Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3383/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh4 Nazım oğlunun nümayəndəsi vəkil X1 iştirakı ilə, iddiaçı X4 cavabdehlər Şahınli Müzəffər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Nazım oğluna qarşı “müqavilələrin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Səbail Rayon Məhkəməsinin 2(009)- 85/2021 saylı işi üzrə xx xxxxxx 2021-ci ıl tarixli qərardadından Cavabdeh4 Nazım oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, 20000 manat mənəvi ziyanın, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ünvanlayaraq, məhkəmə mübahisəsi başa çatanadək Bakı şəhəri, Babək prospekti, 41 A ünvanda yerləşən “X11” mebel mağazasında yerləşən 73100 manat məbləğində əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı işi üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 157, 158, 159.1, 185-ci il tarixli maddələrinə istinadən ) ərizə təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanda yerləşən "X11” mebel mağazasında yerləşən Cavabdeh4 məxsus 73100 manat məbləğində əmlakların üzərinə həbs qoyulması, qərardadın dərhal icra olunması və qərardadın icrasının Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh4 Nazım oğlu qərardaddan şikayət verərək iddianın təmini tədbirinə dair qərardadını ləğv edilməsi və X2 iddianın təmini tədbirinə dair ərizəsini rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 60; Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1. 157.2 və 158.1.2, 158.1.1, 268.1, 269.1, 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qərardaddan xx xxxxxx 2020-ci il tarixdə şikayət edərək qərardadın ləğv edilməsini xahiş edib. Bakı şəhəri Səbail ravon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli. 2(009)-883/2020 nömrəli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Məhkəmə bir cümlə ilə şikayətini geri qaytararaq göstərmişdir ki, məhkəmənin qərardadı ilə Bakı şəhəri Nizami rayonu Babək prospekti 41 "a" ünvanda yerləşən "X12" mebel mağazasında yerləşən həbs qoyulan əmlakların Cavabdeh4 məxsus olmasını təsdiq edən sübutu şikayətə əlavə edilməmişdir. Bakı Şəhəri Səbail rayon Məhkəməsinin (hakim Mədinə Bağırovanın sədrliyi ilə) 2(009)-883/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verib. Səbail rayon Məhkəməsi qərardadı ləğv etməyərək şikayətə baxılması üçün Bakı Apellyasıya M Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (103)-7393/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh4 verdiyi şikayətə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim M.Bağırovanın sədrliyi ilə) xx.xx.2020-ci il tarixli 2 (009)-883/2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-883/2020 saylı xx xxxx 2020-ei il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh4 şikayyəti təmin edilməmişdir və şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8855/2020 tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-883/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü iş Bakı şəhəri Səbail rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-85/21 nömrəli qərardadı ilə qanunsuz və əsassız olaraq Bakı şəhəri. Nizami rayonu. Babək prospekti. 41 "A" ünvanında yerləşən "X11" mebel mağazasında yerləşən Cavabdeh4 məxsus 73100 manat məbləğində əmlakların üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 Nazım oğlunun nümayəndəsi vəkil X5 mağaza və malların onlara məxsus oldğunu, lakin təmsil etdiyi şəxsin cavabdeh kimi göstərilmədiyini, apellyasiya instansiya məhkəməsinin göstərişlərinə zidd olaraq birinci instansiya məhkəməsi tərəfindən təkrar həbs qoyulduğunu, maraqlarına toxunduğu üçün şikayət verdiklərini, cavabdehlərdən bir nəfərin onların dükanında işlədiyini digərlərinin isə tanımadıqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı X6, cavabdehlər Şahınli Müzəffər, Cavabdeh2, Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və Mülki Prosesual Məcəllənin 157, 158, 159.2, 163, 164, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad gələcəkdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır və (işin mahiyyətinə aid olan əsaslarla) qərardadın formal mülahizələrlə ləğvinə kollegiya əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, şikayət verənin cavabdeh kimi göstərilməməsi əsasları iş materiallarında olan subutlarla təkzib edilir. Belə ki, Cavabdeh4 əlavə cavabdeh kimi cəlb edilmiş və bu barədə protokollarda müvafiq qeydlər aparılmışdır (səh.108). Digər bir məsələdir ki, iddia verilən zaman prosessual qanunvericiliyik tələblərininə riayət edilməsi, cavabdehlərin və onlara qarşı yönələn tələbin müəyyən edilməsi qüsurlar, mahiyyəti üzrə baxılma zamanı, tələbə dəqiqləşmə vermək imkanının istisna edilməməsi şəraitində son nəticə olaraq yekun məhkəmə qərarının məğzinə aid olduğu üçün, iddianın təmin tədbiri barədə müvəqqəti səciyyə daşıyan prosessual hərəkət çərçivəsində qiymət verilməsi mümkün olmayan haldır. Şikayət verən tərəfə izah edilməlidir ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh4 Nazım oğlunun şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı işi üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3383/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3383/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver