Məhkəmə qərarları › İş №2(103)-3416/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3416/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3416/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7231/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12913 iPhone X markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 168 manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon üçün 1155 manat ödənilməmiş hissə, 158 manat dəbbə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85220 iPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu üçün 4832.7 manat ödənilməmiş hissə, 1449.3 manat dəbbə olmaqla, ümumilikdə, 8324 manat borc və 103.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli 00679815 nömrəli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 2244 manat (12 ay x 187 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********12913 iPhone X markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 729 olmaqla ondan, 561manat ödənilməmiş hissə, 168 manat dəbbə borcu yaranmışdır(səh.11-12);"ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli 01171146 nömrəli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 1386 manat (18 ay x 77 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********93133 Samsung Galaxy A80 markalı telefon almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1313 manat olmaqla ondan, 1155 manat ödənilməmiş hissə, 158 manat dəbbə borcu yaranmışdır (səh.16-17); "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli 01170125 nömrəli müqaviləyə əsasən, cavabdeh alğı-satqı qiyməti 5437,8 manat (18 ay x 302,10 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85220 İPhone 11 Pro Max markalı telefon, Samsung markalı soyuducu almış, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 6282 manat olmaqla ondan 4832.7 manat ödənilməmiş hissə, 1449.3 manat dəbbə borcu yaranmışdır(21- 22); "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15 mart 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə müqavilələr üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir(səh.25). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7231/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 24.05.2019-cu il tarixli 00679815 saylı müqavilə üzrə 561 manat əsas, 50 manat cərimə, 29.12.2019-cu il tarixli, 01171146 saylı müqavilə üzrə 1155 manat əsas, 100 manat cərimə, 29.12.2019-cu il tarixli, 01170125 saylı müqavilə üzrə 4832,70 manat əsas, 100 manat cərimə olmaqla, cəmi 6798,70 manat borc və 103,24 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 600.1, 600.4; Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının hər dörd müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 24.05.2019-cu il tarixli müqavilə üzrə 561 manat ödənilməmiş hissəyə hesablanmış 168 manat dəbbə 50 manat, 29.12.2019-cu il tarixli 01171146 nömrəli müqavilə üzrə 1155 manat ödənilməmiş hissəyə hesablanmış 158 manat dəbbə 100 manat, 29.12.2019-cu il tarixli 01170125 nömrəli müqavilə üzrə 4832.7 manat ödənilməmiş hissəyə hesablanmış 1449,30 manat dəbbə 100 manat müəyyən edilərək, Cavabdeh iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdeh qətnaməni ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Müqavilə üzrə ödəlik ilkin vaxtlarda vaxtında icra olunmuşdur, lakin sonradan müəyyən səbəblərdən dolayı ödəmələrdə gecikmələr yaranmışdır. Belə ki, o, 2020-ci ildə ölkənin müharibə şəraitində olması dönəmində polis əməkdaşı olaraq hər gün iş yerində gücləndirilmiş iş vəziyyətində çalışmışdır. Bununla əlaqədar olaraq kredit öhdəliyinin bir müddət vaxtında icra olunmasında ləngimlər olmuşdur. Bu məsələlərin iddiaçı tərəf ilə danışıq yolu ilə həll olunmasına çalışaraq bu istiqamətdə müəyyən möhlət və güzəştlər edilməsini xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı tərəf ona münasibətdə həqiqəti əks etdirməyən və olduqca şişirdilmiş habelə qanunvericilik ilə nəzərdə tutulmuş tənasüblük prinsipinə uyğun olmayan pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən iddia tələbi ilə razı deyil. İşin faktiki hallarından habelə iş materiallarında mötəbər sayılmayan və yalnız iddiaçının mövqeyinə əsaslanan və özü tərəfindən tərtib olunan maliyyə sənədinə əsasən bilmək olur ki, iddia tələbi əsassızdır və yalnız iddiaçının birtərəfli mövqeyini əks etdirir. Belə ki, tələb olunan pul məbləğinin həqiqiliyinə dair xüsusi biliyə malik olan ekspert rəyi olmadan yalnız iddiaçının təqdim etdiyi maliyyə sənədinə əsasən irəli sürülmüş iddia tələbi əsaslı və mötəbər sayıla bilmədiyindən iddia təmin olunmamalı idi. öhdəliyin icrası zamanı öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəf kimi müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş va müqavilə üzrə öhdəliyi ödəmək məqsədilə buna maneə ola biləcək və ya öhdəliyin icrasını təhlükəyə məruz qoya biləcək qəsdən heç bir hərəkətə yol verməmiş və bu cür hərəkətlərdən çəkinmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385-390, 404, 425, 550-554; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə əsasən və müqavilə (öhdəliyi) üzrə mülki hüquq münasibətlərinə dair qeyd edir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərarı maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma, ödəniş və sair barədə) mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilən mülki qanunvericilik şərtlərinə əməl edilməməsi və cavabdeh tərəfindən şikayətində istinad etdiyi halları vaxtında mübahisələndirməməsi və bu dəlillərin hazırki tələbə münasibətdə sübut etməməsi onların əsassız olduğunu şərtləndirir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7231/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar