Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3312/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X6 və X19 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili Nümayəndə1, Cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi, əmlaka dair hüquqların bərpa olunması, nəqliyyat vasitəsinə əmlak hüququnun tanınması, bu mümkün olmadıqda əvəzinə dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2834/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vaqıf oğlu Cavabdeh1 Nadır qızına və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi, əmlaka dair hüquqların bərpa olunması, nəqliyyat vasitəsinə əmlak hüququnun tanınması, bu mümkün olmadıqda əvəzinə dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin ümumi sahəsi 65,2 kv.m olan 6 saylı yaşayış mənzilinin Cavabdeh1 bağışlanması barədə Bakı şəhəri 51 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli müqavilənin etibarsız hesab olunmaqla ləğv edilməsi, mənzilin 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq qeydin ləğv olunması, onun əmlaka dair hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 ilə şəxsi münasibətləri vardır və aralarında inam etibar olduğundan DƏDRX Bakı Ərazi İdarəsinin xx.xx.2018-cü il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küç. ev 209F, mənzil 6-da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini ona bağışlamışdır.Müqavilə Bakı şəhəri 50 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli əqd əsasında rəsmiləşdirilmişdir. O sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ticari münasibətlərdə yarana biləcək problemlər üzündən əmlakı adında saxlamayaraq müvəqqəti özgəninkiləşdirmişdir. Digər bir tərəfdən xanımla olan şəxsi münasibətləri onun həyat şəraitinin təminatlı səviyyədə saxlanmasına sövq etmiş, onu mənzildə yaşamaq üçün buraxmış və mənzili əvəzsiz özgəninkiləşdirmişdir. Əlbətdə ki, mənzil onun adında qaldığı müddətdə də etibarlı əlaqələrin mövcudluğuna inanmış və bağlılığın davam edəcəyinə hər ikisini intizamlandırmışdır.Xanımın ailəsi də əlaqələrindən məlumatlı olmuş və buna etiraz etməyərək mənzilin hansı əsaslarla Cavabdeh1 adına keçirilməsini bilmişlər. Bu arada xanıma nəqliyyat vasitəsinin alınması məsələsi gündəmdə olduğundan 2011-ci il buraxılışlı, ** LB *** dövlət qeydiyyat nişanlı, sedan tipli, qara rəngli, şassi nömrəsi KMHDH41EBCU116822 olan “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini “xxxxxxxxxxxxxxx” MMC-yə məxsus avtosalondan almışdır.Cəmiyyətin satış predmeti olan “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixli 939 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan vət. Cavabdeh1 adına kredit sənədləşmə ilə 21306,47 manata rəsmiləşmişdir və həmin razılaşmanın zamini qismində o çıxış edərək xx.xx.2016-cı il tarixli 939 saylı zaminlik müqaviləsi ilə öhdəliyi öz üzərinə götürmüşdür.Nəqliyyat vasitəsi üçün müəyyən olunan ödəniş kreditlə, hissə-hissə olaraq 21306,47 manat idi. Müqavilə bağlanan zaman ilkin ödənişi 1000 manat, əlavə xərc olaraq 3000 manat ödəmiş, sonrakı aylarda isə cədvələ görə hər ay 565 manat olsa da o əlinə pul gəldiyindən kredit məbləğini gözləməyərək pulu tez vermiş və 15.560 (on beş min beş yüz altmış) manat ödəmişdir. Beləliklə nəqliyyat vasitəsi ona 19560 (on doqquz min beş yüz altmış) manata başa gəlmişdir. Təbii ki, nəqliyyat vasitəsi xanımın adına qeydə alınmış və **-ED-*** dövlət qeydiyyatı ilə mülkiyyətə salınmışdır. Onun öz idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi isə **-ED-***-dür. Həmin “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dair ona baş etibarnamə də verilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə Babək prospektində yerləşən “Best Kar” avtosalonda “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi “Audi A4” markalı nəqliyyat vasitəsinə dəyişdirilmiş və “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinin üstündə tərəfindən 10000 (on min) ABŞ dolları pul verilmişdir. Bu maşın da Aytənin adına rəsmiləşdirilmiş və ona da baş etibarnamə verilmişdir. Sonradan isə xx.xx.2017-ci il tarixdə “Audi A4” markalı nəqliyyat vasitəsi Babək pr. 2199 ünvanında fəaliyyət göstərən “Avto 800” Avtosalonda (əvvəlki adı “014” Avtosalon) “Volkswagen Touareg” mınik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyişdirilmişdir. “Volkswagen Touareg” minik markalı maşına görə Audinin üstündə 6000 ABŞ dolları tərəfindən verilmişdir. Sonuncu avtomobil “Volkswagen Touareg" mınik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur ki, onun da əldə olunmasına ümumilikdə 19.560 manat və 16000 (on altı) min ABŞ dolları məbləğində pul tərəfindən qoyulmuşdur. Aralarında mübahisələr yarandığından mənzili öz adına geri qaytarmasını istədikdə müxtəlif bəhanələrlə vaxtı uzadan cavabdeh notariata getməkdən yayınmışdır. Cavabdehlə anasını “Asan xidmətdə” təsadüfən birlikdə görəndən sonra aydınlaşdırmışdır ki, mənzili onun adına formal olaraq özgəninkiləşdirilmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs mənzili öz anasının adına alqı-satqı etmişdir. 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzinin xüsusi X3 tərəfindən təsdiqlənmiş xx xxxx 2019cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi ilə anası Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bu əməliyyatlardan xəbərsiz olmuşdur və heç kəsə mənzil satmamışdır.Ümumiyyətlə onun belə bir mövqeyi olmamışdır. Etibarından istifadə edən xanım əmlakın müvəqqəti olaraq əvəzsiz onun adına keçrildiyini bildiyi halda, güya alqı-satqı etdiyini nümayiş etdirədək mənzilini öz anasının adına keçirmiş və faktiki olaraq onun əlindən almışdır. Daha sonra isə ona aldığı və adına baş etibarnamə verilmiş “Volkswagen Touareg" mınik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Baş etibarnamə ilə Bakı şəhər S.Salayev küç. ev 28-də qeydiyyatda olan X9 və X2 müəyyənləşdirilmişdir. Sonuncu adları çəkilən şəxsləri tapıb onlarla danışmışdır. Onlar bildirmişlər ki, nəqliyyat vasitəsini 19000 ABŞ Dolları pul ödəyərək Cavabdeh1 almışlar. Aralarında münaqişəli vəziyyət davam edir və Binəqədi rayon polis İdarəsində icraatda materiallar vardır. Cavabdeh onunla şifahi danışıqlarında bildirmişdir ki, mənzili onun əlindən almasın deyə anasının adına keçirmişdir və anasının borcları olduğundan maşını da satmışdır. Mənzil və adına alınmış nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçirilsə də, onlar iddiaçının vəsaiti ilə alınmışdır. Xanım heç bir gəlirə malik deyildir. İşləmir və gəliri yoxdur. Bu əmlakların əsas təyinatı biznesinə olan kənar müdaxilələrin qarşısının alınması və bununla paralel birgəliyin təminatının möhkəmləndirilməsi olduğu halda Cavabdeh1 hüquqdan sui-istifadəsi və əsassız varlanma cəhdi yolverilməzdir. Cavabdeh1 anası Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Xətai küçəsində 325 saylı öz mənzili vardır və orada yaşayır. Tərəf əsl alıcı deyil. Belə ki, niyyəti ev almaq olmamışdır. Onlar bağışlanmış mənzili onun əl çatımlılığından uzaqlaşdırmaq,əmlakı aradan çıxarmaq üçün uydurma rəsmiləşmə etmişlər.Onların arasında heç bir pul alış-verişi olmamışdır.Müqavilə formal sənədləşmişdir. Cavabdeh yuxarıda qeyd olunan həmin nəqliyyat vasitəsini də etibarnamə vasitəsi ilə satıb aradan çıxarmışdır. Halbu ki, bu nəqliyyat vasitəsini o öz pul vəsaiti ilə almış və nəqliyyat vasitəsinin satılmasına razı ola bilməz. Cavabdehin ilk əmlakını aldığı zaman o zamin olmuş və bütün pul vəsaitlərini özü ödəmişdir. Bu prizmadan baxdıqda da zaminlik müqaviləsi üzrə ödənmiş olan pullar ona qaytarılmalıdır. Mülki qanunvericilik bu tələb etmə hüququnun ona aid olması barədə tənzimləməni təmin edir. Ona görə də, nəqliyyat vasitəsinə hüquqlarının tanınmasını, bu mümkün olmadıqda cavabdehdən nəqliyyat vasitələrinin əldə olunmasına sərf olunan pul vəsaitinin özünə qaytarılması barədə tələb irəli sürməli olmuşdur. Bütün bunlarla yanaşı iş materialları və tərəflər arasında yaranmış qarşılıqlı əlaqələrin məcmusu onu göstərir ki, cavadeh Cavabdeh1 ilə aralarında yaranmış qarşılıqlı münasibətlərin, yaxınlıq əlaqələrinin varlığından istifadə edərək məqsədli mövqe formalaşdırmış, əmlaklarını ələ keçirdikdən sonra onları müəyyən yollarla aradan çıxardaraq gələcəkdə öz mənfəəti üçün istifadə etməyə hazırlaşmışdır. Ona görə də bəxşiş müqaviləsi etibarlı münasibətlər üzərində rəsmiləşmədiyindən, tərəflərin məqsəd və məramına uyğun olmayan əsaslar yaratdığından etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin ümumi sahəsi 65,2 kv.m olan 6 saylı yaşayış mənzilinin Cavabdeh1 bağışlanması barədə Bakı şəhəri 51 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli müqavilənin etibarsız hesab olunmaqla ləğv edilməsi, mənzilin 3 Saylı Bakı "Asan Xidmət” Mərkəzində Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması,DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq qeydin ləğv olunması, onun əmlaka dair hüquqlarının bərpa olunması və “Volkswagen Touareg” mınik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əmlak hüquqlarının tanınması, bu mümkün olmadığı təqdirdə həmin nəqliyyat vasitəsinin alqı-satqısı nəticəsində tərəfindən ödənilmiş 19.560 manatın və ödəmə gününə manatla 16000 (on altı) min ABŞ dolları məbləğində pulun, cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin ümumi sahəsi 65,2 kv.m olan 6 saylı yaşayış mənzilinin Cavabdeh1 bağışlanması barədə Bakı şəhəri 51 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli müqavilənin etibarsız hesab olunmaqla ləğv edilməsi, mənzilin 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq qeydin ləğv olunması, onun əmlaka dair hüquqlarının bərpa olunması və “Volkswagen Touareg” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əmlak hüquqlarının tanınması, bu mümkün olmadığı təqdirdə həmin nəqliyyat vasitəsinin alqı-satqısı nəticəsində tərəfindən ödənilmiş 19.560 manatın və ödəmə gününə manatla 16000 (on altı) min ABŞ dolları məbləğində pulun, cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2834/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209F saylı evin 6 saylı mənzilinin İddiaçı Vaqıf oğlu tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması,DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi,qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması,qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv olunması, əmlaka dair iddiaçının hüququnun bərpa olunması hissəsində ləğv edilməsini və işin obyektiv araşdırılaraq yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsindəki 209 F saylı evin 6 saylı mənzilinin İddiaçı oğiu tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri, 51 saylı notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018-ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu ii tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində həmin mənzilə dair aparılmış qeydin ləğv olunması, qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması”hissəslərində qətnamənin ləğv olunması və bu barədə iddia tələbinin təmin olunmaması və qətnamənin digər hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aralarında münaqişəli vəziyyət davam edir və Binəqədi rayon polis İdarəsində icraatda materiallar vardır. Cavabdehlə şifahi danışıqlarında bildirmişdir ki, mənzili onun əlindən alması deyə anasının adına keçirmişdir və anasının borcları olduğundan maşını da satmışdır.” Bildirir ki, mənzil və xanımın adına alınmış nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçirilsə də, onlar onun vəsaiti ilə alınmışdır. Tərəf əmlakların alınma yerinin və dəyərini belə dəqiq bilmir və məhkəmədə də bunları cavablandıra bilməmişdir. Bundan əlavə illərdir bir yerdədirlər və ona o, baxmış və bütün xərclərini qarşılamışdır. Xanım heç bir gəlirə malik deyildir, işləmir. Bu əmlakların əsas təyinatı biznesində olan kənar müdaxilələrin qarşısının alınması və bununla paralel birgəliyinin təminatının möhkəmləndirilməsi olduğu halda Cavabdeh1 hüquqdan sui-istifadəsi və əsassız varlanma cəhdi yolverilməzdir. Bütün bunlarla yanaşı iş materialları və tərəflər arasında yaranmış qarşılıqlı əlaqələrin məcmusu onu göstərir ki, cavadeh Cavabdeh1n onların aralarında yaranmış qarşılıqlı münasibətləri, yaxınlıq əlaqələrinin varlığından istifadə edərək məqsədli mövqe formalaşdırmış, əmlaklarını ələ keçirdikdən sonra onları müəyyən yollarla aradan çıxardaraq gələcəkdə öz mənfəəti üçün istifadə etməyə hazırlaşmışdır. Ona görə də, bəxşiş müqaviləsinin etibarlı münasibətlər üzərində rəsmiləşmədiyindən, tərəflərin məqsəd və məramına uyğun olmayan əsaslar yaratdığından etibarsız hesab olunması ilə yanaşı, onun nəqliyyat vasitələrinə xərclədiyi pullar da özünə qaytarılmalıdır. Cavabdehə yuxarıda qeyd olunan həmin nəqliyyat vasitələrini o, öz pul vəsaiti ilə almış və nəqliyyat vasitəsinin satılmasına razı ola bilməz. Cavabdehin ilk əmlakını aldığı zaman o zamin olmuş və bütün pul vəaitlərini özü ödəmişdir. Bu prizmadan baxdıqda da zaminlik müqaviləsi üzrə ödənmiş olan pullar ona qaytarılmahdır. Mülki qanunvericilik bu tələb etmə hüququnun ona aid olması barədə tənzimləməni təmin edir. Ona görə də, nəqliyyat vasitəsinə hüquqlarının tanınmasını, bu mümkün olmadıqda cavabdehdən nəqliyyat vasitələrinin əldə olunmasına sərf olunan pul vəsaitinin özünə qaytarılması barədə tələb irəli sürməli olmuşdur. İş üzrə cəlb olunmuş üçüncü şəxs, “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi də məhkəmədə “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinin vəsaitini həqiqətən də iddiaçının ödədiyini bildirdi. Lakin iş üzrə verilmiş izahatlar təhrif olunmuş və düzgün dəyərləndirilməmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona yeni tikilidən mübahisə predmeti olan həmin evi almış, şifahi bağlanmış müqaviləyə əsasən vəd etdiyi kimi Cavabdeh1 bağışlamışdır, yəni Azərbaycan Respublikasının MM-nin 668-ci maddəsində nəzərdə tutulduğu kimi o, evi bağışlayacağını vəd etmiş və bağışlamışdır. Sonradan Cavabdeh1 azyaşlı uşaqla evdə tək qaldığından evi anası Səidəyə satmış, nisbətən əlverişli yerdə ev almaq qərarına gəlmişdir. 2019-cu il tarixində həmin evi anası Səidəyə 50000 manata satmışdır. Avtomobilə gəldikdə isə “Lor Hospital” xəstəxanasında həkim asistenti işləyən zaman “Hundai” markalı avtomobil almışadır. Həmin avtomobili “Okean” avtosalonundan kreditlə almış, hər ay 1000 manat kredit ödəmişdir. İddiaçı o zaman cavabdehə zamin durmuşdur. Bütün ödənişlər Cavabdeh1 tərəfindən ödənilmişdir. Hesab edir ki, qətnamə ilə Azərbaycan Respublikası MPMnin 88-ci və 385- ci maddəsinin tələbləri pozulmuşdur. Qətnamə hissəvi, yəni bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv olunması, əmlaka dair iddiaçının hüququnun bərpa olunması hissəsində ləğv edilməlidir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuni alqı-satqı etmiş, mənzili qızından 50000 manata almışdır. Hesab edir ki, qanuni alıcıdır. İddiaçı onun qızını aldatmışdır. Qızı İddiaçı ona qarşı olan bağlılığından sui-istifadə etməmiş, onu ağır vəziyyətə salmamış və iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu bağışlanmaya nail olmamışdır. Qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixində onların övladları dünyaya gəlmişdir. Qızının onu aldatmaq məqsədi olsaydı dünyaya uşaq gəlməsinə razı olmazdı. Əksinə o, qızını aldatmış, subay olduğunu bildirmiş, onların hay-küy salmamaqlarını istəmiş və faktiki olaraq birlikdə yaşadıqları və övladları olduğu üçün mənzil təşkil edib bağışlayacağını vəd etmiş və həmin mənzili ona bağışlamışdır. Qızı heç kimi aldatmamış, əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur etməmiş, əksinə aldanmış və iddiaçının onunla bağladığı müqavilə əvvəlcədən etdiyi bağışlama vədi məhkəmə tərəfindən qanunsuz etibarsız hesab edildiyindən bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Mənzilin satılmasına gəldikdə isə mənzil əlverişsiz yerdə yerləşdiyi üçün qızı əlverişli yerdə mənzil almaq qərarına gəlmiş, bu məqsədlə də alıcı axtarmış, lakin, tapmamış, onun ona yazığı gəlmiş, evi özü almış, qanuni alqı-satqı müqaviləsi aparılmış, 50000 manata evi almışdır. Qızının onun evində müvəqqəti yaşamasının səbəbi isə əlverişli yerdə ev axtarmasıdır. Onu da qeyd edir ki, əgər onların başqa fikirləri olsa idi gözləyib evi başqa şəxsə satardılar. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil2 cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətilərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 iddiaçı ilə aralarında olan yaxın münasibətlərin davam edəcəyinə dair ona vəd verməklə, iddiaçının ona qarşı olan bağlılığından sui-istifadə etməklə onu ağır vəziyyətə, yəni özündən asılı vəziyyətə salmaqla bundan istifadə etmiş iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdin (ağır şərtli əqd) bağlanmasına nail olmuşdur. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız əqd hesab olunmalıdır. Həmin əqd etibarsız əqd olduğundan və qanunun müddəasına görə etibarsız əqd bağlandığı andan etibarsız hesab olunduğundan bu əqd əsasında Cavabdeh1 Nadır qızının mübahisəli mənzili öz anası Cavabdeh2 satmasına dair alqı-satqı müqaviləsinin hüquqi qüvvəsi yoxdur və həmin əqd də etibarsız əqd hesab edilməlidir. DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməli, qeyd edilən mənzilə dair İddiaçı Vaqıf oğlunun hüquqları bərpa olunmalıdır. “Volkswagen Touareg” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar hissəsini araşdıraraq hesab edir ki, qeyd olunan avtomobil heç vaxt iddiaçının mülkiyyətində olmamışdır və Cavabdeh1 tərəfindən əldə olunmuşdur. İddiaçı avtomobilin pulunun onun özü tərəfindən ödənildiyini iddia etsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını nəzərə alıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti rədd edilməli, cavabdehlərin apellyasiya şikayəti isə təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi ev 209F, mənzil 6-da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini Cavabdeh1 Nadır qızına bağışlamışdır. 3 saylı Bakı "Asan xidmət” mərkəzinin notariat ofisində xx.xx.2019-cu il tarixində Cavabdeh1 Nadır qızı Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 209F, mənzil 6- da yerləşən ümumi sahəsi 65,2 kv.m olan iki otaqlı yaşayış mənzilini 50000 manata X1. “Volkswagen Touareg” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi isə Cavabdeh1 Nadır qızıdır. Cavabdeh1 Nadır qızı “Volkswagen Touareg" minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində sərəncam vermək səlahiyyətlərini 1 il müddətinə, xx.xx.2019-cu il tarixdən İddiaçı etibar etmişdir. xx.xx.2016-cı il tarixli 939 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 Nadır qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 939 nömrəli alqı-satqı müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən “Hyundai Elantra” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 Nadır qızına təhvil verilmişdir. Hal-hazırda “Hyundai Elantra” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X10r. Kollegiya iddia tələbinin “Volkswagen Touareg” mınik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid hissəsinə dair birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmamış, Cavabdeh1 tərəfindən əldə olunmuş və onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı avtomobilin pulunun onun tərəfindən ödənildiyini iddia etsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya iddia tələbinin Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunmasına dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Həmin məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-cimaddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində “mənzilin cavabdehin adında qaldığı müddətdə də etibarlı əlaqələrin mövcudluğuna inanmış və bağlılığın davam edəcəyinə hər ikisini intizamlandırmışdır” bildirsə də, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 4Ə-703 reyestr qeydli bağışlama müqaviləsində bağışlama şərtlərinə və ya öhdəliklərə dair hər-hansı müddəa qeyd edilməmişdir. Göründüyü kimi, qeyd olunan bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış və onların həqiqi niyyətlərini əks etmişdir. Kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli 4Ə-703 reyestr qeydli bağışlama müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan və tərəflərin iradələrinə uyğun bağlanıldığından etibarsız hesab edilə bilməz. Belə olan halda iddia tələbi xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi də etibarsız hesab edilə və DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilə bilməz. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə mübasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair dəlillərini göstərsə də, məhkəməyə həmin dəlilləri təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli, iddiaçının tələbi mübahisələndirilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti rədd edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2834/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması,DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi,qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması hissəsində rədd edilməli,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2834/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi “Bakı şəhəri 51 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018- ci il tarixli, 4Ə-703 reyestr qeydli bağışlanma müqaviləsi və 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xüsusi X4 tərəfindən təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli 4Ə-1178 reyestr qeydli alqı-satqı müqaviləsi etibarsız hesab olunması,DƏDRX Bakı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilə dair aparılmış qeyd ləğv edilməsi və qeyd edilən mənzilə dair İddiaçı hüquqları bərpa olunması” hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3312/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3312/2020
09.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver