Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3308/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı və Cavabdeh1, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh4 iştirakı ilə, iddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X1, Cavabdeh8 və Cavabdeh5 qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3296/2018 nömrəli qətnaməsindən Cavabdeh5 apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsi xx.xx.2018-ci ildə verilib. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin mülkiyyətçisi X3 iddiaçıların ata tərəfdən ulu babası olması faktı və evin ¼ hissəsinin miras kimi iddiaçılar tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, iddia ərizəsində cavabdehlərdən biri kimi göstərilmiş Cavabdeh7 iddia ərizəsinin verilməsindən əvvəl – xx.xx.2018-ci ildə ölüb. Ölmüş şəxsə qarşı verilmiş iddiaya məhkəmə qaydasında baxıla bilməz. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1 və 384.0.5-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ölmüş şəxsə aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3296/2018 nömrəli qətnaməsi Cavabdeh7 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-3308/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3308/2025
25.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver