Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3431/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6961/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 4168.16 (dörd min yüz altmış səkkiz manat on altı qəpik) manat məbləğində hesablanmış əsassız borcun və 235.88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində sayğacın pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən əsassız olaraq ona hesablanmış cari 4138,76 (dörd min yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində borcun və 235.88 (iki yüz otuz beş manat, səksən səkkiz qəpik) manat məbləğində sayğacın pulunun silinməsi və iddiaçı tərəfindən borca görə ödənilmiş 420 (dörd yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6961/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********10000) üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 3434 (üç min dörd yüz otua dörd) manat 40 (qırx) qəpik borcun silinməsi,İddiaçı tərəfindən ödənilmiş 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi,30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və mötəbər olmayan sübutlara istinad etmişdir. Bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6961/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaiarı və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə idarəsi”nin rəyinə əsasən sayğaca müdaxilə edildiyi üçün yaranmış qaz itkisinə görə ümumilikdə 4168,16 manat və sayğacın dəyəri olaraq 235,88 manat, tələb edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki,iddiaçı ünvan 2 ünvanı üzrə (abonent kodu **********10000) abonent kimi qeydiyyata alınmışdır.İddiaçının yaşadığı ünvana xx.xx.2016-cı il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi qeyd edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 1728 m3 olması və həmin göstəriciyə əsasən 172,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2018-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman deşik aşkar olunması qeyd edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 6588 m3 olması və həmin göstəriciyə əsasən 1317,60 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2018-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman sayğacın borusunun deşilməsi qeyd edilmiş və akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq qaz itkisinin 9720 m3 olması əsası ilə 1944 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2018-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 6588 m3 olması və həmin göstəriciyə əsasən 658,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 1098 m3 olması və həmin göstəriciyə əsasən 109,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 1098 m3 olması və həmin göstəriciyə əsasən 109,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 1098 m3 olması və həmin göstəriciyə əsasən 109,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 1098 m3 olması və həmin göstəriciyə əsasən 109,80 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 324 m3 olması və həmin göstəriciyə əsasən 32,40 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 324 m3 olması və həmin göstəriciyə əsasən 32,40 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 324 m3 olması və həmin göstəriciyə əsasən 32,40 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilə zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 324 m3 olması və həmin göstəriciyə əsasən 32,40 manat borc hesablanmışdır.İddiaçının yaşadığı ünvana növbəti dəfə xx.xx.2019-cu il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğaca baxış keçirilən zaman qazdan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. Akt üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 324 m3 olması və həmin göstəriciyə əsasən 32,40 manat borc hesablanmışdır. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24530 nömrəli rəyində göstərilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı yaşadığı fərdi yaşayış evinin yanından keçən Cavabdeh İB-nə məxsus paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər-hansı qoşulma faktı aşkar edilmədi. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən müdaxilə olunmuş sayğacın dəyəri cavabdehin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dəki hesabına ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin edərkən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının istehlakçı tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna iddiaçı tərəfindən müdaxilə edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2016-cı il tarixdə tərtib edilmiş ******* saylı (həmin akt üzrə hesablanmış borc -172,8 manat), xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı (həmin akt üzrə hesablanmış borc - 1317,6 manat) və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı (həmin akt üzrə hesablanmış borc - 1944 manat) aktlar üzrə hesablanmış, cəmi 3434,40 manat borcun silinməsi hissəsində haqlı olaraq təmin etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi digər aktlar üzrə hesablanmış borcun silinməsinə aid hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə 2018-ci ilin dekabr ayından 2019cu ilin sentyabr ayənadək, hər ay tərtib edilmiş həmin aktlarda iddiaçının kənar xətdən istifadə etməsi qeyd edilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24530 nömrəli rəyində iddiaçının yaşadığı ünvanında yerləşən fərdi yaşayış evinin yanından keçən Cavabdeh İB- nə məxsus paylayıcı qaz xəttinə məhz baxış keçirilən zamansayğacdan kənar hər-hansı qoşulma faktınin aşkar edilməməsi qeyd edilmişdir. İş materiallarına sözügedən aktlar tərtib edilərkən çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdən aşkar şəkildə görünür ki, qaz xətti hasarın üzərinə quraşdırılmış boş sayğac qutusunun içərisindən əsas qaz xəttinə boru vasitəsi birləşdirilmişdir. İddiaçı hasarın üzərində quraşdırılmış boş sayğac qutusunun onlara aid olmadığını bildirsədə həmin halları təstiq edən sübutlarının məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının təbii qazdan kənar xətt vasitəsi ilə istifdə etməsi iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı l2.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə olan halda zədələnmiş qaz sayğacına görə iddiaçının ödədiyi 235 manat pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının tələbi iddianın təmin edilməyən hissədə və cavabdehinetirazları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa ekspertiza tədqiqatının dəyəri birinci instansiya məhkəməsindən tutulmamışdır. Belə olan halda ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6961/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6961/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3431/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3431/2020
09.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver