Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3318/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və X7 olmaqla “mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1469/2024 nömrəli 08 avqust 2024-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3ndan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2, 5 saylı fərdi yaşayış evinin qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. X3 onunla birlikdə ünvan 1 ünvanında yaşayıb və 23 avqust 2006-cı ildə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2, 5 saylı fərdi yaşayış evi anası X5 adına qeydiyyatdan keçmiş və hazırda da adındadır. Onlar ailədə 5 övlad olmuşlar, iki qardaş, üç bacı. İki qardaşı və iki bacısı vəfat etmişdir. Bu ailənin vərəsəsi olaraq o qalmışdır. Qanunları bilmədiyi səbəbindən mərhum anasının adına olan miras əmlakın sənədləşdirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müracəit edə bilməmişdir. Bununla əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 1 saylı notariat ofisinin notariusunun 06 noyabr 2023-cü il tarixli qərarına əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu yaxınlarda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2, 5 saylı fərdi yaşayış evə vərəsəlik şəhadətnaməsinin alınması məsələsi yaranmışdır. Digər vərəsələr X8 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 08 avqust 2024cü il tarixli 2(009)-1469/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü sayılaraq uzadılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə tərəf olmayan Maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1469/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması, Maraqlı şəxs tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1469/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, Maraqlı şəxs miras qoyan nənəm X5 oğlu X2 qızıdır (miras qoyanın nəvəsidir). X19 Kübra Dadaşova və X16 nikahından 1944-cü il 4 avqust tarixində dünyaya gəlib və miras əmlak ünvan 3 ünvanında yerləşən 5 saylı evdə yaşayıb. xx.xx.2008-ci il tarixdə rabitə müəssəsi ilə bağladığı müqavilədən və ərizəyə əlavə olunmuş digər ödəniş qəbzlərindən göründüyü kimi, miras əmlak olan evdə yaşadığı müddətdə X19 həmin evin telekommunikasiya, işıq, su kimi kommunal xərclərini və torpaq vergisini şəxsən özü ödəyib. Təcili və Təxirəsalınmaz TibbiYardım Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X19 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması səbəbi ilə yaşadığı miras əmlak ünvan 3 ünvanında yerləşən 5 saylı evdə vəfat edib. Atası vəfat etdikdən sonra həmin evdə faktiki olaraq o yaşayır. O, mövcud miras əmlak üzrə qanuni vərəsədir. Odur ki, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Hazırda iddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırki işə fərqli məhkəmə icraatında həll olunmalı olduğunu başa düşərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Təqdim edilmiş ərizədən görünür ki, iddiaçı tələblərindən imtina edir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr ləğv edilməli və hər iki iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli 2(009)- 1469/2024 nömrəli qətnaməsi ləğv edilsin və İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və X7 olmaqla “mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3318/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3318/2025
17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver