Məhkəmə qərarları › İş №2(103)-3438/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3438/2022

21.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3438/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli, 2(009)-720/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı 14.12.2021-ci il tarixində və Cavabdeh 25.01.2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayətləri vermiş, eləcə də, qətnamədən apellyasiya şikayətlərinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizələr ilə məhkəməyə müraciət etmişlər. Səbail Rayon Məhkəməsinin 2(009)-720/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı və Cavabdeh ərizələrinin təmin edilməsi və apellyasiya şikayətlərinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Səbail Rayon Məhkəməsinin 2(009)-720/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadından məhkəməyə şikayət ünvanlayaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2(009)-720/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361-ci maddəsinə əsasən apellyasiya şikayətində 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh şikayətin əvvəlində Səbail Rayon Məhkəməsinin 2(009)-720/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadından şikayət verdiyini göstərsə də, şikayətin məzmununda ümumiyyətlə 11.03.2022-ci il tarixli qərardada toxunulmamış, Səbail Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli və 02.12.2021-ci il tarixli qərardadlarına istinad edilmiş və həmin qərardadlardan ümumi sözlərlə narazılıq ifadə edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti məzmun etibarilə AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Bundan başqa, şikayətçinin tələbi də qeyri-müəyyən olmuşdur. Belə ki, şikayətin “xahiş” hissəsində göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətçinin düşüncəsində “ədalətli qərar” anlayışının hansı anlama gəlməsi isə şikayətin məzmunundan müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli, 2(009)-720/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar