Məhkəmə qərarları › İş №2(103)-3386/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3386/2020

12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3386/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakları ilə, X1 Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 24 saylı xüsusi Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-611/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 24 saylı xüsusi Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzrə Cavabdeh adına xx xxxxxxxx 2016- cı il tarixli Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş xx xxxxxxx 2016- cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi X1 mərhum bacısı X6 mənsub olmuşdur. İddiaçının bacısı X12 xx xxxxxx 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. İddiaçının bacısının vəfatından sonra hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh oglu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 24 saylı notariat kontoruna ərizə ilə müraciət etmişdir. Cavabdehin ərizəsi əsasında vərəsəlik işi açılmış, sonra Bakı şəhəri Suraxanı rayonu 24 saylı notariat kontoru Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X37 rayonu, Safbulaq kəndi ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evinə və 0.12ha torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Müraciətdən sonra Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2016-cı ildə bacısı X4 adına ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evinə və 0.12ha torpaq sahəsinə çıxarış verilmişdir. Çıxarışdan sonra Bakı şəhəri 24 saylı notariat kontoru Cavabdeh adına xx.xx.2016- cı il tarixində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında cavabdeh ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evinə və 12ha torpaq sahəsinə xx xxxxxxx 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdehin Bakı şəhəri 24 saylı notariat kontoruna xx xxxxxx 2016-cı il tarixli ərizəsində notariat kontoruna yalan məlumat verərək özündən başqa vərəsələrin olmadığını göstərmişdir. Xızı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arxiv çıxarışına əsasən Altıağac qəsəbə inzibati ərazi vahidinin Safbulaq kəndi üzrə 1996-2000-ci illərə aid 10 nömrəli təsərrüfat kitabında 323 nömrəli təssərrüfata iddiaçının bacısı X12 ailə başçısı İddiaçı isə ailə üzvü kimi göstərilmişdir. Arxiv arayışından göründüyü kimi arayışda cavabdehin deyil, ailə üzvü kimi iddiaçının adı göstərilmişdir. İddiaçı orada çoxsaylı meyvə ağacları əkmişdir. Hər il məzuniyyət vaxtı ailəsi ilə birlikdə orada yaşamışdır. Hər həftə sonu iddiaçı ailəsi ilə birlikdə Safbulaq kəndinə gedərək evə baş çəkir, ağacları və əkdiyi kənd təsərrüfat təyinatlı müxtəlif bitkiləri və tərəvəzləri sulayır, demək olar ki, 30 ildir ki, oradan bağ sahəsi kimi istifadə edir. İddiaçının bacısı X4 vəfatından sonra iddiaçı miras əmlaka faktiki sahiblik etmiş və miras əmlakı faktiki idarə etməyə başlamışdır. Bunu Xızı rayon İcra Hakimiyyəti Başçısının Altıağac qəsəbə X33 üzrə Nümayəndəliyinin 413 saylı xx xxxxxxx 2018-ci il tarixli arayışında göstərir ki, İddiaçı Xızı rayon Dövlət Arxivinin 11.06. 2018- ci il tarixli 48 nömrəli məktubuna və qonşuların aktına əsasən həqiqətən mərhum bacısı X6 məxsus Xızı rayonun Safbulaq kəndində olan 0.12 ha torpaq sahəsini İddiaçı bacısı ilə birlikdə əkib becərmiş və ölümündən sonra həmin təsərrüfatı idarə edir. Xızı rayonun, Altıağac qəsəbəsi Safbulaq kəndində yaşayan qonşuların xx xxx 2018- ci il tarixli aktında qeyd edilir ki, qonşusu İddiaçı həqiqətən 1988-ci ildən Ermənistan Respublikasının Sisian rayonundan qaçqın düşmüş bacısı X12 ilə birgə Xızı rayonun Safbulaq kəndində məskunlaşmış, sonra isə 2016-cı ildə Nəcəfova Zenfıra vəfat etmişdir. 1988-ci ildən İddiaçı həmin kənddə torpaq və tikili evə hal-hazıra kimi sahiblik edir. Daha sonra iddiaçının nümayəndəsi «iddia tələbinin dəqiqləşdirilməsi barədə» əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m.olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzrə cavabdeh X7 adına xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-611/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m.olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzrə cavabdeh X7 adına xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 24 saylı DNK tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9193/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9193/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-64/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9193/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya baxışı zamanı X17, X21, X13 və X14 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki,əvvəla məhkəmə işə baxarkən onun iştirakını qanunda nəzərdə tutulmuş qaydada təmin etmədən iddiaçının yanlış məlumatlarına və qanunlara deyil qonşuların tərtib etdiyi akta əsaslanaraq, iddia ərizəsində mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair tələb irəli sürülməsə də, iddia ərizəsindən kənara çıxaraq qətnamənin əsaslandırıcı hissəsində həmin faktın müəyyən edilməsini əsas göstərərək qanun üzrə vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışı tamamilə ləğv etmişdir. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə miras əmlakın qəbul edilməsi barədə Notariat Kontoruna ərizə ilə müraciət etməli olduğu halda, ümumiyyətlə miras əmlakın qəbul edilməsi barədə Notariat Kontoruna ərizə verməmişdir. Bundan əlavə o, miras əmlakın qəbul etməsi faktının müəyyən olunması barədə məhkəməyə müraciət etmədən, bacısı Zenfira Nəcəfovaya məxsus torpaq sahəsində çoxsaylı meyvə ağacları əkməsini və hər il məzuniyyətə gedərkən ailəsi ilə birlikdə orada yaşamasını, eyni zamanda güya bacısının ailə üzvü olmasını əsas tutaraq hesab etmişdir ki, mirası qəbul etmişdir. Halbuki, iddiaçının göstərdiyi hallar və qonşuların tərtib etdiyi akt mirasın müəyyən olunmuş müddətdə qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Qeyd edir ki, Zenfira Nəcəfova 1-ci qrup əlil olmuşdur və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 784 saylı, xx xxxxxx 2003-çü il tarixli Sərəcamı ilə ona qəyyum təyin edilmişdir. O, ona məxsus Bakı şəhəri Suraxanı rayonunda yerləşən evdə pasport qeydiyyatında olmaqla daimi olaraq onunla birlikdə yaşamışdır. Hətta əmlakının idarə edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixdə ona baş etibarnamə də vermişdir. Bütün bunlara baxmayaraq Zenfira Nəcəfova vəfat edəndən sonra o, qanunla müəyyən olunmuş müddətdə onun yaşayış yeri üzrə Notariat Kontoruna ərizə ilə müraciət edərək miras əmlakın qəbul edilməsini bildirərək ona, vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notariat Kontoru da həmin müddətdə vərəsədən heç birinin miras əmlakın qəbul edilməsi barədə müraciət olunmadığını gözləyərək, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinə müraciət edib Zenfira Nəcəfovanın istifadəsinə verilmiş mirasın qeydiyyata alınaraq onun adına çıxarış verilməsi xahiş etmişdir. O da qeyd olunmalıdır ki, Zenfira Nəcəfovanın ikinci növbəli vərəsələri ona onun tərəfindən qəyyumluq edildiyini bilərək, eyni zamanda vəfat edəndən sonra bütün xərcləri onun üzərində olmasına görə onun istifadəsində olan mübahisəli miras əmlakın sənədləşdirilməsini ona həvalə edərək öz adına keçirilməsinə etiraz etməmişlər. İş materiallarından görünür ki, Zenfira Nəcəfova vəfat edən zaman mübahisəli əmlak onun mülkiyyətində olmamışdır. Hal-hazırda isə iddiaçı qanunun tələblərinə əməl etmək əvəzinə uzun müddət keçəndən sonra əsası olmayan sənədlər toplayaraq yalnız miras əmlakdan özünə aid pay hissəni tələb etmək əvəzinə, ona qanuni qaydada verilən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etmiş, məhkəmə isə lazımi sənədləri tələb etmədən iddia ərizəsini təmin etməkdə haqlı olmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk əvvəl məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası tərəfindən mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməmiş, belə olan halda isə məhkəmə tərəfindən məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Xızı rayon İHB-nın Altıağac qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Xızı rayonu Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 48 nömrəli məktubuna və qonşuların aktına əsasən həqiqətən onun mərhum bacısı X8 məxsus Xızı rayonunun Safbulaq kəndində olan 0.12 ha torpaq sahəsini İddiaçı bacısı ilə birlikdə əkib becərmiş və ölümündən sonra həmin təsərrüfatı idarə edir. Xızı rayon İcra Hakimiyyəti Xızı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Altıağac qəsəbə inzibati ərazi vahidinin Çıstı Klyuç (Safbulaq) kəndi üzrə 1996-2000-cı illərə aid 10 nömrəli təsərrüfatbaşına kitab: Ailə başçısının familiyası, adı, atasının adı -X15, Təsərrüfatın № 323; təsərrüfatın ünvanı-Çıstı Klyuç (Safbulaq) kəndi; təsərrüfat üzvlərinin siyahısı: X15- ailə başçısı; İddiaçı-qardaşı); Təsərrüfatın şəxsi mülkiyyətində olan yaşayış evi - ev 1 ədəd; tikildiyi il-1992, ümumi sahəsi 35m2; yaşayış sahəsi -35m2.. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı ildə ölmüşdür. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1970-ci ildən xx.xx.2015-ci ilədək yoxlama aparılmışdır. Qeyd edilən dövrdə X5 nikahı haqqında akt qeydi aşkar olunmadı. Suraxanı rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1996- cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 ölmüşdür. RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 23,4 kv.m. fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyest kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15.09.20l6-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X15 vərəsəsi Cavabdeh ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X8 verilmiş ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 23,4 kv.m. olan fərdi yaşayış evi, ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X8 verilmiş **********98-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinin xx.xx.2018-ci il tarixli məktuba əsasən, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi üzərində xx.xx.2016-cı li tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan başqa müəyyən edilmişdir ki, mübahisəli miras əmlakı yalnız X20 və X19 tərəfindən qəbul edilmişdir. Digər vərəsələr X17, X21, X13 və X14 miras əmlakını qəbul etməmişlər. Eyni zamanda İ.X2 qəyyumu təyin edilmiş və onun qanuni nümayəndəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Qeyd olunan normalardan göründüyü kimi, qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur: -mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) -əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi, mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü vardır: -miras əmlaka faktiki sahiblik etmək; -miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir. (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.) Kollegiya qeyd edir ki, işin mübahisə edilməyən hallarına görə Bakı şəhər sakini X5 xüsusi mülkiyyətində Xızı rayon Safbulaq kəndində ümumi sahəsi 35 kv.m. evi və 0,12 ha həyətyanı torpaq sahəsi vardır və onun mülkiyyət hüququ xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. M.Nəcədov və Cavabdeh Z.Nəcəfovanın qardaşlarıdır. Z.Nəcəfovaın anası X18 xx.xx.1996-cı il tarixdə, atası X16 isə xx.xx.1992-ci ildə vəfat etmişdir. Z.Nəcəfova xx.xx.2016-cı ildə vəfat etmişdir. Z.Nəcəfova ailə qurmamışdır. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə ölmüş Z.Nəcəfovanın vərəsəsi olması və onun sonuncunun mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 23,4 kv.m. olan fərdi yaşayış evinə və 0,12 ha torpaq sahəsinə tam paya malik olması təstiq olunmuşdur. Həmin şəhadətnamə əsasında fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Eyni zamanda Altıağac qəsəbə inzibati ərazi vahidinin Çıstı Klyuç (Safbulaq) kəndi üzrə 1996-2000-cı illərə aid 10 nömrəli təsərrüfatbaşına kitabında Çıstı Klyuç (Safbulaq) kəndində yerləşən 323 nömrəli təsərrüfat üzrə Z.Nəcəfova ailə başçısı, İddiaçı isə ailə üzvü kimi qeyd edilmişdir. Göründüyü kimi, mübahisəli miras əmlakı həm Cavabdeh, həm də İddiaçı tərəfindən qəbul edilmişdir. Belə olan halda hər iki tərəf miras əmlakına dair bərabər hüquqlara və paylara malikdirlər. Buna görə də, kollegiya hesab edir ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m.olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzrə cavabdeh X7 adına xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 24 saylı DNK tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış ½ hissədə ləğv edilməli və X1 həmin əmlaka dair ½ hissədə pay hüquqları müəyyən edilməlidir. Bü müddəalara uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın tam təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-611/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzrə Cavabdeh adına xx xxxxxxxx 2016- cı il tarixli Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış ½ hissədə ləğv edilməli, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə dair iddiaçı NəcəfovMaxsud Ağaqulu oğlunun ½ hissədə pay hüququ müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-611/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzrə Cavabdeh adına xx xxxxxxxx 2016-cı il tarixli Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış ½ hissədə ləğv edilsin. ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə dair X1 ½ hissədə pay hüququ müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar