Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3448/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-850/2021 saylı qətnaməsindən mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv etmə prosesində olan "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2014-cü və xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İsmayıllı şəhəri, H.Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksi ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Lakin kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada vaxtıvaxtında icra edə bilməməmiş və bununla da kredit müqaviləsinin şərtləri dəfələrlə pozulmuşdur. Bununla bağlı İpoteka qoyanlar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ipoteka predmetinin satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında icra olunmamış öhdəliklərinin icrasına yönəldilməsinə dair razılığın verilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İpoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksinin girovda qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notariat, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu İddiaçı MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç) manat borc öhdəliyinin icra edilməsi məqsədi ilə həmin məbləğin tam olaraq LPO "xxxx" ASC-nin hesablaşma hesabına köçürülməsi şərtilə etiraz etməməsi barədə hazırki iddia üzrə cavabdeh 12 saylı Notariat ofisinə xx.xx.2019-cu il tarixində **********750 saylı razılıq məktubu verilmişdir. Daha sonra İddiaçı MMC-nin maraqları pozulmuş, ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 məxsus olan İsmayıllı şəhəri, Əliyev prospeti 7 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2019-cu il arixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh5 satılmış və alqı-satqı müqaviləsi 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmişdir. İddiaçı MMC bu proseslərin heç birinə, hətta alqı-satqı müqaviləsinə belə tərəf olaraq cəlb edilməmiş, iradə ifadəsi təmin olunmamışdır. Müqavilə üzrə öhdəliklərin də lazımınca yerinə yetirilməməsi İddiaçı MMC-nin hüquqlarının pozulması ilə yanaşı, maddi zərər vurulmasına səbəb olmuşdur. Belə ki, "xxxx" ASC-nin 12 saylı Notariat ofisinə ünvanlamış olduğu xx.xx.2019cu il tarixində **********750 saylı razılıq məktubundan da görünür ki, ipoteka predmetini yalnız İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç) manat borc öhdəliyinin ödənilməsi məqsədi ilə məbləğin göstərilmiş bank hesabına köçürülməsi şərti ilə özgəninkiləşdirilməsinə razıdır. Bu şərtin açıq adın yazılmasına baxmayaraq alıcılar 500.000 (beş yüz min) manat ödədikdən sonra qanunsuz olaraq ipoteka predmetini 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc qalmaqla öz adlarına rəsmiləşdirmiş və bu günə qədər də öhdəliyinin geri qalan hissəsini icra etməmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh5 müqavilədən kənar aralarında bağlanmış centlmen sazişinə əsasən satıcılar Cavabdeh2 və Cavabdeh3 500000 (beş üz min) manat pul verməli olsalar da bunu nəinki həmin pulu ödəməmiş, əksinə müqavilə üzrə ödəməli olduğu 590333,34 manat kredit öhdəliyini də ödəmədən ipoteka predmetinə mülkiyyət sənədi əldə etməklə 1 ildən artıq müddətdə həmin kompleksdən istifadə etmiş, icarəyə vermiş, bu və ya digər qaydada külli miqdarla gəlirlər əldə etmişdir. İddiaçı MMC olaraq həmin alqı-satqı müqaviləsi İddiaçı MMC-nin maraqlarının pozulması və iradə ifadəsinə zidd olaraq bağlandığından etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-850/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ilə həmfikir olduğunu bildirmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən tənin ediləmli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-850/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)- 3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər 12 saylı Notariat Kontoruna, “”Navi Group” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1680/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3821/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1680/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır . İddia tələbinədən göründüyü ki, hazırda iddiaçı “əqdin etibarsız hesab edilməsini” məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinə yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmişdir və beləliklə, məhkəmələrin araşdırma predmeti olmuşdur. Odur ki, hazırkı iddianın qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Belə ki, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə görə, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil və iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Bu isə o deməkdir ki, yuxarıda qeyd edilən məhkəmə aktları ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “əqdin etibarsız hesab edilməsi” tələbinə dair irəli sürülmüş iddia məhkəmə tərəfindən həll edildikdə, iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla əqdin etibarlı olub-olmamasını müəyyən etmək də həmin yoxlamanın predmetinə daxildir. Qeyd olunmalıdır ki, əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-850/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3448/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3448/2022
08.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver