Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3428/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıkverdi oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən vərəsəlik payının müəyyən edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, mənzilə dair vərəsəlik payının müəyyən edilməsi, onlara vurumuş 50.000 manat maddi, 50.000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 100.030 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, onlara ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilinin özgəninkiləşdirilməməsi üçün üzərinə həbs qoyulması, sahiblik və istifadəni özündə əks etdirən mülki hüquqi əqdlərin bağlanmasının, eyni zamanda mənzilin konstruksiyasına hər hansı bir dəyişiklik edilməsinin və ya təmir edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İş üzrə yekun məhkəmə aktı qəbul olunaraq, Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisəli mənzildə söküntü, tikinti-təmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 33.325 manat pulun cavabdelər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq, iddiaçılara verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 20 nömrəli mənzilində söküntü, tikintitəmir və abadlıq işlərinin yerinə yetirilməsinə sərf edilmiş 18744,60 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçılar və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş verilmiş kassasiya şikayətləri təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli icra sənədi əsasında Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsində xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və icra sənədində qeyd olunan tələb borclular Cavabdeh2 və Cavabdeh3 tərəfindən tam şəkildə təmin olunduğundan icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Hazırda, Cavabdeh2 artıq iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının tam şəkildə icra olunaraq, icra üzrə icraata xitam verildiyini bildirərək, iddianın təmin tədbirinin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərardad ləğv ediərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs və qadağaların götürülməsi qərara alınmışdır. İddiaçı1, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, növbəti prosessual hərəkətlərin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində onun Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında quraşdırılmış, ona məxsus mətbəx mebelinin cavabdehlər tərəfindən qaytarılması barədə əmlak tələbinə dair mülki iş hakim H.Əhmədovanın icraatındadır və işə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin məhkəmədə eyni tərəflər arasında, eyni predmetdən irəli gələn, həmin mənzildə quraşdırılmış mətbəx mebelinin geri qaytarılması barədə mülki işin olduğuna və həmin işə baxılıb yekun qərar verilənədək cavabdeh tərəfindən verilmiş ərizənin icraatının dayandırılmasına dair verdiyi vəsatət qəbul edilməmişdir. Həmin vəsatət sonradan H.Əhmədovanın icraatında olan mülki işin içərisinə qoyulmuşdur. Vəsatət, həm məhkəmədə, həm də poçt vasitəsilə hakim Fikrət Mirzəyevə təqdim edilmişdir. Məhkəmə isə bunu nəzərə almamış, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq (MPM, maddə 254.1.4.) icraatı dayandırmalı olduğu halda, əsassız qərardad qəbul etməklə işini bitmiş hesab etmişdir. Nizami Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı tam şəkildə cavabdehlər tərəfindən icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verildiyindən sözügedən mənzil üzərində həbs və qadağaların qalmasına zərurət qalmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən həbsin və qadağaların götürülməsi əsaslı olmuşdur. Kollegiya, şikayətin dəlillərinə münasibətdə isə bildirir ki, eyni tərəflər arasında məhkəmənin icraatında başqa bir işin olması bu iş üzrə tətbiq edilmiş təmin tədbirinin ləğv edilməsi üçün hüquqi maneə ola bilməz. Belə ki, İddiaçı1 həmin işə üzrə ayrıca iddianın təmin tədbiri barədə məsələ qaldırmaq hüququ vardır. Kollegiya, həmçinin vuğulayır ki, iddiaçının şikayətində istinad etdiyi MPM-in 254.1.4-cü maddəsi (Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır) işə mahiyyəti üzrə baxılması mərhələsində icraatın dayandırılması üçün əsasdır. Haızrkı iş üzrə isə yekun məhkəmə aktı çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2018 nömrəli, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3428/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3428/2021
24.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver