Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3297/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR X12 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Baki şəhəri 40 sayli Notariat ofisi, Azəraycan Respublikasının İqtisadiyyat Nazirliyi Yaninda ƏMDX-nin DƏDKR X12 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-397/2023 nömrəli 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 bacı-qardaş olmaqla, ataları X2 xx.xx.2010-cu ildə tarixdə, anaları X8 isə xx.xx.2015-ci ildə tarixdə ölmüşlər. ünvan 1 ataları Bəyməmməd Səfərovun mülkiyyətində olmuş və evi oğlu Cavabdeh1 vəsiyyət etmişdir.
2. xx.xx.2011-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə ünvan 1 ünvanında yerləşən istifadədə olan 0,1051 ha torpaq sahəsində yerləşən 9 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə Gülvart Səfərovanın hüquqları müəyyən edilmişdir.
3. X1 tərtib etdiyi və Bakı şəhəri 24 saylı DNK tərəfindən təsdiq olunmuş xx.xx.2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə Cavabdeh1 miras əmlakdan 3/8 hissədə irs almışdır.
4. X6 miras əmlakın 1/8 hissəsinə dair xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.
5. xx.xx.2011-ci il tarixli Sazişə əsasən X8 “mülkiyyət hüququ haqqında” və “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən miras qalmış fərdi yaşayış evindən ona düşən ümumilikdə 5/8 hissədə payını oğlu Cavabdeh1 vermişdir. Cavabdeh1 isə 5/8 hissə miras paya görə X6 2000 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.
6. Cavabdeh1 xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ üzrə evin adına qeydiyyatdan keçirilməsi barədə Çıxarış almışdır.
7. xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh1 “B” tikilisini (135,5 kv.m, 4 otaq) bacısı X3 bağışlamışdır. Bu müqavilə bağlanarkən digər şəxslərlə bərabər hazırki iş üzrə iddiaçı və onun oğlu Nümayəndə da razılıq ərizəsi vermişlər.
8. İqtisadiyyat Nazirliyi Yaninda ƏMDX-nin DƏDKR X12 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında, istifadədə olan 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evi Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən verilmiş: 2-V-213 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”, 2-V214 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, 2-V- 215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və 3-M-1-56 reyestr nömrəli xx.xx.2011-ci il tarixli sazişə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 16 saylı Notariat kontorunun 4ə-182 reyestr nömrəli xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən sözügedən ünvanın 135,5 kv.m, 4 otaqdan ibarət hissəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmiş və həmin müqavilə əsasında Cavabdeh1 oğlnunun adı ilə bağlı ümumi sahəsi 172,8 kv.m təşkil edən, istifadədə olan torpaq sahəsinin ölçüsü 0.01675 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadliniski küçəsi, 31 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyavt nömrəli xx.xx.2015-ci il tarixli çıxarış tərtib olunmuşdur. Sonradan qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı vətəndaşın xx.xx.2016-cı il tarixli müraciəti ilə ********** qeydiyyavt nömrəli xx.xx.2015-ci il tarixli çıxarış Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 22 nömrəli sərancamına əsasən mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0.0747 ha təşkil edən, ümumi sahəsi 172,8 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış hazırlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evinə dair 2-V-213 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin, 2-V-214 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, eləcə də 3-M-1-56 reyestr nömrəli xx.xx.2011-ci il tarixli sazişin və Bakı şəhəri 16 saylı notariat kontorunun 4ə-182 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibasız hesab edilməsi, cavabdehin adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın və ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda qeydiyyatda olduğu ünvan 4 ünvanında böyüyüb boya-başa çatmışdır. Ailə qurduqdan sonra da həmin ünvanda 2012-ci ilin dekabr ayınadək həyat yoldaşı X5 1-ci Qarabağ müharibəsi veteranı kimi ev verilənə qədər daimi yaşamışdır. 2012-ci ilin dekabr ayından sonra isə həmin ünvanda yaşadığı evdə şərait yaxşı olmadığı üçün hər iki evdə yaşamalı olmuşdur. xx.xx.2010-cu ildə atası X2, xx.xx.2016-cı ildə isə anası X8 rəhmətə getmişdir. O, vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirdikdə isə hər dəfə ona hər kəs öz payını alacaq deyib söhbətin uzanmasına yol verməmişdir. Ailə olaraq hamısı vərəsəliyi faktiki olaraq qəbul etməsinə baxmayaraq, vərəsələrin dairəsi müəyyən edilən zaman o, nə vərəsə kimi notariat kontoruna çağrılmış, nə də onun payı müəyyən edilərək açıq saxlanılmışdır. Qardaşı Cavabdeh1 onlara miras əmlakda yaşamağa sahə versə də, ona miras əmlakdan çatacaq paya dair vərəsəlik şəhadətnaməsi verilməsini istəməmiş və vərəsəlik işi açılanda onun vərəsə olması haqqında məlumat verməmiş, işin saxtalaşdırılmış sənədlər əsasında həyata keçirilməsini təmin etmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2023-cü il tarixli 2(010)-397/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı tərəfindən qeyd edilən halların təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız müvafiq icra hakimiyyəti orqanın və notariat orqanının əmlakın hüquqi vəziyyətini əks etdirən cavab məktubları məhkəməyə təqdim edilmişdir. Hazırkı işdə iddiaçı onun da miras payının olduğu əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin düzgün tərtib edilmədiyini, ona görə də, həmin əqdlərin etibarsız hesab edilməsini və əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin yenidən tərtib edilməsini xahiş etsə də, mübahisələndirdiyi əqdləri məhkəməyə təqdim etməmiş, eləcə də tələbini mötəbər sübutlarla əsaslandırmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, onun vərəsəlik hüquqları pozulmuşdur. Mərhum atasının əmlakı üzrə ən azı qanunla müəyyən edilmiş məcburi payı vardır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdeh olan qardaşı Cavabdeh1 onu aldadaraq inandırmışdır ki, evi adına rəsmiləşdirdikdən sonra onun payını da verəcəkdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh vədinə əməl etməmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
20. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
21. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
22. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
23. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
24. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göründüyü kimi mübahisəli əmlak iddiaçı ilə Cavabdeh1 atasının mülkiyyətində olmuş və 2006-cı ildə Cavabdeh1 vəsiyyət edilmişdir. Ataları 2010-cu il tarixdə vəfat etmiş, birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan “mülkiyyət hüququ haqqında” şəhadətnamə ilə fərdi yaşayış evinin ½ hissəsinə anaları Gülvart Səfərovanın hüquqları müəyyən edilmişdir. Miras əmlak hesab edilən mübahisəli evin ½ hissəsinə Cavabdeh1 3/8 hissədə, X8 isə 1/8 hissəsidə irs almış, nəticədə 3/8 hissəyə Cavabdeh1, 5/8 hissəyə isə Gülvart Səfərovanın payı müəyyən olunmuşdur. Aralarında bağlanmış sazişə əsasən Gülvart Səfərova payına düşən 5/8 hissəni 2000 manat kompensasiya müqabilində oğlu Cavabdeh1 vermişdir. 2015-ci ildə isə Cavabdeh1 evin bir hissəsini bacısı Zənifə Quliyevaya bağışlamışdır.
34. İddiaçı tərəf qardaşı Cavabdeh1 onu aldatdığını, ona çatası payı verəcəyi barədə vəd verməsinə istinad edir. İddiaçının bu dəlili əsaslı hesab edilsə belə, göründüyü kimi 2015-ci il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən mübahisəli əmlakın bir hissəsi olan “B” tikilisi bacıları X3 bağışlanmışdır. Bu müqavilə bağlanarkən digər şəxslərlə bərabər hazırki iş üzrə iddiaçı və onun oğlu Nümayəndə da razılıq ərizəsi vermişlər. Belə olan halda aşkardır ki, hətta bu halda iddiaçı 2015-ci ildə əmlakın Cavabdeh1 tam mülkiyyətində olması barədə məlumatlı olmuşdur.
35. Beləliklə müəyyən olunur ki, miras evə vəsiyyətnamə olduğundan onun barəsində qanun üzrə vərəsəlik hüququ yaranmamışdır, yəni iddiaçı, mirası faktiki qəbul edibetməməsindən asılı olmayaraq, qanun üzrə pay hüququna malik olan şəxs olmamışdır. Ona görə də onun həmin əsasla, eləcə də miras əmlak barəsində vərəsəlik işi açılarkən digər vərəsələrin notariusdan gizlədilməsi əsası ilə hazırki tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmçinin evin cavabdehə vəsiyyət edilməsi də mübahisələndirilməmişdir.
36. Mübahisəli əmlak vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət edildiyi üçün iddiaçı miras əmlakdan məcburi pay almaq hüququna malik olmuşdur, buna görə də o, yalnız məcburi pay tələb edə bilər, həmin tələbin əsaslı olub-olmaması isə hazırki işin predmetinə aid deyil.
37. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız olmaqla mübahisəni düzgün həll etmiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-397/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.