Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3339/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə Cavabdeh 1900 AZN məbləğində pulun və ödənilmiş 39 AZN dövlət rüsumunun – ümumilikdə, 1939 AZN məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(103)-3339/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-778/2024 saylı mülki işin Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı, X7, X6 və X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(023)-1551/2023 saylı qeydiyyat nömrəsində olmuş mülki işə birləşdirilməsi üçün Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu iddianın Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaya heç bir aidiyyəti yoxdur. İşlərin bir-birilə əlaqəsini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mülki işlərin birləşdirilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, işdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-1551/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı, X5 və qeyrilərinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmə icraatına götürülmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə hər iki iddia tərəflər arasında öhdəlik münasibətlərindən irəli gəlmiş, birinci instansiya məhkəməsi işləri bir icraatda birləşdirməkdə haqlı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh Qazax Rayon Məhkəməsinin icraatında olmuş 2(023)-1575/2023 saylı mülki işin özünün qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, həmin vaxt qeyd edilən məhkəmənin icraatında özünün hazırkı iş üzrə iddiaçıya qarşı iddia tələbi olmuşdur. Belə olanda Cavabdeh qismində cəlb edildiyi işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, iddiaçı qismində olduğu işin isə Qazax Rayon Məhkəməsində baxılmalı olması barədə qənaəti (mövqeyi) aydın deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3339/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3339/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver