Məhkəmə qərarları › İş №2(103)-3395/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3395/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3395/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və vərəsə qismində tanınma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 31657.49 ABŞ dolları əsas borc və 3440.57 ABŞ dolları faiz borcu, cəmi 35098.06 ABŞ dolları kredit borcunun, ipoteka predmetinə tutuma yönəldilməsi barədə bildirişin rəsmi reyestrdə qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, 120 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 269.40 manat dövlət rüsumunun əvəzinin alınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 25 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X1 vərəsələri qismində tanınması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən 3 nömrəli binanın 2-ci mərtəbəsində 71.73 kv.m ümumi, 46.73 kv. m yaşayış və 35.0 km.m yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 71.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracdan satışı hesabına X1 iddiaçıya olan 31657.49 ABŞ dolları əsas borcu və 3440.57 ABŞ dolları faiz borcu, cəmi 35098.06 ABŞ dolları kredit borcunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin rəsmi reyestrdə qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumu, 120 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 269.40 manat dövlət rüsumunun əvəzinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışlar ki, bağlanmış kredit və ipoteka müqavilələri iddiaçının hüquqi ünvanı üzrə bağlandığından iddia da iddiaçının hüquqi ünvanı üzrə, yəni Nəsimi Rayon Məhkəməsinə verilməli idi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi iddianı icraata qəbul etməməli idi. Bu baxımdan aidiyyət qaydaları pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı ilə cavabdehlərin ərazi aidiyyəti barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sahab oğlu, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında rəsmi olaraq qeydiyyatdadır. Cavabdehlər Bakı şəhəri Qaradağ rayonu ərazisində qeydiyyatda olduqlarından, iddia ərizəsi düzgün olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət olunaraq icraata götürülmüşdür. Cavabdeh2 qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmiş, şikayəti ərazi aidiyyəti barədə ərizə ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sahab oğlu, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə riayət edərək hazırki iddia tələb ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh2 formal mülahizələrlə tərtib etdiyi şikayətini heç bir tutarlı arqumentlə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2024 saylı, 28 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar