Məhkəmə qərarları › İş №2(103)-3331/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3331/2022

20.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3331/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh5 və Cavabdeh4n nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində göstərməklə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evinə dair üzrə Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən 06 iyun 2012-ci il tarixdə təsdiqlənmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında Daşınmaz Əmlakın Dövlət ReyestrXidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “əmlaka görə kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracdan satılaraq pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmə iclaslarında iştirak edən zaman İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsinin mövcudluğundan xəbər tutmuşdur. Bundan dərhal sonra vəkilə müraciət etmiş, məhz müvafiq ərizə və vəkil sorğusu verildikdən sonra o, həmin qətnamənin və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinə dair 16 dekabr 2011-ci il tarixli vərəsəlik işinin məzmunu ilə tanış olmuş və sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, hazırkı iddia ərizəsi ilə eyni məzmun və mahiyyətdəki qarşılıqlı iddia ərizəsi ilə apellyasiya instansiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilmiş, həmin məhkəmənin eyni tarixli qərardadı ilə isə İddiaçı apellyasiya icraatı zamanı irəli sürdüyü qarşılıqlı iddiası geri qaytarılmışdır. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşin həqiqi faktiki halları aşağıdakı kimidir. Belə ki, mübahisə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan 273a nömrəli bağ evi ilə bağlıdır. Həmin torpaq sahəsi və üzərindəki bağ evi X15 məxsus olmuşdur. Onun Cavabdeh4 Cəmiloviçlə olan nikahından 4 övladı olmuşdur: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) Cavabdeh3 və 4) X32. X28 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka yalnız X32 idarə etməyə başlamış və mirasa yiyələnmişdir. Belə ki, məhz o, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmiş, ağaclar əkmiş, eləcə də bütün kommunal ödənişlərini həyata keçirmişdir. Adları çəkilən digər üç nəfərin isə həmin torpaq və üzərindəki bağ evinə ümumiyyətlə aidiyyatları olmamışdır. X12 anasının mirasını qəbul etdiyi isə işin mübahisələndirilməyən halıdır. Belə ki, hazırkı qarşılıqlı iddiaya əlavə edilən qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2828/2010 nömrəli iş üzrə qəbul etdiyi 06 avqust 2010-cu il tarixli qətnaməsi və onun dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə X12 həmin bağı idarə etdiyi, 1998-ci ildən sonra isə (Yaqutxanım Rzayeva ilə nikahı pozulduqdan sonra) daimi yaşamaq üçün həmin bağa köçmüşdür (sonrakı arvadı İddiaçı ilə birlikdə). Onun anasının mirasını faktiki olaraq qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır. İşin digər hallarına görə isə, X10 yeganə vərəsəsi X16 (mirası təkcə o qəbul etmişdir) Yaqutxanım Rzayeva ilə olan birinci nikahından xx xxxxx 1981-ci il təvəllüdlü Cavabdeh4 və 28 dekabr 1979-cu il təvəllüdlü Cavabdeh5 anadan olmuşlar. X32 ilə Yaqutxanım Rzayeva arasındakı 09 aprel 1978-ci il tarixli nikah 17 fevral 1998-ci ildə pozulmuş, 02 fevral 2001-ci ildə isə X32 ilə İddiaçı daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra soyuq vaxtlarda Bakı şəhəri, Şahbazi küçəsi 99, mənzil 55-də, isti vaxtlarda isə X18 məxsus mübahisəli bağ evində yaşasalar da, ailə zəminində yaranan mütəmadi münaqişələrlə əlaqədar daimi yaşamaq üçün mübahisəli bağ evinə köçmüşlər. X32 08 may 2010-cü il tarixdə ölmüş, ölümündən sonra onun miras əmlakı olaraq anası X11 vərəsəlik qaydasında faktiki qəbul etməklə ona keçmiş mübahisəli torpaq və üzərindəki bağ evi qalmışdır. X32 anasının mirasını faktiki qəbul etsə də, ölən günə kimi onu rəsmiləşdirməmişdir. Belə ki, o bağ evini sənədləşdirmək istəsə də xəstəliyi ilə əlaqədar bu işlə məşğul ola bilməmişdir. Onun ölümündən sonra həmin bağ evində yalnız İddiaçı yaşamışdır. Bir müddət sonra Cavabdeh1 qarşılıqlı iddiaçıya bağın sənədini almaq üçün ona kömək etməyi təklif etmiş, ona bəzi sənədlərə imza atdırmışdır. Mübahisəli bağa 16 dekabr 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında 06 iyun 2012-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan İddiaçı məlumatı olmamış, o, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq 10 yanvar 2012-ci il tarixdə 12 saylı notariat kontoruna aparılmış və Cavabdeh1 mərhum əri X32 ilə birlikdə yaşadıqları, habelə tikdikləri və bağ sahəsində işlədikləri 0,25 ha torpaq sahəsinin İddiaçı adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda guya bu barədə ərizəyə imza atdırmışdır. Cavabdeh1 öz tamahkar niyyətini həyata keçirmək və İddiaçı əmlakdan məhrum etmək məqsədi ilə hətta saxtakarlığa belə gedərək Pirşağı qəsəbəsi üzrə nümayəndəlikdən saxta məzmunlu arayış almışdır ki, həmin arayış orada adıçəkilən şəxslər tərəfindən mirasın qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz (arayışa görə, Cavabdeh1 guya qardaşı Namiq və bacıları Natella ilə birlikdə anaları X10 vəfatından sonra 273a nömrəli bağ sahəsini bir yerdə becərərək qulluq etmişlər). Əvvəla həmin sənəd 2011-ci ilə aiddir, mərhum X10 mirası isə nə az, nə çox düz 41 il bundan əvvəl açılmışdır. İkincisi, həmin sənəddə mübahisəli bağı həmin şəxslərin birlikdə becərərək qulluq etdikləri göstərilsə də, bu hərəkətin konkret hansı tarixdə olduğu göstərilmir. Nəzərə almaq lazımdır ki, mərhum X10 mirası 15 oktyabr 1970-ci ildə açıldığından onun mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində, yəni ən geci 15 aprel 1971-ci il tarixdə qəbul edilməli idi. Mübahisəli torpaq və üzərindəki bağ evinə dair Cavabdeh6 açılmış 16 dekabr 2011-ci il tarixli 53/2015 nömrəli vərəsəlik işindəki 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X10 miras əmlakından Cavabdeh1 (mirasqoyanm oğlu) 1/4 pay, İsmayılova (Rzayeva) Natella Məmmədovnaya (mirasqoyanın qızı) 1/4 pay, Cavabdeh3 (mirasqoyanın qızı) 1/4 pay və İddiaçı (mirasqoyanın gəlini-oğlu Arturun arvadı) 1/12 pay verilmiş, Cavabdeh5 (mirasqoyanın nəvəsi-oğlu Arturun birinci nikahdan olan qızı) və Cavabdeh4 (mirasqoyanın nəvəsi-oğlu Arturun birinci nikahdan olan oğlu) payına düşən 2/12 pay isə açıq saxlanılmışdır ki, bu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” tamamilə qanunsuzdur, işin faktiki hallarına uyğun deyildir. Çünki yuxarıda da göstərildiyi kimi, mərhum X10 miras əmlakını yalnız X32 qəbul etmişdir, adı çəkilən digər şəxslərin həmin bağ evi ilə ümumiyyətlə heç bir əlaqələri olmamış, onu miras olaraq qəbul etməmişlər. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” məhz Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışının əsasında verilmişdir ki, onun mötəbər sübut olmadığı yuxarıda izah edilmişdir. Ümumiyyətlə, mərhum X10 miras əmlakı onun mirasının açıldığı zaman qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllənin 552ci maddəsinə müvafiq olaraq 6 ay ərzində (15 aprel 1971-ci ilə qədər) onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi (miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə). Həmin mirasın adı çəkilənlər tərəfindən rəsmi qaydada qəbul edilmədiyi mübahisə mövzusu deyildir. Vərəsəlik işinə əsasən, miras onlar tərəfindən faktiki qəbul edilməsi barədə yeganə sənəd isə Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışıdır ki, həmin arayış yuxarıdakı izahlara əsasən mötəbər sübut ola bilməz. Bundan başqa hətta digər vərəsələrin X10 mirasını qəbul etdikləri qəbul edilsə belə, yenə həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”ni düzgün hesab etmək olmaz. Çünki həmin vərəsəlik işində mərhum X10 vərəsələrinin dairəsi ümumiyyətlə düzgün müəyyən edilməmişdir. Bu baxımdan mirasın açıldığı məqamda mərhum X17 vərəsələri onun hmin tarixdə sağ olmuş uşaqları Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X32 olmuşdur. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsində isə mirasqoyanın gəlini X19 və nəvələri Cavabdeh5 və Cavabdeh4 qızı vərəsələr qismində göstərilmişdir. Nə əvvəlki, nə də ki hazırkı mülki məcəllənin tələbləri baxımından gəlinlərin vərəsə qismində çıxış etməsi müəyyən edilmir, onlar heç bir növbədə göstərilmir. Nəvələrə gəldikdə isə, onlar (həmçinin nəticələr) bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Hazırkı işdən belə müəyyən edilmir. Çünki X10 mirası açılan məqamda Cavabdeh5 ilə Cavabdeh4 qızının ataları olan X7 idi və işin mübahisəsiz hallarına görə o bundan çox daha sonra (08 may 2010-cu ildə) ölmüşdür. Sağ ikən isə mərhum anasından qalan miras əmlakını faktiki olaraq qəbul etmiş, lakin rəsmiləşdirməmişdir (işin bu halı Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır). Digər tərəfdən 28 dekabr 1979-cu il təvəllüdlü Cavabdeh5 nənələrinin mirasının açılmasında təxminən 9, onun qardaşı xx xxxxx 1981-ci il təvəllüdlü Cavabdeh4 isə 11 il sonra anadan olmuşdur. X1 arvadı və uşaqlarının X10 vərəsələri olmadığı gün işığı kimi aydın məsələdir. Hətta o dərəcədə ki, yalnız bu hüquqi mövqeyin qəbul edilməsi ilə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də aparılmış bölgünün məğzi izah edilə bilər. Çünki əgər onlar mərhum X10 vərəsələri olsa idilər, bütün vərəslərə eyni miras payı düşərdi (hər birinə 1/6). Deməli, İddiaçı, Cavabdeh5 və Cavabdeh4 mərhum X10 deyil, məhz ondan qalan mirası faktiki olaraq qəbul etməklə əmlakının aktivinə daxil etmiş X12 vərəsələri olmuşlar. Ona çatası 1/4 pay isə məhz onun vərəsələri (arvadı və iki uşağı) arasında bölünməklə hər biri üçün 1/12 pay müəyyən edilmişdir. İddiaçı özünə çatası 1/12 payı qəbul etsə də, digər iki şəxsə (mərhum X12 uşaqları)çatası 2/12 pay məhz onlar tərəfindən qəbul edilməsi üçün açıq saxlanılmışdır (qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir). Göründüyü kimi, Cavabdeh5 və Cavabdeh4 qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində həmin payı qəbul etmədikləri işin mübahisəsiz halıdır. Belə olan halda isə, mərhum X12 əmlakının aktivində yer almaqla onun payına düşən 1/4 paydan onlara çatası hissəni qəbul etməyən Cavabdeh5 ilə Cavabdeh4 2/12 payı məhz mərhum X12 payına düşən hissədən özünə çatanı qəbul etmiş onun digər vərəsəsi İddiaçı sərəncamına keçməlidir. 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si qanunsuz olduğundan onun əsasında müvafiq dövlət reyestrlərində aparılmış qeydlər və verilmiş hüquqmüəyyənedici sənədlər birmənalı olaraq ləğv edilməlidir.

3. Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X29 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6na və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Həmin iddianı əsassız hesab etməklə, qarşılıqlı iddia verirlər. Belə ki, işin faktiki halları ilə əlaqədar olaraq bildirmək lazımdır ki, 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş mərhum X11 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinə dair 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılmışdır və 06 iyun 2012-ci il tarixdə vərəsəCavabdeh1 1/4 pay, Cavabdeh2 1/4 pay, Cavabdeh3 1/4 pay, X4 1/12 pay verilmişdir. X10 adına 2/12 hissə pay açıq saxlanmışdır. Halhazırda onlar mirası faktiki qəbul etmişlər. Lakin öz adlarına şəhadətnamə almamışlar. Hal-hazırda miras əmlak onun tərəfindən qəbul olunduğuna və faktiki onun sahibliyində olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı, 11 iyun 2019cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşlıqlı iddia təmin edilərək, X29 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. (sədrlik edən: Gültəkin Əsədova).

6. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 435/2019nömrəli 11 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnamə ümumiyyətlə əsaslandırılmamışdır. Qətnamədə sadəcə iş materiallarına əlavə edilmiş sübutlar sadalanmış, vərəsəlik hüququ ilə əlaqədar Mülki Məcəllənin demək olar ki bütün normaları qeyd edilmiş, X30 münasibətdə açıq saxlanılan 2/12 payın onun birinci dərəcəli vərəsələri (Nərmin Rzayeva və Cavabdeh4) tərəfindən faktiki qəbul edildiyi, lakin müraciət etmədiklərindən onlara düşən həmin payın açıq saxlanıldığı göstərilməklə müvafiq nəticəyə gəlinmiş, ilkin iddia ərizəsinə və onun dəlillərinə isə qətiyyən heç bir münasibət bildirilməmişdir. Qətnaməni ötəri də olsa nəzərdən keçirən hər bir kəs – “hüquqşünas” olub-olmamasından asılı olmayaraq görər ki, onun əsaslandırıcı hissəsi ümumiyyətlə mövcud deyildir. Qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmadığını göstərir ki, bu xüsusat onun (qətnamənin) hər bir halda ləğv edilməli olduğu mənasına gəlir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi özünün qətnaməsində ilkin iddia ərizəsinə və onun dəlillərinə qətiyyən heç bir münasibət bildirməmiş, İddiaçı aldadılmasının sübut olunmadığını, onun 10 yanvar 2012-ci il tarixli ərizəni imzalayaraq öz iradə ifadəsini bildirdiyini göstərməklə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”nin qanuni olduğu təsuratı oyandırmağa çalışmışdır. Halbuki ilkin iddia ərizəsində də göstərildiyi kimi 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunsuzdur və onun qanunsuzluğu təkcə İddiaçı aldadılması ilə, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Həmin tələblərin pozulması halında isə sözügedən vərəsəlik şəhadətnaməsi - birinci instansiya məhkəməsinin göstərdiyi kimi ilk iddiaçının (həmçinin şəhadətnamədə adı qeyd edilmiş digər şəxslərin) iradə ifadəsini bildirib-bildirməməsindən asılı olmayaraq - hər bir halda etibarsız hesab edilməli idi. “İura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinin gərəyi hüququn tətbiqinə bilavasitə cavabdehlik daşıyan birinci instansiya məhkəməsi isə qeyd edilən xüsusatları ümumiyyətlə araşdırmamış, cəmi bir cümlə ilə yanlış olaraq müvafiq nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin edən zaman özünün mövqeyini bircə cümlə ilə belə “əsaslandırmıışdır” ki, X30 münasibətdə açıq saxlanılan 2/12 pay onun birinci dərəcəli vərəsələri olan X25 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmışdır. Birinci instansiya məhkəməsi nəyin əsasında bu qənaətə gəldiyini ümumiyyətlə göstərməmiş, ümumiyyətlə hazırkı işin hallarından adı çəkilən şəxslərin Artur Rzayevdən qalmış mirası qəbul etmiş olduqları müəyyən edilmir, iş materiallarında buna dair hər hansı sübut mövcud deyildir. Göründüyü kimi, mirasın qəbulu – rəsmi və ya qeyri-rəsmi üsul ilə mümkündür. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. X40 övladlarının (Nərmin və Məmməd) atalarının mirasını rəsmi üsulla qəbul etdikləri müəyyən edilmir, işin bu halı mübahisəsizdir. Onların özləri də bunu iddia etməmiş, mirası faktiki olaraq qəbul etdiklərini göstərmişlər. Bununla belə istinad etdikləri bu hala hər hansı sübut təqdim etməmişlər. İndiki halda isə qeyd edilənlərin heç biri - yəni, Artur Rzayevin övladlarının nə mübahisəli bağ evinə faktiki sahiblik etdikləri, nədəki miras əmlakı faktiki idarə etmiş olduqları müəyyən edilmir, əksinə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X13 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbi üzrə mülki işdən də onların mirası faktiki qəbul etmədikləri və belə niyyətlərinin olmadığı aydın olur. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı Cavabdeh1 onlara qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, sonuncuların hazırkı işdə mübahisəsini etdikləri açıq saxlanılan 2/12 payın mirası faktiki olaraq qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsini xahiş etmiş, məhkəmənin 16 may 2016-cı il tarixli 2(008)-4675/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh4 və Nərmin Rzayeva qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, qətnamə məhz İddiaçı apellyasiya şikayətinin əsasında ləğv edilmişdir. Əgər onlar mirası qəbul etdiklərini iddia edirlərsə, həmin işə baxılarkən harada idilər?!. Niyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(008)- 4675/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermirdilər?. Təkrarən qeyd edir ki, birinci instansiya məhkəməsi özünün qətnaməsində ilkin iddia ərizəsinə və onun dəlillərinə qətiyyən heç bir münasibət bildirməmiş, 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qanunsuz olduğuna, bu qanunsuzluğun təkcə əqdlərlə bağlı qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğuna diqqət etməmişdir. Bəri başdan qeyd edilməlidir ki, İddiaçı 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan xəbərsiz olmuşdur. Onun həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da bu xüsusatı təsdiq edir. İşin faktiki halları isə ondan ibarətdir ki, mübahisə mövzusu olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi və üzərindəki üzərindəki bir otaqlı ümumi sahəsi 41.13 m2, yaşayış sahəsi 22.85 m2 olan 273 a saylı bağ evi X15 məxsus olmuşdur. Onun Cavabdeh4 Cəmiloviçlə olan nikahından 4 övladı olmuşdur: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) Cavabdeh3 və 4) X32. Nina Rzayeva 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka yalnız Artur Rzayev idarə etməyə başlamış və mirasa yiyələnmişdir (əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən). Belə ki, məhz o, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmiş, ağaclar əkmiş, eləcə də bütün kommunal ödənişlərini həyata keçirmişdir. Adları çəkilən digər 3 nəfərin isə həmin torpaq və üzərindəki bağ evinə ümumiyyətlə aidiyyəti olmamışdır. Artur Rzayevin anasının mirasını qəbul etdiyi isə işin mübahisələndirilməyən halıdır. Belə ki, ilkin iddia ərizəsinə əlavə edilən qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2(004)-2828/2010 saylı iş üzrə qəbul etdiyi 06 avqust 2010-cu il tarixli qətnaməsi və onun dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Artur Rzayevin həmin bağı idarə etdiyi, 1998-ci ildən sonra isə (Yaqutxanım Rzayeva ilə nikahı pozulduqdan sonra) daimi yaşamaq üçün həmin bağa köçdüyü müəyyən edilmişdir (sonrakı arvadı İddiaçı ilə birlikdə). Onun anasının mirasını faktiki olaraq qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır (nəzərə alınmalıdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar deyil, sırf iddiadan imtina etmə səbəbindən ləğv edilmişdir). İşin digər hallarına görə isə, Nina Rzayevanın yeganə vərəsəsi Artur Rzayevin (mirası təkcə o qəbul etmişdir) Yaqutxanım Rzayeva ilə olan birinci nikahından xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4 və 28.12.1979-cu il təvəllüdlü X25 anadan olmuşdur. Artur Rzayev ilə Yaqutxanım Rzayeva arasındakı 09.04.1978-ci il tarixli nikah 17 fevral 1998-ci ildə pozulmuş, 02.02.2001-ci ildə isə Artur Rzayev ilə İddiaçı daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra soyuq vaxtlarda Bakı şəhəri, Şahbazi küçəsi 99, mənzil 55-də, isti vaxtlarda isə Artura məxsus mübahisəli bağ evində yaşasalar da, ailə zəminində yaranan mütəmadi münaqişələrlə əlaqədar daimi yaşamaq üçün mübahisəli bağ evinə köçmüşlər. Artur Rzayev 08.05.2010-cü il tarixdə ölmüş, ölümündən sonra onun miras əmlakı olaraq anası Nina Rzayevadan vərəsəlik qaydasında faktiki qəbul etməklə ona keçmiş mübahisəli torpaq və üzərindəki bağ evi qalmışdır. Artur Rzayev anasının mirasını faktiki qəbul etsə də ölən günə kimi onu rəsmiləşdirməmişdir. Belə ki, o, bağ evini sənədləşdirmək istəsə də xəstəliyi ilə əlaqədar bu işlə məşğul ola bilməmişdir. Onun ölümündən sonra həmin bağ evində yalnız İddiaçı yaşamışdır. Birinci instansiya məhkəməsi də Nina Rzayevadan miras qalmış əmlakın (torpaq və üzərindəki bağ evi) Artur Rzayev tərəfindən faktiki qəbul edildiyini müəyyən etmiş, onun qardaş-bacısının isə Nina Rzayevanın mirasını qəbul edib-etmədiklərini ümumiyyətlə araşdırmamışdır. Halbuki məhz həmin xüsusatın aydınlaşdırılması ilə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarlı olub-olmadığını müəyyən etmək mümkün idi. İşin digər halına görə, Artur Rzayevin ölümündən bir müddət sonra Cavabdeh1 bağın sənədini almaq üçün ilkin iddiaçıya kömək etməyi təklif etmiş, ona bəzi sənədlərə imza atdırmışdır. Mübahisəli bağa 16 dekabr 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında 06 iyun 2012-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan İddiaçı məlumatı olmamış, o, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq 10.01.2012-ci il tarixdə 12 saylı notariat kontoruna aparılmış və Cavabdeh1 mərhum əri X32 ilə birlikdə yaşadıqları, habelə tikdikləri və bağ sahəsində işlədikləri 0,25 ha torpaq sahəsinin İddiaçı adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda guya bu barədə ərizəyə imza atdırmışdır. Onun 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da həmin şəhadətnamənin məzmunundan xəbərsiz olduğunu təsdiq edir. Cavabdeh1 öz tamahkar niyyətini həyata keçirmək və İddiaçı əmlakdan məhrum etmək məqsədi ilə hətta saxtakarlığa belə gedərək Pirşağı qəsəbəsi üzrə nümayəndəlikdən saxta məzmunlu arayış almışdır ki, həmin arayış orada adıçəkilən şəxslər tərəfindən mirasın qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz (arayışa görə, Cavabdeh1 güya qardaşı Namiq və bacıları Natella ilə birlikdə anaları Nina Rzayevanın vəfatından sonra 273 a saylı bağ sahəsini bir yerdə becərərək qulluq etmişlər). Əvvəla həmin sənəd 2011-ci ilə aiddir, mərhum Nina Rzayevanın mirası isə nə az, nə çox düz 41 il bundan əvvəl açılmışdır. İkincisi, həmin sənəddə mübahisəli bağı həmin şəxslərin birlikdə becərərək qulluq etdikləri göstərilsə də, bu hərəkətin konkret hansı tarixdə olduğu göstərilmir. Nəzərə almaq lazımdır ki, mərhum Nina Rzayevanın mirası 15 oktyabr 1970-ci ildə açıldığından onun mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci 15 aprel 1971-ci il tarixdə qəbul edilməli idi (əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən). Mübahisəli torpaq və üzərindəki bağ evinə dair Cavabdeh6 açılmış 16.12.2011-ci il tarixli 53/2015 saylı vərəsəlik işindəki 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Nina Rzayevanın miras əmlakından Cavabdeh1 (mirasqoyanın oğlu) 1/4 pay, İsmayılova (Rzayeva) Natella Məmmədovnaya (mirasqoyanın qızı) 1/4 pay, Cavabdeh3 (mirasqoyanın qızı) 1/4 pay və İddiaçı (mirasqoyanın gəlini – oğlu Arturun arvadı) 1/12 pay verilmiş, X8 (mirasqoyanın nəvəsi – oğlu Arturun birinci nikahdan olan qızı) və Cavabdeh4 (mirasqoyanın nəvəsi – oğlu Arturun birinci nikahdan olan oğlu) payına düşən 2/12 pay isə açıq saxlanılmışdır ki, bu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” tamamilə qanunsuzdur, işin faktiki hallarına uyğun deyil. Çünki, yuxarıda da göstərildiyi kimi, mərhum Nina Rzayevanın miras əmlakını yalnız Artur Rzayev qəbul etmişdir, adı çəkilən digər şəxslərin həmin bağ evi ilə ümumiyyətlə heç bir əlaqələri olmamış, onu miras olaraq qəbul etməmişlər. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” məhz Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışının əsasında verilmişdir ki, onun mötəbər sübut olmadığı yuxarıda izah edilmişdir. Ümumiyyətlə, mərhum Nina Rzayevanın miras əmlakı onun mirasının açıldığı zaman qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllənin 552-ci maddəsinə müvafiq olaraq 6 ay ərzində (15 aprel 1971-ci ilə qədər) onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi (miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə). Həmin mirasın adı çəkilənlər tərəfindən rəsmi qaydada qəbul edilmədiyi mübahisə mövzusu deyildir. Vərəsəlik işinə əsasən, miras onlar tərəfindən faktiki qəbul edilməsi barədə yeganə sənəd isə Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışıdır ki, həmin arayış yuxarıda izahlara əsasən mötəbər sübut ola bilməz. Bundan başqa hətta digər vərəsələrin Nina Rzayevanın mirasını qəbul etdikləri qəbul edilsə belə, yenə həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sini düzgün hesab etmək olmaz. Çünki həmin vərəsəlik işində mərhum Nina Rzayevanın vərəsələrinin dairəsi ümumiyyətlə düzgün müəyyən edilməmişdir. Belə ki, əvvəlki Mülki Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Bu baxımdan, yuxarıda da göstərildiyi kimi mirasın açıldığı məqamda mərhum Nina Rzayevanın vərəsələri onun həmin tarixdə sağ olmuş uşaqları – Natella İsmayılova, Cavabdeh3, Cavabdeh1 və Artur Rzayev olmuşdur. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsində isə mirasqoyanın gəlini İddiaçı və nəvələri Nərmin Rzayeva və Cavabdeh4 vərəsələr qismində göstərilmişdir. Nə əvvəlki Mülki Məcəllənin və nə də ki qüvvədə olan Məcəllənin tələbləri baxımından gəlinlərin vərəsə qismində çıxış etməsi müəyyən edilmir, onlar heç bir növbədə göstərilmir. Nəvələrə gəldikdə isə, onlar (həmçinin nəticələr) bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar (əvvəlki Mülki Məcəllənin 532-ci maddəsinə əsasən). Hazırkı işdən belə hal müəyyən edilmir. Çünki, Nina Rzayevanın mirası açılan məqamda Nərmin Rzayeva ilə Cavabdeh4 ataları olan Artur Rzayev sağ idi və işin mübahisəsiz hallarına görə, o, bundan çox daha sonra (08.05.2010-cü ildə) ölmüşdür. Sağ ikən isə mərhum anasından qalan miras əmlakını faktiki olaraq qəbul etmiş, lakin rəsmiləşdirməmişdir (işin bu halı Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır). Digər tərəfdən 28.12.1979-cu il təvəllüdlü X25 nənələrinin mirasının açılmasında təxminən 9, onun qardaşı xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4 isə 11 il sonra anadan olmuşdur. X37 arvadı və uşaqlarının Nina Rzayevanın vərəsələri olmadığı gün işığı kimi aydın məsələdir. Hətta o dərəcədə ki, yalnız bu hüquqi mövqeyin qəbul edilməsi ilə 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də aparılmış bölgünün məğzi izah edilə bilər. Çünki, əgər onlar mərhum Nina Rzayevanın vərəsələri olsa idilər, bütün vərəsələrə eyni miras payı düşərdi (hər birinə 1/6). Deməli, İddiaçı, X26 və Cavabdeh4 mərhum Nina Rzayevanın deyil, məhz ondan qalan mirası faktiki olaraq qəbul etməklə əmlakının aktivinə daxil etmiş Artur Rzayevin vərəsələri olmuşlar. Ona çatası 1/4 pay isə məhz onun vərəsələri (arvadı və iki uşağı) arasında bölünməklə hər biri üçün 1/12 pay müəyyən edilmişdir. İddiaçı özünə çatası 1/12 payı qəbul etsə də, digər iki şəxsə (X40 uşaqları) çatası 2/12 pay məhz onlar tərəfindən qəbul edilməsi üçün açıq saxlanılmışdır (qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir).

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 273 a saylı bağ evi 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi və həmin qətnamə əsasında verilmiş 23 avqust 2016-cı il i tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə və 27 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında paylı mülkiyyət kimi 2/24 hissəsi RzayevaZibəndə Sərxan qızının, 1/24 hissəsi (açıq qalır) X10, 7/24 hissəsi Cavabdeh1, 14/24 hissəsi isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların paylı mülkiyyətindədir. Müvafiq məhkəmə qətnaməsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara uyğun qəbul edilməmiş, digər payçıların payları nəzərə alınmamış və paylar düzgün müəyyən edilməmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi barədə İdarədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsi işin hallarını ətraflı araşdırmamış, qeyd olunanları nəzərə almamış, arxiv məlumatları barədə İdarəyə sorğu göndərilməmiş, iddianı rədd edilməsi üçün əsasların mövcud olmasına baxmayaraq qanunsuz olaraq qarşılıqlı iddia tələbini təmin etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilib, qarşılıqlı iddia da rədd edilmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və M.T.Əhmədova) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın da rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayətləri təmin edilmələn, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, V.Həsənov və İ.Şəfiyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli, 2(103)-4556/2021 saylı qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları:

19. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və A.Rzayev və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

20. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə ilkin iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddiaçıya kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ilkin iddiaçının və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

22. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Sübutların tədqiqi:

23. Belə ki, mülki işin materiallarında olan 15 iyul 1971-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Cəmil oğlu 03 noyabr 1966-cı il tarixdə ölmüşdür.

24. Mülki işin materiallarında olan 23 mart 1971-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür.

25. Mülki işin materiallarında olan Pirşağı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Pirşağı qəsəbəsi 273a nömrəli mərhumə X22 məxsus olmuşdur. X28 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür. O, uşaqları olan qızı 1939-cu il təvəllüdlü X20, oğlu 1940-cı il təvəllüdlü X32, oğlu 1941-ci il təvəllüdlü Cavabdeh1 və oğlu 1950-ci il təvəllüdlü Cavabdeh3 ilə bir yerdə qeyd edilən bağı becərərək qulluq ediblər.

26. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxxxxx 1939-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X28 qeyd edilmişdir.

27. Mülki işin materiallarında olan doğum haqqında (təvəllüd) şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1941-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X28 qeyd edilmişdir.

28. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 29 may 1949-cu il tarixdə Çin Respublikasının Port-Artur şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X28 qeyd edilmişdir.

29. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1950-ci il tarixdə Çin Respublikasının Port-Artur şəhərində anadan olmuş, atası Cavabdeh4 Cəmil oğlu, anası X28 qeyd edilmişdir.

30. Mülki işin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X23 arasında 03 yanvar 1979-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir.

31. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon VVAQ Şöbəsi tərəfindən 02 fevral 2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X9 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 fevral 2001- ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 iyun 2012ci il tarixdə verilmiş AZ-İ seriyalı 543647 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 08 may 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 may 2010-cu il tarixdə 627 nömrə ilə qeyd edilmişdir.

32. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2010- cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X2, Cavabdeh4 və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “orderin qüvvədən düşmüş hesab edilməsi, istifadə hüququnun itirilməsi və sosial kirayə müqaviləsinin bağlanması» tələbi barədə və İddiaçı cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yaşamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “yaşayış sahəsinin bölünməsi, ayrıca mənzil kirayə müqaviləsinin bağlanması, qeyri-yaşayış sahələrindən istifadə qaydasının müəyyənləşdirilməsi və mənzilə köçürülmə” tələbi barədə iddialar müvafiq qətnamə ilə iddiaçı Cavabdeh5 iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilərək, onun, həmin mənzilə olan pasport qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə dair Cavabdeh5 ilə sosial kirayə müqaviləsinin bağlanmasının Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, qalan hissədə iddiaçı Cavabdeh5 iddiasının təmin edilməməsi, iddiaçı X6 cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilin sahəsi 17 kv.metr olan otağına dair İddiaçı ilə ayrıca mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, həmin müqavilə əsasında kommunal xərclərin ödənilməsi üçün İddiaçı adına ayrıca hesab açılması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinin qeyri-yaşayış sahələrinin (dəhliz, mətbəx, hamam, tualet, balkonlar) mənzildə yaşayan şəxslərin ümumi istifadəsinə verilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinə köçürülməsi tələbi barədə iddiası rədd edilmişdir.

33. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 16 dekabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X20, İddiaçı, X25, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir. Mülki işin materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 19 dekabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa Cavabdeh1, İddiaçı, X25, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir.

34. Mülki işin materiallarında olan Cavabdeh3 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı müvafiq ərizəsinin surətindən görünür ki, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X14, İddiaçı, X25, Cavabdeh4 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir.

35. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 10 yanvar 2012-ci il tarixli ərizəsinin surətindən görünür ki, qaynanası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X20, X25, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir.

36. Mülki işin materiallarında olan 06 iyun 2012-ci il tarixli Bakı şəhəri 12 nömrəli Notariat Kontoru tərəfindən təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 1970-ci ildə vəfat etmiş X10 vərəsələriünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh1; ünvan 3 ünvanında yaşayan qızı Cavabdeh2; oğlu Cavabdeh3; ünvan 4 ünvanında yaşayan İddiaçı və onlar miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 11/40316 nömrəli arayışda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanındakı 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahə 18,28 kv.metr olan 273a nömrəli bağ evindən ibarətdir. Miras əmlakın 1/4 hissəsini Cavabdeh2, 1/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi Cavabdeh1, İddiaçı isə 1/12 hissə verilir, 2/12 hissə açıq saxlanılır.

37. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ümumi sahəsi 41,13 kv.metr olan 273a nömrəli bağ evi və 0,25 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 8593 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri kimi İddiaçı 2/24 hissə, X35 1/24 hissə açıq qalır, Cavabdeh1 14 sentyabr 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7/24 hissə və Cavabdeh2 09 fevral 2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd edilmişdir.

38. Mülki işin materiallarında olan 27 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X33 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 273a nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evinin paylı mülkiyyət üzrə ona məxsus 7/24 hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(008)-4675/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X13 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq, X8 və Cavabdeh4 qəbul etmədikləri 2/12 pay faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, Cavabdeh1 1/4 paya görə 7/24 pay, Cavabdeh2 1/4 paya görə 7/24 pay. Cavabdeh3 1/4 paya görə 7/24 pay, İddiaçı qızna 1/12 paya görə 3/24 pay verilməsi müəyyən edilmişdir.

39. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı “miras payın vərəsələr arasında bölünməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4675/2016 nömrəli iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X13 qarşı “miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası təmin olunmamışdır.

40. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(102)-203/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 və onun vəkili X27 tərəfindən kassasiya şikayəti verilmiş, müvafiq qərarla iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Hüquqi dəyərləndirmə:

41. Kollegiya hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin ilkin iddia tələbi ilə bağlı hissəsi qüvvədə qaldığından və yalnız qarşılıqlı iddia tələbi ilə bağlı hissədə qətnamə ləğv edildiyindən, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız qarşılıqlı iddia tələbi ilə bağlı hissəsi təşkil edir.

42. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsində yerləşən 273 “a” saylı bağ torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 41,13 kv.metr olan bağ evi 1971-ci ildə ölmüş Nina Rzayevadan miras qalıb və sonuncunun birinci növbəli vərəsələri kimi övladları Cavabdeh1, Cavabdeh3, Natella Rzayeva və Artur Rzayev mirası qəbul etməklə mirası faktiki qəbul etmişlər. 02 fevral 2001-ci ildə Artur Rzayev rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub. 08 may 2010-cu ildə Artur Rzayev ölüb və onun ölümündən sonra ondan birinci növbəli vərəsələri kimi birinci nikahdan olan övladları Cavabdeh4, Cavabdeh5 və arvadı İddiaçı vərəsə qalıblar. 16 dekabr 2011-ci ildə Nina Rzayevadan miras qalmış əmlaka dair vərəsəlik işi açılıb. 06 iyun 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə Natella İsmayılovanın, ¼ hissəsinə Cavabdeh3, 1/12 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınıb, lakin Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün mirasın 2/12 hissəsi açıq saxlanılıb.

43. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, Cavabdeh5 və Cavabdeh4 mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə sahiblik etməyə və həmin hissəni idarə etməyə faktik başlamaqla mirası qəbul edibetməmələri ilə bağlı heç bir araşdırma aparmadan, 8 ildən sonra mirasın onlar tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir... işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutların mötəbərliliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir....

44. Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq apellyasiya instansiyası məhkəməsi hazırki apellyasiya baxışında qarşılıqlı iddiaçılar tərəfindən miras əmlakı faktiki olaraq idarə etməsinə dair sübutlar təqdim etməsi, eyni zamanda, mübahisəli evdə kommunal ödənişlərin qarşılıqlı iddiaçılar tərəfindən ödənilməsini təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi üçün imkan yaradılmışdır. Lakin, qarşılıqlı iddiaçılar məhkəmə iclasının təxirə salınmasına da baxmayaraq, müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin miras əmlakı faktiki olaraq idarə etmələrini əsaslandırmamışlar.

45. İşin hallarından göründüyü kimi, mərhum Artur Rzayevdən miras qalmış ¼ payın açıq saxlanılan 2/12 hissəsinə vərəsəlik 08 may 2010-cu ildən açılıb və onun övladları Cavabdeh5 və Cavabdeh4 ötən müddət ərizəndə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə verməyiblər və bu fakt işin mübahisə olmayan halıdır. Əksinə, ilk və qarşılıqlı iddia ərizələrindən görünür ki, Artur Rzayevin 08 may 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış ¼ paya 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılıb, lakin onun övladları Cavabdeh5 və Cavabdeh4 vərəsəliklə bağlı notariat orqanına müraciət etmədikləri üçün ondan miras qalmış ¼ payın 1/12 hissəsinə arvadı İddiaçı vərəsəlik hüququ tanınıb, qalan 2/12 hissəsi isə açıq saxlanılıb və hətta notariat ofisi tərəfindən 05 fevral 2016-cı il tarixli məktubla Cavabdeh5 və Cavabdeh4 miras paylarını qəbul etmələri üçün müraciət olunsa da, onlar yenə də mirası qəbul etmələri üçün notariat ofisinə müraciət etməmişlər.

46. Kollegiya işin hallarına əsasən qeyd edir ki, qarşlılıqlı iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar hal-hazırda mirası faktiki qəbul etdiklərini, lakin öz adlarına şəhadətnamə almadıqlarını, miras əmlak onlar tərəfindən qəbul olunduğuna və faktiki sahibliyində olduğuna görə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinə və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 paya dair qanun üzrə vərəsəlik hüquqlarının tanınmalı olduğunu bildirsələr də bu hallar işdə olan hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Əksinə işdən, o cümlədən məhkəmə aktlarından açıq-aşkar görünür ki, qarşılıqlı iddiaçılar həmin bağ evində yaşamamış və qeydiyyatda olmamışlar.

47. Həmçinin, qarşılıqlı iddiaçıların atası X32 08 may 2010-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair 16 dekabr 2011-ci il tarixdə vərəsəlik işi açılmış və 06 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 1/4 pay, X3 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı 1/12 pay verilmiş, qarşılıqlı iddiaçılar isə vərəsəliklə bağlı müraciət etmədiklərindən 2/12 pay açıq saxlanılmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, qarşılıqlı iddiaçılar miras əmlaka açıq qalan paya dair notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də bağ evinə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli bağ evinə dair həmin hüququ itirmişlər.

48. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

49. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

50. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

51. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.

52. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

53. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

56. Beləliklə, göstərilən xüsusatlara əsasən, kollegiya qeyd edir ki, miras əmlakın faktiki olaraq qarşılıqlı iddiaçılar tərəfindən idarə edilməsini sübut etmə yükü qarşlıqlı iddiaçıların üzərinə düşdüyündən, lakin qarşılıqlı iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qarşlıqlı iddiaçılar tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

59. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

60. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

61. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

62. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, miras əmlakın faktiki olaraq qarşılıqlı iddiaçılar tərəfindən idarə edilməsini sübut etmə yükü qarşlıqlı iddiaçıların üzərinə düşdüyündən, lakin qarşılıqlı iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qarşlıqlı iddiaçılar tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar