Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3394/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(007)-590/2024 nömrəli saylı qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X7 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə1 ərizə verərək onun İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03 noyabr 2022-ci ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X7 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007) 590/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 vəkilinümayəndəsi X5 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(103)-5449/2024 nömrəli qərardadı ilə, iddiaçıların apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan iddiaçılar (Qanuni nümayəndə1) (vəkili X5) kassasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(103)- 5449/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2(103)-5449/2024 saylı qərardadından iddiaçılar İddiaçı2 və X10 (Qanuni nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr tarixli 2(102)-3643/2024 nömrəli qərardadındakı yanlışlıq düzəldilməsi, qərardadın giriş hissəsinin 2-ci abzasında “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “30 avqust 2024-cü il tarixli 2(103)-5449/2024 saylı qərardadından iddiaçı Qanuni nümayəndə1 (İddiaçı2 və İddiaçı1) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən verilmiş kassasiya şikayətlərini” söz və ifadələri “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2(103)- 5449/2024 saylı qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 (Qanuni nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinin” söz və ifadələri kimi, qərardadın nəticə hissəsində “X10” sözləri “İddiaçı1” kimi, “ASbdulmurad” sözü “Abdulmurad” kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5449/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5449/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 (Qanuni nümayəndə1) (vəkili X5) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 vəkili-nümayəndəsi X5 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsinin yekun aktı məhkəmədə nümayəndə və vəkil kimi iştirak etmiş X3 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir, lakin yekun məhkəmə aktı ona göndərilməmişdir. Bildirir ki,həyat yoldaşı vəfat etmişdir, 2 azyaşlı uşağı himayəsindədir, uşaqları xəstədir, oğlu ağır xəstədir, daim müalicə olunmalıdır, o Kommunal Təsərrüfatı Birliyində zibil təmizləyən işləyir, əmək haqqı yüksək deyildir, maddi vəziyyəti ağırdır, bu səbəbdən nümayəndənin apellyasiya şikayəti verməsi və apellyasiya instansiya məhkəməsində iştirak etmək səlahiyyətlərinin yaranması üçün müqavilə pulunu düzəldə bilmədiyi üçün vəkillə müqavilə bağlaya bilməmişdir, eləcə də asan imza ala bilməmiş və elektron kabineti olmamışdır, bu səbəbdən apellyasiya şikayətin ielektron qaydada öz adından göndərə bilməmişdir. O, pul düzəldərək xx.xx.2024-cü il tarixdə vəkillə müqavilə bağlaya bilmişdir və xx.xx.2024-cü il tarixdə qəbzə imza edərək məhkəmə aktını almışdır. Bundan sonra onun məhkəmə aktını aldığı tarix əsas götürülərək apellyasiya şikayəti nümayəndənin (vəkilin) elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Mövcud vəziyətdə Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, müddətin axımı onun məhkəmə aktını aldığı xx.xx.2024-cü il tarixdən deyil, məhkəmə aktının birinci instansiya məhkəməsində nümayəndə və vəkil kimi iştirak etmiş X3 elektron kabinetinə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır və apellyasiya şikayətinin verilmə müddəti buraxılmışdır.Bununla da göstərilən səbəbdən apellyasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(007) 590/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nümayəndəsi-vəkili X5 iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili olmadığı üçün onun qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır və məhkəmənin onun qətnamədən apellyasiya şikayəti vermək səlahiyyətinin olması barədə gəldiyi nəticə düzgün deyildir. Onun maddi vəziyyəti nəzərə alınmamışdır və bu düzgün deyildir. Mövcud vəziyyətdə onun nümayəndəsi-vəkili X5 iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili olmadığı, onları təmsil etmək səlahiyyəti notariat qaydasında təsdiq olunmadığı üçün onun iddiaçıların adından apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır və məhkəmə onun iddiaçılar İddiaçı2 və İddiaçı1 adından həmin qətnamədən apellyasiya şikayəti vermək səlahiyyətinin olması nəticəsinə gəlməklə istinad edilən prosessual hüquq normaları pozulmuşdur və bu pozuntu düzgün olmayan qərardad qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən nümayəndəsi-vəkili X5 iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili olması, onun iddiaçıları təmsil etmək və onların adından apellyasiya şikayəti vermək səlahiyyətinin olması aydınlaşdırılmamışdır. Bundan əlavə apellyasiya şikayətinin və ərizənin kim tərəfindən verilməsi, buraxılmış müddətin bərpa edilməsi üçün əsasların olub-olmaması aydınlaşdırılmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(007) 590/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların qanuni nümayəndəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(007)-590/2024 nömrəli qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə əldə edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 vəkili-nümayəndəsi X5 xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(103)-5449/2024 nömrəli qərardadı ilə, iddiaçıların apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2(103)-5449/2024 saylı qərardadından iddiaçılar İddiaçı2 və X10 (Qanuni nümayəndə1 ASbdulmurad qızı) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5449/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5449/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 (Qanuni nümayəndə1) (vəkili X5)) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə isə yenidən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi-vəkili X5 uzun zaman keçdikdən sonra yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün üzürlü səbəb mövcud deyildir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən apellyasiya şikayəti müddət ötürülməklə verilmiş və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizədə isə iddiaçı tərəfindən prosessual müddətin bərpası edilməsinə əsas vermir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Bununla yanaşı Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, … Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Hazırda isə iddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olan nöqsanları aradan qaldırmaqla ağlabatan müddət ərzində apellyasiya şikayəti və müvafiq ərizə təqdim etməmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(007)-590/2024 nömrəli saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3394/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3394/2025
02.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver