Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3297/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Hüseynova Şəhla Məhəmmədəli qızının və digər nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla, yəni İddiaçı və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında "xxxx" bağlanmışdır. Müqavilə cavabdeh MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə imza təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən alıcıya, yəni İddiaçı təhvil verilməli, sonuncu tərəfindən isə mənzilin dəyərini təşkil edən 52.000 manat MMCyə ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri onun tərəfindən yerinə yetirilmişdir. O, 52.000 manat məbləğində pulu cavabdeh MMC-yə ödəmiş və bununla bağlı onun, yəni İddiaçı adına maliyyə arayışı verilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Mənzilin tam dəyərini MMC-yə ödəmiş iddiaçı həmin andan mənzilin mülkiyyətçisinə çevrilmişdir. Çünki, tərəflər arasında həmin müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh MMC, həmin mənzili Cavabdeh2 satmışdır. Belə ki, 2020-ci ilin oktyabr ayında o, mənzilə baxmaq üçün mənzilin yerləşdiyi ünvana getmiş və mənzilin giriş qapısının açarlarının dəyişdirildiyini görmüşdür. Bununla bağlı araşdırma aparmış və ona məlum olmuşdur ki, onun 52.000 manat məbləğində pula aldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən iş üzrə digər cavabdeh Musa Musayevə satılmışdır. Bundan sonra 11.10.2020-ci il tarixdə o, məhkəməyə müraciət edərək, Cavabdeh2 adına olan müqavilə və maliyyə arayışının surətini əldə etmişdir. Əldə olunmuş həmin sənədlərdən görünür ki, ona məxsus mənzilə dair cavabdehlər arasında 06.05.2016-cı il tarixdə "xxxx" bağlanmışdır. Cavabdeh MMC tərəfindən Cavabdeh2 ona məxsus mənzil qanunsuz olaraq satılsa da, tərəflər arasında bağlanmış müqavilədə, müqavilə predmeti kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,4 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 28.11.2019-cu il tarixli məktubundan da görünür ki, İddiaçı mülkiyyətində olan 9 nömrəli mənzilin yerləşdiyi bina - bir ədəd bir girişli, zirzəmili (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, ona satılan mənzil Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilmiş binanın yaşayışın 1-ci mərtəbəsində yerləşən mənzildir. Göstərilənlərə əsasən o, hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 06.05.2016-cı il tarixli "xxxx" və eyni tarixli maliyyə arayışı etibarsızdır. Sözügedən müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki, həmin mənzilə dair onunla bağlanmış müqavilə qüvvədə ola-ola, MMC başqa şəxslə eyni əmlak barəsində müqavilə bağlamışdır. Cavabdehlər arasında bu müqavilənin bağlanması onun mülkiyyət hüquqlarını kobudcasına pozur və pozmaqda da davam edir. O, öz mənzilindən sərbəst istifadə edə bilmir. Cavabdeh2 ona məxsus mənzilə qanunsuz olaraq daxil olmuş, hazırda isə mənzildən çıxmaqdan imtina edir. Sadalanan faktlara və maddi hüquq normalarına əsaslanaraq o, yəni İddiaçı hesab edir ki, cavabdehlər arasında bağlanmış 06.05.2016-cı il tarixli müqavilə, habelə Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Cavabdeh2 mənzildən çıxarılmalı, mənzil ona təhvil verilməli və mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən onun istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016- cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində onun istifadə və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən onun istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddia tələblərinin Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan ekspertiza rəylərini alqı-satqı sənədlərini düzgün araşdırmamaqla, İddiaçı iddiasının Cavabdeh2 münasibətdə mümükünsüz sayılması, Cavabdeh2 əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanunu yolla əldə edilən sübutlara söykənmək əvəzinə, artıq təqdim etdiyi tələbi üzrə sənədləri Cavabdeh2 sahəsinə aid olmayan İddiaçı xeyrinə qanunu pozmaqla, sübutlar əldə etmək yolunu seçmişdir. Qanunsuz üsullarla İddiaçı xeyrinə sübutlar toplayır. Məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında sual qoyur ki, Bakı şəhərində 95 mərtəbəli bina mövcuddurmu Halbuki, iş materiallarında Cavabdeh2 adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi–planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi 95,4 kv.m olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində göstərlir. Müqavilələrdən birində 2-ci mərtəbə qrafası ilə 95,4 kv.m qrafasının yerinin texniki səbəbdən dəyişik göstərilməsinin səbəbi ilə bunun üçün xüsusi bilik tələb edilmədiyi halda, ekspert qarşısında məhkəmə mühakiməsindən kənar sual qoyulması, birmənalı hakimin İddiaçı xeyrinə nə olur-olsun bir əsas yaratmaqla, məhkəmə səlahiyyətlərini aşmasının göstəricisini ifadə edir. Xətai Rayon Məhkəməsi həm yerli baxışda, həm işdə olan sənədlərdə hamıya aşkar olan dəlillərə, aksioma gücündə olan sübutları qətnaməsinə daxil etmir. Yəni Cavabdeh2 binanın qeyri-yaşayışının ikinci mərtəbəsində məskunlaşıb və təmirsiz sahə 95.4 kv.m təşkil edir. ikinci mərtəbədəki sahələr qeyri-yaşayış təyinatlıdır. Üstəlik artıq məhkəmədə bir dəfə belə bir mübahisə barədə qanuni qüvvəli qətnamə çıxarılıb. Şəxsən Xətai Məhkəməsinin çıxardığı qətnamə mövcuddur ki, həmin qətnamədə Cavabdeh1 MTK–nın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə binasının birinci mərtəbəsndə nə 120 kv.m ölçüdə, nə 80 kv.m ölçüdə mənzil sahəsi olmadığı, tikilmədiyi barədə mötəbər sənədlər var. Qanuni qüvvəli qətnamə var. Xətai Məhkəməsi isə bu hüquqi əhəmiyyətli halları nəzərə almamışdır. Məhkəmənin yekun iclaslarında Cavabdeh2 iştirakını təmin etmir, məhkəmə protokolunda təsisçilərdən biri olan Xaləddin Bağışovun ifadələrini dəyişdirir, MTK-nın sədri olmuş C.Alışovun Cavabdeh2 olan sənədlərin və imzaların Alışova məxsus olduğunu bildirdiyi halda, lakin sənədlərin Cavabdeh2 özü tərəfindən verilib-verilmədiyini dəqiqləşdirə bilmədiyi söylənildiyi halda, tamamilə fərqli protokol yazıları aparılır. Bu fakt işə ədalətlə baxılmamasının göstəricisidir. Belə ki, Cavabdeh2 tərəfindən mübahisələndirilən sahibliyində olan qeyri-yaşayış sahəsinin 95,4 kv.m ölçü üzrə hər kv.m üçün 500 manat ödənilməklə, ümumi dəyər 47700 (qırx yeddi min yeddi yüz) manat məbləğ tam ödənilmişdir. Həmin əmlaka dair iddia və başqa tələb olmayacağı barədə Cavabdeh1 MTK tərəfindən öhdəlik və yaxud yekun maliyyə arayışı da verilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında İddiaçı satılan birinci mərtəbədə ümumi sahəsi 80 kv.m olan, iki otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmadığıından, deməli MMnin 405-ci maddəsini tətbiq etsək bu müqavilə bağlanmamış sayılır, yaxud da bağlanmış sayılmır. Belə ki, predmet ya yoxdur, ya nəzərdə tutulmayıb, ya da müəyyən etmək mümükün deyil. Ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçısatılan birinci mərtəbədə 80 kv.m sahəsi olan 2 otaqlı mənzilin binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı ilə 06.07.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. İddiaçı müqaviləsi MM-nin 405.1-ci maddəsində göstərişlərinə uyğun olaraq, bağlanmış sayılmır. İddia rədd edilməli idi. Xətai rayon Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Mübahisələndirilən qətnamə ilə bağlı prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdr. İddiaçı bu işdə iddia ərizəsi üzrə mülki iş 2020-ci ilin 18 noyabrdan sonra başlanmışdır. Cavabdeh2 işdə əsl tərəf olmadığı sənədlərlə, mövqe ilə sübut ediləndən, həmçinin Cavabdeh2 müqavilə və maliyyə arayışlarındakı imzalar üzrə həmin imzanın Alışov Cahangirə məxsus olması, onun tərəfindən icra olunmasının sənədlərlə Cahangir Alışovun məhkəmə prosesində dindirilməsi ilə təsdiqini tapdıığı üçün, İddiaçı məhkəmə prosesini idarə edən Şəhla Hüseynovanın mütləq marağını ifadə etmək üçün mühəndis texniki ekspertiza rəyləri olduğu halda, 9 aydan sonra, 26 avqust 2021-ci ildə yenidən mühəndis texniki ekspertizası təyin edir. İddiaçı xeyrinə mütləq rəy almağının əsaslarını yaratmaq üçün ekspertiza qarşısında qoyulan sualların işin məntiqinə uyğun gəlməyən suallar qoymaqla, cavabdeh olaraq, onu ekspertiza suallarının qoyulması iştirakından kənarlaşdırır. Bundan başqa, iddia ərizəsindən aşkar olurdu ki, İddiaçı iddia etdiyi Cavabdeh2 adına və sahibliyinə qanunla keçən qeyri-yaşayış sahəsinin İddiaçı sənədlərində olan mənzil anlayışına heç bir aidiyyatı yoxdur. Mühəndis texniki ekspert evə baxış keçirməzdən əvvəl onun gözünün qarşısında iki saat yarım məhkəmədə hakim və maraqlı şəxs İddiaçı tərəfindən saxlanlaraq, mütləq İddiaçı marağına xidmət edən rəy yazılmasına məcbur edilməsini ona bildirmişdir. Belə ki, məhz məhkəmənin İddiaçı ekspertiza Mərkəzinə və ekspertə təzyiqi nəticəsində sahibliyimdə olan qeyri – yaşayış sahəsinin ümumi sahəsi 95,4 kv.m olduğu halda, təmirdən sonra, ümumi sahə 81,6 kv.m olduğu halda, mənzilin ümumi sahəsini İddiaçı qanunsuz müqaviləsində 80 kv.m göstərildiyi üçün məhz həmin kv.m 80 kv.m olduğu yazılmışdır. Həmin ekspert rəyi gizlədilmiş, qeyri-yaşayış sahəsi 3 otaqdan ibarət olduğu halda, iki otaq yazmışdır, ekspertizanın rəyini isə gizli saxlayaraq, məhkəmə bizə təqdim etməmiş, məhkəmə baxışı haqqında bildirişi 29 oktyabr 2021-ci ildə onun Biləsuvar ünvanına göndərmiş 30 oktyabr 2021-ci il tarixə məhkəmə baxışı keçirməklə, onu bilərəkdən məhkəmə baxışında iştirak etməkdən kənarlaşdırmışdır. Belə ki, məhkəmənin İddiaçı iddia ərizəsinin mümkünsüz hesab edilməsi və iddiasının rədd edilməsi barədə nəticə üçün iş materiallarında mötəbər sübutlar, ekspertiza rəyləri, ünvan 1 ünvanda çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 5 ildir ki, sahiblik etdiyim qeyri-yaşayışın üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi, Cavabdeh1 MTK-dan bu sahənin alınması, həmin sahənin 95,4 k v.m ölçüdə olmaqla, hər kv.m 500 manatdan hesablanmaqla dəyərinin tam ödənilməsi barədə verilmiş Cavabdeh1 MTK-nın direktoru C.Alışovun imzası ilə təsdiq olunmuş, hüquqi şəsxin möhürü ilə təsdiq olunmuş maliyyə arayışı, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sahənin cizgi-planı, İddiaçı və "xxxx" MMC-nin qanuni sahibi olduğum qeyri-yaşayış sahəsinin 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışlarının etibarsız sayılması barədə iddialarının rədd edilməsi barədə Xətai rayon Məhkəməsinin, Apellyasiya Məhkəməsi, AR Ali Məhkəməsi İnstansiyalarında qanunu qərarların mövcudluğu Xətai rayon Məhkəməsi tərəfindən düzgün qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və İddiaçı iddiasının rədd edilməlidir. Həmin qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və Cavabdeh2 adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə, mübahisələndirilən hissədə iş üzrə sübutlara, o cümlədən iş üzrə alınmış 26.08.2021-ci il tarixli rəyə, 30.09.2021-ci il tarixli mütəxəssis rəyinə, Cavabdeh1 MMC-nin təsisçisi və direktoru olan S.Alışovun və digər şahid ifadələinə, digər təsisçi X.Baxışovun izahatına, möhürün məhv edilməsi barədə aktlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMCarasında 06.06.2016-cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” predmeti olan Bakışəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasındabağlanmış 06.05.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəyerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmir. Bu səbəbdən iddia tələbi, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. İddiaçı aid 80 kv.m ibarət 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Cavabdeh2 özünün 06.05.2021-ci il tarixli müqaviləyə və 12.07.2021-ci il tarixli maliyyə arayışına əsaslanaraq İddiaçı məxsus əmlakı qaytarmaqdan imtina edir. İşə məhkəmədə baxılan zaman, Cavabdeh1MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanması üçün MMC-nin iradə ifadəsinin mövcud olmadığı, yəni müqavilənin etibarsız olması, maliyyə arayışının isə qeyri-qanuni sənəd olması işdəki sübutlarla tam təsdiq olunmuşdur. Lakin Məhkəmə bu halları düzgün müəyyən etsə də, özünün iş üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində müqavilə və maliyyə arayışını etibarsız hesab etməmiş, bu hissədə neytrallıq nümayiş etdirmişdir. Bununla da, müəyyən edilir ki, məhkəmənin müzakirə olunan hissədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi Hüseynova Şəhla Məhəmmədəli qızı və digər nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh1 MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MTK-nın direktoru Alışov Cahangir Həsənağa oğlu ilə digər tərəfdən İddiaçı arasında həmin tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m dən ibarət olan 2 otaqlı 9 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən 52000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, bir tərəfdən "xxxx" MTK ilə Alışov Cahangir Həsənağa oğlu ilə digər tərəfdən Cavabdeh2 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 47000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 12 iyul 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 tərəfindən 95.4 kv.metr ümumi sahəsi olan mənzilin pay dəyərindən 15700 manatı "xxxx" MTK-ya ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə istinad edilmiş Alternativ Ekspertiza Mərkəzinin 10 fevral 2020-ci il tarixli 168 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 MMC-yə məxsus yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyriyaşayış sahəsi kimi nəzərdə tutulduğu yaşayış binasında ümumiyyətlə sahəsi 80,0 kv.m. olan 2 otaqlı mənzillərin layihələndirilmədiyi, eləcə də binanın yaşayış sahələrinin (mənzillərin) faktiki olaraq binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsi və bununla da, Cavabdeh1 MMC-nin 06 iyun 2016-cı il tarixli müqavilə və 06 iyun 2016-cı il tarixli maliyyə arayışında göstərilən 9 saylı mənzilin yaşayış binasının mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi təyinatlı birinci və ikinci mərtəbəsində yerləşmədiyi müəyyən edilir. Faktiki mövcud vəziyyətinə uyğun ola raq, yaşayış sahələri (mənzillər) binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsini nəzərə alsaq, yaşayış mərtəbələrində 80.0 kv.m ölçüdə mənzillərin olmadığı müəyyən edilir. Hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 qanuni təmsilçisi Alışov Cahangir Həsənağa oğlu olmaqla, təsis sənədlərində, MMC-nin 12.07.2016-cı il tarixdə qeydiyyata alınmasına (yaranması) baxmayaraq, yuxarıda qeyd olunan və 9 saylı mənzilə aid müqavilə və maliyyə arayışı bir ay öncə, yəni 06 iyun 2016-cı il tarixdə MMCnin möhürü və direktorun imzası ilə verilmiş sənədlərdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5674/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddiaçı Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı “yaşayış sahəsinə pay hüququnun tanınması və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair ilk, Cavabdeh1 MMCnin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11356 nömrəli 22 iyul 2021-ci il tarixli rəyin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 197-ci vərəqəsində olan ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 95 kv.metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 MTK tərəfindən Nuriyev Akif Mazan oğluna tərtib olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışında “C.H.Alışov” yazısı qarşısında imza: Mülki işin 195-ci vərəqəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC (MMC-nin direktoru Alışov Cahangir Həsənağa oğlu) ilə İddiaçı arasında olan 12 noyabr 2016-cı il tarixli müqavilədəki Cavabdeh1 MTK-nın sədri” qrafasındakı imza: Mülki işin 196-cı vərəqəsində olan ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.metr olan, 3 otaqlı 9A saylı mənzilə dair Cavabdeh1 MMC tərəfindən İddiaçı tərtib edilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışındakı “C.H.Alışov” yazısından əvvəl yerləşən imza - Alışov Cahangir Həsənağa oğlu tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Mübahisəli sahə (mənzil) layihədə nəzərdə tutulmayan lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Lakin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, 11.12.2008-ci il tarixdə razılaşdırılmış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə yüksək mərtəbəli monalit yaşayış binasının memarlıq planlaşdırmasının eskiz həlli layihəsində 1-ci mərtəbədə ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı mənzil nəzərdə tutulmadığından, 2-ci mərtəbədə ümumi sahəsi 95,4 kv.m olan qeyri-yaşayış sahəsi və həmin binada 95.4-cü mərtəbə mövcud olmadığından İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilədə göstərilən mənzil ilə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədə göstərilən qeyri yaşayış sahəsinin (market) eynilik təşkil edib-etməməsi barədə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı üzrə: Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, 11.12.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur. Qeyd olunur ki, yaşayış binasında mərtəbələr tam rəqəmlərlə nömrələnir və sözügedən yaşayış binası faktiki olaraq zirzəmi mərtəbəsindən, 20 yerüstü mərtəbədən və texniki mərtəbədən ibarətdir. Qərardadın üçüncü və dördüncü sualı üzrə: Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, 11.12.2008-ci il tarixdə razılaşdırılmış layihəsində binanın 1-ci və 2-ci mərtəbələri arasında, hündürlüyü 7.2 metr göstərilən sahədə (mübahisəli mənzilin yerləşdiyi hissədə) mərtəbəarası örtük hissəsinin nəzərdə tutulmadığı, lakin faktiki vəziyyətdə həmin hissənin mərtəbəarası örtük vasitəsi ilə iki hissəyə ayrıldığı müəyyən olunur. Qeyd olunur ki, mübahisə predmeti olan sahənin faktiki olaraq yaşayış sahəsi (mənzil) olduğu və həmin sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18/4-537 nömrəli, 11.12.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində), pilləkən vasitəsi ilə qalxdıqda sağ tərəfdə (layihədə A-D üfüqi oxlar arasında qalan hissədə) ümumi dəhlizin sonunda yerləşdiyi və ümumi sahəsinin 80.0 kv.m təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan İmza Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2021- ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlandığı iddia olunan “Yaşayış binasında mənzil tikintisi haqqında” 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinin aşağı sol küncündə Cavabdeh1 MTK-nın direktoru C.H.Alışov” yazıları olan qrafadakı imza-Alışov Cahangir Həsənağa oğlu tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qədirov Abil Qərib oğlu İddiaçı atası olmaqla yanaşı, bildirmişdir ki, mübahisəli mənzili 2016-cı ildə almışlar və Qəribin adına sənədləşdirmişlər. Cahangir müəllimin otağında şəxsən görüşmüş, 120 kv.metrlik sahə onlara göstərilmiş və oğlunun adına sənədləşdirilmişdir. Sonra isə 80 kv.metrlik sahəni almışlar. Mənzili alqı-satqı ilə razılaşdırmış və ödənişi Cahangir müəllimə vermişlər. Həmin gün maliyyə arayışı almışlar. Təxminən bir müddət keçdikdən sonra qonşular onlara məlumat vermişlər ki, onların mənzilində təmir gedir, dərhal ora getmişlər və orada Akifin yoldaşı, oğlu və qızının olmasını görmüşlər. Oğlu onlardan soruşanda ki, siz kimsiz ki, bura girmisiz, onlar həmin mənzili təxminən 5 ay bundan qabaq aldıqlarını və Xaləddin tərəfindən satıldığını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Adıgözəlov Bayram Əsəd oğlu mübahisəli binada birinci mərtəbədə mağazası var, Şəhla xanımın aldığı mənzil isə ikinci mərtəbədədir. O, obyektini 2009-cu ildə almış, Şəhla xanım isə təxminən 6-7 il bundan qabaq almışdır. O, obyekti Xaləddindən almışdır, onun obyekti də mübahisəli idi, başqa şəxsə satılmışdır. Şəhla xanımın aldığı mənzilin onun obyektinə aidiyyatı yoxdur, ona qarşı haqsızlıq etmişlər. Şahid bildirmişdir ki, bu gün səhər Xaləddin onun yanına gələrək demişdir ki, hazırki məhkəmə prosesində şahid kimi dindiriləndə düzgün olmayan izahat versin, lakin o, imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əhmədov Talıb İsmayıl oğlu izahatında qeyd etmişdir ki, o, əvvəllər məhkəmələrdə nümayəndə kimi işləyirmiş. Şəhla xanımı notarius kimi təxminən 2001-2002-ci ildən tanıyır. 2016-cı ildə Şəhla xanım mübahisəli mənzili almaq istəyəndə onnunla məsləhətləşmiş, həmin binada problemlərin olub-olmadığını araşdırmağı ondan xahiş etmişdir. Belə ki, o, nümayəndə kimi binadakı mənzillərlə bağlı araşdırma aparırmış, və 2016-cı ildən 2017-ci ilə qədər həmin binada olan 3-4 problemli mənzillə bağlı məhkəmə işində nümayəndəlik etmişdir. Həmin vaxt Şəhla xanımın mənzili ilə bağlı hər hansı problemin, mübahisənin olmadığını müəyyən etmiş bu barədə ona məlumat vermişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 10 iyun 2016-cı il tarixli əmrinin surətindən və 10 iyun 2016-cı il tarixli MTK Təsisçilərin ümumi yığıncağının protokolunun surətindən müəyyən olunur ki, həmin tarixdə Cavabdeh1 MTK-nın təşkilati-hüquqi forması dəyişdirilmiş, Cavabdeh1 MMCyə çevrilmiş, yeni nizamnaməsi təsdiq edilmiş, və Alışov Cahangir Həsənağa oğlu Cavabdeh1n direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 29 may 2014-cü il tarixli razılaşma müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilədə razılaşdırılmışdır ki, Alışov Cahangir Həsənağa oğlu (1-ci Tərəf) ilə Bağışov Xaləddin Vəkil oğlu (2-ci Tərəf) arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən və müqavilə bağlandığı günə qədər Xaləddin Bağışov tərəfindən satılmış yaşayış və qeyriyaşayış sahələrinin satışından daxil olacaq cəmi ******* manat məbləğində vəsaitin 800000 manat hissəsi, hər ay bərabər şəkildə olmaqla bir ildən gec olmayaraq 2-ci Tərəfə çatacaqdır, qalan ******* manat məbləğində vəsait isə 1-ci Tərəfə çatacaqdır. İş materiallarında olan 05 iyul 2016-cı il tarixli Aktın surətindən müəyyən olunur ki, AR Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat şöbəsinin hüquqşünası Şəfiyev Müslüm və böyük hüquqşünası Əzizov Raqil bu aktı tərtib etdilər ondan ötrü ki, Cavabdeh1 MTK-nın təşkilati-hüquqi formasını və adını dəyişərək Cavabdeh1 MMC çevrilməsi ilə əlaqədar quruma məxsus 1 ədəd möhür məhv edilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ( Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 769-cu maddəsinə görə Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575-ci maddəsinə görə əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə görə Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarda Plenum xüsusilə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Rəhmanova Azərbaycana qarşı iş üzrə 10 iyul 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, mülki mübahisədə tərəflərin maddi hüquq normalarının tətbiqində toqquşan baxışlara malik olmaları qaçılmazdır. Daxili məhkəmələr onların dəlillərini ədalətli və çəkişməli tərzdə araşdırmalı və iddiaya dair öz qiymətləndirmələrini etməlidirlər. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında "xxxx" bağlanmışdır. Müqavilə cavabdeh MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən alıcıya təhvil verilməli, Alıcı tərəfindən isə mənzilin dəyərini təşkil edən 52.000 manat MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri iddiaçı tərəfindən yerinə yetirilmiş, 52.000 manat məbləğində pul vəsaiti cavabdeh MMC-nin direktoru C.H.Alışova ödənilmiş və bununla bağlı İddiaçı adına MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Tikinti başa çatdıqdan sonra mənzil iddiaçıya təhvil verilmiş və o, həmin mənzildə təmir işlərinə başlamışdır. Bir müddət sonra iddiaçı həmin mənzilin Cavabdeh2 faktiki sahibliyinə verilməsini və onun tərəfindən mənzildə təmir işlərinin aparılmasını aşkar etmişdir. Hazırda iddiaçı digər tələblərlə yanaşı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 iddiaya etirazında və apellyasiya şikayətində, etirazını iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilənin predmetinin mənzil, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin predmetinin qeyri-yaşayış sahəsi olmaqla, İddiaçı verilmiş müqavilənin predmeti olan mənzillə üst-üstə düşməməsinə və İddiaçı heç bir aidiyyatı olmamasına, həmçinin həmin mərtəbədə 80 kv.m. ibarət olan mənzilin mövcud olmamasına əsaslandırmışdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib belə qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 MMCnin direktoru C.H.Alışov tərəfindən İddiaçı satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru Alışov Cahangir Həsənağa oğluna və digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MMC-nin direktoru Alışov Cahangir Həsənağa oğlu ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120.kv.m. olan mənzil İddiaçı satılmışdır. C.Alışov həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak etmiş Bağışov Xaləddin Vəkil oğlu Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmalıdır. Bununla yanaşı məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunverilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, mübahisəli mənzil layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, 11.12.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur. Qeyd olunur ki, yaşayış binasında mərtəbələr tam rəqəmlərlə nömrələnir və sözügedən yaşayış binası faktiki olaraq zirzəmi mərtəbəsindən, 20 yerüstü mərtəbədən və texniki mərtəbədən ibarətdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında 06 iyun 2016- cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 06.05.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyindən iddia tələbi cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilə dair hər hansı hüququ mövcud olmadığından, o, həmin mənzildən çıxarılmalı, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin mənzildən iddiaçının istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin yerləşdiyi binada mənzil satmaq səlahiyyəti məxsus olan şəxslə müqavilə bağlamış, mənzilə görə razılaşdırılmış məbləğ ödəmişdir. Müqavilənin tərəfi olan, müqaviləni imzalayan və möhürlə təsdiq edən şəxs Cavabdeh1 MMC-nin direktoru (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir) Cahangir Alışov həm birinci instansiya məhkəməsində vermiş olduğu izahatında, həm də apellyasiya icraatı zamanı məhkəməyə ünvanladığı ərizəsində mübahisəli mənzilin məhz İddiaçı satıldığını, müqavilədə müəyyən edilmiş öhdəliklərin onun tərəfindən icra edildiyini təsdiq etmiş, Cavabdeh2 tanımadığını bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmalı, həmçinin Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin mənzildən iddiaçının istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində həmin müqavilənin predmeti olan fərdi müəyyən əşya – qeyri yaşayış sahəsi (market) - fərqli olduğu üçün və iddiaçı ilə Cavabdeh1 MMC-si arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqavilənin predmeti olan fərdi müəyyən əşya – mənzillə üst-üstə düşmədiyi üçün, iddiaçı həmin müqavləni mübahisələndirməklə bağlı subyektiv hüquqa malik olmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş üzrə şahid qismində dindirilmiş və apellyasiya icraatı zamanı məhkəməyə ərizə ünvanlamış Cavabdeh1 MMCnin direktoru Alışov Cahangir Həsənağa oğlu ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120.kv.m olan mənzil İddiaçı satılmışdır. C.Alışov bildirmişdir ki, Cavabdeh1 MMC əvvəllər MTK formasında fəaliyyət göstərmiş, 2016-cı ilin iyul ayında təşkilati-hüquqi forması dəyişdirilmiş və Cavabdeh1 MMC kimi fəaliyyət göstərməyə başlamışdır. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə 06 iyun 2016-cı il tarix göstərilməsi texniki səhv ucbatından baş vermişdir, belə ki, həmin müqavilə bağlanarkən Cavabdeh1 artıq MMC formasında fəaliyyət göstərirdi. Həmin texniki səhvin yol verilməsində İddiaçı təqsiri yoxdur, səhvə MMC-nin işçiləri yol vermişdir. Bundan əlavə, C.Alışov bildirmişdir ki, İddiaçı tərəfindən alınmış mənzillərə dair daşınmaz əmlak reyestrindən bir vahid çıxarış almaq üçün sonradan hər iki mənzilə dair ümumi 200 kv.m. sahəlik mənzilə dair bir müqavilə tərtib edərək, İddiaçı vermişdir. Daha sonra C.Alışov göstərmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Ona görə də Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və maliyyə arayışı saxtadır. Belə ki, həbs olunduqdan sonra Cavabdeh1 MMC-nin digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna bir paçka imzalı möhürlü blank vermişdir, aralarında saziş bağlanmışdır və Cavabdeh1 MMC-nin adından toplanılacaq 800000 manat pul vəsaitinin toplanılmasını ona həvalə etmişdir. Həmçinin C.Alışov məhkəməyə binanın layihəsini təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7.20 m hündürlükdə olan qeyriyaşayış sahəsi nəzərdə tutulduğundan İddiaçı satılmış mənzil həmin qeyri-yaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahəsi hündürlüyü 3.60 sm ibarət olan iki mərtəbəyə bölünmüşdür. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində Bağışov Xaləddin Vəkil oğlu da Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini bildirmişdir. Bağışov Xaləddin Vəkil oğlu eyni zamanda bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yer 2014cü ildə Əhmədov Zaur adlı şəxsə satılmışdır, o, da həmin yeri iki yerə bölüb hər bir 95 kv.m. olmaqla başqa şəxslərə satmışdır. Bağışov Xaləddin Vəkil oğlu həmçinin qeyd etmişdir ki, Cavabdeh2 təxminən bir il yarım əvvəl onun qətnaməsinin icrası vaxtı görmüşdür. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri iş materiallarında olan sənədlərlə və iş üzrə dindirilmiş şahid ifadləri ilə təkzib olunur. Kollegiya həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-718/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3297/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3297/2022
25.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver