Məhkəmə qərarları › İş №2(103)-3279/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3279/2022

25.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3279/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil1, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 şəxs ilə, Ərizəçi İddiaçı Mirzəmməd oğlunun Bakı şəhəri 10 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası tələbinə diar” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(010)- 6202/2021 saylı qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Ərizəçi İddiaçı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi (Məişət kimyası və tikinti materialları “A” tikilisi 208.8 kv.m, “B” tikilisi 1717,8 kv.m, cəmi 1926.6 kv.m) ünvanda yerləşən əmlaka vərəsə kimi mirasın qəbul edilmə müddətinin buraxılmasını üzürlü hesab edib mirasın qəbul müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(010)- 6202/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, 28.11.2009-cu il tarixdə vəfat etmiş X2 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ərizəçi İddiaçı tərəfindən ötürülməsi üzürlü hesab edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10 saylı Notariat Ofisinə həvalə edilmişdir. Maraqlı şəxs işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən tərəflərindən verilmiş apelyasiya şikayətini geri götürdüyünü bildirərək, ərizənin nəzərə alınmasını və iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi-vəkili ərizənin nəzərə alınmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və Maraqlı şəxs münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(010)-6202/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar