Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3307/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxx” ASC tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 510 nömrəli bağ evində elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixli bildirişə əsasən hesablanmış 3748,56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, 3528,25 manat borcun ünvan evi ünvanında yerləşən **********50000 nömrəli abunə hesabından silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları abonent İddiaçı məxsus sözügedən bağ evində xx.xx.2019-cu il tarixdə quraşdırılmış 76631917M1379575 nömrəli LUNA-LUN 21 tipli elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı “sayğacın alt qapaq möhürünün simi kəsilərək sayğac qutusuna qoyulmuşdur” qüsurunun aşkar olunması ilə bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Abonent yaşadığı evin qapısını açamadığından akt onun iştirakı olmadan tərtib olunmuş və bu barədə qeyd aktda öz əksini tapmışdır. “xxxx” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 32075 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 3528 manat məbləğində müəyyən edilməklə abonentin **********50000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. İddiaçının hazırkı tarixədək limitdən artıq elektrik enerjisi sərfiyyatına görə olan borcunu da nəzərə aldıqda onun xx.xx.2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisinə görə ümümi borcu 3748 manat təşkil edir. Lakin məhkəmə qeyd olunan akt tərtib edilərkən hal şahidlərinin olmamasını əsas gətirərək aktın etibarsız hesab edilməli olması qənaətinə gəlmişdir. Halbuki, aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktını inkar etməyə əsas vermir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və onun nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, NDM 019828 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən İddiaçı məxsus ünvan evi ünvanında (abunə kodu: **********50000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının alt qapaq möhürünün simi kəsilərək sayğac qutusuna qoyulmuşdur. Sayğacın yenisi ilə əvəz olunması və çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilməsi tələb olunmuşdur. “xxxx” ASC-nin Akt Komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən, 3.528,25 manat borc hesablanmış və sayğac yenisi ilə əvəz edilmişdir. “xxxx” ASC tərəfindən iddiaçıya ünvanlanmış bildirişdən görünür ki, cavabdeh tərəfindən qeyd olunan ünvanda quraşdırılmış sayğac göstəricilərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3748,56 manat məbləğində borc hesablanmışdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya akt üzrə hesablanmış 3.528,25 manat borcun silinməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. (7.11-ci bənd) Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. (8.32-ci bənd) Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (8.33-cü bənd) Göründüyü kimi, Qaydaların tələbinə görə, mənzillər üzrə quraşdırılmış hesablaşma elektrik sayğacların işlək vəziyyətdə saxlanılmasına, sayğacın məişət abonentinin təqsiri ucbatından zədələnməsi və ya yararsız hala düşməsi halları istisna olmaqla, bütün hallarda enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Məişət abonentinin elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə isə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi tərəfindən abonentin və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtiblənməli, onlar tərəfindən imzalanmalı və bir nüsxəsi məişət abonentinə verilməlidir. Bu baxımdan Kollegiya hesab edir ki, hazırkı işdə iddiaçıya məxus evin elektrik enerjisi təchizatı ilə hesablaşmasını təmin edən sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilmiş müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi akt isə iddiaçının ektrik enerjisindən istifadədə pozuntuya yol verməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, cavabdeh “xxxx” ASC, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiqləyən və buna görə də, borcun hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4862/2020 saylı iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3307/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3307/2021
31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver