Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3435/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızı və İddiaçı3 qızı tərəfindən birgə verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızının və İddiaçı3 qızının cavabdehlər Nəcəfli Asif Salman oğluna, Cavabdeh3 qızına və Bakı şəhəri 28 saylı Notarat Ofisinə qarşı Bakı şəhər 28 saylı Notariat Ofisində verilən, rəsmiləşdirilən 13.06.2020-ci il tarixli, 8İ-1738 reyestr nömrəli ərizəni və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, AR İN yanında ƏMDX DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrerində 05.05.2021-ci il tarixli, **********76 reyestr nömrəli çəxarışın ləğv edilməsi və iddiaçıların Bakı şəhəri Səbail rayonu 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı ev üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab olunması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızı və İddiaçı3 qızı birgə şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə məhkəmə icraatının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 28 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızının və İddiaçı3 qızının cavabdehlər Nəcəfli Asif Salman oğluna, Cavabdeh3 qızına və Bakı şəhəri 28 saylı Notarat Ofisinə qarşı əqdin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ərizələrin məhkəmə qaydasında etibarsız hesab edilməsi yolverilməzdir. Yəni həmin tələbə məhkəmə qaydasında baxılması mümkün deyil. Belə ki, ərizəçilər notariat ofisinə müraciət etməklə birtərəfli əqd olan ərizələrini ləğv etdirə bilərlər. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçıdan göründüyü kimi, iddiaçı mübahisə predmeti təşkil edən notarial əqdləri aldalıma yolu ilə imzaladığını qeyd etmiş və bu əsasla da əqdin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin məhkəmə qərardadından Azərbaycan Respublikası MMnin əqdin ləğv ilə bağlı normalarına istinad etməklə iddia ərizəsini məhkəmə icraatına qəbulundan imtina etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri 28 saylı Notariat Ofisinin 01 aprel 2022-ci il tarixli 180 nömrəli məktubundan da görünür ki, İddiaçı1 və İddiaçı3 qızının mirasdan imtina ərizələrinin ləğv edilməsini xahişi etmişlər. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bu səbəbdən mirasdan imtina ərizələri ləğ edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələblərini nəzərə almamış və etibarsız hesab edilməsi xahiş edilmiş əqdə əqdlərin ləğvinə dair normaları tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızının və İddiaçı3 qızının cavabdehlər Nəcəfli Asif Salman oğluna, Cavabdeh3 qızına və Bakı şəhəri 28 saylı Notarat Ofisinə qarşı əqdin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızı və İddiaçı3 qızı tərəfindən birgə verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2022 saylı 04 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, Mehdiyeva Xatirə Salman qızının və İddiaçı3 qızının cavabdehlər Nəcəfli Asif Salman oğluna, Cavabdeh3 qızına və Bakı şəhəri 28 saylı Notarat Ofisinə qarşı əqdin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3435/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3435/2022
25.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver