Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-341/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh1 (birləşdirilmiş iş üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil2 Əlülfəz qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 41 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-472/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1, 9 saylı mənzilə olan istifadə hüququna 10.000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü X6 , 2015-ci il təvəllüdlü X7 və 2019-cu il təvəlüdlü X8 ilə birlikdə ünvan 1, 9 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mübahisəli evin bacısının adına keçirilməsi ilə bağlı onun razılığı olmayıb, bu məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu ilə müraciət etmişdir. Çünki iddiaçı həmin dövrlərdə həmin orqanın əməkdaşı olmuşdur.
3. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 41 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdə 41 saylı notariat kontorunda bağlanmış “bağışlanma müqaviləsi” üzrə imzanın anası X1 məxsusluğu yoxlanılmaqla həmin bağışlama müqaviləsinin və həmin müqaqvilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 472/2023 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) ilk iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil üzərində istifadə hüququna 10.000 manat kompensasiya ödənilməklə xitam verilmiş, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları X6, X7 və X4 mənzildən çıxarılması və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10-8344-9/8556 nömrəli rəyi daxil olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
9. İş apellyasiya məhkəməsinin icraatında olan zaman cavabdeh Şükürova X2 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə vəsatət göndərərək birinci instansiya məhkəməsinin qətnaməsindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti verdiyini bildirmiş və hazırki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi və vəkili işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi.
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-472/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
14. Belə olan halda məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-5074/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-472/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-5074/2023 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-472/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: