Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3328/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 756/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-756/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək, onun ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə iştirak etməməyinin əsas səbəbi yaxın qohumumun vəfatı ilə əlaqədardır. Belə ki, xx.xx.2023-cü il tarixində əmisi arvadı rəhmətə getmişdir. Dəfn və yas mərasimi Xızı rayonunun Altıağac kəndində keçirildiyindən xx.xx.2023-cü il tarixində qeyd olunan yerə getdiyindən xx.xx.2023-cü il tarixində keçirilməsi planlaşdırılan məhkəmə iclasında iştirak edə bilməmişdir. xx.xx.2023cü il tarixində isə Bakı şəhərinə qayıtmışdır. Şikayət məhkəmənin 10 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, iddia ərizəsinin məhkəmənin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edildiyi, ilk hazırlıq iclasının 18 yanvar 2023-cü il tarixə təyin edildiyi, həmin tarixdə keçirilən hazırlıq iclasında İddiaçı1 oğlunun iştirak etdiyi, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə bildirişi şəxsən qəbul etdiyi, hazırlıq iclasının 10 fevral 2023-cü il tarixə təxirə salındığı, həmin tarixdə hazırlıq iclasının 27 mart 2023-cü il tarixə təxirə salındığı, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə İddiaçı3 SMS bildiriş, digər İddiaçı2 rəsmi bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri, 27 mart 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxışına tərəflər gəlmədiklərindən mübahisələndirilən qərardadın qəbul edildiyi aydın olur; bu isə o deməkdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsas mövcud olmuşdur – hansı ki, həmin normaya görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Kollegiya qeyd edir ki, iddiaçı şikayətində məhkəmədə iştirak etməməyinin səbəbi kimi yaxın qohumunun vəfat etməsini və onun yas mərasimində iştirak etməsini göstərsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə kollegiya iddiaçılara izah edir ki, o, məhkəməyə getməmələrinin üzrlü səbəblərdən baş verdiyinə dair sübutlar təqdim etməklə müvafiq qərardadın ləğvini və işə baxılmasını xahiş edə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində, iddiaçı və ya cavabdehin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildikdə, məhkəmənin bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-756/2023 saylı iş üzrə 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3328/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3328/2023
03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver