Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3388/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehin uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.H.ünvan 5ənzildən 3000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 31.08.2002-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Bu nikahdan 21.10.2003-cü il təvəllüdlü Hüseyn, 05.10.2004- cü il təvəllüdlü Nigar, 25.12.2014-cü il təvəllüdlü Zülfuqar adlı uşaqları var. Cavabdeh və uşaqlar mübahisəli mənzildə qeydiyyatdadırlar. Qeydiyyatda olmalarına baxmayaraq bir gün də olsun həmin mənzildə yaşamayıblar. Ailə münasibətləri pisləşdiyindən 2014-cü ildən faktiki olaraq ayrılmış, birgə təsərrüfat aparmamışlar. Mübahisəli mənzil nikahdan əvvəl əldə edilmişdir. Yasamal Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(004)-65 87/2018 saylı qətnaməsi ilə cavabdehin azyaşlı uşaqlarla mübahisəli mənzilə köçürülməsi qət edilmişdir.Qətnamə Bakı Apelyasiya Məhkəməsinin 11.01.2019-cu il tarixli, 2(103)-1376/2019 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(102)-3953/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin mənzildə 2015-ci ildən ailə qurduğu xanımla birgə yaşayır və bu nikahdan 2015-ci il təvəllüdlü uşaqları var. Cavabdehlə aralarında çox saylı məhkəmə çəkişmələri olub, bir-birinə qarşı həddindən artıq barışmaz mövqe olmaqdadır. Belə ki, mənzil 4 otaqdan ibarətdir, sahəsi 173 kv/mdir, kommunal sahələr ümumi istifadədədir. Eyni zamanda o, revmatizm və tip 2 diabet şəkər xəstəsidir. Belə olduğu halda yeni ailəsi ilə birlikdə stressdən və əsəbdən uzaq, sakit həyat sürməsi, yaşaması qeyi-mümkün olacaqdır. Ona görə də iş üzrə cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir. İş üzrə cavabdehin mülkiyyət hüququ əsasında digər ünvanda yaşayış sahəsi var. Belə ki, Yasamal Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2 (004)-2912/2019 saylı qətnaməsi ilə Abşeron rayonu Goradil kəndi, Quşçuluq yaşayış massivində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172,33 kv/m yaşayış, 179,47 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair 1/2 hissədə və həmin yaşayış massivində 0,10 ha torpaq sahəsində yerləşən 12 kv/m sahəsi olan yaşayış evinə 1/2 hissədə payları müəyyən edilmişdir. Cavabdehin digər yaşayış yeri olmadığı halda da mülkiyyətçi mənzildə hüququ olan şəxsləri kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər. AR Mülkü Məcəlləsinin 228.2 maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.Aralarında isə mənzildən istifadə hüququ ilə əlaqədar nə şifahi, nə yazılı, nə də notariat qaydasında razılaşma yoxdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsində qeyd olunanlardan əlavə olaraq göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2812/19 saylı, 22.10.2019-cu il tarixli, qətnaməsı ilə birgə nikah dövründə əldə edilmiş və borc verilmiş 292.300 ABŞ dollarının 1/2 hissəsinə cavabdehin payı müəyyən edilmişdir. Həmin məbləğlə istinilən yerdə istənilən yaşayış sahəsini əldə edə bilər. Hal-hazırda Yasamal Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(004)-3919/2020 saylı qüvvəyə minməmiş qətnaməsi ilə onun təsisçisi olduğum 3 MMC-yə cavabdehin 1/2 payı müəyyən olunmuşdur. Göstərilənlərdən aydın olur ki, cavabdehin özünəməxsus 2 yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Mülki Məcəclləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 29.03.2016-cı il tarixli Qərarında qeyd edilir ki, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafıq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdehin digər daimi mülkiyyət hüququ əsasında daimi yaşayış yeri var. Mübahisəli mənzil isə birgə nikah dövründə əldə olunmuş əmlak deyil. Belə olan halda onun mübahisəli mənzilə əmələ gəlmiş mənzildən istifadə hüququna xitam verilməsi üçün əsaslar mövcuddur. Göstərilənlərə əsasən Cavabdeh uşaqları ilə birlikdə Yasamal rayonu., M.H.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh, uşaqları 21.10.2003-cü il təvəllüdlü X7, 05.10.2004-cü il təvəllüdlü X8 və 25.12.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Yasamal rayonu., M.H.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh, uşaqları-21.10.2013-cü il təvəllüdlü X3, 05.10.2004-cü il təvəllüdlü X4 və 25.12.2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin qanunsuz və asassız olduğu sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, həmin mənzilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(004)-6587/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunaraq köçürülmüşdür, zatən uşaqları ilə birlikdə həmin mənzildə 2009-cu ilin iyul ayından qeydiyyatda idi, ƏMDKYDƏ-nin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi vəkil sorğusuna cavabda da göstərilir ki, Cavabdeh razılıq ərizəsinə Günəş MTK-nin 01/117 saylı 23.05.2011-ci il tarixli Forma-2 arayışına əsasən 23.06.2011-ci il tarixində İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir və katibəsilə birgə həmin mənzildə yaşayır. Eyni zamanda birgə nikah dövründə əldə olunan digər əmlakları da fırıldaqlıqla, dost-tanışlarının köməyilə məhkəmə gedişatında saxta müqavilələr çıxararaq onu və 3 azyaşlı uşağını əmləklarından məhrum edir. Bunlardan biri Abşeron rayonunun Goradil qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında İddiaçı adına olan 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət tərdi yaşayış evidir ki, ora da yaşadığı katibəsinin adına həmin ünvanda firma yaradaraq qanunsuz fəaliyyət göstərir. Abşeron rayonu Goradil qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında adına olan 0.10 torpaq sahəsində yerləşən cəmi 12 kv.m sahəsi olan, çıxarışa görə fərdi yaşayış evi, faktiki isə toyuq damından ibarət “evin” % hissəsinə onunla İddiaçı mülkiyyət hüququları tanınmışdır. Birgə nikah dövründə əldə olunan hazırki mənzili uydurma alqı-satqı müqaviləsi əsasında yalnız özünə məxsus olmasına və onun 1/2 mülkiyyət hüququnun tamnmamasma nail olmuş, digər birgə nikah dövründə əldə etdiklər Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küç., 126 saylı evin 20 saylı mənzilini isə saxta alqı-satqı müqaviləsi əsasında qardaşı X9 adına keçirmişdir. Eyni zamanda X14 adına çıxarışı olan Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küç., 126 saylı evin 20 saylı mənzildən də çıxarılmağına dair məhkəmədə qaldırılan iddia təmin olunmuşdur. İndi də İddiaçı bütün qohum əqrabasını gətirib Goradildəki adına olan evdə məskunlaşdırmışdır ki, həmin evin 1/2 hissəsinə belə icra zamanı köçə bilməsin. Yəni iddiaçı onun üç azyaşlı uşaqları ilə birlikdə yaşamağa yeri olmasın deyə müxtəlif fırıldaqlara əl atır. Məqsədi onu hərtərəfli bloka salıb 3 azyaşlı uşaqları ilə küçədə qoymaqdır. Bunları sadalamaqda məqsədi odur ki, iddiaçı iddia ərizəsində göstərdikləri (guya yaşamağa üç evi var) həqiqəti əks etdirmir. Hal-hazırda yaşadığı mənzil saxtalıqla X9 adına olan Yasamal rayonu İ.Qutqaşınlı küç., 126 savlı evin 20 saylı mənzilindən çıxarılmağına dair məhkəmə qətnaməsi var. Məhkəmə qətnaməsi əsasında faktiki köçürüldüyü Yasamal rayonu M.H.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilə İddiaçı buraxmır, giriş qapısının açarlarını belə dəyişib, bildirir ki, adına olan Goradildəki, 12 kv.m evə (toyuq damma) yığışaq, hərçənd qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin evin 1/2 iddiaçıya məxsusdur və qeyd etdiyi kimi həmin evdə və iddiaçının adına olan evdə də qohumları yaşayırlar. Yuxanda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlmir və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X11 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və onun nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh və onun nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli, 2(004)-2083/2019 saylı qətnaməsi ilə, ilk iddia ərizəsi qismən təmin edilmiş, “X22” markalı, buraxılış ili 2011, mühərrik nömrəsiz, ban N:SALLMAME4BA359426 olan avtomobilə, “Volkswagen Passat” markalı, buraxılış ili 2012, mühərrik N:CDA292677, ban N:WVWZZZ3CZCP059792 olan avtomobilə və “VAZ-21074” markalı, buraxılış ili 2004, mühərrik N:7568715, ban N:XTA**********2094 olan avtomobilə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmış, İddiaçı adına olan ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 172.33 kv.m yaşayış, 179.47 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair, ünvan 4 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən 12 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilərək mülkiyyət hüquqları tanınmış, Bakı şəhəri 27 saylı xüsusi notariat kontoru tərəfındən təsdiqlənmiş borcverən İddiaçı və borc alan X12 arasında bağlanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən etiraf edilmiş 292.300 ABŞ dolları borc pula dair 1/2 hissədə Cavabdeh payı müəyyən edilərək həmin məbləğin yarısının, yəni 146150 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh ödənilməsi, ilk iddia ərizəsi qalan hissələrdə, o cümlədən, Bakı şəhəri, Yasamal rayonu, X18 ünvan 5ənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək Cavabdeh adına olan Abşeron rayonu, Goradil kəndində 0,10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin 09.12.2019-cu il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqıçnda arayışından görünür ki, Cavabdeh, uşaqları 21.10.2003-cü il təvəllüdlü X7, 05.10.2004-cü il təvəllüdlü X8 və 25.12.2014-cü il təvəllüdlü X5 Bakı şəhəri, Yasamal rayonu, X18 ünvan 5ənzil ünvanında qeydiyyatdadır. Beləliklə, iş materiallarında olan sübutlarla Bakı şəhəri, Yasamal rayonu, X18 ünvan 5ənzilin İddiaçı mülkiyyətində olması, iddiaçının keçmiş arvadı olmuş Cavabdeh, uşaqları 21.10.2003-cü il təvəllüdlü X7, 05.10.2004-cü il təvəllüdlü X8 və 25.12.2014-cü il təvəllüdlü X5 ilə birlikdə həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamaması, cavabdehin mülkiyyətində fərdi yaşayış yerinin olması müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığı üçün hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin və qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh, uşaqları 21.10.2013-cü il təvəllüdlü X3, 05.10.2004-cü il təvəllüdlü X4 və 25.12.2014-cü il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və Cavabdeh daimi başqa yerdə yaşaması, onun mübahisəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilməklə xitam verilməsini zəruri edən əsasların (yaşayış sahəsinə ehtiyacın) olmaması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış sahəsinə 1\2 hissədə mülkiyyət hüququ tanınmışdır. Cavabdeh məhdud əşya hüququnun müdafiəsini istəsə də artıq mütləq hüquqa-mülkiyyət hüququna malik olduğundan onun istifadə hüququnun saxlanılmasına uşaqları ilə birgə zəruriət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-757/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3388/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3388/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver