Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3325/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi Cabir İslamovun, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakda payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən 33 №-li evdə və evə aid olan 0,08542 ha torpaq sahəsində iddiaçının və cavabdehlərin payı müıəyyən olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, evdə və torpaq sahəsində 6 vərəsənin payları aşağıdakı kimi müəyyən edilsin: 1) Cavabdeh1 payı 57/120 hissə; 2) İddiaçı payı 21/120 hissə; 3) Cavabdeh2 payı 21/120 hissə; 4) Cavabdeh3 payı 7/120 hissə; 5) Cavabdeh5 payı 7/120 hissə; 6) Cavabdeh4 payı 7/120 hissə. Qətnamədən 2 apellyasiya şikayəti verilib. İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilsin, miras əmlakda vərəsələrin payları bərabər müəyyən olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilsin, miras əmlakda vərəsələrin payları bərabər müəyyən olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, iddiaçının digər nümayəndəsi Cabir İslamov iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak Cavabdeh5 cavabdeh tərəfin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev və torpaq sahəsi X4 mülkiyyətində olub. O, 21.01.2003-cü ildə vəfat edib. Onun arvadı X2 07.02.2005-ci ildə vəfat edib. X2 evdə özünə düşən payı 02.09.2004-cü il tarixli vəsiyyətnamə ilə övadlı Cavabdeh1 vəsiyyət edib. X7 və X1 (ər-arvadın) 5 övladı olub: 1) İddiaçı; 2) Cavabdeh1; 3) Cavabdeh2; 4) X8; 5) X6. X8 29.01.2000-ci ildə (mirasın açılmasından əvvəl), X6 isə 23.05.2018-ci ildə (mirasın açılmasından sonra) vəfat edib. X3 3 vərəsəsi var: 1) Cavabdeh3 (arvadı); 2) Cavabdeh4 (övadı); 3) Cavabdeh5 (övladı). Vərəsələrin paylarının miqdarı aşağıdakı kimi müəyyən olunmalıdır. 2003-də mülkiyyətçi vəfat edib, miras açılıb, 5 vərəsə olub: 1 arvad, 4 övlad. Mirasa evin və torpaq sahəsinin yarısı (yəni nikah müddətində əldə edilmiş əmlak kimi ərə məxsus olan 60/120 hissə) daxil olub. 120/60 hissədə 5 vərəsinin hər birinin payı 12/60 hissə təşkil edib. Bu hesabla 5 vərəsinin hər birinin payı aşağıdakı kimi olub: 1) mülkiyyətçinin arvadı X2: özünə məxsus olan 60/120 + miras aldığı 12/120 hissə pay, cəmi 72/120 hissə pay; 2) mülkiyyətçinin övladı İddiaçı: 12/120 hissə pay; 3) mülkiyyətçinin övladı Cavabdeh1: 12/120 hissə pay; 4) mülkiyyətçinin övladı Cavabdeh2: 12/120 hissə pay; 5) mülkiyyətçinin övladı X6: 12/120 hissə pay. Bundan sonra – 2005-ci ildə mülkiyyətçinin arvadı ölüb və 72/120 hissəyə münasibətdə miras açılıb. 4 vərəsə (övlad) olub, 72/120 hissədən 4 vərəsənin hər birinə bərabər pay (hər birinə 18/72 hissə) düşməli idi. Lakin Cavabdeh1 adına vəsiyyətnamə olduğuna görə digər 3 vərəsəyə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın (18/72 hissənin) yarısı (9/72 hissə) düşüb, qalan 45/72 hissə Cavabdeh1 çatıb. Beləliklə, mülkiyyətçinin arvadının vəfatından sonra ona aid olan 72/120 hissədə paylar aşağıdakı kimi olub: 1) Cavabdeh1: 45/72 hissə pay; 2) İddiaçı: 9/72 hissə pay; 3) Cavabdeh2: 9/72 hissə pay; 4) X6: 9/72 hissə pay. Beləliklə, 4 vərəsənin valideynlərindən miras aldıqları payların miqdarı aşağıdakı kimi olub: 1) Cavabdeh1: atadan aldığı 12/120 hissə pay və anadan aldığı 45/72 hissə payın cəmi olan 57/120 hissə pay; 2) İddiaçı: atadan aldığı 12/120 hissə pay və anadan aldığı 9/72 hissə payın cəmi olan 21/120 hissə pay; 3) Cavabdeh2: atadan aldığı 12/120 hissə pay və anadan aldığı 9/72 hissə payın cəmi olan 21/120 hissə pay; 4) X6: atadan aldığı 12/120 hissə pay və anadan aldığı 9/72 hissə payın cəmi olan 21/120 hissə pay. X6 miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etdiyinə görə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçib, yəni irsi transmissiya baş verib. X5 aid olan 21/120 hissə payda onun vərəsələrinin payı aşağıdakı kim olub: 1) arvadı Cavabdeh3: 7/120 hissə pay; 2) övladı Cavabdeh4: 7/120 hissə pay; 3) övladı Cavabdeh5: 7/120 hissə pay. Son nəticədə vərəsələrin payları aşağıdakı kimi olub: 1) Cavabdeh1: 57/120 hissə pay; 2) İddiaçı: 21/120 hissə pay; 3) Cavabdeh2: 21/120 hissə pay; 4) Cavabdeh3: 7/120 hissə pay; 5) Cavabdeh4: 7/120 hissə pay; 6) Cavabdeh5: 7/120 hissə pay. Göründüyü kimi, birinci instansiya məhkəməsi payları düzgün müəyyən edib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1159, 1166, 1193 və 1252-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3325/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3325/2021
01.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver