Məhkəmə qərarları › İş №2(103)-3275/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3275/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3275/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(011)-9049/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 oktyabr 2017, 24 noyabr 2017-ci il tarixli tapşırıq müqaviləsinin öhdəliklərini icra etməməsinin qanunsuz hesab edilməsi, 250 manat xidmət haqqı, 500 manat imtina zamanı ödəməli olması əsası ilə ümumilikdə 750 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 oktyabr 2017-ci il tarixdə iddiaçı cavabdehlə tapşırıq müqaviləsi bağlayaraq X2 verilmiş pul müqabilində evin tələbi predmetində 500 manat xidmət haqqı ödənişi razılaşmışlar. Cavabdeh 250 manat ödəsə də, məhkəmə qətnaməsi qəbul edildikdən sonra pulun qalan hissəsini ödəməkdən yayınmışdır. Cavabdehin 04 oktyabr 2017-ci il tarixdə etibarnamə verməsi ilə iddiaçı məhkəmədə onu təmsil edərək onun işini aparmışdır. İşin aparılması uğursuz nəticələnmiş, 14 dekabr 2017-ci il tarixdə qətnamə elan edildikdən sonra əlaqələr kəsilmişdir. Müqavilənin şərtlərinə əsasən pul tələbi yox, verilmiş pulun müqabilində ev tələbi tapşırıq verənin arzuladığı tələb olmuşdur. Cavabdeh işin nəticəsindən asılı olmayaraq işin aparılması haqqı olaraq 500 manata razılaşmışdır.İddiaçı nəticənin olmamasına görə göstərdiyi xidmətlə heç bir məsuliyyət daşımır. Müqavilənin şərtindən göründüyü kimi müqavilə bağlanan anda 250 manatın ödənilməsi qeyd edilmişdir. Cavabdeh bir müqavilə yox, iki müqavilə ilə bağlı öhdəliklərini icra etməmişdir. Digər müqaviləni də məhkəmənin gedişatında 24 noyabr 2017-ci il tarixdə bağlamaqla artıq mənzildən başqa mənzil haqqına dair pul vəsaitinin tələb edilməsini də əlavə etmişdir. Bu müqaviləni də öz xətti ilə yazaraq imzalamışdır. İddia ərizəsinə əlavə edilmiş 04 oktyabr 2017 və 24 noyabr 2017-ci il tarixli tapşırıq müqavilələrindən görünür ki, cavabdeh əvvəlcə ev tələbi ilə, sonra “isə və ya” bağlayıcısı qoymaqla alınmış pul vəsaiti əsasında bügünkü qiymətlə pul tələbinə dair hərəkətlərin edilməsini müqavilənin predmeti etmişdir. İddia ərizəsinə əlavə edilmiş, iddia ərizəsinin surətindən görünür ki, cavabdeh məhkəmədə mənzil tələbi irəli sürür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(011)-9049/2019 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilərək, 04 oktyabr 2017-ci il və 24 noyabr 2017-ci il tarixli tapşırıq müqavilələrinin öhdəlikləriniicra etməməsi qanunsuz hesab edilməklə, Cavabdeh 250 manat xidməthaqqı, 500 manat imtina zamanı ödəməli olması əsası ilə ümumilikdə 750 (yeddi yüz əlli) manatpul vəsaiti alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq AzərbaycanRespublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam olaraq rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vəkillik statusu olmadığı halda, ona hüquqi yardım göstərilməsi barədə tapşırıq müqaviləsi bağlamışdır. İddiaçı birinci tapşırıq müqaviləsi üzrə məhkəmədə iştirak edərkən, onu çıxılmaz vəziyyətə qoymuşdur. Tapşırıq müqaviləsinin məzmunundan da görünür ki, iş tapşırıq verənin maraqlarına uyğun həll olunmalıdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, ondan hər hansı pul tələb edə bilməz. İkinci müqavilə üzrə iddiaçı ona hər hansı iş görməmişdir. İddiaçının sonuncu iddia ərizəsi ona təqdim olunmamışdır. Onun yalnız 250 manat iddia tələbi ilə bağlı məlumatı olmuşdur. Məhkəmənin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izihatında əlavə olaraq qeyd etdi ki, o, birinci müqavilə üzrə iddiaçıya 250 manat pul vermişdir. İş üzrə iddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, 04 oktyabr 2017-ci il və 24noyabr 2017-ci il tarixli tapşırıq müqavilələrinin öhdəliklərini icra etməməsi qanunsuz hesabedilməklə Cavabdeh 250 manat xidmət haqqı, 500 manat imtinazamanı ödəməli olması əsası ilə ümumilikdə 750 manat pul vəsaiti alınaraq iddiaçı AğamalıyevHakim Əkbər oğluna ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(011)-9049/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 04 oktyabr 2017-ci il və 24 noyabr 2017-ci iltarixlərdə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsi bağlanmış, 500 manat məbləğində pulunödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh birinci müqavilə üzrə 250 manat məbləğində pulu iddiaçıyaödəmişdir. İkinci müqavilə üzrə isə pulödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılıformada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrinmüəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasımüqavilə sayılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıvə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmışmüqavilə əsasında iddiaçıdan xidmət almaq hüququna malik olduğu kimi, eyni zamanda həminxidmətin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilənmüqavilə əsasında xidmət almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidmətin dəyəriniödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı 04.10.2017-ci il tarixli müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.10.2017-ci il tarixli tapşırıq müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqavilə üzrə 500 manat ödənilməli olduğu halda, 250 manat ödənilmişdir. Buna görədə, iddiaçı 04.10.2017-ci il tarixli müqavilə üzrə göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasınıtələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, 24.11.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən tapşırıq müqaviləsi üzrə cavabdehə hüquqi yardım göstərilməsi iş materialları ilə müəyyən olunmur və iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçının özünün 24.10.2017-ci il tarixli pretenziyasından görünür ki, o, 500 manat xidmət haqqının ödənilməmiş 250 manatını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir haldaməhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını vəqanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 04oktyabr 2017-ci il tarixli tapşırıq müqaviləsinin öhdəliklərini icra etməməsi qanunsuz hesabedilməklə Cavabdeh 250 manat xidmət haqqı olan pul vəsaiti alınaraq iddiaçı AğamalıyevHakim Əkbər oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə- müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasənməhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manatməbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, cavabdehdən 10 manat dövlət rüsumu tutularaq AzərbaycanRespublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(011)- 9049/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 04 oktyabr 2017-ci il tarixli tapşırıq müqaviləsinin öhdəliklərini icra etməməsi qanunsuz hesab edilməklə Cavabdeh 250 (iki yüz əlli) manat xidmət haqqı pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq AzərbaycanRespublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar