Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3339/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı, 19 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadlarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayətlərə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mübahisəli daşınmaz əmlaka və qaraja dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsinin payına uyğun məcburi pay hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(005)- 99/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-99/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş, apellyasiya şikayətinin mülki iş ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsi ilə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-99/2022- 087 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Eləcə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 99/2022-086 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda iddiaçılar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadlarından yenidən şikayətlər verərək həmin qərardadların ləğv edilməsini və müddətin bərpasından imtina edilməsini xahiş etmişdir. Şikayətlərini onunla əsaslandırmışdır, faktiki olaraq məhkəmə qətnaməsinin qüvvəyə minməsindən çox uzun müddət keçdikdən sonra müddətin bərpa edilməsi yolu ilə qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnamələrinə təkrar baxılmasına şərait yaradır. Belə vəziyyət qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında formalaşan hüquq münasibətlərinin sabitliyinə, yənicəmiyyətin ümumi maraqlarına xələl gətirməyə bilməz. Eyni zamanda ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadlarından ilk şikayətlərini, həmin şikayətlərin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmədən verdiyini, lakin nöqsanlara yol verilməsi səbəbindən həmin şikayətlərin geri qaytarıldığını bildirmiş və nöqsanın aradan qaldırıldığını nəzərə alaraq bu şikayətlərin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadları ilə ərizələr təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadlarından İddiaçılar tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, şikayətlər təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmış, şikayətlərin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, prosessual müddətin əhəmiyyəti ondadır ki, o, bir tərəfdən proses iştirakçılarını intizamlandırır, onları öz prosessual hüquqlarını müdafiə etməyə məcbur edir, digər tərəfdən prosessual müddəti institutu mülki prosessual huquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətçinin qeyd etdiyi kimi Cavabdeh3 tərəfindən apellyasiya şikayəti qətnamə qəbul edilən vaxtdan xeyli müddət keçmiş olsa da, mülki iş materiallarında həmin qətnamənin Cavabdeh3 tərəfindən daha əvvəlki tarixdə alınması, ümumiyyətlə Cavabdeh3 mülki işdən məlumatlı olması barədə hər hansı sübut olmaması səbəbindən hazırki şikayətin təmin edilərək, Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina olunması onun hüquqlarının məhkəmə müdafiəsinin əsassız olaraq məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadlarını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayətlər təmin edilməməli və Bakı şəhəri şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı, 19 yanvar 2023-cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2022 saylı, 19 yanvar 2023cü il tarixli və 25 yanvar 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3339/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3339/2023
08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver