Məhkəmə qərarları › İş №2(103)-3291/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3291/2023

22.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3291/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-150/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Satıcı İddiaçı alıcı Cavabdeh1 ilə bağladığı Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 29,74 kv.m olan Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 5A nömrəli binanın 60 saylı mənzilini 25500 manata satmışdır.

2. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia qismən təmin edilərək Cavabdeh2 12270 manat alınaraq mülki İddiaçı verilmiş, mülki iddianın 10000 manat mənəvi ziyanın ödənilməsi hissəsi təmin edilməmişdir. 3.Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı şəxsiyyəti istintaqa məlum olmayan Fazil adlı qohumunun Azərbaycan Respublikası Vergilər Nazirliyində yüksək vəzifəyə təyin ediləcəyini bildirib sonuncunu Vergilər Nazirliyində həmin şəxsin köməkliyi ilə işə düzəldəcəyini yalan vəd verərək İddiaçı etibarından sui istifadə edib ayrı-ayrı vaxtlarda onun 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində vahid niyyətlə Bakı şəhəri Xətai rayonu ərazisində 4600 ABŞ dolları, manat ekvivalenti ilə 7820 manat və 2600 manat pul vəsaitini, həmçinin 1500 manat dəyərində Geneve markalı qızıl qol saatını ələ keçirib zərəçəkmiş şəxs İddiaçı Vikorovnaya ümumilikdə 11920 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı ona olan inamından və etibarından sui-istifadə edərək sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarını yalan vəd verərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 2020-ci ilin fevral ayının 25-də Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olub vahid niyyətlə həmin pulun əvvəlcə 8000 ABŞ dollarını, manat ekvivalenti ilə 13600 manatını daha sonra hissə-hissə istintaqa dəqiq məlum olmayan vaxtlarda 6000 ABŞ dollarını, manat ekvivalenti ilə 10200 manatını Bakı şəhəri Nərimanov rayonu ərazisində Cavabdeh1 məxsus ofisdə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 5A mənzil 60-a dair Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən ona vurulmuş 10000 manat mənəvi zərərin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə və iddia ərizəsində göstərilən əsaslarla bağlı Cavabdeh1 barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Tələbdə göstərilir ki, uzun müddət ərzində tanıdığı şəxs Cavabdeh2 onun etibarından sui-istifadə edərək, birinci vitse prezidentin dəstək komandasından olmasını, tez-tez onun yanında olmasını, mütəmadi olaraq onun tapşırıqlarını yerinə yetirməsini əsas gətirərək qohumu Fazil adlı şəxsi vəzifəyə təyin etməsi üçün müxtəlif vaxtlarda, müxtəlif məbləğdə ondan pul almışdır. Cavabdeh2 ona məxsus qızıl qol saatını mənimsəyərək, onu işlə təmin edəcəyinə dair vədlər vermiş, sonradan isə onu aldadıb xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A saylı evin 60 saylı mənzilini bibisi Svetlana Quliyevanın və bir neçə tanış şəxslərin mənzillərini alqı-satqı vasitəsi ilə banka depozitə qoyaraq nəticədə iri məbləğdə bankdan pul götürülməsinə, həmin mənzillər bir aydan gec olmayaraq təzədən sahiblərin adına köçürülməsinə, bu prossesdə dəstək komandasının adamlarının iştirak etməsinə və həmin adamlar tərəfindən mənzillərin alınmasına, buna görə də, heç bir təhlükənin olmamasına onu inandırmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə onu Bakı şəhəri 11 saylı notariat ofisinə aparmış, xüsusi mülkiyyətində olan mənzilinə dair tanımadığı şəxslə arasında 25500 manata alqı-satqı müqaviləsi bağlamış, mənzili sonradan şəxsiyyəti ona məlum olan mülki iş üzrə cavadeh Cavabdeh1 girov qoymaqla 8000 ABŞ dolları pul götürmüşdür. 25500 manat puldan o, bir qəpik olsa belə götürməmişdir. Xeyli müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 faizə pul verəndir. Pərdələmək məqsədi ilə cavabdeh X2 ilə arasında xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A saylı evin 60 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, əvəzinə Cavabdeh2 Cavabdeh1 hər ay faizlə pul vermişdir. Bir müddət keçdikdən sonra, Cavabdeh1 ona zəng vuraraq, Cavabdeh2 tərəfindən hər ay 560 ABŞ dolları pul veriləcəyini bildirmiş, lakin həmin puldan 500 manat verməsini, 2020-ci ilin avqust ayında 520 manat faiz borcu qaldığını, əgər pulun qalığının və gələcəkdə faiz pullarının vaxtı-vaxtında ödənişini etməyəcəyi halda 25500 manat pulunun geri qaytarılmasını, əks halda mənzili satacağını, satışdan 25500 manatın Cavabdeh1 çatacağını, qalan pulun isə ona qaytaracağını demişdir. Formal olaraq alqısatqı keçirildiyini və həmin mənzilin faizçi tərəfindən girov kimi götürüldüyünü bilsəydi o, həmin əqdi bağlamazdı. O, hər iki cavabdeh tərəfindən aldadılmışdır. Bundan sonra o, dərhal Cavabdeh2 axtarmağa başlamış, onu tapa bilmədiyindən əlacsız qalaraq onun əməli barədə 2020-ci ilin dekabr ayında şikayət ərizəsi vermişdir. Nəticədə o, Bakı şəhəri Xətai rayon 36-cı Polis Bölməsinə dəvət olunmuş, orada müvafiq araşdırma aparıldıqdan sonra, axırıncı pul vermə əməliyyatı Binəqədi rayon ərazisində olduğundan material əvvəl Binəqədi rayon 5 saylı Polis Bölməsinə, sonra isə Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Orada müstəntiq Məmmədhüseyn Əliyev araşdırma aparmış, əsassız olaraq rədd qərarı qəbul etmiş, o, həmin qərardan prokurorluğa və sair instansiyalara şikayət verdikdən sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Məmmədhüseyn Əliyevin qərarı ləğv edilmiş, materialın araşdırılması yenidən həmin müstəntiq Məmmədhüseyn Əliyevə həvalə edilmişdir. İşi araşdıran Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi X1 Vadim Vaqifoviç barəsində 178.2.4-cü maddəsi ilə cinayət işi başlamışdır. Cavabdeh2 çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinə göndərilmişdir. Oktyabr ayında Cavabdeh2 Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılıb, bir neçə günə müstəntiq tərəfindən qətimkan tədbiri barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmiş, Cavabdeh2 barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Məmmədhüseyn Əliyev Cavabdeh2lə onu istintaq zamanı üzləşdirmiş, həmin zaman, Vadim bildirmişdir ki, evin alqı-satqısından olan 25500 manat pulu Cavabdeh2 şəxsən özü götürmüş və Cavabdeh1 2020-ci ilin mart ayından avqust ayına qədər hər ay 560 ABŞ dolları faizə pul ödəmişdir. Belə ki, 2021-ci ilin yanvar ayından avqust ayına qədər tanışı Gülya adlı qadın vasitəsi ilə 8000 manat pul Cavabdeh1 çatdırılmışdır. İstintaq zamanı Cavabdeh2 barəsində əlavə olaraq, Tərtər rayonunda iki nəfərin şikayətinə əsasən həmin cinayət işi davam etdirilməsi üçün Tərtər rayon Polis şöbəsinin İstintaq şöbəsinə göndərilmişdir. Cavabdeh1 sələmə pul verməklə qeyri-qanuni vergidən yayınmaqla məşğuldur. Cavabdeh1 külli miqdarda əsassız varlanmaqla qanunsuzluq edir. Müqaviləni birinci notarius təsdiq etməkdən imtina etdiyindən, Ruslanın dostu Əlinin tanıdığı notarius müqaviləni təsdiq etmişdir. İkinci notarius müqaviləni təcili təsdiq etmək üçün dedi ki, deyin ki, harasa uçursunuz. O, müqavilə bağlandıqdan sonra Ruslana 3000 ABŞ dolları verməmişdir. Mənzilin pulunu o, tam olaraq Vadimə vermişdir. Müqavilə bağlandığı gündən o, mənzilində yaşamaqda davam edir. Ona görə ki, Ruslanda alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını bilirdi, ona görə heç vaxt onu məznildən çıxarmaq üçün müraciət etməmişdir. Bundan başqa, bu məsələ başlayandan onda psixoloji problemlər yarandığından, gecələr yata bilmədiyindən, mənfi psixi reaksiyalar yarandığından, iztirab hissləri keçirdiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona mənəvi zərərə görə hər birindən 10000 manat tələb edir. Bu işlə bağlı faizə pul verməklə qanunsuzluq etdiyinə görə, eyni zamanda vergidən yayındığına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243cü maddəsinin tərkibi var. Qətnamə qəbul olunan zaman Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmalı və prokurora xəbər verilməlidir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-150/2023 saylı, 14 fevral 2023cü il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia tələbinin qismən təmin edilərək satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqına dair müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh1 adına verilmiş Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 5A nömrəli binanın 60 saylı mənzilinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi; Cavabdeh1 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması; Cavabdeh2 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı etibardan sui-istifadə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarına yalan vəd verərək İddiaçı məxsus Xətai rayonu Zığ şossesi 5A saylı evin 60 saylı mənzilini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində yerləşən 11 saylı Notariat Kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olması Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini alan xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmü ilə müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzalayarkən İddiaçı ilə Cavabdeh1 niyyəti də daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq olmamışdır. Belə ki, tərəflərin izahatlarından və tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, mənzilə dair alqı-satqı müqaviləsi əslində Cavabdeh1 verdiyi 25500 manatın qaytarılmasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən mənzil mövcud dəyərindən ucuz qiymətə qiymətləndirilmiş, İddiaçı müqavilə bağlandıqdan sonra mənzili boşaldıb Cavabdeh1 təhvil verməmiş, sonuncu da mənzilin ona təhvil verilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqına dair müqavilənin yalan əqd olması öz təsdiqini tapdığından iddiaçının əqdin etibarsız hesab edilməsinə, etibarsız əqd əsasında Cavabdeh1 adına DƏDRX-nin 1 Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğvinə dair iddia tələbləri əsaslıdır, ona görə də bu tələblər təmin edilməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil əqdin etibarsız hesab edilməsinə dair iddia tələbinə iddia müddətinin təbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Ona görə də iddiaçının əqdin əhəmiyyətsizliyinin təsdiq edilməsinə dair tələbinə iddia müddətinin tətbiqi mümkün deyildir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, əqd bağlayarkən əhəmiyyətsiz əqd bağlamasını bilən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirə bilməsinə, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehlərin hərəkətləri ilə vurulması iddia edilən və iddiaçı tərəfindən cəmi 20000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edib təmin etmir. Məhkəmə eyni zaman qeyd edir ki, Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulan ziyanı tələb etmək hüququna malikdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi mübahisəli məsələni araşdırarkən işə birtərəfli baxmış, cavabdeh tərəfindən təqdim olunmuş sübutları, vəsatətləri nəzərə almamışdır. Belə ki, iddiaçının digər Cavabdeh2lə aralarında olan 25 illik münasibəti, o cümlədən Cavabdeh2 cavabdeh qismində bilərəkdən bu prosesə cəlb edilməsi və digər bu kimi halları düzgün analiz etməmişdir. İşə sədrlik edən hakim Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-27/2022 saylı hökmündə qeyd olunmuş halları icraatında olan iş üzrə preyudisial hal kimi qiymətləndirmişdir. Halbuki, sözügedən məhkəmə qərarının bu iş üzrə cavabdehlərdən olan Cavabdeh1 heç bir aidiyyəti olmamış və həmin cinayət işində sadalanan hallar ona şamil edilə bilməzdi. Eyni zamanda, işə sədrlik edən hakim bu iş üzrə cavabdehlərdən olan Cavabdeh2 2 saylı İstintaq Təcridxanasından təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə istinad etmiş və orada onun sadaladığı halları sübut kimi qəbul etmişdir. Belə ki, Cavabdeh2 İddiaçı ilə 25 illik sıx münasibətdə olmaları, onun əvvəllər də dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb olunması kimi hallar nəzərə alınmamışdır. Hakim, ümumiyyətlə Mülki Məcəllənin etibarsız əqdlər üzrə maddələrinə formal olaraq istinadlar etməklə qəbul etdiyi qanunsuz qərara hüquqi don geyindirməyə cəhd etmişdir. Qərar sırf olaraq Konstitusiya Məhkəməsinin Plenum qərarlarından götürülmüş müddəaları özündə əks etdirir. Qərarda müqavilənin niyə əhəmiyyətsiz əqd olması əsaslandırılmır. Sadəcə bu iş üzrə cavabdehlərdən olan Cavabdeh2 İddiaçı etibarından sui-istifadə edərək onu aldadaraq mübahisələndirilən mənzilin satılmasına nail olmasına istinad edilir. Cavabdeh1 bu niyyətlə hansı əlaqədə olmasına demək olar ki, qərarda münasibət bildirilmir. Hakim gəldiyi nəticəyə bir növ şübhə ilə yanaşırmış kimi əhəmiyyətsiz əqd əsasında Cavabdeh1 vurulan ziyanı tələb etmək hüququnu da qeyd edir. Bu yanaşma tamamilə absurddur. İddiaçı məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən aldadılmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Onun iddiasının əsasında Cavabdeh2 tərəfindən aldadılması dayanır. Məhkəmə qərarında Cavabdeh1 tərəfindən İddiaçı aldadılması faktı sübuta yetirilmir. Əksinə, Cavabdeh1 onlar axtarıb tapmış, alqı-satqının həmin gün olmasını həm Vadim, həm də Yelena təkid etmişlər. Bütün bu hallara məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Qərarın nəticə hissəsi yalnız Cavabdeh1 hüquqlarının pozulması ilə bağlıdır. Cavabdeh2lə əlaqədar hər hansı bir nəticəyə qərarda rast gəlmək mümkün deyil. Hakim özü də İddiaçı qurduğu “oyuna” düşmüşdür. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh2 cavabdeh qismində prosesə cəlb olunması təsadüfi olmamışdır. Cavabdeh1 vicdanlı alıcı kimi razılaşdırılmış məbləğı iddiaçıya bank vasitəsilə vermişdir. Bundan sonrakı proseslər, yəni İddiaçı ilə Cavabdeh2 arasındakı münasibətlərin Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Həmçinin, hakim Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan ədqlərlə bağlı formalaşdırğı hüquqi mövqeyə əsaslanmışdır. Bununla da yanlış mövqe göstərmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin hansı əsaslarla yalan əqd olmasını hakim əsaslandıra bilməmişdir. Sadəcə formal mülahizələrə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Cavabdeh1 niyyəti mənzili almaq olmuş və İddiaçı təkidi ilə alqı-satqı bir gün ərzində baş vermişdir. Çünki, alqı-satqının həmin gün baş tutmasını İddiaçı özü istəmişdir. Razılaşdırılmış məbləği də bank hesabından götürmüşdür. Cavabdeh1 niyyəti ancaq mənzili almaq olmuşdur, hər hansı bir gizli niyyəti olmamışdır. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. Bu baxımdan qeyd olunan maddədə göstərilən 1 illik müddət kəsici müddət hesab olunur. Göründüyü kimi, hakim müddətlə bağlı yanlış nəticəyə gəlmişdir. Öz fikrinə görə Cavabdeh2lə Cavabdeh1 bir niyyətdə olan şəxslər kimi qəbul etmiş (nəzərə alsaq ki, alqısatqı gününədək Cavabdeh1 heç vaxt Cavabdeh2 tanımamışdır), Tərtər Rayon Məhkəməsinin Cavabdeh2 barəsində olan hökmdə qeyd olunanları Cavabdeh1 münasibətdə də preyudisial hal kimi tanımışdır. Hakim alqı-satqı müqaviləsini heç bir əsas olmadan Cavabdeh1 tərəfindən İddiaçı aldadaraq bağlamasını, eyni zamanda sözügedən müqavilənin yalan əqd olmasını bildirmişdir. Lakin məhkəmə qərarında hakimin gəldiyi bu nəticə heç bir sübutunu tapmamış və məntiqi olaraq səhv nəticəyə gəlmişdir. Hətta müqaviləni nəzəri olaraq əhəmiyyətsiz hesab etsək belə, hakim tərəfləri əvvəlki vəziyyətə gətirməyə də cürət etməmişdir. Bu hal da işin tam, ətraflı araşdırılmadığını bir daha sübut edir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia mübahisələndirilən hissədə haqlı sayılırdı.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərildi ki,... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. ...Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda göstərilir ki,... subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.

24. Birinci instansiya məhkəməsinin qənaəti yuxarıda 7-ci paraqrafda göstərildi. Cavabdeh1 mübahisələndirdiyi hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq şikayətində bunu əsaslandırmağa çalışıb. Ona görə də, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2 qərarında göstərilənlər və hüquqi mövqe nəzərə alınmaqla həmin dəlillərə ardıcıllıqda hüquqi qiymət verilir.

25. Əvvəla, iddiaçının digər Cavabdeh2lə 25 illik münasibətinin olması mübahisələndirilən hissədə iddianın əsaslılığına təsir etmir. Çünki, onlar arasında hansısa xoş münasibətin olması yaxud vahid niyyətlə hüquqdan vicdanlılıq prinsiplərinə zidd olaraq pis niyyətlə sui-istifadə edərək Cavabdeh1 qarşı hazırki iddianı irəli sürmələri iş materialları ilə təkzib olunur. Ən azından ona görə ki, iddiaçının şikayəti əsasında Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda da məhz iddiaçıya qarşı cinayət törətdiyinə görə cəza çəkir. Bu cür vəziyyətdə iddiaçının Cavabdeh2 bilərəkdən hazırki prosesə cəlb etməkdə hansı hüquqi marağının olduğunu da şikayət verən göstərməli idi. Eyni zamanda Cavabdeh2 əvvəllər də məhkum olunması hazırki iddianı əsassız deyil, əsaslı edən amil hesab olunur. Çünki, Cavabdeh1 Cavabdeh2 əvvəllər də məhkum olunmasını bilirdisə yaxud onu tanımırdısa onunla bu cür münasibətlər qurmaqdan çəkinməli idi.

26. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Şikayətdə Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-27/2022 saylı hökmünün Cavabdeh1 heç bir aidiyyətinin olmadığı göstərilsə də bu dəlillər onu(şikayəti) əsaslı etmir. Çünki, qeyd olunan hökmlə Cavabdeh2 təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı ona olan inamından və etibarından sui-istifadə edərək sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarını yalan vəd verərək mübahisəli mənzilin hazırki iş üzrə Cavabdeh1 25500 manata satılmasına nail olub vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi hadisəsi hazırki mülki işə baxan məhkəmə üçün məcburi olmuşdur. Çünki, hökmlə müəyyən edilən bu hadisənin baş verməsi ona dəlalət edir ki, iddiaçı hal-hazıradək yaşadığı mənzili özgəninkiləşdirmək niyyəti və məqsədilə, etibarlı alqı-satqı müqaviləsinə əsasən satmamışdır. Ən azından satılan mənzilin dəyəri kimi göstərilən məbləğdən iddiaçının faydalanmadığı da hökmlə təsdiq olunur. Cavabdeh1 özü birinci instansiya məhkəməsində verdiyi izahatda göstərir ki, “Müqaviə bağlandıqdan sonra Vadim onun avtomobilində Yelenadan evin pulundan 3000 ABŞ dolları alıb ona vermişdir ki, ola bilsin əllərinə pul düşsə aldıqları pulu qaytarıb mənzili geri götürərlər. O da halallıq olması üçün 3000 ABŞ dollarını Yelenadan almışdır... Vadimin bibisi kimi özünü təqdim edən Gülmirə ona Vadimin göndərdiyi cəmi 7000 manat vermişdir”. Sual yaranır, Cavabdeh1 həqiqətən mübahisəli mənzili dəyərini ödəməklə almışdırsa, onda iddiaçıya mənzilin dəyəri kimi verdiyi pulun qeyd olunan hissəsini hansı məqsədlə geri alırdı yaxud Cavabdeh2 göndərdiyi 7000 manatı nə üçün qəbul edirdi. Əlbətdə ki, ritorik suallar olsa da, Cavabdeh1 həm də buna izahatında yaxud apellyasiya şikayətində aydınlıq gətirməli idi. Demək ki, Cavabdeh1 mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında adına rəsmiləşdirsə də əslində bu rəsmiləşdirmə Cavabdeh2 verdiyi borc pulun təminatına xidmət etmişdir.

27. İddiaçının Cavabdeh1 tərəfindən aldadılıb-aldadılmamasının iddianın əsaslı olmasına hansısa mənfi təsiri olmadığından bu barədə sübut təqdim edilməsinə də ehtiyac olmamışdır. Çünki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığının təsdiq olunmasını Cavabdeh1 tərəfindən aldadıldığına görə deyil, əhəmiyyətsiz olduğuna görə tələb edir. Cavabdeh2 iddiaçını aldatması isə ittiham hökmü ilə təsdiq olunub. Demək ki, görünüşdə olan və pərdələyən əqd olan alqı-satqı müqaviləsi əslində Cavabdeh2lə Cavabdeh1 arasında borc münasibətinin təminatı kimi bağlanan yalan əqd sayılır. Burada, iddiaçının cavabdehləri yaxud əksinə axtarıb-tapmasının heç bir əhəmiyyəti yoxdur. Yetər ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin yalan əqd olduğu faktı təsbit olunsun. Cavabdeh1 razılaşdırılmış məbləğı iddiaçıya bank vasitəsilə verməsi də iddianın əsassızlığını və vicdanlı alıcı olmasını təsdiq etmir. Cavabdeh1 niyyəti həqiqətən mənzil almaq olmuşdursa, o, iddiaçının təkidinə baxmamalı idi. Mübahisəli mənzilin mənzil bazarında mövcud olan real bazar dəyərindən ucuz qiymətə satıldığının göstərilməsi də alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Mənzil alan Cavabdeh1 isə apellyasiya şikayəti versə də şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idilər. Çünki, mülki dövriyyədə mənzili görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşayanların kimiliyini öyrənmədən, və.s. məsələləri araşdırmadan alqı-satqının həyata keçirilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa əşyanı özününkü etmək üçün başqa sözlə alqı-satqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olubolmaması ilə maraqlanır. Çünki, insanın həyat tərzi də bunu tələb edir. Lakin Cavabdeh1 bu istəklərinin olmaması, yəni qeyd olunanları yoxlamadan, özünün də qeyd etdiyi kimi bir gün ərzində müqaviləni rəsmiləşdirməsi həqiqətən vicdanlı şəxs kimi mənzil aldığı ümumiyyətlə inandırıcı və ağlabatan deyildir.

28. Mübahisə predmeti olan mənzilin yalan əqd əsasında satılması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Eyni zamanda kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi isə maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı əhəmiyyətsiz əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən hazırki iş üzrə iddiaçının özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, əhəmiyyətsiz əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən daşınmaz əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırki iş üzrə də iddiaçının mülkiyyətində olan, hal-hazıradək yaşadığı mənzilin yalan əqd əsasında mülkiyyət hüququ Cavabdeh1 adına qeydə alınması həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi iddiaçı bu günə qədər həmin mənzildə yaşayır. Eyni zamanda əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdimüəyyən əşya olan mübahisəli mənzilə dair dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat da əsassız sayılacaq, yəni xeyrinə qeydiyyat aparılmış Cavabdeh1 mənzilə dair hüquq əldə etməyəcək, həmin mənzil əqd əsasında özgəninkiləşdirənin, yəni iddiaçının mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs, yəni iddiaçı tərəfindən tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Ona görə də, birinci instansiya məhkəməsi müddətlə bağlı yanlış nəticəyə gəlməmişdir. Yəni, Cavabdeh1 mövqeyinə yaxud istəyinə görə əhəmiyyətsiz əqd yalnız bir illik kəsici müddət keçdiyinə görə dönüb etibarlı əqdə çevrilə bilməz. Məhz bununla əlaqədar yuxarıda 22-ci paraqrafda Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli qərarında göstərilənlər geniş şəkildə aydın olması üçün qeyd olundu.

29. İddiaçının tələb etdiyi, yəni alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsbit edilsə də hazırki iş üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına da əsas olmamışdır. Çünki, mübahisəli mənzil onsuzda bugünədək iddiaçının sahibliyində və istifadəsində qalmışdır və etibarsızlığın nəticəsi olaraq hüquqi qeydiyyatı da əvvəlki vəziyyətə qayıdacaqdır. Eyni zamanda iddiaçı həmin əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən hər hansı bir məbləğdə vəsait almaması da yuxarıda qeyd olunan hökmlə təsdiq olunmuşdur. Üstəlik Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi isə yalnız etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Deməli, iddiaçıdan da Cavabdeh1 hər hansı bir məbləğ də qaytarıla bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulmuş ziyanı tələb etmək hüququna malik olduğunu izah etmişdir. Burada Mülki Məcəllənin 340.2-ci maddəsinin 2-ci cümləsinin tətbiqindən də söhbət gedə bilməz. Çünki, pərdələnən müqavilə mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab vermir.

30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh1 üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 150/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-150/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar