Məhkəmə qərarları › İş №2(103)-3440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3440/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3440/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, eyni zamanda ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(004)-533/2025 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN203H, kod 30800118 saylı şəhadətnamədə Ərizəçi adı və atasının adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı ilə düz gəlmədiyi üçün, həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X11 İcraiyyə Komitəsinin 26 oktyabr 2003cü il tarixli 26 saylı qərarı ilə Sumqayıt şəhəri Novxanı bağ massivi 741 ünvanında yerləşən 0.12 ha bağ sahəsi X8, Ərizəçi, X13 və X12 mülkiyyətinə verilib. Ərizəçi və X13 ərarvaddır, X17 və X8 isə onların övladıdır. X13 xx.xx.2011-ci ildə vəfat edib. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamə iki nüsxədə tərtib olunub və 39 nömrə ilə kitabda qeydiyyata alınıb. İkinci nüsxəsi Sumqayıt şəhər B.T.C-də saxlanılıb. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq "X18" kimi yazılıb. Başqa sözlə, onun adının sonundakı "k" hərfi yanlış olaraq "q" kimi, ata adı isə "Qafar" əvəzinə "Emin" kimi qeyd edilib. xx.xx.2024-cü ildə ərizəçinin qızı X8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə yazılı müraciət edərək, Sumqayıt şəhər Novxanı bağ massivi 741 ünvanında yerləşən 0.12 ha bağ sahəsi üzərində buraxılan texniki səhvin aradan qaldırılaraq ("X18"nu "Ərizəçi kimi" qeyd etməklə), həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahişedib. Maraqlı şəxs 25 iyun 2024-cü iyun tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 3-21-3-31/2-2217/2024 saylı Bildirişi ilə bundan imtina edib. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət edilib. Şəhadətnamədə Ərizəçi adının texniki səhv olaraq "X18" kimi yazılmasının aradan qaldırılmasına isə maraqlı şəxsin təmsilçisi belə cavab verib: "Təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı JN-203H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də 2-cı sırada qeyd edilən mülkiyyətçinin adında və ata adında uyğunsuzluq olduğu, 4-cü sırada qeyd edilən mülkiyyətçinin isə şəxsiyyətini təsdiq edən sənədin ərizənizə əlavə olunmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmklorlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səalhiyyətinə aid edilmişdir". Sözügedən Bildiriş 14 iyul 2024-cü ildə rəsmi qaydada X6 təqdim edilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(004)-533/2025 saylı qətnaməsi (sədrlik edən - A.Oruclu) ilə ərizənin təmin edilməsi, N-203H, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.2003-cü il tarixli 26 saylı qərarı ilə Sumqayıt şəhəri Novxanı bağ massivi 741 ünvanında yerləşən 0.12 ha bağ sahəsi X8, Ərizəçi, X13 və X12 mülkiyyətinə verilib. Ərizəçi və X13 ər-arvaddır, X17 və X8 isə onların övladıdır. X13 xx.xx.2011-ci ildə vəfat edib. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamə iki nüsxədə tərtib olunub və 39 nömrə ilə kitabda qeydiyyata alınıb. İkinci nüsxəsi Sumqayıt şəhər B.T.C-də saxlanılıb. Torpağın mülkiyyətə verilməsinə dair JN-203H, kod 30800118 saylı Şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq "X18" kimi yazılıb. Başqa sözlə, onun adının sonundakı "k" hərfi yanlış olaraq "q" kimi, ata adı isə "Qafar" əvəzinə "Emin" kimi qeyd edilib. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv və elektron kadastr baza məlumatlarında Ərizəçi təqdim etmiş olduğu JN-203H, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar olunmamışdır. Həmçinin idarənin istifadəsində olan arxiv məlumatlarında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxslərin (X9 və digər birgə mülkiyyətçilərin) adına verilmiş JN-203H, KOD 30800118 nömrəl“i Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 3-21-3-31/2- 2217/2024 saylı imtina bildirişində qeyd olunan çatışmamazlıqlar bildirilsə də, 1-ci instansiya məhkəməsi həmin halları araşdırmamış və qnunsuz qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu hallar da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs,eyni zamanda ərizəçinin nümayəndəsi X10 izahatında qeyd etdi ki, orada Cumayevlər yaşamır, Sumqayıt Məhkəməsinə də müraciət etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında ərizəçinin nümayəndəsi X10 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, iki bağ var. Birində problem yoxdur. Birinci bağ özəlləşdirilib, ikinci bağda isə problem var. Atasının soyadını düz yazmayıblar. Torpağı adına keçirəndə “Asan” xidmətdə aydın oldu ki, atasının soyadı düz deyil. Onlara orada bildirdilər ki, başqa şəxslər- Cumayevlər orada yaşayır. Bağın biri onun (X3) adınadır. Bağ evinin biri atasının adına idi sonradan adına keçirdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instaniya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan JN-203H, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komitəsinin 1988-ci il 26 oktyabr tarixli 26 saylı qərarı ilə Sumqayıt bağçılıq təsərrüfatının “Novxanı”-dakı 741 nömrəli 0.12 hektar bağ sahəsi X10, X18, X13 və X12 mülkiyyətinə verilib. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev B741 xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-2217/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən X3 müraciətinin araşdırılması zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarənin istifadəsində olan arxiv saxlancına təhvil verilmiş arxiv və elektron kadastr baza məlumatlarında təqdim edilmiş JN-203H, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin aşkar olunmadığının müəyyən olunduğu, idarənin istifadəsində olan arxiv məlumatlarında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxslərin adına verilmiş JN-203H, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcud olduğu bildirilmiş, əlavə olaraq JN-203H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də 2-ci sırada qeyd edilən mülkiyyətçinin adında və ata adında uyğunsuzluq olduğu, 4-cü sırada qeyd edilən mülkiyyətçinin isə şəxsiyyətini təsdiq edən sənədin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmələrin səlahiyyətinə aid olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komitəsinin 1988-ci il 26 oktyabr tarixli 26 saylı qərarı ilə Sumqayıt bağçılıq təsərrüfatının “Novxanı”-dakı 741 nömrəli 0.12 hektar bağ sahəsi X10, X18, X13 və X12 mülkiyyətinə verilib, həmin şəxslərin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, şəhadətnamədə Ərizəçi adı və atasının adı, səhvən “X18” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmişdir və düzəlişin icrasının məhkəmələrin səlahiyyətinə aid edildiyini bildirmişdir. Ərizəçinin JN-203H, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən adı və atasının adı ona aid digər sənədlərdəki ad və ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçinin nümayəndəsi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb, torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Təqdim edilmiş sübutlar əsasında Ərizəçi adının “Tofiq” deyil, “Tofik” olması, ata adının “Emin” deyil “Qafar” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3- 21-3-31/2-2111/2025 saylı, 23 iyun 2025-ci il tarixli məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-741 nömrəli bağ torpaq sahəsinə dair X3 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, JN-203H (********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə bağlı hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilmiş, eyni zamanda məktubda qeyd olunmuşdur ki, JN-203H (********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzərində özgəninkiləşdirilmə əməliyyatları aparılmışdır. Məktuba əlavə edilmiş JN-203H (********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X9 qeyd edilmişdir. Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN203H, kod 30800118 saylı şəhadətnamədə Ərizəçi adı və atasının adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı ilə düz gəlmədiyi üçün, həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, X4 da mülkiyyətçi olaraq qeyd edildiyi eyni nömrəli, JN-203H (********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iş materiallarında mövcuddur. Həmçinin, ərizəçinin nümayəndəsi apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclasında həmin ərazidə Cumayevlər ailəsinin yaşadığını və onlar tərəfindən Sumqayıt məhkəməsinə müraciət olunduğunu təsdiq etmişdir. Bu isə göstərir ki, JN-203H (********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə bağlı mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya qeyd edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi institutunun tətbiqinin əsas şərti odur ki, bu zaman həmin faktla bağlı tərəflər və ya hər hansı üçüncü şəxs arasında hüquqi mübahisə yaranmamalı, yəni fakt mübahisələndirilməməli və onun yalnız hüquqi nəticə doğurması tələb olunmalıdır. Qeyd edilənlərə əsasən, hazırkı halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mümkün deyil, çünki eyni mömrə adı altında iki fərqli şəhadətnamə vardır. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinin tələblərinə uyğun olaraq, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi: birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(004)-533/2025 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılamlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(004)- 533/2025 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar