Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-329/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququndan imtina etməsinə dair iradə ifadəsinin olmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Ramazanov X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi və X11 üçüncü şəxs qismində cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2023 saylı, 12 may 2023-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı, 300477 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 893 nömrə ilə qeyd aparılmışdır.
2. Vİİ-ЖГ seriyalı, 252683 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X2, anası Cavabdeh2dır.
3. ЦГ-ЖГ seriyalı, 393705 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X2, anası Cavabdeh2dır.
4. Vərəsəlik işində olan: xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh2, xx.xx.2022-ci il tarixdə ölmüş əri X6 ölümündən sonra irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələri, habelə digər əmlak hüquqları üzrə mirasın ona çatası hissəsindən oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir.
5. xx.xx.2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh1 notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan irs qalmış əmlakı qəbul etmiş, mirasın tərkibinə daxil olmuş əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ondan başqa Cavabdeh2 (anası) vərəsə olduğunu qeyd etmişdir.
6. AC seriyalı 060024 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, **-SE-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN POLO minik” markalı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır.
7. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X6 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AC seriya və 060024 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “VOLKSWAGEN POLO minik” markalı, WVWZZZOHZ4U029712 ban nömrəli, buraxılış ili 2004-cü il olan, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
8. 26.12.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaka dair 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən 2V-89 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyini, həmin vərəsəlik işi ilə əlaqədar olaraq 10 gün müddətində məhkəməyə müraciət edəcəyini, həmin vərəsəlik işi ilə əlaqədar əlavə vərəsəlik haqqında şəhadətnamə verilməməsini xahiş etmişdir.
9. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2na qardaşı Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası MM-in müvafiq maddələrinin tələblərinə baxmayaraq, onun tərəfindən nə notariat ofisinə mirasın qəbul edilməsinə dair ərizə, nə də mirasın qəbulu müddətində miras əmlakının faktiki idarəsinə dair sənədlər və sübutlar təqdim edilmədiyi bildirilmişdir. Həmçinin qardaşı Cavabdeh1 tərəfindən verilmiş mirasın qəbul edilməsinə dair ərizədə vərəsələr barəsində məlumat təqdim edilərkən yalnız miras qoyanın arvadı - Cavabdeh2 vərəsə kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, mirası qəbul etmiş vərəsəyə xx.xx.2022-ci il tarixli, 2V-89 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmiş, mübahisə ilə bağlı müvafiq məhkəmə orqanına müraciət olunması tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisini üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlamış olduğu alqı-satqı müqavilələrinin və eyni zamanda özgəninkiləşdirmə nəticəsində digər şəxslər tərəfindən avtomobilə dair alınmış texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası Cavabdeh2dır. X2 xx.xx.2022-ci il tarixdə vəfat edib. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 24 dekabr 2022-ci ildə AZ-İİ seriyalı, 300477 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Atasının mülkiyyətində “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili idarə etmək üçün atası tərəfindən onun adına 2024-cü ilədək qüvvədə olan etibarnamə verilmişdir. Atası vəfat etdikdən sonra qardaşı Cavabdeh1 ondan gizli 20 iyul 2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş və 30 noyabr 2022-ci ildə onun adına “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair miras əmlakdan tam hissədə pay almaq barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qardaşı Cavabdeh1 bu qanunsuz hərəkəti qanun üzrə vərəsə kimi onun hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh1 bu qanunsuz hərəkətindən xəbər tutduqdan sonra xx.xx.2022-ci ildə o, yuxarıda göstərilən notariat ofisinə müraciət etmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinin notariusu X9 tərəfindən ona göndərilən məktubda Mülkü Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edilərək Cavabdeh1 tərəfindən vərəsəliyin tanınması barədə ərizə ilə notariat ofisinə müraciət edildiyi, ərizədə miras qoyanın arvadı Cavabdeh2 adının vərəsə kimi göstərildiyi və Cavabdeh1 tərəfindən mirasın faktiki qəbul edildiyi bildirilir. Həmin vaxt sözügedən avtomobil onun idarəçiliyində olmuşdur. Göründüyü kimi onun qanun üzrə vərəsəlik hüququ qəsdən pozulub və ona görə də Cavabdeh1 adına verilmiş 30 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız sayılmalıdır.
12. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, miras qoyan (ata) X3 olduqda, İddiaçı atası ilə birgə yaşamayıb, ailədə daxili münaqişə yaradaraq dalaşıb və evi tərk edib. Ata Cavabdeh1 müalicəsi, qulluğu ilə bağlı xərclər, məişət, gündəlik ehtiyacları və digər zəruri xərclər mərhumun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 tərəfindən qarşılanıb. Məhkəmə prosesinin hazırlığı zamanı İddiaçı özü də atasının ölümündən xəbərdar olması və onun yas mərasimində iştirak etməsi barədə izahat vemişdir. Bu isə o deməkdir ki, İddiaçı atasının (miras qoyanın) ölümündən xəbərdar olmuşdur. Belə olan halda o, atasının ölümündən sonra miras məsələsi ilə bağlı işin açılması üçün notariusa müraciət etməli idi. Lakin bütün bu hallara baxmayaraq, İddiaçı notariusa müraciət etməyib, miras əmlakın bölüşdürülməsini istəməyib, onun əmlakda marağı olmayıb. Miras qoyan sağlığında Cavabdeh1 mülkiyyətində olan avtomobilin idarə olunması, istifadəsi, həmçinin bütün daşınar və daşınmaz əmlakların istifadə və idarə olunması ilə bağlı etibarnamələr vermişdir. Bu da o deməkdir ki, mərhum mülkiyyətində olan əmlakların istifadə və idarəsini özünün də iradəsi və razılığı olmaqla rəsmi formada oğlu Cavabdeh1 həvalə etmişdir. Qeyd edilən hallardan göründüyü kimi mübahisə predmeti olan “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 idarəsində olmuşdur. Bu faktı iş üzrə keçirilən məhkəmə baxışı zamanı İddiaçı ünvanlanan suala verilmiş cavab da təsdiq edir. Belə ki, İddiaçı verilən suala cavab olaraq bildirmişdir ki, miras qoyan vəfat edən ərəfədə (may ayının sonunda) **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 idarəsində olmuşdur. Bu da o deməkdir ki, Cavabdeh1 tərəfindən vərəsəlik üzrə miras əmlakı faktiki qəbul edilmiş və idarə olunmuşdur. Notarius tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə tam qanunauyğun şəkildə verilmişdir, hər hansı qanun pozuntusu mövcud deyildir. Belə ki, notarius qanunauyğun olaraq, 6 aylıq vərəsəlik üzrə müraciət müddətini gözləmiş, 6 ay bitdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Beləliklə, sadalananlara, iddiaçının izahatlarına, verilən suallara cavablarına və qanunun qeyd olunan maddələrinə əsasən, məhkəmədən iddianın tam rədd olunmasını xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2023 saylı, 12 may 2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün müraciətinə hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət olunmamışdır. Belə olan halda mübahisə edilən miras əmlak barəsində tam pay hüququ ilə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
15. Miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakın qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətinin olması öz təsdiqini tapmadığından, iddiaçı tərəfindən miras əmlakı heç faktiki olaraq da qəbul edilməmişdir. Belə ki, iddiaçının atasının ölümündən xəbərdar olması, miras qoyanın yas mərasimində iştirak etməsi onun mirasın açıldığından xəbardar olması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə iclasında iddiaçının vermiş olduğu izahata əsasən, ona miras əmlak olan avtonəqliyyat vasitəsinin faktiki olaraq atasının vəfatından sonra qardaşının istifadəsində olduğu məlum olduğu aydındır.
16. İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçı tərəfindən edilmədiyindən, iddiaçının mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmadığından, beləliklə də miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi verilmiş şəhadlətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan, prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi həmin hissələrdə də təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145, 1146, 1159.1.1, 1243.2 və 1243.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
19. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun və oğlunun mobil nömrələri Cavabdeh1 vardı. Notarius onu tapa bilməyəndə zəng edib notariusu məlumatlandıra bilərdi. Notariusdan ona gələn məktubda Riadın digər vərəsə kimi yalnız anasını qeyd etdiyi görünür. Onun qanun üzrə vərəsəlik hüququ cavabdehlər tərəfindən qəsdən pozulmuşdur. Nə cavabdehlər tərəfindən çağırılmayıb, nə də ki notarius tərəfindən dəvət olunmayıb. Özlüyündə görünən odur ki, notarius vərəsəlik işini apararkən qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda artıq vərəsəlik işi açılanda maşının harada olması, ümumiyyətlə avtomaşının mövcud olması araşdırılmamışdır. Çünki notarius işi açılan vaxtı avtomaşın onun istifadəsində olmuşdur. Artıq onun miras əmlakı faktiki olaraq qəbul etdiyi bir vaxtda vərəsəlik şəhadətnaməsi verilməklə qanun pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, digər vərəsə notariusa müraciət etdikdən sonra notariat orqanı vərəsələrin dairəsini müəyyən etməli və həmin vərəsələri notariusa dəvət etməli idi. Onların fikri öyrənilməli, əgər mirasın qəbulu zamanı mübahisə vardısa onda notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar qəbul olunmalı və bu qərar tərəflərə təqdim olunmalı idi. Görünən odur ki, Notariat kontoru buna əhəmiyyət verməmişdir. İşə baxan məhkəmə isə bu xüsusatları aydınlaşdırmamışdır. İş üçün əhəmiyyətli hallar kifayət qədər olmuşdur. Məhkəmə bu xüsusatları aydınlaşdırmamışdır. Avtomşının iddiaçının istifadəsində olması iş materialları ilə sübut olunduğu halda məhkəmə buna əhəmiyyət verməmişdir. Dəfələrlə qeyd olunmuşdur ki, avtomaşın miras açılan vaxtı və notariat hərəkətləri aparılan dövrdə iddiaçının istifadəsində olmuşdur. Bu onu deməyə əsas verir ki, miras faktiki olaraq iddiaçı tərəfindən qəbul olunmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçı istifadəni qanunsuz etməmişdir. Belə ki, həmin avtomaşının idarə olunması üçün mərhum atası tərəfindən ona sürücülük hüququnu həyata keçirərək həmin avtomaşını idarə etmək üçün etibarnamə verilmiş və bu hüquqdan istifadə edərək avtomaşını idarə etmişdir. Bununla da miras əmlakı faktiki olaraq qəbul edilmişdir. Qeyd etdiyi hallar iş materialları ilə tamamilə təsdiq olunur. Lakin məhkəmə onun lehinə olan sübutlara qiymət verməmişdir. Əslində təmin olunan iddia sübutsuz və qərəzli olaraq təmin olunmuşdur. Məhkəmə yalnız formal mülahizələrə və cavabdehin qeyd etdiyi əsassız fikirlər əsasında qətnamə çıxarmışdır. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində iddianın tam təmin olunmaması ilə bağlı göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar sadalanmış, lakin düzgün qiymət verilməmişdir. İşdə olan sübutlarla iddia tələbi təmin olunmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelluyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, mübahisəli avtomobil artıq satılmışdır. Maşın “Eldar” adlı şəxsə satılmışdır. Qarşı tərəflə danışmır, heç bir əlaqəsi yoxdur. Hər hansı pul müqabilində barışıq əldə olunması mümkün deyildir. 1500-2000 manat pul verilməsinə razı deyil, maşın qanunsuz olaraq satılmışdır.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Ramazanov X16 apellyasiya şikayətini əsassız hesab etdyini bildirərək qeyd etmişdir ki, iddiaçının atasının rəhmətə getməsindən məlumatı olmuşdur, birinci instansiya məhkəməsində məlumat verdiyi kimi hüzrdə iştirak etmiş, müəyyən xərclər çəkmişdir. İddiaçı miras əmlakı qəsdən qəbul etməmişdir ki, müvəkkillərini incitsin. Qarşı tərəf hüququndan qəsdən sui-istifadə etmişdir, vərəsəlik hüququndan vicdanlı şəkildə istifadə etməmişdir. Maşının satılması ilə bağlı bildirmişdir ki, tərəflərin anası Cavabdeh2 ağır xəstə olduğuna görə maşını satmışdır. Maşın təqribi 4500-5000 manat satılmışdır. Maşın köhnə maşın idi və pulun hamısıını anasının müalicəsinə xərcləmişdir. Hazırkı vəziyyətdə tərəflər arasında barışıq əldə olunması mümkün deyil.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 bildirmişir ki, o, keçən il bankdan 9 min manat kreditə pul götürdü. Maşın axtaramaq üçün çox çalışdı, sonda “Turbo.az” saytında mübahisəli maşını gördü, zəng vurdu, 8900 manata maşını aldı. Maşın alğı-satqıdan əvvəl iki gün müddətində onun həyətində qaldı, o, maşını araşdırdı, maşın tər-təmiz idi, daha sonra alğı-satqı müqaviləsi bağlandı, maşını öz adına qeydiyyata aldırdı. 10 gün sonra isə Yasamal Rayon Polis İdarəsi tərəfindən onu saxladılar, maşın 3 ay dayanacaqda saxlanıldı. Məhkəmə gedişatı dövründə maşına həbs qoyulmamışdır, o, maşını aldıqdan sonra maşın əlindən alındı və 3 ay üzərinə həbs qoyuldu, nəticədə maşın ondan alındı.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 27.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 28.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 29.1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 30.1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 31.1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 32.1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 33.1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 34.1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
35. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 38.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 41.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 42.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-329/2024 saylı 17 setyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2023 saylı, 12 may 2023-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlamış olduğu alqı-satqı müqavilələrinin və eyni zamanda özgəninkiləşdirmə nəticəsində digər şəxslər tərəfindən avtomobilə dair alınmış texniki pasportun ləğv olunması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia baxılmamış saxlanılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin digər hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. 44.Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslanmış, iddiaçının atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakdan pay almaq hüququnun olmasına baxmayaraq qanunla müəyyən olunan müddətdə mirası nə faktik, nə də ki mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etməklə qəbul etməməsi səbəbindən iddianı rədd etmişdir. 45.İşə baxan məhkəmə kollegiyası 2(103)-4921/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka dair bağlanmış alqısatqı müqavilələrinin və texniki pasportun ləğv olunması” tələbinə dair 2(103)-4921/2023 saylı mülki iş üzrə icraatı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa olunması” tələbinə dair 2(005)-3058/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırmışdır. 46.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-241/2024 saylı 18 mart 2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarında əks olunan hüquqi mövqeyə uyğun olaraq mübahisə predmeti olan məsələnin Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün, mülki qanunvericilik tənzimlənməsindən çıxdığını, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirdiyini qeyd etmişdir. 47.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 48.Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qərara almışdır. 49.Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, mərhum X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X6 qanun üzrə birinci növbəli vərəsələridir. Cavabdehlər mərhumun ölümündən dərhal sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh1 adına tərtib olunmasına nail olmuş, həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət edərək, sözügedən miras əmlakı tək vərəsə kimi qəbul etmiş, yəni “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına qeydiyyatdan keçirtmişdir. Sözügedən avtomobil daha sonra bir neçə dəfə müxtəlif şəxslərə özgəninkiləşdirilmişdir. 50.Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən iddianın rədd edilməsi qənaətinə gəlmiş, halbuki məhkəmə iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verməli idi. 51.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına və bu qərara uyğun formalaşmış məhkəmə təcrübəsinə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina, şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. 52.Beləliklə mülki qanunvericilik miras açıldığı andan, mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç (əlavə iki) ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. 53.İş materiallarından göründüyü kimi iddiaçının atasının ölməsi ilə yaranmış vərəsəlik hüququndan imtina etməsinə dair iradə ifadəsi olmamış, buna baxmayaraq mübahisələndirilən şəhadətnamə tərtib edilən zaman onun, mərhum X6 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən qanun üzrə birinci növbəli vərəsəsi olması faktı nəzərə alınmamış, vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməmişdir. Bu da 2V-89 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. 54.Belə olan halda da, şəxsin, mirası qəbul etməməsinə görə vərəsəlik hüququndan məhrum olması barədə birinci instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi barədə müddəalarına ziddir. 55.Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı təsbit edildiyindən, tərəflərin miras əmlakdakı payları da müəyyən edilməlidir. Belə ki, tərəflərin miras əmlakdakı paylarının müəyyən edilməsi əmlakından məhrum edilmiş iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.
56. Çünki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 57.Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, miras əmlak olan avtomobil mövcud vəziyyətdə tərəflərə hər hansı əşya hüququ ilə məxsus deyildir və hazırki qətnamə ilə də bu əmlakdakı tərəflərin paylarının müəyyən edilməsi onun hüquqi vəziyyətini dəyişdirmir, həmin avtomobilə münasibətdə hər hansı hüquqlarının əmələ gəlməsinə əsas yaratmır. 58.Beləliklə, tərəflərin miras əmlakdakı payı müəyyən edilməli, onlardan hər birinə qanun üzrə düşən pay müəyyən edilərkən vərəsələrdən Cavabdeh2, xx.xx.2022-ci il tarixdə ölmüş əri X6 ölümündən sonra miras qalmış “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatası hissəsindən oğlu Cavabdeh1 xeyrinə imtina etdiyi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının mərhum X2na məxsus olmuş “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh1 miras payı müəyyən edilməlidir. 59.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1062/2023 saylı, 12 may 2023-ci il tarixli qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə ləğv edilsin. İddia təmin edilsin. 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X1 məxsus olmuş “VOLKSWAGEN POLO minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh1 miras payı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova