Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3445/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı işi üzrə Açar sözlər:( “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-903/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı "Okean Avto 2011” MMC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "Okean Avto-2011” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4886 saylı müqavilənin ləğv edilməsi, dəymiş zərərin əvəzi kimi 5600 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 77 manat pulun, ümumilikdə 5677 manat pulun Cavabdeh alınaraq iddiaçı "Okean Avto-2011” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Okean Avto-2011” MMC xx.xx.2011-ci il tarixli, ********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "Okean Avto- 2011” MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "Okean Avto-2011” MMC-nin mülkiyyətində olan "Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 10000 manat, 36 ay müddətinə, hər ay üzrə 1201 manat ödəniş etməklə, 53200,05 manata satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh "Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ilkin ödəniş 10000 manat, 3 ay 1201 manat ödəniş etmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra "Okean Avto-2011” MMC-yə heç bir ödəniş etməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdən "Okean Avto-2011” MMC-yə heç bir ödəniş etməyərək 39597,05 manat məbləğində əsas borcu qalmışdır. Tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 100 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 50 gün istifadə edərək təhvil vermədiyindən, gecikdirildiyi hər gün üçün 100 manat məbləğində icarə (50x100=5000) haqqı hesablanmaqla 5000 manat məbləğində icarə haqqı yaranmışdır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və müqavilənin predmeti olan avtomobilin ödənişini xx.xx.2024-cü il tarixdən iddia verildiyi günədək, 50 gün istifadə edərək ödəniş etmədiyindən gecikdirildiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 600 manat məbləğində cərimə pulu hesablanmışdır. Göstərilən pul tələblərinin ümumi məbləği 5600 manat manat təşkil edir. xx.xx.2024-cüil tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2024-cü il tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (polis, prokurorluq, məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır.
2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Əşyanın nisyə alqısatqısı haqqında xx.xx.2024-cü il tarixli 4886 saylı müqaviləyə əsasən satıcı X2 etibarnaməsi əsasında "Okean-Avto 2011” MMC tərəfindən 2018-ci il buraxılışlı "Hyundai Grandeur” minik markalı avtomobil alıcı Cavabdeh qiyməti müqavilə ilə 53200 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 10000 manat ödəniş etmişdir; - Müqavilənin bitmə tarixi xx.xx.2027-ci il müəyyən edilmişdir. Müqavilənin 4.5-ci maddəsinə əsasən "Alıcı” avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, avtomobili götürdüyü və ya təhvil aldığı gündən, təhvil verdiyi günə qədər "Satıcı”-ya Bakı şəhəri "rent a car” şirkətlərinin qiymətinə uyğun olaraq avtomobilin marka və modelinə aid hər gün üçün 50-100 manat civarında istifadə haqqı ödəməlidir; - Müqavilənin 4.6-cı maddəsinə əsasən "Alıcı” avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda, "Satıcıya”-ya, avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə gədər gecikdirdiyi hər gün üçün hər ayın aylıq ödənişinin (artan) 1%-i məbləğində cərimə ödəyir; - Müqavilənin 5.1.3-cü maddəsinə əsasən "Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, avtomaşının harda və kimdə olmasından asılı olmayaraq evakuator vasitəsi ilə götürüb öz dayanacağına yerləşdirmək, avtomobilin sürülməsinə məhdudiyyət qoymaq üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə "Satıcı”-nın əməkdaşları tərəfindən açıb götürmək, qeyd olunanlarla bağlı çəkilən xərcləri “Alıcı”-dan tələb etmək, birtərəfli olaraq müqaviləni ləğv edərək avtomobili yenidən satışa çıxarmaq satıcının hüququdur; - Müqavilənin 5.1.4-cü maddəsinə əsasən “Alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşının saxlanılaraq cərimə meydançasına qoyulması barədə Azərbaycan Respublikası DYPİ-ə müraciət olunacaq və avtomaşının saxlanılaraq cərimə meydançasına qoyulması üçün hüquqşünasa ödəniləcək 300 (üç yüz manat) manat məbləğində xidmət haqqı “Alıcı”-dan tələb etmək satıcının hüququdur; - Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı **-YS-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlindən görünür ki, hər növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 1.201 manat, sonuncu ödəniş isə xx.xx.2022-ci il üçün isə 1.165,0493 manat müəyyən edilmişdir; - İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 4886 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCnin mülkiyyətində olan “Hyundai Grandeur” minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, KMHF441CBJA164340 şassi nömrəli, ağ rəngli, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 10000 manat, 36 ay müddətinə, hər ay üzrə 1.201 manat ödəniş etməklə, 53.200,05 manata satılmışdır; - Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 100 (yüz) manat məbləğində icarə haqqı ödənilməlidir; - İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 3500 manat və 6500 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat ödənişlər edilmişdir.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-903/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "Okean Avto 2011” MMC ilə Cavabdeh arasında bağlanılmış "Hyundai Grandeur” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair 4886 saylı, xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, iddiaçı "Okean Avto 2011” MMC ilə Cavabdeh arasında bağlanılmış "Hyundai Grandeur” minik markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 4886 müqaviləyə əsasən 300 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Okean Avto 2011” MMC-yə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 385.1,386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 600.1, 601.1, Mülki Prosessual Məcəlləsinin 77, 14.2, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyinə görə hər gün üçün ödənişin 1%-i olmaqla, 600 manat məbləğində cərimənin ödənilməsi barədə iddia tələblərinə qiymət verərək məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsi halıdır ki, tərəflərin müqavilə razılaşmasına əsasən cavabdeh iddiaçıya 3 dəfə olmaqla, hər dəfə 1201 manat həcmində hissə-hissə ödəniş etmişdir. Müqavilənin ödəniş cədvəlinə görə dördüncü növbəti ödənişin icra vaxtı xx.xx.2024-cü il tarixidir. Həmin ödəniş cavabdeh tərəfindən icra edilməmişdir və bu müqavilə öhdəliklərinin pozulmasına səbəb olmuşdur. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halı olmuşdur. Bunun nəticəsində iddiaçı təşkilat müqavilədən imtina edərək, xx.xx.2024-cü il tarixdə sözügedən avtomobili cavabdehdən geri almışdır. Dördüncü növbəti ödənişin icrasına dair cavabdehin öhdəliyi xx.xx.2024-cü il tarixdən yarandığından, ödənişin gecikdirilməsi ilə bağlı cərimə ödənişləri xx.xx.2024-xx.xx.2024-cü il (avtomobilin iddiaçıya qaytarıılmasınadək) dövrü üçün hesablanmalıdır. Həmin dövr 1 ay 5 gün olmaqla, 35 günlük müddət üçün gündəlik ödənilməli olan məbləğin (1201 manat) 1% olmaqla (12 manat), cəmi 420 manat cərimə hesablana bilərdi. Məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyinə görə hər gün üçün ödənişin 1%-i olmaqla, 600 manat məbləğində cərimənin ödənilməsi barədə iddia tələblərinə qiymət verərək məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsi halıdır ki, tərəflərin müqavilə razılaşmasına əsasən cavabdeh iddiaçıya 3 dəfə olmaqla, hər dəfə 1201 manat həcmində hissə-hissə ödəniş etmişdir. Müqavilənin ödəniş cədvəlinə görə dördüncü növbəti ödənişin icra vaxtı xx.xx.2024cü il tarixidir. Həmin ödəniş cavabdeh tərəfindən icra edilməmişdir və bu müqavilə öhdəliklərinin pozulmasına səbəb olmuşdur. Müqavilə öhdəliklərinin cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halı olmuşdur. Bunun nəticəsində iddiaçı təşkilat müqavilədən imtina edərək, xx.xx.2024-cü il tarixdə sözügedən avtomobili cavabdehdən geri almışdır. Dördüncü növbəti ödənişin icrasına dair cavabdehin öhdəliyi xx.xx.2024-cü il tarixdən yarandığından, ödənişin gecikdirilməsi ilə bağlı cərimə ödənişləri xx.xx.2024-xx.xx.2024-cü il (avtomobilin iddiaçıya qaytarılmasınadək) dövrü üçün hesablanmalıdır. Həmin dövr 1 ay 5 gün olmaqla, 35 günlük müddət üçün gündəlik ödənilməli olan məbləğin (1.201 manat) 1% olmaqla (12 manat), cəmi 420 manat cərimə hesablana bilərdi. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Buna görə də müqavilənin 4.6-cı bəndinə əsasən cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, 300 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi halda, gecikdirilmiş hər gün üçün 100 manat məbləğində, cəmi 5000 manat məbləğində icarə haqqının tutulması barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, mülki iş üzrə yaranmış münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir. Tərəflər arasında icarə müqaviləsinin bağlanılması və ya icarə haqqının ödənilməsinə dair razılaşmanın mövcud olması iş materialları ilə təsdiq olunmadığından, qeyd olunan hissədə iddia tələbləri təmin edilməli deyil. Məhkəmə qeyd edir ki, tərəflərin eyni anda icarə və nisyə alqı-satqı münasibətlərinə daxil olmaları ağlabatan deyildir. Məhkəmə müəyyən edir ki, tərəflərin arasında yaranmış münasibətlərə icarə deyil, nisyə alqı-satqı müqaviləsi barədə müvafiq mülki hüquq normaları tətbiq edilməlidir və yaranmış mübahisə həmin normaların tələbləri çərçivəsində həll edilməlidir. xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilənin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Buna görə də qeyd edilən hissədə iddia tələbləri təmin edilərək xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilə ləğv edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(011)-903/2025 saylı qətnaməsinin ləğv edilib, xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilənin etibarsızlığı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin 144.1, 337.5, 650; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməməklə, iddianı qismən təmin edərək qarşılıqlı iddianı rədd etməklə, düzgün olmayan qətnamə qəbul etmişdir. İlk növbədə məhkəmə qarşılıqlı iddianı qəbul etməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2 maddəsinin tələblərini pozmuşdur. Belə ki, qarşılıqlı iddianın hazırlıq mərhələsində deyil, məhkəmə baxışı zamanı verilməsi səbəbləri göstərilmiş, lakin məhkəmə buna diqqət yetirməmişdir. Məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin bəndlərindəki şərtlərə kifayət qədər istinad edilmiş, lakin müqavilənin etibarsızlığına nəzər yetirilməmiş və qiymət verilməmişdir. Baxmayaraq ki, məhkəmə çıxışı vaxtı tərəfindən müqavilənin etibarsızlığı tam sübuta yetirilmiş və məhkəməyə eyni faktlarla bağlı kifayət qədər qətnamələr təqdim edilmişdir. Müqavilədə vətəndaş aldadılaraq gecikdirilmiş hər gün üçün 50-100 manat civarında istifadə haqqı hesablanması qeyd olunmuş, lakin qeyd olunan avtomobilə görə 100 manat hesablanmasını təsdiq edən hər hansı bir bənd müqavilədə yoxdur. Bu faktda alıcıların aldadılmasına dəlalət edir. İddia ərizəsinə əlavə edilən Cavabdeh ilə “Okean Avto 2011" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4886 saylı müqavilədən göründüyü kimi hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən istinad edilən müqavilənin etibarlılığı şübhə doğurur və buna görə də yoxlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi 324, 329-cu maddələr) iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə nisyə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Hazırkı iş üzrə müqavilə iddiaçı “Okean Avto-2011" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İstinad edilənlərdən əlavə olaraq qeyd etmək istəyir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanması istinad olunan əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına" əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən hesab edirəm hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, “Okean Avto 2011" MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2024-cu il tarixli 4886 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, ləğv edilməsi tələb olunan əqd məhkəmə tərəfindən etibarsız əqd olması müəyyən edildiyi təqdirdə iddia tələbi bu hissədə təmin edilə bilməz. Cavabdehin nəqliyyat vasitəsini qaytarması ilə bağlı iş materiallarında sübut mövcuddur və avtomobil geri götürülməsini iddiaçı özü təsdiq edir. Qeyd olunanlara əsasən “Okean Avto 2011" ilə Cavabdeh arasında bağlanmış 18 may 2024-cü il tarixli 4886 saylı müqavilə etbarsız elan edilməli və “Okean Avto 2011" MMC-dən Cavabdeh tərəfindən Cəmiyyətə ödənilmiş 10000 manat ilkin ödəniş, qanunsuz olaraq alınmış 1000 manat DYP xərcləri və 3600 manat aylar üzrə ödənilmiş -cəmi 14600 manat tutularaq Cavabdeh qaytarılması üçün bütün əsaslar vardır. Həmçinin “Okean Avto-2011" Məhdud Məsuliyyətli Cəmiyyətinin və heç bir sənəd olmadan özbaşına **-YS-*** dövlət qeyduyyat nişanlı avtomobili saxlayaraq 14 gün Cərimə meydançasında saxlayan X5 əməkdaşlarının müəyyən edilərək barələrində tədbir görülməsi üçün Məhkəmə tərəfindən Xüsusi Qərardad çıxarılması məqsədəmüvafiqdir. Belə ki, bu cür hallar “Okean Avto-2011" MMC-də tez-tez baş verir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərlə əlaqədar olaraq hesab edir ki, birinci instansiya məhkəməsi nin qətnaməsi əsassız və mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla cavabdehin qanunla qorunan hüquqlarını pozduğundan ləğv edilməli, “Okean Avto-2011" MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2024-cü il tarixli 4886 saylı müqavilə əhəmiyyətsiz əqd olduğu üçün etbarsız elan edilməli və hazırki iddia üzrə cavabdeh “Okean Avto 2011" MMC-dən Cavabdeh tərəfindən həmin Cəmiyyətə ödənilmiş 10000 manat ilkin ödəniş, qanunsuz olaraq alınmış 1000 manat DYP xərcləri və 3600 manat aylar üzrə ödənilmiş -cəmi 14600 manat və dövlət rüsumu kimi ödənilmiş 134 manat pulun tutularaq Cavabdeh xeyrimə ödənilməsi barədə qətnamə çıxarasınız. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, şikayətin təmin edilməsini və X5 əməkdaşlarının müəyyən edilərək barələrində tədbir görülməsi üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 324.5. iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.421.2. tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.443.5. borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.445.1.icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1.əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1.dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467. məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. 600.1.alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
9. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. tləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini vaxtında yerinə yetirməmişdir və birinci instansiya məhkəməsi cavabdehin öhdəliyi xx.xx.2024-cü il tarixdən yarandığından, ödənişin gecikdirilməsi ilə bağlı cərimə ödənişləri xx.xx.2024-xx.xx.2024-cü il (avtomobilin iddiaçıya qaytarıılmasınadək) dövrü üçün hesablanmalı olduğu və cərimənin 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmənin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə qəbul edilmiş qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün qətnamədə göstərilən əsaslar və qanun tətbiqetmə mübahisələndirilməmiş, geri qaytarılmış qarşılıqlı iddianı apellyasiyanın tələbi kimi vermişdir.
11. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
12. Cavabdeh birinci instansiya məhkəməsində qarşılıqlı iddianın geri qaytarılması barədə olan qərardaddan şikayət verməmiş, artıq mümkün sayılmayan iddianı apellyasiya icraatı zamanı yenidən şikayətin tələbi formasında təqdim etmiş və yalnız tələbin əsasları üzrə dəlillər irəli sürmüşdür ki, bunlar baxış predmeti olmamışdır. Müqavilənin etibarlılıq meyarları üzrə isə qeyd edilməlidir ki, qarşı tərəfin cavabdehin aldadılmasına yönəlik müqavilənin imzalatdırılması iddia üzrə müqavilənin müzakirə predmeti olan müddəalarına aidiyyəti olmadığından müzakirə edilə bilməz.
13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-903/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.