Məhkəmə qərarları › İş №2(103)-3350/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3350/2022

14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3350/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Şair Abduləzizlinin, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X17 cəlb edilməklə) «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair» 2(006)- 6263/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə) «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3nun rəsmi nikahla həyat yoldaşıdır. Onlar xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində nikaha daxil olmuşlar. X3 xx.xx.2020-ci ildə “Covid-19” virusu səbəbi ilə dünyasını dəyişmişdir. Mərhumun birinci dərəcəli vərəsələrindən ata, anası rəhmətə getməsi səbəbilə yalnız rəsmi nikahla evlilik qurduğu iddiaçı və yeganə övladı olan Cavabdeh1 olmuşdur. Cavabdeh1 digər cavabdeh 43 saylı notariat ofisinin rəisi X10 ilə birləşərək qanunsuz şəkildə iddiaçını aldatmış, onun miras əmlakı üzrə payını (1/2 payını) mənimsəyərək iddiaçının xəbəri olmadan Cavabdeh1 xeyrinə vərəsəlik şəhadətnamələri tərtib etmişdir. Sözügedən məsələdə iddiaçı Nərimanov Rayon Məhkəməsi tərəfindən iddiaçı "xxxx" ASCnin cavabdehlərə qarşı iddia ərizəsi əsasında aparılan mülki işin icraatı zamanı xəbərdar olmuşdur. Dərhal iddiaçı həmin vaxt Cavabdeh1 həyat yoldaşı X16 verdiyi (onların iddiaçını aldadaraq əldə etdikləri) baş etibarnaməni ləğv etdirmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh 43 saylı notariat ofisi tərəfindən digər Cavabdeh1 aşağıdakı əmlaklar üzrə vərəsəlik şəhadətnamələri verilmişdir: "xxxx" MMCnin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X11 məxsus 50% hissənin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair dair xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-118 № ilə qeydiyyata alınmış; AR DİN DBDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-119 № ilə qeydiyyata alınmış; AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan "Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, reyestrdə 2V- 120 № ilə qeydiyyata alınmış; ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********18-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-12 № ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçını aldadaraq heç bir hüquqi əsası olmayan vəsiyyətnamə əsasında iddiaçının vəsiyyətnamə daxili və xarici hüquqlarını kobud şəkildə pozmuş və onun əmlakını mənimsəmişlər. ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018ci il tarixdə X11 verilmiş **********-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G unvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evi iddiaçı ilə X3nun birgə nikahdan əldə edilmiş əmlak statusu daşıyır. Hal-hazırda sözügedən əmlak ********** qeydiyyat nömrəsi və xx.xx.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmişdir. Sözügedən vərəsəlik şəhadətnamələri və mülkiyyətdən çıxarış etibarsız və qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının (xx.xx.1969-cu il təvəllüdlü) miras əmlakı üzrə hər birinə dair (1/2) payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X11 məxsus 50% hissəsinin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V- 118 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsinin, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.1998-ci il tarixli, AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nbmrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-119 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsinin, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-120 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********18-10301 reyestr, **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsinin, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi və xx.xx.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə mülkiyyətə dair çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı bütün əmlaklar üzərinə vərəsəlik hüququnun tanınması, İddiaçı bütün miras əmlakları üzərinə 1/2 hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehlər Bakı şəhəri 43 saylı notariat kontoru və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılıb araşdırılması üçün aidiyyatı üzrə prokurorluğa göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı izahatında bildirdi ki, o, mərhum əri ilə Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində daimi yaşamış, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən fərdi yaşayış evi kirayəyə verilmişdir. Əri vəfat etdikdən sonra onun qırx mərasimi verilənədək Masazır qəsəbəsindəki evlərində qalmış, sonra başqa ünvanda yeni aldığı özbaşına tikili olan evə köçmüşdür. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X15 ilə X12 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2183 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 7E-22180 reyestr üzrə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AR-İİ seriyalı, 202188 nömrəli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən X16 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş üzrə «Elektron notariat» X1 çıxarışınsurətindən görünür ki, Bakı şəhəri 43 saylı notarial ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 202188 blank nömrəli etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər 43 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V- 118,119,120 saylı vəsiyyətnamə üzrə vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş kserosurətlərindən görünür ki, - Laçın rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.1978-ci ildə Laçın rayonunda anadan olmuş,atası X15, anası X5r. - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X17 ilə X13 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1360 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. X15 tərəfindən xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda tərtib edilmiş vəsiyyətnaməyə əsasən, X15 ona məxsus olan bütün əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir. - AR DİN DYPİ RQİŞ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** FF *** qeydiyyat nişanlı «Volvo-850 GTL» minik markalı nəqliyyat vasitəsi X8 adına qeydiyyata alınmışdır. - AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** VN *** qeydiyyat nişanlı «Mitsubishi Pajero» minik markalı nəqliyyat vasitəsi X8 adına qeydiyyata alınmışdır. - "xxxx" MMC-nin nizamnaməsinə əsasən X8 adına 50% 3 manat 2 pay pul şəklində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8adına qeydiyyata alınmışdır. - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 644 № ilə qeyd edilmişdir. - Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********700 saylı xx.xx.2020ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X6 miras qalmış əmlakı qəbul edir. Miras əmlak – «Volvo-850 GTL» minik markalı, 10FF008 qeydiyyat nişanlı, «Mitsubishi Pajero» minik markalı, 10VN108 qeydiyyat nişanlı nəqliyyat vasitələrindən və "xxxx" MMC-də olan 50% 3manat 2 paydan (pul şəklində) ibarətdir. Mirs qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməsi zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa vərəsələri yoxdur. Göstərilən əmlakdan ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmişdir. - Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********711saylı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş atası X6 miras qalmış əmlakı qəbul etmişdir. Gələcəkdə digər vərəsələr çıxarsa ona pay verməsi üzərinə götürmüşdür. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-118 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC- nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən cəmiyyətin nizami kapitalından X11 məxsus 50%, 3 manat, 2paydan (pul şəkilində) ibarətdir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-119 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YV1LS5502S2184204, mühərrikin nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-120 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AB024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrikin nömrəsi6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-12 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsələri - qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. İş üzrə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, X15 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 644 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: “Covid-19” virus təyin olundu. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş üzrə İddiaçı tərəfindən notarial qaydada yazılmış **********560 saylı, xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh1 tərəfindən 27000 manat pulu almış və bunun müqabilində xx.xx.2020-ciil tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasə fərdi yaşayış evini həmin pula 21500 manata almışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3394/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X7 X11 ödənilməsi 45000 manat məbləğində borcu X7 "xxxx" MMc-nin nizamnamə kapitalındakı 40 faiz payın yönəldilməsi, bu qətnamə X7 "xxxx" MMCdə nizamnamə kapitalında 40 faiz payının X2 üçün əsas olması qət edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Kəngərli və Partnyorları» vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanı 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-1722 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X8 və 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-5678 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X4 Bakı şəhəri, A.Neymətulla və Y.Vəzirov küçələrinin kəsişməsində yerləşən «Basqal-1» texniki xidmət məntəqəsinin sökülməsi ilə bağlı həmin əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizələrinə, 43 saylı NK tərəfindən təsdiqlənmiş 7E-5679 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X4 razılıq ərizəsinə, qəzetdə elan, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 039-4098- 1218 saylı arayışa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2018-ci il tarixli, K-04 saylı arxiv arayışına, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 346 saylı sərəncamına əsasən X8 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Lakin 43 saylı NO-nun 2V-12 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən həmin fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı X15 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. xx.xx.2016-cı il tarixdə İlham Kərimov özünə məxsus bütüt əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir. X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı və Cavabdeh1 mərhum İlham Kərimovun birinci növbəli vərəsələri olmuşlar. İlham Kərimovun ölümündən sonraCavabdeh1 atasından miras qalmış əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. İş materiallarında olan vərəsəlik işinə dair açılmış notariat icraatından görünür ki, Cavabdeh1 miras qoyan İlham Kərimovdan miras qalmış əmlakların qəbul edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına "xxxx" MMC-nin 50%, 3 manat, 2 paya (pul şəklində) dair xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, «Volvo» minik markalı, 10FF008 dövlət qeydiyyat nişanlı avtomaşına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət qeydiyyat nişanlı avtomaşına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 iddiaçını aldadaraq, miras əmlakı üzrə iddiaçıya məxsus ½ payını mənimsəyərək miras qoyan İlham Kərimovdan miras qalmış əmlakların hamısını öz adına rəsmiləşdirmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 adına miras əmlakın qəbul edilməsinə dair verilmiş vərəsəlik və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və mülkiyyətdən çıxarışın ləğv edilməsi, iddiaçının bütün əmlaklar üzərinə vərəsəlik hüququ tanınması, həmin əmlakların üzərinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə qiymət verərkən haqlı olaraq qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlakyalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan İlham Kərimovun ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, (hətta həmin müddət ərzində mirasın rəsmiləşdirildiyi notariat ofisində müvafiq əməliyyatlarda şəxsən iştirak etmişdir) iddiaçı mirasın açılmasından xəbərdar olmuş, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda miras əmlakları Cavabdeh1 adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri- formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və yaqəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi miras qoyan vəfat etdikdən sonra iddiaçı tərəfindən miras əmlakının qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə hər hansı bir ərizə verilməmişdir. Onun həmin vaxtı cavabdeh tərəfindən aldadılması faktı işə baxılarkən öz təsdiqini tapmadığından onun bununla əlaqədar gətirdiyi dəlil əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(006)- 6263/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar