Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3373/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X1, nümayəndəsivəkil X2, Cavabdeh, onun vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borc tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2595/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh x xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqaviləsi üzrə yaranmış borca görə 2400 ABŞ dolları əsas borcun və 160 ABŞ dolları faiz borcunun, cəmi 2560 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, 178 saylı borc müqaviləsi üzrə yaranmış borca görə 7837 ABŞ dolları əsas borcun və 3909,70 ABŞ dolları faiz borcunun, cəmi 7746,70 ABŞ dolları, ümumilikdə 10306,70 ABŞ dolları məbləğində borcun manata məzənnəsi nəzərə alınmaqla iddiaçının xeyrinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-181/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən kollegiyanın iclasında iddiaçı “xxxx” MMC-nin direktoru X3 iddia tələbinin cavabdehdən faiz borcunun tutulması hissəsindən imtina etdiyini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh iddiaçının hazırkı iş üzrə iddiadan imtina etməsinə etirazın olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçı “xxxx” MMC-nin direktoru X1 iddia tələbinin cavabdehdən faiz borcunun tutulması hissəsində imtinası qəbul edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddiaanı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair mülki iş üzrə iddiaçı “xxxx” MMC-nin direktoru X1 iddia tələbinin cavabdehdən faiz borcunun tutulması hissəsində imtinası qəbul edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilsin. İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borc tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdehdən faiz borcunun tutulması hissəsində icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3373/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3373/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver