Məhkəmə qərarları › İş №2(103)-3422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3422/2021

18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3422/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-3797/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi qismində X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 3797/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi qismində X3 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətini cavabdehin nümayəndəsi qismində Fuad Qasımzadə imzalasa da, sonuncuya belə bir səlahiyyətin verilməsinə dair işdə olan etibarnamənin müddəti bitmiş, bu səbəbdən də qüvvədən düşmüşdür. Belə ki, işdə olan etibarnamədə (səh.33) onun xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olması qeyd olunmuş, apellyasiya şikayəti isə xx xxxxxx 2021-ci il tarixdə verilmişdir (işdən görünür ki, qətnamə rabitə orqanı tərəfindən cavabdeh təşkilata xx xxxxxx 2020-ci il tarixdə, yəni etibarnamənin müddətinin bitməsindən sonra təqdim olunmuş, bundan sonra apellyasiya şikayəti verilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.1-ci maddəsinin tələbinə görə etibarnamənin müddətinin bitməsi nəticəsində ona xitam verilir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, .... məhkəmə aktından şikayət verilməsi …. ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərdən qaçırmış, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilməsi məsələsini də yoxlamamışdır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Məhkəmə aktlarından şikayət verildiyi halda, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş şikayət üzrə qeyd edilən halların yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-3797/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi qismində X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar