Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-335/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və Cavabdeh1 vəkili X2 iştirakları ilə, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “X6 üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2020 saylı mülki iş üzrə qəbul etdiyi 10.01.2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Unileasig" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü il tarixli 2181TT/14/B saylı X9 Müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 38740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 16575,87 ABŞ dolları, sığorta borcu üzrə 5480 ABŞ dolları, cəmi 60796,54 ABŞ dolları və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı “Unileasig" Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 12.06.2014-cü il tarixli, 2181TT/14/B saylı X6 bağlanmışdır, müqaviləyə əsasən, onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Kamaz 6520-057 markalı, seriya nömrəsi: XTC652000C1252922, buraxılış ili 2012-ci il olan özüboşaldan tikinti texnikasını, 1 ədəd "Kamaz 6520-057” markan, seriya nömrəsi: XTC65200OC'1252662, buraxılış ili 2012-ci il olan özüboşaldan tikinti texnikasını, 1 ədəd “Hyundai H940S“ markalı, seriya nömrəsi: HHKHU801JC0000046 buraxılış ili 2012-ci il olan ekskavator-yükləyicini və 1 ədəd "Kamaz 6520 057“ markalı, seriya nömrəsi: XTC652000C1252741 buraxılış ili 2012-ci il olan boşaldan tikinti texnikasını "Unileasing Lizinq Şirkəti QSC” öz mülkiyyətinə əldə edərək onu cavabdehin müvəqqəti sahiblik və istitadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində 190.973,99 ABŞ dolları məbləğində borcu illik 22% olmaqla, 36 ay müddətinə, 12.06.2017-cı il tarixədək İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X9 müqaviləsndə göstərilmiş illik 22% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda müqaviləsinin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazimi qaydada icra etməmişdir. Cavabdeh öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən xəbərdarlıq edildikdən sonra lizinq obyektini geri qaytarmışdır. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfəlrlə xəbərdarlıq edilərək borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildirilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. “Unileasig" Lizinq Şirkəti QSC tərəfindən tərtib olunmuş borca dair arayışdan görünür ki, cavabdehin 16.06.2015-çi il tarixli, 194T/14/B saylı X9 Müqaviləsinə əsasən hesablanmış gecikən əsas məbləğ üzrə 38 740.67 ABŞ dolları, lizinq mükafatı üzrə 16575,87 ABŞ dolları, sığorta borcu üzrə 5 480.00 ABŞ dolları, cəmi 60 796.54 ABŞ dolları borcu vardır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli 2(005)- 11/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.06.2014-cü il tarixli 2181TT/14/B X9 müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 38740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 6519,65 ABŞ dolları, cəmi 45260,32 (qırx beş min iki yüz altmış dollar 32 sent) ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli manat) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova).
4. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4271/2020 saylı, 20.10.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2020 saylı mülki iş üzrə qəbul etdiyi 10.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Raqib Qurbanov).
7. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Ali Məhkəmənin 2(102)-2429/2021 saylı, 27.05.2021-ci il tarixli qərarı ilə, İddiaçı hüquq varisi "xxxx" MMC-nin kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2(103)-4271/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən:Əhməd Əhmədov). Tərəflərin izahatları:
9. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili R.Məmmədzadə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Əhmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
13. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
14. Belə ki, iş materiallarında olan "Unileasing” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2014-cü il tarixli, 2181TT/14/B saylı X3 görünür ki, iddiaçı "Unileasing” Lizinq Şirkəti QSC müqaviləyə onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə 190973,99 göstərilən 36 ay müddətinə, faiz dərəcəsi illik 22% olmaqla 1 ədəd “Kamaz 6520-057 markalı, seriya nömrəsi: XTC652000C1252922, buraxılış ili 2012-ci il olan özüboşaldan tikinti texnikasını 1 ədəd "Kamaz 6520-057” markan, seriya nömrəsi: XTC65200OC'1252662, buraxılış ili 2012-ci il olan özüboşaldan tikinti texnikasını, 1 ədəd “Hyundai H940S“ markalı, seriya nömrəsi: HHKHU801JC0000046 buraxılış ili 2012-ci il olan ekskavator-yükləyicini və 1 ədəd "Kamaz 6520 057“ markalı, seriya nömrəsi: XTC652000C1252741 buraxılış ili 2012- ci il olan boşaldan tikinti texnikasını öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir.
15. İş materiallarında olan 23.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehin X9 müqaviləsi üzrə əsas borcu 135870,89 ABŞ dolları, əsas məbləğdən gecikmə 38740,67 ABŞ dolları, lizing mükafatına görə 16575,87 ABŞ dolları, sığortaya görə 5480 ABŞ dolları olmaqla, cəmi 196667,43 ABŞ dolları təşkil edir.
16. İş materiallarında olan lizinq ödənişləri cədvəlinə əsasən ilk ödəniş tarixi 12.06.2014, son ödəniş tarixi isə 12.06.2017-ci ildir. Aylıq ödəniş 7293,38 manat müəyyən edilmişdir.
17. İş materiallarında olan 12.06.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kreditordan lizinq götürmüş Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən zamin Cavabdeh2qeyd edilən müqaviləni imzalamışdır.
18. İş materiallarında olan 12.06.2014-cü il tarixli, 2181TT/14/B saylı X4 2 N-li əlavədən görünür ki, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ümumi dəyəri 149,800 manat lizing obyekti təhvil verilmişdir.
19. İş materiallarında olan 05.07.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə borc məbləğini 5 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İş materiallarında olan 18.07.2017-ci il tarixli 203-07 nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
21. İş materiallarına əlavə edilmiş 20 aprel 2018-ci il tarixli 8778 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 12.06.2014-cü il tarixli, 2181TT/14/B saylı müqaviləsi üzrə lizinq şirkətinə borcu əsas borc üzrə 135870,89 ABŞ dolları, qalıq borcu 38678,62 ABŞ dolları, mükafat borcu üzrə 6519,65 ABŞ dolları təşkil edir. Hüquqi dəyərləndirmə:
22. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir.
25. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
26. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
27. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
28. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.
32. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, , iddiaçı ilə Cavabdeh1 arasında 12 iyun 2014-cü il tarixli lizinq müqaviləsi bağlanıb və müqaviləyə əsasən, iddiaçı Cavabdeh1 tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 3 ədəd “Kamaz 6520-057” markalı özüboşaldan tikinti texnikasını, 1 ədəd “Hyundai H940S“ markalı ekskavatoryükləyicini öz mülkiyyətinə əldə edərək onları Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verib. Cavabdeh1 da 36 ay müddətində, hər ay 7293,38 ABŞ dolları lizinq ödənişi, cəmi 16.763 ABŞ dolları sığorta və 1.910 ABŞ dolları serviz xərci, ümumilikdə 281.234,79 ABŞ dolları lizinq ödənişini ödəməyi öz öhdəsinə götürüb. Həmçinin, lizinq müqaviləsinin təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında 12 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb və onunla birgə məsuliyyət daşıyır. Eyni zamanda işdən görünür ki, “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 mart 2015-ci il tarixdə, “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 may 2015-ci il tarixdə, “Hyundai H940S” markalı 11-O4-621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 may 2015-ci il tarixdə, “Kamaz 6520-057” markalı 99-J6-417 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08 iyul 2015-ci il tarixdə lizinq alan Cavabdeh1 tərəfindən iddiaçıya geri qaytarılıb. Hazırda iddiaçı, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 38.740,67 ABŞ dolları əsas, 16.575,87 ABŞ dolları lizinq mükafatı, 5.480 ABŞ dolları sığorta, cəmi 60.796,54 ABŞ dolları borcunun qaldığını iddia edir. Cavabdeh1 isə lizinq obyektlərinə dair alqı-satqı müqavilələri bağlanarkən lizinq obyektlərinin dəyərinin 40 faizini satıcılar Ənvər Abdulayev və Yusif Cəfərova ödədiyini, bundan sonra iddiaçının lizinq obyektlərini alıb ona təhvil verdiyini, lizinq obyektlərinə görə hər ay ödəniş etdiyini, daha sonra iddiaçının təklifi ilə lizinq obyektlərini geri qaytardığını və lizinq obyektlərini satıb bütün borcları bağlayacaqlarına dair iddiaçının vədinə inandığını göstərib, iddiaya etiraz edir.
33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
36. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
37. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «... apelyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün müvafiq ekspertiza keçirib rəy almadan, Cavabdeh1 lizinq müqaviləsi üzrə lizin obyektlərini müxtəlif vaxtlarda idiaçıya geri qaytardığını, lizinq obyektlərinə dair alqı-satqı müqavilələri bağlanarkən onun lizinq obyektlərinin dəyərinin 40 faizini qabaqcadan satıcılar Ənvər Abdulayev və Yusif Cəfərova ödədiyini və sair əsas tutub, hazırki mübahisəyə sadə riyazi məntiqlə yanaşaraq, yalnız şahid ifadəsinə istinad edib Cavabdeh1 lizinq müqaviləsi üzrə iddiaçıya ödənilməmiş borcunun olmaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.».
38. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılaraq, 23.07.2021-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 2181TT/14/B saylı daxili maliyə lizinqi müqaviləsinə əsasən gecikən əsas məbləğ, lizinq mükafatı, sığorta borcunun (ödənilmiş məbləğlər də nəzərə alınmaqla) nə qədər (olmalıdır) təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Eksertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
39. Məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən, iş materiallarında olan maliyyə arayışı (i.v. 291), vəsatət (i.v. 92-93) məlumatları və 12 iyun 2014-cü il tarixli, 2181T/14/B saylı X8 müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 13.07.2015-ci il tarixə İddiaçıyə olan borcu əsas borc üzrə 135.870.89 ABŞ dolları, əsas borcdan gecikmə üzrə 38.740.67 ABŞ dolları, lizinq mükafatı (faiz) üzrə 16.575.87 ABŞ dolları, sığorta üzrə 5.480.00 ABŞ dolları müəyyən edilmişdir.
40. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, ekspert rəyinə, sadalanan hüquq normalarının tələblərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən hesab edir ki, əsas borcdan gecikmə üzrə 38.740.67 ABŞ dolları, lizinq mükafatı (faiz) üzrə 6519,65 ABŞ dolları olmaqla, cəmi 45260,32 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
41. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunan hissəsində ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.
45. Belə olan halda, iddia tələbinin sığorta üzrə borcun ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmadığından kollegiya qətnaməni həmin hissədə yoxlamır.
46. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
49. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev