Məhkəmə qərarları › İş №2(103)-3409/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3409/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3409/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3053/2020 nömrəli qətnaməsindən iddiaçı/cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı uşağı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 51 saylı notariat ofisində xx xxxx 2019-cu il tarixdə X15 ilə İddiaçı arasında bağlanmış 178,7 kv.m torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə adına çıxarış vardır. Buna baxmayaraq, o, mülkiyyətində olan evə köçə bilmir, öz əmlakından istifadə edə bilmir. Belə ki, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı X18 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsi ilə cavabdeh Müşfiq Cavadovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçıya və cavabdehə aidiyyəti yoxdur. Göründüyü kimi, onun ailə üzvü olmayan iddiaçının evində yaşaması və evin yaşayış sahəsindən istifadə etməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnu kobudcasına pozur. Onun mülkiyyətindəki fərdi yaşayış evinə köçə bilməməsinin səbəbi cavabdehin qanunsuz hərəkətləridir. Belə ki, hər dəfə o, evinə gedərkən cavabdeh dava-dalaş salır, qəsdən münaqişəli vəziyyət yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı oğlu X22 ilə birgə nikahda olan vaxt fərdi yaşayış evinin inşa edilməsi üçün ünvan 1 ünvanında 2009-cu ildə torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində yaşayış evi tikildikdən sonra 2014-cü ildə aralarında olan münaqişə nəticəsində yoldaşı onları ataraq Rusiya Federasiyasına getmişdir. Bundan sonra o, həmin evin inşasını davam etdirərək qapılarını, pəncərələrini almış və evi yaşayış üçün tam yararlı vəziyyətə gətirmişdir. Həmin torpaq sahəsinə dair ona torpaq sahəsini aldıqları X15 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə etibarnamə verilmişdir. İnşa etdikləri yaşayış evinin bütün kommunal xidmətləri üzrə müqavilələr onunla bağlanmış və bütün sayğaclar bugün də onun adındadır. 2016cı ildə yoldaşı ilə barışaraq yenə həmin evdə yaşamışlar. 2018-ci ildə artıq birgə yaşayışları mümkün olmadığı üçün ayrılmışlar. Bundan sonra yoldaşı öz valideynlərini həmin evə yerləşdirərək onu evə buraxmamışlar. Evə girmək istədikdə ona və övladına xəsarətlər yetirmişlər. Bundan sonra o, mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsində izahat verərkən X22 torpaq sahəsinin bibisi oğlu X12 məxsus olmasını bildirmiş və 3-cü şəxs qismində iştirak edən X21 da bunu təsdiq etmişdir. İndi isə əmisi İddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Bu açıq aşkar onun inşa etdiyi və illərlə yaşadığı əmlakının əlindən alınması üçün qurulmuş bir oyundur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədikdən sonra tələsik olaraq faktiki ona məxsus evə dair xx xxxx 2019-cu il tarixdə X15 ilə İddiaçı arasında 178,7 kv.m torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləni X3 əvəzinə X21 imza etmişdir. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən evə dair çıxarış alınmışdır. Halbuki, həmin evin onlar tərəfindən inşa olunması və onun orada davamlı yaşaması Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə tam sübuta yetirilmişdir. Qeyd etdiyi hallardan da həmin evə dair alınmış çıxarışın qeyri-qanuni yollarla alınması açıq-aşkar görünür. Qeyd olunanlara əsasən qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3053/2020 saylı, xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X23 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh/iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3053/2020 saylı, xx xxxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə qərarı qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Həmçinin, hazırkı iş üzrə birinci instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız ilkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə onun tərəfindən irəli sürülən dəlilləri nəzərə almadan ilkin iddia tələbini təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hazırki mübahisə üzrə qətnaməyə nəzər saldıqda qarşılıqlı iddianın hansı səbəbdən təmin edilməməsi əsaslandırılmır. Yalnız İddiaçı mülkiyyətçi olmasını və onun mülkiyyət hüquqlarının məhdudlaşdırıldığını qeyd edir. İşin mübahisəsiz hallarıdır ki, qeyd edilən torpaq sahəsinin, onun üzərindəki fərdi yaşayış evinin inşası və təmir xərclərinin böyük hissəsini məhz A.Məmmədxanlı və valideynləri tərəfindən qarşılanıb. Torpaq sahəsinə və evə dair bütün kommunal ödənişlər və vergilər də bu günədək də onun tərəfindən qarşılanır. Evdə oğlu ilə birlikdə uzun illərdir ki, yaşayır və evdən maneəsiz istifadəsi məhz qanuni qüvvədə olan məhkəmə qərarı əsasında həyata keçirilir. Dolayısı ilə qanunsuz tikili olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qərarı əsasında tanınmışdır. Belə olan halda qanunvericiliyin tələbidir ki, ev özəlləşdirilən və ya özgəninkiləşdirilən halda A.Məmmədxanlının buna dair müvafiq razılığı tələb olunurdu. Lakin, nə evin özəlləşdirilməsi zamanı, nə də evin satılması zamanı buna dair razılığı alınmamışdır. Ümumiyyətlə, evin özəlləşdirilməsi və alğı-satqısı A.Məmmədxanlının xəbəri olmadan keçmiş həyat yoldaşının qohumları arasında gizlin baş tutmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, qanunsuz tikili rəsmiləşdirilən (qeydə alınan) zamanı reyestr xidmətinin əməkdaşları tərəfindən ora baxış keçirilməli və müvafiq qeydiyyat işləri aparılmalıdır. Bundan sonra evin və torpaq sahəsinin plan-sxemi tərtib olunaraq müvafiq çıxarışda öz əksini tapmalıdır. O, 2011-ci ildən bu günədək fasiləsiz olaraq oğlu ilə birlikdə həmin evdə yaşayır. Bu günədək reyestr xidmətinin əməkdaşları bir dəfə də olsa həmin ünvanda olmayıblar. Belə olan halda evin çıxarışının necə əldə edilməsi də naməlumdur. Proses iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh/iddiaçı A.Məmmədxanlı və onun vəkili A.Mikayılov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd olunaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı/cavabdeh İddiaçı, onun vəkili Y.Kərimov apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşdə iştirak edən şəxslərə sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Kollegiya işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 33, 43 və Mülki Məcəlləsinin 152, 152.5, 157.2, 157.4,-ci, maddələrinə istinadən mövqeyinə görə, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə ilkin iddia tələbi üzrə cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxmamaları maneçilik törədir. Həmçinin, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair artıq məhkəmə qərarı ilə köçürülməsinə dair dəlliləri bağlı bildirir ki, sözügedən məhkəmə qərarlarının hazırki işdə predusiallığı yoxdur. Belə ki, həmin vaxtı mübahisəyə bağılarkən evin hüquqi statusu olmayıb, başqa sözlə özbaşına tikili olub. Bu işdə ilkin iddiaçı mülkiyyətçı qismində çıxış edərək onun hüquqularının müdafiəsini məhkəmədən tələb edir. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticələrdən daha sonra görünür ki, qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair alıqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbinin əsaslarından biri kimi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair onun adına etibarnamə olmasını əsas gətirməsi tamamilə əsassızdır, ona görə ki, həmin etibarnamənin vaxtı bitmiş, bundan da başqa etibarnamənin mahiyyəti etibar edilən tərəfindən etibar etmiş şəxsin mənafeynə uyğun hərəkət etməsidir, həmçinin etibar edən (keçmiş mülkiyyətçi) səxs mübahisəli evi özgəninkiləşdirməklə ora olan hüququnu artıq itirmişdir Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verildiyi üçün ləğv edilməli, yeni qətnamə çıxarılaraq Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X23 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbi rədd edilməli, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X24 ilə birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X23 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsinə əsasən cavabdeh X13 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)- 6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsinə dair İddiaçı müraciəti əsassız olduğu üçün təmin edilməmişdir. AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsinə əsasən X3 adından X21 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəlinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh Maştağa qəsəbəsi Savalan y/massivi 943F nömrəli evdə qeydiyyatsız yaşayır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 adından X21 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir. Tədiyyə (vergi) bildirişlərindən görünür ki, Cavabdeh Savalanyaşayış massivi ümumi sahə № 943 üçün 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 2014-2017-ci illər, 2018-2020ci illər üçün torpaq vergisini ödəmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Zərdab rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X25 ilə Cavabdeh arasında olan nikahın pozulması, xx.xx.2009cu il təvəllüdlü X14 Cavabdeh himayəsində saxlanması, X8xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutularaq Cavabdeh verilmiş qət edilmişdir. Nikahda olduqları dövrdə X25 ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maqtağa qəs. Savalan yeni yaşayış massivində yerləşən, 2019-cu ilə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, M.V.Cavadovun bibisi oğlu X9 adına etibarnaməsi olan torpaq sahəsində birlikdə inşa edilmiş evdə uzun müddət davamlı olaraq yaşamaları, həmin evin inşa edilməsində , saxlanmasında bu və ya digər formada Cavabdeh rolu, əməyi və zəhmətinin olması işin mübahisəsiz halı olmaqla apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş hallarındandır. Həmçinin işin materiallarından görünür ki, mübahisəli evdə birgə nikah dövründə yaşadıqları dövrdə Bakı şəhəri, Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRXnin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi X3 adından X1 Ayşən Vaqif qızına etibar edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli etibarnamə də verilmişdir. Lakin ailə münasibətləri pozulandan sonra Cavabdeh mübahisəli evdə yaşamalarına maneələr olduğundan iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi ilə onun uşağı ilə həmin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə dəyişdirilmədən saxlanıldıqdan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X6 verilmiş **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyəti hüququ üzrə qeydiyyata alınmışdır. AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsinə əsasən isə X3 adından X21 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini İddiaçı 2000 manata satmışdır. Müqavilədə satıcı yerində X3 əvəzinə xx.xx.2018-ci il tarixdə 17 saylı notariat ofisində verlmiş 1189 reystr nömrəli etibarnamə əsasında X26 imza etmişdir. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli çıxarış veriləndən 6 ay sonra İddiaçı hazırki ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Buna qədər isə xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi artıq icra edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadı ilə İddiaçı müraciəti əsassız olduğu üçün təmin edilməmişdir. Sözügedən müraciət Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)- 6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın hüquqi həllinin qarşılıqlı iddianın həllindən asılı olmasına diqqət yetirməyərək ilk növbədə ilk iddia üzrə tələblərə hüquqi qiymət verilməsini zəruri saymaqda səhvə yol vermişdır. Belə ki, ilk iddiaçı məhz mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ilk iddianı qaldırsa da, qarşılıqlı iddiaçı sözügedən mülkiyyətlə bağlı sənədin qanuniliyini mübahisələndirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi ilk növbədə ilk iddianın əsasını təşkil edən hüquqi sənədin mübahisələndirilməsinə dair dəlillərə qiymət verməli, mülkiyyət hüququna dair sənədin qanuniliyini şübhə altına alınmaması üçün kifayət qədər mötəbər sübutlar olduğu təqdirdə ilk iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməli idi. Kollegiya həmçinin qeyd edir ki, ilk baxışdan ilk iddia rəsmi hüquqverici sənədə istinadən verildiyindən mülkiyyətçi olan şəxsin mülkiyyəti üzərində hüquqlarının pozulması ilə bağlı irəli sürülən dəlilər ağlabatan sayıla bilərdi. Lakin ilk iddiada irəli sürülən dəlillər üzrə qarşılıqlı iddianın dəlilləri baxımından mübahisələndirilən alğı-satqı müqaviləsinin qanuni əsaslarla olub-olmaması və çıxarışın verilməsinin əsasları ilə bağlı müəyyən araşdırmalar aparılması tələb etdiyi halda birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamışdır. Halbuki, kollegiya qeyd edir ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Hazırki işdə də qarşılıqlı iddia üzrə cavabdeh onun adına rəsmiləşdirilmiş alğı-satqı müqaviləsində əksini tapmış məlumatların doğru olmaqla həqiqəti əks etdirməsinə dair sübutlar təqdim etməyə borclu olduğu halda birinci instansiya məhkəməsi qarşılıqlı iddianın dəliləri üzrə ümumiyyətlə araşdırma aparmayaraq bu iddiaya mübahisəyə başlarkən evin hüquqi statusunun olmaması (özbaşına tikili olması) hazırda isə ilkin iddiaçının mülkiyyətçı qismində çıxış edərək onun hüquqularının müdafiəsini məhkəmədən tələb etməsi baxımından yanaşmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının iddia tələblərini əsassız sayarkən mübahisəli evə dair köçürülməsinə dair sözügedən məhkəmə qərarlarının hazırki işdə preyudusiallığı olmamasını düzgün olaraq qeyd etsə də, hazırki işin halları baxımından nəzərə almamışdır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı mübahisəli evin alğı-satqı müqaviləsində əksini tapmış 2000 manat məbləğin formal olmasını, evi qardaşı oğlu X5 əslində 40000 manata almasını, müqavilə bağlanarkən evə baxmamasını, buna ehtiyac olmamasını, evin həmin vaxt boş olmayaraq orada Cavabdeh oğlu ilə yaşamalarını etiraf etmişdir. İşin materiallarından görünür ki, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X19 qarşı mənzilə köçürülmə işinə baxılarkən həmin üşrə X21 şahid qismində ifadə verərək mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 2008-ci ildə etibarnamə əsasında almasını, Müşviq Cavadovun orada evin tikilməsində bənnalıq etməsini dair kommunal xidmətlərin hamısının Cavabdeh adına keçirilməsini göstərərək, bunu kommunal xərclərdən azad olunması məqsədi ilə edildiyini bildirmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında 3-cü şəxs qismində verdiyi izahatında mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, Maştağa sakini X15 adlı şəxsdən almasını, sonuncunun məhkəmədən məlumatı olmasını, lakin torpağı ona satdığından məhkəməyə gəlməyə maraqlı olmamasını, həmin torpaqdakı mübahisəli evin də onun puluna tikilməsini, yaxın günlərdə də çıxarışı alacağını göstərmişdir. Lakin bunlara baxmayaraq hazırki iş üzrə birinci instansiya məhkəməsi isə X3 adından X9 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRXnin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etməsinə dair xx xxxxxx 2014-cü il tarixli etibarnamə verməsinin səbəblərini araşdırmamış, evin bütün kommunal xidmətlərinin hamısının Cavabdeh adına olmasına, sonuncu tərəfindən də 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 2014-2017-ci illər, 2018-2020-ci illər üçün torpaq vergisini ödəməsi kimi işin mühüm və diqqətə layiq məqamlarına hər iki iddia tələblərinin əsaslılığı baxımından düzgün hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur Alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak uzərində mülkiyyət huququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi muqavilənin icrasına yönələn hərəkətdir. Alğı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri muqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, qanunvericiliyin alğı-satqı müqaviləsinin müddəallarına dair tələblərinə əməl edilməmişdir Belə ki, mübahisəli evə dair mülkiyyət hüququ X3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmasına baxmayaraq, o heç vaxt Cavabdeh mübahisilə evdən çıxması və mənzilin ona təhvil verməsi və ya evi satmaq niyyətinin olması barədə xəbardar etməmiş, bunu iddia etməmiş, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi barədə də ona məlumat verməmişdir. Həmçinin də İddiaçı mübahisələndirilən alqa-satqıdan və xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli çıxarışı aldıqdan sonra Cavabdeh mübahisilə evdən çıxması və mənzilin ona təhvil verməsi ilə bağlı ona xəbərdarlıq etməmiş, bu barədə yalnız Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi icra edildikdən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)- 6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsinə dair müraciətinin əsassız olduğu üçün təmin edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadının qəbul edilməsindən sonra hazırki ilk iddia ərizəsi ilə müraciət etmişdir. İşin faktiki araşdırılmış halları ilə də müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsindən sonra mübahisəli evin sənədləşdirilməsi üçün Cavabdeh adına müvafiq etibarnamə qüvvədə olmasına baxmayaraq X3 adına özəlləşdirilməsi prosesinə başlanılmış, sözügedən qətnaməyə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsində baxılan dövrdə və xx xxxx 2019-cu il tarixli 2(103)-6803/2019 №li qətnaməsi qəbul edilən vaxt həmin prosesin getməsi barədə X5 fərqli olaraq X25 tərəfindən apellyasiya instansiyası məhkəməsinə məlumat (apellyasiya şikayətində) verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməklə evin 31.07..2019-cu il tarixdə İddiaçı satılması ilə bağlı alğı-satqı müqaviləsinin bağlanması və müvafiq çıxarışın da verilməsi barədə məlumat vermək hüququndan istifadə etməmişdir. Halbuki, kollegiyanın qənaətinə görə X2 Müşvüq Vəlhəd oğlunun bibisi oğlu olmaqla, şahid və 3-cü şəxs kimi məhkəmələrdə iştirak edərək Cavabdeh iddiası üzrə işə baxılmasının nəticəsi barədə məlumatlı olduqları halda bu barədə əmi İddiaçı xəbəri olmaması, eləcə də onun Ali Məhkəməyə ünvanladığı müraciətində göstərdiyi kimi məhkəmə qətnamələrindən xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra xəbər tutması qətiyyən inandırıcı olmamaqla işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamışdır. Kollegiya hesab edir ki, X3 (həmçinin X9) mübahisəli evi satmaq və İddiaçı isə həmin evi həqiqətən də almaq niyyətləri var idisə bu barədə həmin evə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürülmüş və hazırki vaxta kimi orada yaşamağa davam edən Cavabdeh məlumatlandırmaqlarına onlara heç kim və heç nə maneə olmamışdır. Qeyd edilən bu məlumatlandırma olmadığından baş verən hadisələrin gedişatı kollegiyaya belə bir qənaətə gəlməyə kifayət qədər əsas verir ki, mübahisəli evin sənədləşməsinə dair Cavabdeh adına etibarnamə qüvvədə ola-ola, onun Müşviq Cavadovla aliə münasibətləri kəsildiyi üçün, birgə nikah dövründə birlikdə inşa etdikləri mübahisəli evə köçürülməsini və həmin evə hər hansı formada aidiyyatını tam kəsmək üçün ən azından X3 Cavabdeh adına olan etibatrnaməni ləğv etdirmədən, onun X9 adına olan (xx.xx.2018-ci ildə verilmiş) digər etibarnamədən istifadə etməklə X3 adına özəlləşmə prosesinə başlayaraq müvafiq çıxarış əldə edilməsi, sonradan alğısatqı müqaviləsi bağlayaraq əvvəl sonuncunun adına çıxarış alınması, daha sonra isə İddiaçıla alğı-satqı müqaviləsi bağlayaraq onun adına yeni çıxarış alınması kimi bütün hərəkətlər Cavabdeh uşağı ilə uzun müddət, davamlı olaraq yaşadığı, qanuni qüvvəsi almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdən çıxarılmasına hesablanmışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh ilə keçmiş ərinə faktiki məxsus olması isə xx xxxxxx 2014-cü il tarixli etibarnamənin məzmunundan aydın olur. Belə ki, X3 adından məhz X21 imza edərək özünün etibarnamə ilə aldığını və özünə məxsus olmasını iddia etdiyi mübahisəli 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri xx.xx.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir. Birinci instansiya məhkəməsində işə baxılması dövründə qeyd edilən etibarnamənin artıq hüquqi qüvvədən düşməsinə baxmayaraq kollegiya bu sənədin mövcudluğu mübahisəli evin faktiki olaraq Cavabdeh ilə X13 birgə nikah dövründə birlikdə inşa etdikləri evin məhz onların yaşaması üçün nəzərdə tutulmasını təsdiq edən sübut növü kimi qiymətləndirir. Cavabdeh torpaq vergisi ödəyicisi olmasını təsdiq edən iş materiallarında olan olanMaştağa bələdiyyəsinin müvafiq şəhadətnaməsi, eləcə də, həmin ünvanda elektrik enerjisi və qaz istehlaksı olmasına dair sənədlər də bu sübut növlərinə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası ilkin İddiaçı və qarşılıqlı iddia üzrə üçüncü şəxs X9, eləcə də X3 hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətlədirir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X30 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Kollegiya həmçinin qeyd edir ki, qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün yuxarıda gostərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququnun (tam və ya qismən) istisna olunması və şəxsin belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı: özgəninkiləşdirilən mənzil kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46 və 49-cu bəndlər) Kollegiya birinci instansiya məhkəməsinin hər iddia üzrə mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hazırki mübahisənin araşdırılması zamanı Bakı şəhəri, 51 saylı notariat ofisində xx xxxx 2019-cu il tarixdə X15 ilə İddiaçı arasında bağlanmış 178,7 kv.m torpaq sahəsinə dair alğısatqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün formal bağlanmasına düzgün hüquqi qiymət verməyərək həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd olmasına müvafiq qaydada hüquqi qiymət verməyərək ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, Cavabdeh AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmasa da, bu müqavilə onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdə yaşamaq hüququna birbaşa və tam məhdudlaşdırdığı üçün onun bu müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Belə ki, ilk növbədə Cavabdeh həmin evə münasibətdə evin yerləşdiyi torpaq sahəsini sənədləşdirmək üçün özündə geniş səlahiyyətlər əks etdirən etibarnaməsi olmuş və bu etibarnamə onu verən şəxs tərəfindən ləğv edilməmiş, hazırki iş məşkəmə baxışında olan dövrdə müddət qürtardığı üçün qüvvədən düşmüşdür. Halbuki, Cavabdeh bu etibarnamədən istifadə etməkdə sərbəst idi və ondan yararlana bilərdi. Lakin özünün məhkəmə kollegiyasında verdiyi izahatından göründüyü kimi, o bunu həyat yoldaşından kənar,onun icazəsi olmadan edə bilməzdi. Çünki yaşadıqları ev onların birlikdə ərsəyə jətirdikləri ev olmaqla onun da həmin evin inşasında böüük əziyyəti olmuşdur. O, üstünlük hüququndan istifadə edərək bu etibarnamədən ilk olaraq istifadə etsə idi, ona qarşı hazırki iddianın qaldırılmasına hüquqi əsas olmazdı. Beləliklə də, ona qarşı ədalətsizlik baş vermiş və bu haqsızlıq hazırki vaxta kimi davam edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericiliklə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərini və verdiyi izahatları özüözlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qiymətləndirir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamış, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillər işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilmiş və bu səbəbdən də cavabdeh tərəfin dəlilləri əsaslı sayılmalıdır. Azərbaycan Respublikası MPM-nın 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, 1-ci insatansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, ilk iddiaçı dəlillərini təsdiq edən sübutları təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun dəlillərinə düzgün hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005ci il tarixli 4 saylı qərarının tövsiyyələrinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı xx.xx.2009cu il təvəllüdlü X23 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılmasına və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbinin rədd edilməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiasının isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi də zəruri hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi də tətbiq edilməlidir. Belə ki, işin materiallarından görünür ki, AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsinə əsasən X3 adından X21 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini 2000 manata İddiaçı satmışdır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, X6 verilməsi üçün İddiaçı X9 xeyrinə AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsində qeyd edilən 2000 manat tutulması da qət edilməlidir. İddiaçı faktiki olaraq AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsində göstərilən məbləğdən daha çox məbləğ ödəməsi ilə bağlı verdiyi izaşatı ilə bağlı kollegiya qeyd edir ki, ona bu halı təsdiq edən mötəbər və tutarlı sübutlar olduğu təqdirdə müqavilədən kənar pulu ödədiyi şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli evin X3 adına rəsmiləşdirilməsinin qanuniliyi mübahisələndirilmədiyindən və hazırki qətnamə qanuni qüvvəsini aldığı təqdirdə tərəflər əvvəlki vəhziyyətə gətirildikdən sonra mübahisəli ev onun mülkiyyətinə qaytarılacağı halı da qanuni qüvvəsini almış və icra edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsinin hüquqi təsirini itirmir. Mübahisəli əmlak mülkiyyətçi tərəfindən istənilən formada özgəninkiləşdirilməsi kimi hüquqlardan istifadə edilən zamanı həmin evə qeyd edilən qanuni qüvvəsini almış qətnamə ilə köçürülən Cavabdeh azyaşlı uşağı ilə mənafeləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X35rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3053/2020 saylı, xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü X23 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbi rədd edilsin. Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilsin. Bakı şəhəri, 51 saylı notariat ofisində X15 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsi etibarsız hesab edilsin və tərəflər əvvəlki vəziyyətə qaytarılsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx xxxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. X6 verilməsi üçün İddiaçı X9 xeyrinə AN-İ ******* №-li xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqımüqaviləsində qeyd edilən 2000 manat tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar