Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3394/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi” barədə ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı “pul tələbi”nə barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin və lizinq müqaviləsinin ləğvi”nə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3136 manat vurulmuş ziyanın əvəzi, 30 manat ödənilmiş dövlət rüsumu tutulması və tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-dən 6240 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı” ASC-yə aid edilməsi, qarşılıqlı iddia tələbinin də qismən təmin edilməsi, İddiaçı ASC-dən 3506 manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi və Hüseyn Fəridbəyli apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin isə təmin edilən hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətləri apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili qətnamədən şikayət verərkən, həmçinin məhkəmə iclas protokoluna qeydlər barədə ərizə də vermiş, bununla belə birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirmədən apellyasiya şikayətinə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3980/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin aid olduğu mülki işin iclas protokollarına İddiaçı ASC-nin nümayəndəsi və Hüseyn Fəridbəylinin verdiyi qeydlərə baxılması üçün iş apellaysiya baxışından çıxarılmalı və həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi və vəkili Hüseyn Fəridbəyli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və iclas protokollarına İddiaçı ASC-nin nümayəndəsi və Hüseyn Fəridbəylinin verdiyi qeydlərə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3394/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3394/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver