Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3390/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun silinməsi” hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-837/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00124) əsassız olaraq "xxxx" ASC tərəfindən hesablanmış 1620 manat məbləğində borcun silinməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-837/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, **********00124 nömrəli abunə hesabından 1432.89 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 17; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 7.6, 7.11, 8.17-1, 8.17-2, 8.2, 8.32, 8.33-cü bəndlərinə istinadən qeyd edilmişdir ki, iddiaçının faktiki sahibliyində olan evə 2016-cı ildə yeni smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac evdən kənarda yerləşir. Aktlar iddiaçının iştirakı olmadan tərtib edildiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Videogörüntülərlə bağlı isə qeyd edilir ki, görüntülərdə iş üçün əhəmiyyət kəsb edən məlumatların heç biri olmadığından məhkəmə tərəfindən həmin videogörüntü iddiaçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilənin edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair sübut kimi qiymətləndirilmir. Hər iki aktda istehlakçı qismində Hacıağayeva Rəna göstərilsə də, həmin şəxs aktların tərtib edildiyi vaxtdan uzun müddət əvvəl artıq dünyasını dəyişmişdir (təxminən on il öncə). Özü-özlüyündə artıq həyatda olmayan (vəfat etmiş) şəxsin adına tərtib edilmiş aktlar etibarsızdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində tədqiq edilmişdir ki: - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 585649 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 05 oktyabr 2012-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1219 № ilə qeyd edilmişdir; - Abunə haqqında sənəddən məlum olur ki, Rəna Hacıağayevaya məxsus **********00124 saylı abunə kodu (ünvan: Binəqədi, Biləcəri, X.Həsən, ev 0060, mənzil 0124) üzrə xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə sayğac dəyişdirilmişdir. Abunə haqqında sənəddən o da görünür ki, **********00124 saylı abunə kodu üzrə borc məbləği 1432.89 manat təşkil edir - Х-ЖГ seriyalı 344246 nömrəli doğum haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı anası X4r; - "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2021-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən məlum olur ki, 14 yanvar 2021-ci il tarixli 021113 nömrəli akta əsasən abonent Hacıağayeva Rənaya məxsus (abonent kodu **********00124) Biləcəri RETSİ, X.Həsən ünvanında yerləşən evinə baxış keçirilən zaman evə sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmiş, cəmi 855.60 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qeydi yazılmışdır; - "xxxx" ASC-nin əməkdaşları A.Quliyev və G.Vəliyev tərəfindən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli NDM seriyalı 021113 nömrəli aktdan məlum olur ki, Biləcəri, X.Həsən qəsəbəsində istehlakçı Hacıağayeva Rənaya (abonent kodu **********00124) məxsus fərdi yaşayış evində olan elektrik sayğacına X6 Qaydalarına uyğun baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğac sxemini qidalandıran sıp faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə, divar deşilərək çəkilmişdir. Kənar xəttin ləğv edilməsi tələb edilmiş, abonentin nümayəndəsi qrafasında “qapını açmadı” qeydi yazılmışdır; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocahəsən Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 253 nömrəli arayışından məlum olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı özünə aid evdə yaşayır; - Abonentin hərəkət cədvəlindən məlum olur ki, Rəna Hacıağayevaya məxsus **********00124 saylı abunə kodunun (ünvan: ünvan 3ndə borcu vardır; - "xxxx" ASC-nin əməkdaşları N.Nəsibov və R.Abdıyev tərəfinfən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli NDM seriyalı 029523 nömrəli aktdan məlum olur ki, Biləcəri, X.Həsən qəsəbəsində istehlakçı Hacıağayeva Rənaya (abonent kodu **********00124) məxsus fərdi yaşayış evində olan elektrik sayğacına “X6 Qaydaları”na uyğun baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur. Kənar faza xətti sayğacın giriş faz xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasiya pozularaq divar deşilərək budaqlanma yolu ilə çəkilmişdir. Kənar xəttin ləğv edilməsi tələb edilmiş, abonentin nümayəndəsi qrafasında “qapını açmadı” qeydi yazılmışdır; - "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, 05 dekabr 2022-ci il 029523 nömrəli akta əsasən abonent Hacıağayeva Rənaya məxsus (abonent kodu **********00124) Biləcəri RETSİ, X.Həsən ünvanında yerləşən evində baxış keçirilən zaman evə sayğac sxemindən kənar faz xəttin daxil olması, kənar faz xəttin sayğacın giriş faz xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasiya pozularaq, divar deşilərək budaqlanma yolu ilə çəkilməsi aşkar edilmiş, cəmi 580.72 manat hesablanmış kənar xəttin ləğv edilməsi qeydi yazılmışdır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocahəsən Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-10-4/2-23/2023 nömrəli arayışından məlum olur ki, mərhum X9 vəfat edən günədək Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı evdə övladları xx.xx.1984cü il təvəllüdlü İddiaçı və xx.xx.1985-ci il təvəllüdlü X5 ilə yaşayıb. Məhkəmənin sorğusunda göstərilən Xocahəsən qəsəbəsi, ev 60, mənzil 124 ünvanı mərhum Hacıağayeva Rənanın yaşadığı Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı ünvanla eynidir; - Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2023-cü il tarixli X-38 nömrəli məktubundan məlum olur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsələri İddiaçı və X1 ərizələri əsasında mərhumun əmlakına dair xx.xx.2014-cü il tarixdə notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır; - İddiaçı tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən məlum olur ki, o, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul etmişdir; (iş səh. 5, 6, 41, 43, 46, 48, 58, 61, 62, 70-72). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-837/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 8.17.-1, 7.18, 7.19, 10.18.9-1-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, abonent İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********00124 ) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının sxemindən kənar faza xətti sayğac sxemini qidalandıran sıp faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə, divar deşilərək daxil olduğu müəyyən edilmişdir və xx.xx.2021-ci il tarixli NDM 021113 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları C.Quliyev və G.Vəliyev tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “qapını açmadı” qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin elektrik sayğaca baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli NDM 029523 saylı müvafiq akt tərtib olunmuşdur. Abonentin nümayəndəsi hissəsində “qapını açmadı” qeyd edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları N.Nəsibov və R.Abdiyev tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli NDM 021113 saylı akt üzrə 8.585 kvts itirilmiş elektrik enerjisinin dəyəri 855,60 manat və xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli NDM 029523 saylı akt üzrə 5.544 kvts itirilmiş elektrik enerjisinin dəyəri 580,72 manat, ümumi 1436.32 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********00124) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, ilk dəfə evdə həyat yoldaşı olsa da heç bir akt tərtib edilmədən işığı kəsdiklərini, ikinci aktın tərtib edildiyi dövrdə isə evdə heç kimin olmadığını, işıq xəttinə kənar qoşulmanın olmadığını bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “X6 qaydaları”nın (bundan sonra – “Qaydalar”) müddəalarına əsasən: 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X7 Agentliyi həyata keçirir. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X7 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X7 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi: “10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X7 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə; 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; 10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X7 Agentliyinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə borcludur.”
9. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın 8.16, 8.2, 8.3, 8.4 və 8.20-ci bəndlərinə, xx.xx.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına, Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 14 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 454, 560, 1096-1097, 1131; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80-82, 106.2, 119, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
11. İddia edilən borcun əsaslı olmasını sübutetmə yükü aktı və borcu müəyyən (etiraz) edən cavabdehə mənsub olsa da, borcun yaranma əsaslarının qanunsuz müdaxilə ilə bağlı olduğunu qeyd etsə də, bunun səbəblərini sübut edə bilməmiş, araşdırılmanın istehlakçıya məlumat verilmədən aparılması təsdiq edilmişdir. Elektrik enerjisinin qənaətedici olmayan sərfiyyatı əsaslarını dövlət əmlakının talanması təşkil edir və bu hallara nəzarət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjitəchizatı müəssisəsi iddiaçı tərəfindən müvafiq borcun ödənilməsi üçün vaxtında zəruri tədbirlər həyata keçirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh və ya digər şəxsin müvafiq cinayət təqibi və ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsusiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh tərəfindən əsaslandırılmamış və pozuntularla tərtib edilmiş aktlar əhəmiyyətsizdir və borcun onun əsasında müəyyən edilməsi də əsaslı ola bilməz.
13. Göründüyü kimi, cavabdehin istinad etdiyi dəlillər və sübutlar arasında ziddiyyətlər müəyyən edilir. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.
14. Eyni zamanda iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
15. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-837/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.