Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3301/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 37 saylı Dövlət Notariat kontoruna qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair” ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv olunması və borc tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-2242/2020 saylı qərardadından İddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 37 saylı Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli (25.000 manat pul vəsaitinin borc verilməsinə dair) reyestrdə 3M-34 nömrə ilə qeydə alınan kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli reyestrdə 3M-37 nömrə ilə qeydiyyata alınmış ipoteka müqaviləsinin və xx.xx.2019-cu il tarixli, reyestrdə 3M-249 nömrə ilə qeydə alınmış X2yə dair müqavilələrin etibarsız hesab edilib, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdeh Bakı şəhəri 37 saylı notariat ofisinin rəisi Qulu Süleymanov barəsində xüsusi qərar çıxarılıb, araşdırılması üçün aidiyyatı üzrə orqana göndərilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə arasında bağlanmış və Bakı şəhəri 37 saylı dövlət Notariat ofisi tərəfindən təsdiq olunmuş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin, xx xxxxxx 2017-ci il tarixli İpoteka müqaviləsinin, xx xxxxxx 2019-cu il tarixli X1 ləğv edilməsi və cavabdehdən 25000 manat borcun, həmin borc məbləğini vaxtında qaytarmamaqla özündə saxladığı (xx.xx.2017-xx.xx.2020-ci il) dövr ərzində ona vurduğu Mərkəzi Bankın faiz uçot dərəcəsinə uyğun olaraq (5%) 3750 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 28780 manat pulun alınaraq ona qaytarılması, kredit borcunun xx xxxxxx 2017-ci il tarixli İpoteka müqaviləsi və xx xxxxxx 2019-cu tarixli X2 əsasında xx.xx.2019-cu il tarixdə, **********03-10301 reyester nömrəsi ilə yüklü edilmiş ünvan 1 ünvanda mülkiyyətində olan 0.02620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m, 46v saylı 3 otaqlı fərdi yaşayış evinə və 0.02620 ha torpaq sahəsinə yönəldilərək həmin əmlakın hərrac yolu ilə satılaraq satışdan əldə edilən vəsaitə yönəldilməsi və həmin əmlakın satışından əldə edilən vəsait hesabına borc məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 2242/2020 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)- 2242/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, Bakı şəhəri 37 saylı Dövlət Notariat kontoruna qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair ilk iddiası təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin xx.xx.2020ci il tarixli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə, qərardad əsassızdır, pretenziya məktubu qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən ona göndərilmişdir. Sözügedən pretenziya məktubu mülki iş materiallarında mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 37 saylı Dövlət Notariat Ofisi məktub ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə hazırda qüvvədə olan “İpoteka haqqında” Qanunun 36.1, 38.1, 38.2-ci maddələrinə istinad edərək, qarşılıqlı iddiaçının həmin maddələrinin tələblərinə riayət etmədən, yəni qarşılıqlı iddia üzrə cavabdehi ipoteka predmetinə tutma yönələcəyi barədə xəbərdar etməsinə dair sübutlar təqdim etməməsinə görə, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasaən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər və belə işlərə məhkəmə tərəfindən ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır. Lakin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun «İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası» başlıqlı 36-cı maddəsinə görə isə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Adı çəkilən Qanunun 36.3, 36.4 və 36.5-ci maddələrinə görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və ya tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda, tutmanın yönəldilməsi proseduru davam etdirilə bilməz. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. İstinad olunan Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, Qanunun 39.2-ci maddəsində birbaşa göstərilmişdir ki, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınaraq qarşılıqlı iddia ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-2242/2020 saylı qərardad ləğv edilsin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv olunması və borc tələbinə dair” qarşılıqlı iddia ərizəsinə yenidən baxılması üçün iş Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3301/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3301/2021
22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver