Məhkəmə qərarları › İş №2(103)-3415/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3415/2022

28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3415/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.ünvan 1 ünvanda yaşadığını, hər il bağ mövsümü başlayanda, yəni may ayının 15-dən sentyabr ayının 15-dək ünvan 2 ünvanında yerləşən bağ evinə köçdüyünü, 31 oktyabr 2013-cti il tarixdə Cavabdeh iB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında iştirakı olmadan sayğac quraşdırıldığını və plomb vurularaq **********00029 nömrəli kod verildiyini, lakin onunla nda qazın alqı-satqısı barədə heç bir müqavilə baglanmadığını, 05 noyabr 2013-cü il tarixdə hesab koduna əsassız olaraq 151,20 manat borc yazıldığını, 13 noyabr 2018-ci il tarixdə bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə iştirakı olmadan texniki baxış keçirilməklə yeni smart-kart tipli, G-4 markalı sayğac quraşdırıldığını və quya sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkarlandığığı qeyd olunaraq 405.0 manat borc yazıldığını, 23 mart 2019-cu il tarixdə yenidən bağ evində quraşdırılmış sayğaca və küçədə yerləşən qaz xəttinə iştirakı olmadan texniki baxış keçirilib 580,50 manat borc yazıldığını, 31 mart 2021-ci il tarixdə də iştirakı olmadan akt tərtib edilib 1118,0 manat borc yazıldığını, 30 aprel 2021-ci il tarixdə də hesab koduna qanunsuz olaraq 396,0 manat borc yazıldığını, tərəfindən nə sayğaca, nə də küçədə yerləşən qaz xəttinə heç bir müdaxilə edilmdiyini, qeyd edilən aktların bağda yaşamadığı dövrdə tərtib edildiyini bildirmiş, barəsində tərtib olunmuş aktlar əsasında hesab koduna yüklənmiş borcun silinməsi və əsassız olaraq yazılmış borca görə tutulmuş 21,60 manat manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00029) üzrə hesablanmış 2547,9 (iki min beş yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğində borcun silinməsi, 21,60 (iyirmi bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 58,69 (əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manatın dövlət büdcəsinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının 2017-2020-ci illərdə qaza görə ödəniş etmədiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, ünvan 2 ünvanında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14.11.2018-ci il tarixli ******* nömrəli, 30.03.2019-cu il tarixli ******* nömrəli, 31.03.2021-ci il tarixli ******* nömrəli, 30.04.2021-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, həmin aktlarda “sayğacdan kənar istifadə aşkar edilmişdir” qeydləri aparılmaqla iddiaçıya ümumilikdə 2569,5 manat borc hesablanmış və ödənilməsi iddiaçıdan tələb edilmiş, iddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılmış ödənişlərdən 21,6 manat "Azəriqaz” İB tərəfindən tutulmuşdur. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 5 ünvanında yerləşən 29 saylı fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar olunmamışdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onlarda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5682/2021 saylı iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar