaviləsini bağlamazdı. Başqa sözlə, onun alqı-satqı müqaviləsi üzrə iradəsi aldadılma nəticəsində formalaşmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, ona vurulmuş zərərlə bağlı müvafiq şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra onlara qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Dolayısıyla məhkəmə onun aldadılma faktını özüözlüyündə müəyyən etmişdir. Belə olan halda iddia tələbinin təmin edilməməsi tam əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tanış olduğu və onu aldadaraq pulunu ələ keçirən Artyom adlı şəxslə, Siyavuş və Cavabdeh1 adlı şəxslərin aldatma ilə bağlı vahid iradəsini hər hansı əsas olmadan istisna edir. Halbuki o, Artyom adlı şəxslə yazışdıqdan sonra makler Siyavuş adlı şəxsin onunla evin alqı-satqısı üçün əlaqəyə keçməsi, eyni zamanda evin vəsaiti hesabına köçdükdən sonra vəsaiti nağdlaşdırmamağı ona tövsiyyə etmələri elə cavabdehlərin də onun aldadılmağında, həmçinin alqı-satqı baş tutduqdan sonra Artyom adlı şəxsin o, məlumat vermədən bütün bunlardan məlumatlı olaraq onu təbrik etməsi onların vahid iradə ifadəsini həyata keçirdiyinin sübutudur. Həmçinin məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, onun aldadılma faktı mövcuddur və bu ehtimal yüksəkdir. Bununla da məhkəmə əqdin bağlanılması zamanı aldadıldığını böyük ölçüdə qəbul etmişdir. Lakin əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan hüquqi mövqeləri də nəzərə almadan iddianın təmin edilməməsi barədə əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı işin faktiki hallarına istinad edərək və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İlk iddia üzrə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu tərəflərin, habelə Bakı şəhəri 12 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyəti ilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 8a saylı evin, 27 saylı mənzili X5 mülkiyyətində olmuşdur. Həmin mənzil aralarında bağlanmış və Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən 155.000 manat məbləğində pula Cavabdeh1 satılmış və müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaiti X10 tərəfindən qəbul edilmişdir. Həmin müqaviləni alıcı Cavabdeh1 adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 imzalamışdır. Bundan sonra həmin mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixldə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
26. Hazırda X10 alqı-satqı müqaviləsinin Artyom adlı şəxs tərəfindən aldadılması nəticəsində bağlandığını, cavabdehlərin də həmin şəxslə əlbir olduqlarını və Artyom adlı şəxs tərəfindən aldadılması ilə alqı-satqı müqaviləsinin bağlanması arasında səbəbli əlaqədə olduğunu iddia edir və alqı-satqı müqaviləsinin, habelə onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh1 alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlandığını, müqavilə tərəfinin hər hansı üçüncü şəxs deyil, birbaşa özü olduğunu, nəticədə onların, xüsusilə də hüseyn X3 iradəsi əsasında müqavilənin bağlandığını, mənzilin dəyərinin də hər hansı üçüncü şəxs deyil, birbaşa onun özü tərəfindən qəbul etdiyini bildirir və qeyd edilənlərə əsasən ilk iddianın əsassız olduğundan rədd olunmasını xahiş edir. Eyni zamanda, mübahisəli mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, X10 tərəfindən ona bügünədək təhvil verilmədiyini, nəticədə mülkiyyət hüquqlarının pozulduğunu iddia edir və sonuncunun mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq, ona təhvil verilməsini tələb edir.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aldatma dedikdə, şəxsə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində şəxsdə əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (şəxsə yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (hərəkətsizlik - əqdin realizə olunmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susulması).
29. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası vurğulayır ki, hazırki mübahisə üzrə X10 aldadıldığını bildirsə də, həmin aldadılmasını sübut edən və qeyd etdiyi aldadılma halının mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsinin bağlanılmasına səbəb olmasını, yəni aldadılma ilə alqı-satqı müqaviləsinin bağlanması arasında səbəbli əlaqəni təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halların mövcudluğunu sübut etmək vəzifəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından bilavasitə bu mövqedən çıxış edən X5 üzərinə düşür.
30. Məhkəmə kollegiyası tərəfindən mübahisəli alqı-satqı müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir.
31. Hüquqi nəticə etibarı ilə X10 mənzilin alqı-satqı müqaviləsində göstərilən dəyərini qəbul etmiş, bununla da qeyd edilən məbləğ onun mülkiyyətinə keçmişdir. Bundan sonra onun bu məbləği hər hansı başqa şəxsə ötürməsi artıq onun öz mülkiyyətində olan pul vəsaitinə sərəncam verilməsi kimi qiymətləndirilir. Hər bir halda, İddiaçı bu məbləği cavabdehlərin tapşırığı əsasında hər hansı başqa şəxsə verməyibdir. Əgər real olaraq istinad etdiyi Artem adlı şəxsə veribdirsə də, onunla aralarında olan razılaşmaya əsasən veribdir. Onun aldadılma ilə bağlı istinad etdiyi şəxslərlə cavabdehlər arasında hər hansı əlaqənin olması öz təsdiqini tapmır. Onunla Artem adlı şəxs arasında mövcud olması ehtimal edilən hər hansı razılaşmanın nəticəsi olaraq mülkiyyətində olan mənzilin məhz Cavabdeh1 tərəfindən alınması faktı isə onların əlbir olmasını təsdiq etmir. Qeyd edilənlər X5 ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon 27-ci Polis şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. Belə ki, həmin araşdırmanın nəticə olaraq da X5 cavabdehlər tərəfindən aldadılması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən evlərin alqısatqısı ilə məşğul olan Şahid ifadəsi ilə də X10 ilə hər hansı başqa şəxs arasında sövdələşmənin olması, ümumiyyətlə mənzilin satılması səbəbləri barədə cavabdehlərin hər hansı məlumatının olmaması sübuta yetir. Belə ki, mənzilin satılması ilə bağlı bu şəxsə müraciət edilsə də, cavabdehləri bu işlə məşğul olan başqa, Tapdıq adlı şəxs tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddia tələbinin əsassız olması və ilk iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
32. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Cavabdeh1 mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmış və bu baxımdan o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Buna baxmayaraq, həmin mənzildə bügünədək X10 yaşayır, mənzil onun istifadə və sahibliyindədir. Halbuki, onun bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla Cavabdeh1 arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə onun mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Bu vəziyyətin qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə Cavabdeh1 konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. O, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Halbuki, X10 xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin 11-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixədək Cavabdeh1 faktiki sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Hüquqi nəticə etibarı ilə X10 mövcud vəziyyətdə üzərinə götürdüyü öhdəlikləri icra etmir.
33. Bununla belə, hər hansı hüquqi əsas olmadan onun Cavabdeh1 iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən X11 mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, habelə X5 onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün sonuncunun həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və o, Cavabdeh1 mülkiyyətində olan həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq, yəni X6 məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq Cavabdeh1 təhvil verilməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 münasibətdə də mövqeyini əsaslı və qanuni hesab edir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X5 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu , X6 aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-780/2024 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.