Məhkəmə qərarları › İş №2(103)-340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-340/2021

01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-340/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsinə qarşı invertar aktının ləğv edilməsi və hesablanmış əlavə su sərfiyyatının azaldılması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh” ASC və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti və Abşeron Rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi və Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019- cu il tarixli 09358 saylı inventar aktında qeyd olunan hesabat verilən dövr xx xxxxxx 2019-cu il tarixdən (sudan qeyriqanuni istifadə edilməsi) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 28 may Qəsəbəsi üzrə nümayəndəliyinin xx xxx 2019cu il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evdə qeydiyyatsız yaşayır və həmin ünvandan avto-yuyucu kimi istifadə edir (səh.21); "Cavabdeh” ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 38538582 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə İddiaçı tərəfindən Müşviqabad qəsəbəsi, ev 385 ünvanında yerləşən avtoservis tərəfindən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə dair bağlanmışdır (səh.16); "Cavabdeh” ASC-nin X6 nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019cu il tarixli 09358 saylı İnventar aktına əsasən, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan avtoyuma məntəqəsində diametri d=20-mm olan boru vasitəsi ilə sudan qeyri-qanuni müqaviləsiz istifadə olunduğu aşkar edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmişdir (səh.14); "Cavabdeh” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatından müəyyən olunur ki, invertar aktına əsasən hesablanmış ziyanın məbləği 12 ay üçün 4101 manat məbləğində müəyyən edilmişdir (səh.15). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları” 3.1, 8.7-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Nuriyeva X2 qəsəbəsi, ev 385 ünvanında istifadə elədiyi avtoservisdən su təchizatı idarəsinin razılığı olmadan su təchizatı sisteminə qoşulmuşdur. İddiaçı iddia ərizəsində onun xx.xx.2019-cu il tarixdə qanunsuz olaraq su xəttinə qoşulmasını bildirsə də, bu halı təsdiq edəcək heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdeh düzgün olaraq Sudan istifadə Qaydalarının 8.7-ci bəndinə əsasən İddiaçı ötən 1 il müddətinə itirilmiş suyun həcmini hesablamışdır. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı ilə sudan istifadə haqqında müqavilə də invertar aktından 1 il əvvəl xx xxxxxx 2018-ci il tarixdə bağlanılmışdır. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. cərimə hesablanmasına əsas olmuş aktın ləğvi tələb edilmədiyindən, hazırki halda da məhkəmənin iddia tələblərindən kənara çıxmaq səlahiyyəti qanunla nəzərdə tutulmağından aktın əsaslı olub-olmaması yoxlanıla bilməz və onun əsasında hesablanmış cərimə silinə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cı il tarixli və iş 2(004)--3718/2019 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbini tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı bütün sübutlarını təqdim etsə də, həmçinin l-ci qrup əlil olmağı, tənha ana olmasını, himayədə azyaşlı övladlarının olması, ən əsası isə digər şəxs tərəfindən onu bu hala salmağını məhkəmənin nəzərinə çatdırmışdır. Sonunda Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sözü gedən məhkəmə aktın əsassız və qanunsuzdur. Belə ki məlum su borusuna onun özbaşına qoşulmağı yox, əvvəllər tanışı olan X8 tərəfindən qoşulması, Kərimov Zakir tərəfindən nə səbəbdən qoşulmasını, hansı məqsədlərin güdməsi və ümumiyyətlə sözü gedən şəxsin məhkəməyə cəlb edilməməsi və sair, hakim müşavirəyə girməmişdən qabaq cavabdehin nümayəndəsinə müraciət edərək açıq aşkar söyləyir ki, “Əbülfət müəllim bu məsələni necə edək?" cavabdehin nümayəndəsi isə söyləyir ki “necə yani necə? əlbətdəki bizim xeyrimizə, bunun iddiasın rədd eləyin", belə qeyri-obyektivlik, bir tərəfli araşdırmanın nəticəsi olaraq məlum qətnamə qanunsuz qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməklə, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evə hesablanmış 4104 (dörd min yüz dörd) manat borcun silinməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh "Cavabdeh” ASC və vəkili Mirhəsən Cabbarov kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-384/2020 saylı qərarına əsasən, cavabdeh "Cavabdeh” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda Azərbaycan Respublikasının Konstitusiyasının 127; MPM-in 14, 217, 218, 372, 416, 418; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərar ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 8.6-cı bəndinə; “Sudan istifadə” Qaydalarına 4 nömrəli əlavəyə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin 28 may qəsəbəsi üzrə nümayəndəliyinin xx xxx 2019-cu il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evdə qeydiyyatsız yaşayır və həmin ünvandan avto-yuyucu kimi istifadə edir. "Cavabdeh” ASC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli 38538582 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə iddiaçı tərəfindən Müşfiqabad qəsəbəsi, ev 385 ünvanında yerləşən avtoservis tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə dair bağlanmışdır. "Cavabdeh” ASC-nin X6 nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 09358 saylı İnventar aktına əsasən ünvan 1 ünvanında yerləşən N. Nuriyevaya məxsus olan avtoyuma məntəqəsində diametri d=20- mm olan boru vasitəsi ilə sudan qeyri-qanuni müqaviləsiz istifadə olunduğu aşkar edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmişdir. 203 qanunsuz müdaxilə haqqında məlumat verilməsi barədə sənəddən məlum olur ki, xx xxxxxx 2019-cu il tarixdə "Cavabdeh” ASC-nin qaynar xəttinə zəng edərək qanunsuz su borularına müdaxilə barədə müraciəti Zakir Kərimov etmişdir. "Cavabdeh” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından məlum olur ki, İnventar aktına əsasən hesablanmış ziyanın məbləği 1 il üçün (1,14m3 x 5 saat x 30 gün x 12 ay) 4104 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən məhz iddiaçının qoşulması və istifadə etməsi ilə bağlı hər hansı başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilərək, Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilməsi və Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı İnventar aktında qeyd olunan hesabat verilən dövr xx xxxxxx 2019-cu il tarixdən (sudan qeyri-qanuni istifadə edilməsi) hesablanması barədə iddia tələbi təmin edilərək, əsassız hesablanmış 4104 manat borc silinməlidir. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi aktın ləğvi və 4104 manat borcun düzgün hesablanmaması qənaətinə gələrkən, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindən"Cavabdeh” ASC-nə verilməsi kimi faktiki halları ətraflı araşdırılmamasına, həmçinin cavabdeh "Cavabdeh” ASC-nin həmin boru xəttinə məhz iddiaçının qoşulması və istifadə etməsi ilə bağlı hər hansı başqa sübutu məhkəməyə təqdim edə bilmədiyinə əsaslanmış, sübutları düzgün qiymətləndirməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir. Lakin işdən göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə irad tutduğu halı, yəni iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindən "Cavabdeh” ASC- nə verilməsi kimi faktiki halları özü də araşdırmamış, sudan qanunsuz istifadə edilən obyektin iddiaçıya məxsus olduğunu, həmin obyektin su ilə təchizatı barədə müqavilənin də iddiaçı ilə bağlandığını, həmçinin iddiaçının iddia ərizəsində bu faktı inkar etməyərək, sadəcə həmin əlavə xəttin xx.xx.2019-cu ildə onun razılığı ilə evinə daxil olan su xəttindən Kərimov Zakir tərəfindən çəkildiyini və hesablamaların da həmin tarixdən aparılmalı olduğunu göstərdiyini nəzərə almayaraq, aktda göstərilənlərin cavabdeh tərəfindən sübut olunmaması barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin "iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, "nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Sudan istifadə” Qaydalarına 4 nömrəli əlavəyə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi ötən 1 (bir) il müddətindən qeyd olunan kimi hesablanır: Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi zamanı borunun iç diametri 20 mm olduqda, kommersiya yönlü təşkilatlar üzrə aylıq sərfiyyat 171 m3, 3 aylıq sərfiyyat isə 513 m3-dir. Apellyasiya məhkəməsi özünün istinad etdiyi bu normaların tələblərinin cavabdeh tərəfindən pozulmasının nədən ibarət olduğunu qətnaməsində qeyd etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, heçnədən xəbərinin olmadığını, kirayə qalan bir oğlanın ondan su üçün qoşulmasını xahiş etdiyini, suyu 9 gün işlətdiyini, "Cavabdeh” ASC-dən zəng vurularaq borclarının olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının hərəkətləri barəsində inzibati xəta haqqında protokol tərtib edilmədiyini, 7000 manat məbləğindən yüksək məbləğdə hesablanan borclar üzrə inzibati qaydada ərizə ilə müraciət edildiyini, qeyri-qanuni yolla sudan istifadə edildiyini, qeyri-yaşayı sahəsini Kərimov soyadlı şəxsə kirayə verdiyini, Kərimovun izahat verərkən iddiaçının qeyri-qanuni yolla sudan istifadə etməsinə məcbur etdiyini, akt tərtib olunduğunu, video, fotoşəkil çəkildiyini, iddiaçının aktı imzalamaqdan imtina etdiyini, inzibati və ya cinayət təqibi barədə tədbir görülmədiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edildiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2036 saylı ekspertiza rəyinə əsasən, qərardadın 1-ci və 2-ci suallarında göstərilən məsələlər tikintitexniki ekspertin səlahiyyətlərinə aid olduğundan qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. 3-cü sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evdə yerləşən İddiaçı məxsus yaşayış evinə və avtoservisə (Yuyucu) gələn su borusunun üzərində hər hansı bir əlavə qoşulmanın olmadığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390,420-cı maddələrinə və kassasiya instansiyası məhkəməsinin qərarına istinadən hesab edir ki, apellyasiya icraatının hədləri baxımından şikayətin qismən sübuta yetirilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçının pozuntu törədməsi (qanunsuz qoşulma, suyun talaması və s.) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və əsaslı tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən cavabdeh tərəfindən tərtib edilmiş inventar aktının dəlillərinə (mülki hüquq pozuntusunun məhz iddiaçı tərəfindən törədilməsinə) qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır və bu səbəbdən (ekspertiza tədqiqatı ilə da) inventar aktında qeyd edilənlər sübuta yetirilmədiyindən aktın ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsi üçün əsaslar yaranır, tələbin digər hissəsi məhz aktın ləğvindən irəli gələn cavabdehin diskression salahiyyətlərinə aid edildiyindən və mücərrəd olduğundan təmin edilə bilməz. Ona görə İddiaçı apellyasiya şikayəti (qətnamə ləğv və iddia) qismən təmin edilməli, Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktı ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul vəsaiti Cavabdeh ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli,məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumu üçün müəyyən edilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Abşeron Rayon Sukanal İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 09358 saylı inventar aktının ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh ASCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar