Məhkəmə qərarları › İş №2(103)-3357/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3357/2020

12.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3357/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X22 və X7 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X1 nümayəndəsi-atası X2, nümayəndəsi-vəkil X11 iştirakı ilə İddiaçı cavabdehlər X3 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı əqdin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3348/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı onunla Cavabdeh1 Agabagır oğlu arasında xx xxxxxx 2019-cu il tarixdə ünvan 2-a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və həmin ünvanda yerləşən 0.05465 ha torpaq sahəsinə dair Cavabdeh1 Agabagır oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər X4 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 Agabagır oğlu arasında xx xxxxxx 2019-cu il tarixdə ünvan 2-a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 Agabagır oğlunun adına verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Agabagır oğlunun atası X14 ona qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri Mərdəkan qəsəbəsi 937B saylı bağı mübahisəndirmişdir. İşə baxan zaman onlar öz aralarında razılığa gəlmişlər və X14 ərizəni baxılmamış saxlanılmasını xahiş etmişdir və o, da buna etiraz etməmişdir. X8 ərizəsi baxılmamış saxlanıldıqdan sonra onlar notariat ofisinə gəlmişlər və ona yazılı formada ərizə təqdim etmişdir ki, ünvan 1 ünvanda yerləşən bağ evinin onun razılığı ilə X23 ona satıb və buna qarşı heç bir iddiası yoxdur. Gələcəkdə də heç bir tələbi və iddiası olmayacaq. Həmin ərizə xx xxxxxx 2018-ci il tarixdə 5 saylı Bakı ”ASAN xidmət “ mərkəzində notariat ofisin notariusu tərəfindən təstiq edilmişdir. Əvəzində o, özünə məxsus ünvan 2 ünvanda yerləşən mülkü X6 bağışlamalı idi. Özünü sığortalamaq məqsədi ilə Əhmədov Agabagır yazdığı ərizəni vəkilə göstərmişdir. Vəkil bildirmişdir ki, ərizənin heç bir hüquqi nəticəsi yoxdur və rəsmi qaydada məhkəmədə iddiadan imtina etmiş olsa onda o, arxayın ola bilər. X8 təşəbbüsü ilə yenidən məhkəməyə iddia ilə müraciət olunmuşdur. Sonradan o, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verməyini xahiş etmişdir. xx xxxxxx 2019-cu ul tarixdə Xəzər rayon məhkəməsi tərəfindən bu haqda qərardad qəbul etmişdir. Qərardad qanuni qüvvəyə minəndən sonra xx xxxxxx 2019-cu il tarixdə o, özünə məxsus ünvan 2 ünvanda yerləşən mülkü Əhmədov Agabagırın oğlunun iştirakı ilə onun oğlu Cavabdeh1 Agabagır oğluna bağışlamışdır və həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Müqavilələr Bakı şəhəri, 7 Saylı notariat ofisində təsdiqlənmişdir. Sonradan müəyyən etmişdir ki, X14 xx.xx.2019-cu il tarixdə yenidən məhkəməyə ərizə ilə müraciət etmiş və xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmişdir. X12 ilə onun arasında bağlanmış AN-İ № ******* saylı, xx xxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında X25 Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı şıxarış ləğv edilmişdir. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alınması məqsədi ilə ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər X12 ilə İddiaçı alınaraq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Başa düşmüşdür ki, aldanmışdır. X14 ünvan 1 ünvanda yerləşən bağ evinə qarşı heç bir iddiası olmamasını, gələcəkdə də heç bir tələbi və iddiası olmayacağını bildirməsəydi o, öz mülkünü onun oğlu Cavabdeh1 Agabagır oğluna bağışlamazdır. X14 onu aldadaraq mülkünə sahib olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət edib bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb etməli olmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Bakı şəhəri 7 saylı notariat kontorun səlahiyyətli nümmayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Bakı şəhəri 7 saylı notariat ofisin xüsusi notariusu Nadir Vədətov tərəfindən D/29 saylı xx.xx.2020-ci il tarixli məlumat daxil olmuşdur. Məlumatda işə onların iştirakı olmadan baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə Xəzər rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan hədiyyə verən İddiaçı ilə hədiyyə alan X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verənin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 87.8 kv/m, yaşayış sahəsi 56.8 kv/m, yardımçı sahəsi 31 kv/m olan 3 otaqlı fərdi yaşayış evinn tam mülkiyyət üzrə ona məxsus hissəsindən 87.8 kv.m 3 otaq hissəsini qardaşı oğlu olan hədiyyə alana bağışlaması haqqında bağlanmışdır. Həmin müqaviləyə əsasən həmin ünvana aid 0.05465 ha torpaq sahəsi İddiaçı mülkiyyətində qalmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan X5 7 saylı notariat ofisinə ünvanladığı ərizəsinin surətindən görünür ki, o, ünvan 3 ünvanda yerləşən evin X4 bağışlamasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə icarəyə verənin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0.05465 ha torpaq sahəsinin xx.xx.2099-cu il tarixədək icarəçiyə icarəyə verməsi haqqında bağlanmışdır. İş materiallarında olan X5 7 saylı notariat ofisinə ünvanladığı ərizəsinin surətindən görünür ki, o, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin X4 icarəyə verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan kassa mədaxil orderlərinin tərcümə edilmiş surətlərindən görünür ki, Agabagır tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək bank vasitəsi ilə 88600 ABŞ dolları Mübarizə və onun arvadı Vüsaləyə göndərilmişdir. İşin hallarından müəyyən edildi ki, mübahisəli daşınmaz əmlaklarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir. Bakı şəhəri 7 saylı notariat ofisin xüsusi notariusu Nadir Vədətov tərəfindən D/29 saylı xx.xx.2020-ci il tarixli məlumat məhkəməyə daxil olmuşdur. Məlumatda xx.xx.2019-cu il tarixdə “hədiyyə verən” İddiaçı ilə “hədiyyə alan” X10 arasında ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsi hüquqmüəyyənedici sənədlər və tərəflərin razılığı əsasında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun aldadılma nəticəsində bağlanması güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırki halda isə iddiaçının qardaşı ilə arasında digər məhkəmə mübahisəsinin olması həmin mübahisə üzrə hər hansı məhkəmə aktının qəbul edilməsi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olaraq aldadılma nəticəsində bağlanması kimi qənatə gəlməyə əsas vermir. Eyni zamanda əqdin aldadılma nəticəsində bağlanması halında etibarsızlığının mübahisələndirilməsi və eyni zamanda bağışlama müqaviləsinin bağlanması ilə bağlı qanunvericilyin tələblərini özündə ehtiva edən müvafiq müdasının dispozitiv şərtləri də hazırki halda ödənilməməklə müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç biri əsaslar mövcud deyildir və bununla bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia tələbi təmin edilmədiyindən həmin bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticənin (reyestrdən çıxarışın) ləğv edilməsi hissəsində, eləcə də xx xxxxxx 2019-cu il tarixdə ünvan 2-a dair bağlanmış həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi hissədə də iddia tələbləri haqlı olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin Həmin Məcəlləsinin 421-ci maddəsinə (“müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlanan 4-cü paraqrafı) əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar