Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3385/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, X5, X6, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR İN yanında ƏMDKR PH-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3385/2024 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X12 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Balaxan oğlu, cavabdehlər Cavabdeh4, X10 və cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, X9, X6, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Bakı şəhəri 26 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama və alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apelyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin əvvəlki mülkiyyətçisi iddiaçı olmuş və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 10 il müddətinə (xx.xx.2029-cu il tarixədək) etibarnamə vermişdir. Etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir. Mənzil xx.xx.2020-ci il tarixdə iddiaçının adından verilmiş etibarnamə əsasında onun nümayəndəsi qismində Cavabdeh4 tərəfindən bağışlama müqaviləsi əsasında yetkinlik yaşına çatmayan övladı X3 bağışlamış və sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daha sonra, Mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə Məmmədxan Mirzəyevin qəyyumları ilə Cavabdeh6 arasında əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin Cavabdeh4 tərəfindən X3 bağışlanması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair X3 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzilin cavabdehlər Cavabdeh4 və X11 tərəfindən Cavabdeh6 58 000 manata satılması barədə Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixdə reyestrdə 4Ə-1027 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Mənzili satmaq, kiməsə bağışlamaq niyyəti olmamışdır. Bu yaxınlarda ona məxsus mənzilin kilidinin dəyişdirilməsinin şahidi olmuş, daha sonra isə mənzilində başqa şəxsin yaşamasını müəyyən etmişdir. Həmin mənzildə olan şəxs ona məxsus mənzili alqı-satqı yolu ilə aldığını bildirmişdir. O bu məsələnin aydınlaşdırılması üçün vəkillə müqavilə bağlamış və vəkil tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli məktubuna əsasən, mənzil Bakı şəhəri 26 saylı DNK-nın 4Ə-81. reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Daha sonra mənzil Bakı şəhəri 51 saylı DNK-nın 4Ə-1027 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 adına qeydiyyatdan keçmişdir. Sorğuya verilmiş cavabdan sonra 26 və 51 saylı Notariat Ofislərinə də müvafiq sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq bağışlama və alqı-satqı müqavilələri üzrə notariat hərəkətlərinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən etmişdir ki, oğlu Cavabdeh4 ona xx.xx.2019-cu ildə ona verdiyi etibarnamədən istifadə etməklə ona məxsus mənzili xx.xx.2020-ci il tarixdə iddiaçının nəvəsi X3 bağışlamışdır. Halbuki o, cavabdehə etibarnaməni mənzil üzərində sərəncam vermək üçün deyil, ümumi işlərinin görülməsi üçün vermişdir. Cavabdeh4 onun qocalığından, xəstəliyindən, ona verdiyi etibarnamədən öz mənafeyinə uyğun istifadə etmişdir. Daha sonra xx.xx.2022-ci ildə nəvəsi Məmmədxan Mirzəyevin valideynləri üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 mənzili 58 000 manata Cavabdeh6 satmışlar. Cavabdeh4 mənzili oğluna bağışlamaqla dolayı yolla özü öz barəsində əqd bağlamışdır. Çünki uşağın müstəqil sərəcam vermək səlahiyyəti olmadığından əmlak üzərində qanuni nümayəndəsi olan valideynləri qərar verirlər. Cavabdeh4 verdiyi etibarnaməni ləğv etdirmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin İddiaçı adından Cavabdeh4 tərəfindən X3 bağışlanması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 329.2, 331.1, 337.1, 337.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh X20 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzil iddiaçı X4 tərəfindən xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən nəvəsi X3 bağışlanmış, bağışlandıqdan sonra həmin mənzil xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən digər cavabdeh X1. Satışdan əldə olunan pula cavabdeh X13 uşaqları üçün 01 iyun 2022-ci tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən 213 saylı mənzili almışdır. Həmin mənzili uşaqların adına almağın çətin olduğunu və gələcəkdə mənzillə bağlı dövlət orqanları ilə davamlı münasibətlərin və həmin orqanlarda sənədləşmələrin (qaz, işıq, su, MKİS, müvafiq arayışların alınması və sair) çətinlik yaradacağını nəzərə alaraq cavabdeh mənzili öz adına almışdır. Bundan sonra cavabdeh S.Kərimova həmin mənzilə İddiaçı və Cavabdeh4 qeydiyyata düşməsinə razılıq vermiş, həmin razılığa əsasən İddiaçı yeni mənzilə qeydiyyata düşmək və bununla bağlı yeni şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü “ASAN xidmət”ə gedərək müraciət etmiş, müvafiq sənədləri, eləcə də yeni mənzilə qeydiyyata düşməklə bağlı mənzilin çıxarışını, cavabdeh S.Kərimovanın razılıq ərizəsini və sair sənədləri təqdim etmişdir. Bunun əsasında iddiaçı və oğlu qeyd olunan mənzilə qeydiyyata düşərək yeni şəxsiyyət vəsiqələri almışdırlar. Yuxarıda göstərildiyi kimi iddiaçının bağışladığı mənzildən qeydiyyatdan çıxaraq yeni mənzilə qeydiyyata düşməsi bütün bu proseslərdən, yəni mənzili bağışlaması, satılması və satış pulundan yeni mənzilin alınmasından xəbəri olmasını tam sübut edir. Bundan əlavə, əvvəlki mənzilin satışından yeni mənzil alındıqdan sonra qalan pula isə ** TT *** dövlət qeydiyyat nişanlı “AUDİALLROAD” markalıminik avtomobili alınaraq iddiaçının oğlu Cavabdeh4 istifadəsinə verilmişdir və hal-hazırda da onun istifadəsindədir. Cavabdeh4 isə anası İddiaçı ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Yəni həmin avtomobil onların sahiblik və istifadəsindədir, avtomobilin də mənzilin satış pulu ilə alınmasını iddiaçı B.Şahbazov dəqiq bilmışdir. Həmin avtomobil onların yaşadıqları həyət evindədir və daimi istifadələrindədir. Qeyd etdiyi hal da iddiaçının bağışlama müqaviləsinin onun iradəsi ilə bağlandığını bir daha sübut edir. Həmçinin 2023-cü ilin aprel ayından başlayaraq həmin ilin yay aylarında cavabdeh Kərimova Səbinə uşaqları ilə birlikdə İddiaçı ilə ünvan 2 ünvanında birlikdə qalıblar. İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 9, 63 saylı mənzili bağışlamağı, onu satmağı, yeni mənzilin alınması barədə dəfələrlə söhbətlər ediblər. Hətta əvvəllər də yeni mənzili alanda İddiaçı cavabdeh S.Kərimovaya xeyir-dua vermiş, özü də ora qeydiyyata düşmüşdür. 2019-cu ildən bəri bəzi günləri çıxmaqla illərin çoxunu cavabdeh S.Kərimova digər cavabdeh həyat yoldaşı Cavabdeh4 və anası İddiaçı ilə birlikdə yaşamışdırlar. Lakin S.Kərimovanın məhkəməyə təqdim etdiyi ərizəsindən də göründüyü kimi 2023-cü ilin yay ayının axırında cavabadeh Cavabdeh4 onu mütəmadi olaraq təhqir etdiyi üçün dözə bilməmiş və Kürdəxanıdakı həmin evi uşaqları ilə birlikdə tərk etmişdir, hal-hazırda həmin həyət evində onun aldığı yataq dəsti və başqa əşyaları vardır. Bütün bunları, yəni cavabdeh S.Kərimovanın onlarla birlikdə yaşamasını iddiaçı məhkəmə iclasında təsdiq etmiş, hətta əlavə olaraq bildirmişdir ki, Səbinə Kərimova ilə birlikdə tez-tez həyətdə kabab bişirirdilər, sonra da ər-arvad uşaqları götürüb dənizə gedirdilər. Bununla bağlı iddiaçının izahatı məhkəmə iclasının audio yazısında vardır. Məhkəmə qeyd olunanları nəzərə almayaraq Mülki Məcəllənin 404-cü və 324.5-ci maddəsinin tələblərini pozmuşdur. Hətta, iddiaçı iddia ərizəsinə uyğun izahat vermək istəyəndə də məlum olmuşdur ki, dedikləri həqiqəti əks etdirmir. Belə ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, guya mənzili yoxlamağa gedərkən mənzilin kilidinin dəyişdirilməsinin şahidi olmuşdur. İddiaçı bunları deyərkən digər cavabdeh mənzili alan X10 bildirdi ki, mənzilin heç bir kilidini dəyişməyib, mənzilin qapısında köhnədən qalan kiliddir. Bu sözləri Cavabdeh6 iddiaçının özünə dedikdə iddiaçı bir söz deyə bilməmişdir. Bütün bunlar məhkəmə iclasının audio yazısında vardır. İddiaya etirazda ikinci etibarnaməni təqdim edərək göstərmişdir ki, etibarnamə verilən tarixdən, yəni xx.xx.2019cu il tarixdən 2 ay əvvəl İddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə 09 iyul 2019-cu il tarixli etibarnamə vermişdir. Həmin etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2029-cu il tarixədək qüvvədə olmuşdur. Əgər ümumi işlərin görülməsi üçün iddiaçı oğlu Cavabdeh4 etibarnamə vermişdirsə, ortada belə bir etibarnamə mövcud idisə, onda 2 aydan sonra yenidən etibarnamə verməyin nə əhəmiyyəti vardır və nə üçün lazım idi? Həmin etiraz ərizəsindən sonra iddiaçı mövqeyini dəyişərək guya etibarnaməni başqa bir fərdi yaşayış evinə dair sənədləşdirilmə işlərinin aparılması məqsədilə verdiyini demişdir. Aydındır ki, ikinci dəfə verilən xx.xx.2019-cu il tarixli etibarnamə mənzilin bağışlanması məqsədilə verilmiş və həmin etibarnamədə bütün səlahiyyətlər, eləcə də mənzil üzərində sərəncam vermək hüququ da verilmişdir. O cümlədən qeyd etmək istəyir ki, 17 mart 2020-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasından 3 il 6 aydan çox vaxt keçdikdən sonra iddiaçı qeyd olunan müqavilənin etibarsızılığı barədə məhkəmədə iddia qaldırmışdır və bununla da kəsici müddəti ötürmüşdür.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında (o cümlədən əvvəlki iclasda) iştirak edən cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, verilmiş müvafiq etibarnamələrdə səlahiyyətlər məsələsi var. Bağışlama müqaviləsi müvafiq ilin 28 oktyabr tarixində verilmiş müvafiq etibarnamə əsasında olmuşdur. Yəni tərəflər ilkin etibarnaməni əldə etmişlər, ilkin etibarnamədə bütün səlahiyyətlər olmadığından məcbur olub notariusda ikinci etibarnaməni əldə etmişdirlər, orada bütün səlahiyyətlər qeyd edilib, artıq o etibarnamə imkan vermişdir ki, bağışlama müqaviləsi bağlansın. İddiaçı yaşlıdır, oğluna etibarnamə verib ki, bağışlama müqaviləsini bağlasın. Onu da qeyd edir ki, məhkəmə bağışlama müqaviləsinin etibarsız hesab edildiyi qənaətinə gəlirdisə, bu zaman müvafiq şəxslər barəsində xüsusi qərardad da çıxarmalı idi ki, etibardan sui-istifadə edilib. Qarşı tərəf bununla bağlı vəsatət də verməmişdir.
10. Apellyasiya baxışında (o cümlədən əvvəlki iclasda) iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Balaxan oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmuş, həmin mənzildə bir müddət özü yaşamışdır, daha sonra həmin mənzil kirayəyə verilmiş, hətta bir müddət Cavabdeh5 orada yaşamışdır, sonradan onun həmin evdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir, Cavabdeh5 mənzildən özü çıxdığından yekun məhkəmə qərarı çıxarılmamışdır. Belə ki, iddiaçı 2023cü ilin yay aylarında həmin mənzilə gedən zaman qapının kilidinin dəyişdiyini görmüş, qonşular isə mənzilin başqa şəxsə satıldığı və başqasının yaşadığını bildirmişdir. Onlar 2023-cü ilin iyul ayında bu məsələyə başlamışlar, vəkil sorğusu da vermişdir və DƏDKRdən onlara bildirilmişdir ki, sözügedən mənzil 2020-ci ilin 17 martda bağışlanmıış və daha sonra isə 2022-ci ilin mayın 22-də digər cavabdeh İsrafilova Kəmaləyə satılmışdır. Notariat işi ilə tanış olunan zaman bəlli olmuşdur ki, Cavabdeh4 əmlakı öz oğlunun adına rəsmiləşdirmişdir. Yəni Cavabdeh4 keçmiş yoldaşı Cavabdeh5 ilə əlbir olaraq əmlakı övladının adına rəsmiləşdirməklə dolayısı ilə əmlakı öz mülkiyyətinə keçirmişlər. Çünki uşaq həmin əmlak üzərində müstəqil sərəncam verə bilmir. Müvafiq icra Hakimiyyətinin rəyi əsasında əmlak valideynlərin razılığı əsasında satıla bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Cavabdeh4 də öz mənafeyinə uyğun əqd bağlamışdır. Bu əqd də 2019-cu ilin 28 oktyabr tarixində verilmiş etibarnamə əsasında bağlanılmışdır, halbuki həmin etibarnamə Kürdəxanıda yaşadıqları mənzilə dair evin sənədləşməsi prosesdurunun icra edilməsi üçün verilmişdir. Cavabdehlər arasında nikah 2019-cu ilin oktyabr ayının 19-da, müvafiq etibarnamə isə 28 oktyabrda verilmişdir. Boşanma zamanı isə uşaqların ananın yanında qalması qət edilmişdir. Cavabdeh5 bir çox iddiaları əmlak, torpaq və s. bölgüsü və s. olmuşdur, belə bir mübahisə olduğu, həmçinin uşaqların anasının yanında qalması qətnamə ilə qət edildiyi təqdirdə iddiaçının öz atasından qalma mülkünü gəlinini adına rəsmiləşdirməsi məntiqsizdir. Digər tərəfdən əgər iddiaçının nəvəsinə evi bağışlamaq fikri olsa idi, şəxsən bağışlama müqaviləsini özü bağlayardı. Onu da qeyd edir ki, bugünkü gündə mənzilin texniki pasportu iddiaçıdadır. Həmçinin birinci instansiya məhkəməsində Cavabdeh4 boşandıqdan sonra mübahisəli əmlakı evi oğlunun adına rəsmiləşdirməsində əsas məqsədin pozulmuş ailə münasibətlərinin bərpa edilməsi məqsədilə olduğunu etiraf etmişdir. Cavabdeh K.İsrafilova evlə bağlı bütün məsələləri Cavabdeh5 ilə etdiyini, notariat kontorunda həm də digər Cavabdeh4 olduğunu bildirmişdir. Cavabdeh K.İsrafilovanın vicdanlı alıcı olmasına etirazları yoxdur.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli ev onun babasının evi olmuşdur. O, evini nə oğluna, nə də Səbinəyə vermək istəmir. Oğluna iki etibarnamə vermişdir ki, Kürdəxanıda yerləşən evlə bağlı sənədləşmə işlərini aparsın, özü yaşlı adamdır, gedib-gələ bilmir. İndi Kürdəxanıda yaşayır. Mübahisəli mənzildə az yaşayıb. Həmin mənzili oğluna verib ki, kirayə versin, dolansınlar, maddi imkanları aşağı idi, söz-söhbət olmasın. Bağışlanma müqaviləsinin bağlanmasından xəbəri olmayıb. O hətta oğluna təklif edib ki, öz qızıgildə qalsın, ailəsi dağılmasın. Müqavilənin bağlandığını bilənə kimi həm gəlini, həm də oğlu ilə münasibətləri normal olmuşdur. Bir də görüb ki, ev əldən çıxıb. Oğlu elə də imkanlı olmayıb, gəlini bibisinin yanında işləyib, oğlu isə santexnik olub. Aylıq gəliri təxmini 500 manat olub. Onlar 2022-ci ildə Binəqədi rayonunda yerləşən evi aldıqda, deyəsən, bu barədə xəbəri olub. Amma bu evin birdən-birə necə alındığını maraqlanmamışdır, onların işinə qarışmayıb, çünki istəməyib ki, övladları ata-anasız böyüsünlər. Ev alındı, sonra özləri dedi ki, mübahisəli evi satıb yerinə ev almışıq. Lakin evin onun adına olmasına baxmayaraq necə satılması onda maraq doğurmamışdır. O, Kürdəxanıdakı evə dair sənədləşmə işini icra etməsi üçün ümumi etibarnamə vermişdir, daha bilməmişdir ki, başına belə bir hadisə gələcək. Səbinə gəlin gələndə özünün Nissan Qashqay maşını var idi, kreditlə almışdı, boşananda oğlundan maşını da aldı. Evin özünü istəyir, pulu yox.
12. Apellyasiya baxışında (o cümlədən əvvəlki iclasda) iştirak edən Cavabdeh4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, övladlarını görmək istəmişdir, Səbinə isə evin kilidini dəyişdirmişdir. Belə olanda atasına müraciə etmiş, böyük kimi ona məsələnin həlli yolu kimi belə şərt qoymuşlar ki, mübahisəli əmlakı oğlunun adına rəsmiləşdirsin. O da rahatlıqla oğlunun adına rəsmiləşdirmişdir. Xeyr, anasının xəbəri olmamışdır. Onlar dedilər ki, heç anasının da xəbəri olmasın, yaşlı adamdır. Binəqədi rayonunda yerləşən evdən anasının xəbəri olmamışdır. Həmin evi alanda cavabdeh S.Kərimova özü orada yaşamışdır. O isə həmin evə gedəndə cavabdeh polisə müraciət etmişdir. İndi Səbinə ilə əlaqələri qalmamışdır.
13. Apellyasiya baxışında (o cümlədən əvvəlki iclasda) iştirak edən cavabdeh X10 öz izahatında bildirmişdir ki, o, şəxsən Səbinəni tanımamışdır, mübahisəli əmlak əvvəl yataqxana olmuşdur. Əmlakın alqı-satqısında yoldaşı Cavabdeh4 də iştirak etmişdir. İddiaçını daha əvvəl görməmişdir, məhkəmədə görmüşdür. Mübahisəli evin kilidini dəyişməmişdir, aldığı kiliddə qalmışdır.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
16. Maddə 324.4 Müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir.
17. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
16. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
17. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
18. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
19. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
20. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
21. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir
22. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.
23. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
25. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın;
26. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır;
27. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
28. Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
29. Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
30. Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən qətnamə yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini qətnamənin yalnız həmin hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
40. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
41. Belə ki, işin müəyyənləşdirilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin əvvəlki mülkiyyətçisi iddiaçı olmuş və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 10 il müddətinə (xx.xx.2029-cu il tarixədək) etibarnamə vermişdir. Etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir. O cümlədən həmin etibarnamə verilən tarixdən, yəni xx.xx.2019-cu il tarixdən 3 ay əvvəl İddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə 09 iyul 2019-cu il tarixli etibarnamə vermişdir. Həmin etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2029-cu il tarixədək qüvvədə olmuşdur. Mənzil xx.xx.2020-ci il tarixdə iddiaçının adından verilmiş etibarnamə əsasında onun nümayəndəsi qismində Cavabdeh4 tərəfindən bağışlama müqaviləsi əsasında yetkinlik yaşına çatmayan övladı X3 bağışlamış və sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daha sonra mənzilin alqısatqısına dair xx.xx.2022-ci il tarixdə Məmmədxan Mirzəyevin qəyyumları ilə Cavabdeh6 arasında əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının öz tələbi ilə bağlı əsasları ondan ibarətdir ki, onun bağışlanma müqaviləsinin bağlanmasından xəbəri olmamışdır və bunun nəticəsində sonradan mübahisəli mənzilin satılması şəxsin özünün öz barəsində bağladığı əqddir.
42. Kollegiya ilk növbədə iddiaçının bağışlanma müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanmasına dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
43. İş materiallarındakı xx.xx.2019-cu il tarixli 10 il müddətinə verilmiş etibarnamədən görünür ki, onda digər səlahiyyətlərlə bərabər Cavabdeh4 iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir.
44. Göründüyü kimi xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2019-cu il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır və iddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, həmin iradə ifadəsi hələ müqavilə bağlanmamışdan bir neçə ay əvvəl iddiaçı tərəfindən Cavabdeh4 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir.
45. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.
46. Bundan əlavə iddiaçı bağışlanma müqaviləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını qeyd etsə də, iş materialları və tərəflərin izahatları ilə bu hal təkzib olunur. Belə ki, ilk növbədə iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli etibarnamə verilən vaxtdan 3 ay əvvəl, yəni 09 iyul 2019-cu il tarixdə İddiaçı oğlu Cavabdeh4 ümumi işlərin görülməsi daxil olmaqla səlahiyyətlərin verilməsi barədə etibarnamə vermişdir və orada iddiaçıya məxsus əmlakı idarə etmək, sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və s müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girov) qəbul etmək haqqında əqdlər bağlamaq, o əqdlər üzrə haqq-hesab aparmaq və digər səlahiyyətlər əks olunmamışdır. Bu zaman iddiaçının oğluna etibarnamə verərkən, həqiqətən də, niyyətinin məhz evlə bağlı ümumi işlərin, kommunal məsələlərin həll edilməsi ilə bağlı olması halında və həmin səlahiyyətlərin ilk etibarnamədə artıq göstərilməsinə baxmayaraq nəyə görə bundan qısa müddət sonra məhz əmlakları üzərində sərəncam verməyi, o cümlədən bağışlamağı özündə nəzərdə tutan etibarnamə verməsi sual doğurur və iddiaçı apellyasiya baxışı zamanı bu ziddiyəti açıqlayacaq hər hansı ifadə və ya sübut təqdim edə bilməmişdir.
47. Həmçinin apellyasiya baxışı zamanı iddiaçının verdiyi izahatdan görünür ki, o, cavabdehlər Cavabdeh4 və S.Kərimovanın Binəqədi rayonunda yeni ev aldıqlarından xəbərdar olmuş, hətta mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq bir müddət sonra sözügedən yeni mənzildə qeydiyyata düşmüş, bununla bağlı yeni şəxsiyyət vəsiqəsi almışdır. Özünün də qeyd etdiyi kimi, oğlunun və ailəsinin maddi imkanının aşağı olduğunu, onlara həmin evi kirayəyə verərək imkanlarını düzəltməyə şərait yaratdığını bilsə də, qısa müddət ərzində necə belə bir addım ataraq yeni mənzil əldə etdiklərini və həmin mənzilin alınması üçün vəsaitin necə toplandığını maraqlanmaması məhkəmə üçün inandırıcı görünmür. Belə ki, alınan ifadələrdən göründüyü kimi 2023-cü ilə kimi, yəni həmin mənzilin alınması dövrü də daxil olmaqla iddiaçının öz oğlu və gəlini ilə münasibətləri normal səviyyədə olmuş, bir evdə yaşamışlar.
48. O cümlədən iddiaçı əvvəlki apellyasiya baxışında verdiyi izahatında qeyd etmişdir ki, sonradan alınan yeni mənzilin məhz hazırda mübahisə mövzusu olan mənzilin satılmasından əldə edilən gəlirlə alındığını bilmiş, lakin mənzilin onun öz adına olmasına baxmayaraq bütün bu prosedurların onun iştirakı olmadan necə baş verdiyini maraqlanmamışdır. Həmçinin iddiaçı öz ifadəsində Binəqədi rayonunda yerləşən və yeni alınan mənzildən xəbəri olduğunu bildirsə də, oğlu və eyni zamanda Cavabdeh4 anasının bundan xəbərdar olmadığını bildirmişdir və iki tərəfin də ifadələrinin arasında ciddi ziddiyyət yaranmışdır.
49. Bütün qeyd olunan halların arasındakı ziddiyət və verilən izahatların məcmu halında qiymətləndirilməsi nəticəsində kollegiya bu nəticəyə gəlir ki, iddiaçı xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinin, o cümlədən sonradan onun nəticəsində xx.xx.2022-ci il tarixdə Məmmədxan Mirzəyevin qəyyumları ilə Cavabdeh6 arasında olan əmlakın alqısatqı müqaviləsinin bağlanmasından xəbərdar olmuş, bununla bağlı etibarnamə vermiş və sonradan göstərdiyi hərəkətlər, o cümlədən hərəkətsizliyi ilə həmin əqdləri bəyənmişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında da göstərilən hüquqi mövqeyə görə burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: a) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; b) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
51. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hər hansı əsas mövcud deyildir.
52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
53. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
54. Kollegiya iddiaçının bağışlanma və alqı-satqı müqavilələrinin Cavabdeh4 tərəfindən özü öz xeyrinə əqd olaraq bağlanması ilə bağlı dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.
55. Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
56. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.
57. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
58. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.
59. Birinci instansiya məhkəməsi isə mübahisəni həll edərkən yuxarıda qeyd edilən halları göz önündə tutmamış, işin müəyyən edilmiş halları üzrə bu konteksdə hüquqi dəyərləndirmə aparmamışdır.
60. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, hazırki işin hallarından göründüyü kimi Cavabdeh4 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli əmlakı özünə deyil, oğlu Məmmədxan Mirzəyevə bağışlamışdır və həmin müqavilənin tərəfi cavabdeh deyil, iddiaçı və öz nəvəsi Məmmədxan Mirzəyevdir. Daha sonra həmin əmlakın satılması prosesində də Cavabdeh4 və S.Kərimova şəxsən özləri müqavilə tərəfi kimi çıxış etməmiş, oğulları M.Mirzəyevin qanuni nümayəndələri olaraq əqdi məhz onuhn adından bağlamışlar. Göründüyü kimi hər iki müqavilənin tərəfi Cavabdeh4 olmadığından yuxarıda qeyd edilən şəxsin özü barəsində əqd bağlaması halı baş verməmişdir.
61. Bundan əlavə kollegiya tərəfindən yuxarıda da müəyyən olunduğu kimi iddiaçı istər bağışlanma, istərsə də, onun nəticəsində bağlanılan alqı-satqı müqavilələrindən xəbərdar olmuş, öz konkludent hərəkətləri ilə bunu təsdiqləmiş və bəyənmişdir ki, bu da Mülki Məcəllənin yuxarıda göstərilən 359.3-cü maddəsinin tətbiqini istisna edir.
62. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə bağışlanma müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hüquqi əsaslar mövcud deyildir və apelyasiya şikayətinin dəlilləri qeyd edilənlər kontekstində əsaslı olmaqla, qətnamənin ləğv edilməsinə əsas verir.
63. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
64. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
66. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
67. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
68. Məhkəmə tərəfindən işin artıq müəyyən edilən hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasından ən azından həmin vaxt, ən geci isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılarkən artıq məlumatlı olmuş, öz ifadəsində də qeyd etdiyi kimi sonuncu alqı-satqı müqaviləsinin məhz mübahisəli mənzilin satılması nəticəsində əldə edilən vəsaitlə bağlandığını bilmişdir. Bu da o deməkdir ki, hər bir halda iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2023-ci ilin sentyabr ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır.
69. Bununla da kollegiya hesab edir ki, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür və bu səbəbdən də hazırki iddiası təmin edilə bilməz.
70. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi tam rədd edilməlidir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
72. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
74. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
75. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməli, apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 50 (əlli) manat məbləğində pul isə İddiaçı alınaraq cavabdeh X9 ödənilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 9 saylı evin 63 saylı mənzilin İddiaçı adından Cavabdeh4 tərəfindən X3 bağışlanması barədə Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-81 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq cavabdeh X9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova