Məhkəmə qərarları › İş №2(103)-3454/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3454/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3454/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-3454/21 Məhkəmə iclasının protokolu 06 aprel 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər “yyyyyyyyyyyyyynə və Cavabdeh2 qarşı “beh məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-5592/2020 saylı qətnaməsindən cavabdeh “yyyyyyyyyyyyyy tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 09:40-da açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdeh “yyyyyyyyyyyyyynin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh iclasda iştirak etmir və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçı -xx.xx.1964-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçının nümayəndəsi və vəkili X4 – “Arbitrium” vəkil bürosunun vəkili Cavabdeh “yyyyyyyyyyyyyynin nümayəndəsi və vəkili X8–fərdi qaydad fəaliyyət göstərən vəkil Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Sədrlik edənin sualına cavab olaraq şəxslər bildirişə zərurət olmadığını, hüquq və vəzifələrinin onlara aydın olduğunu və bununla bağlı əlavə suallarının olmadığını bildirirlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən iclasın digər cavabdehin iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən vəsatətlərinin olub-olmadığını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinə əsasən işi məruzə edir, işin hallarını, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin apellyasiya şikayətinə münasibətini soruşur. Cavabdehin vəkili: Apellyasiya şikayətini müdafiə edirəm. İddiaçı: Apellyasiya şikayətini qəbul etmirəm. İddiaçının vəkili: Apellyasiya şikayətini qəbul etmirəm. Sədrlik edən Cavabdeh “yyyyyyyyyyyyyynin nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti ilə bağlı izahat verməsini təklif edir. X5 izahatı: Möhtərəm məhkəmə kollegiyası! Qətnamə əsassızdır. İşin bütün faktiki halları araşdırılmamış qətnamə qəbul etmişdir. İşə bizim iştirakımız olmadan baxılmışdır. Qeyd edim ki, “yyyyyyyyyyyyyy hüquqi şəxs deyildir, belə adda qeydiyyat yoxdur. Digər cavabdeh isə Kəngərli rayonunun Xıncab kəndində qeydiyyatdadır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edirəm. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Sədrlik edənin s/c: “yyyyyyyyyyyyyy adını X1 fərdi identifikasiya nömrəsi ilə qeydiyyata alınmışdır. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Sədrlik edən iddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti ilə bağlı izahat verməsini təklif edir. X2 izahatı: Möhtərəm məhkəmə kollegiyası! 2020-ci il mart ayının ilk 10 günlüyündə ev alqısatqı reklamında 20 mərtəbəli binanın 18- ci mərtəbəsində 75 kv.m ibarət olan mənzilin satıldığını görmüşlər. Bu reklam “yyyyyyyyyyyyyy tərəfindən yerləşdirilmişdi. Reklamda olan nömrə ilə əlaqə yaratmışlar, “yyyyyyyyyyyyyynin satıcıları Nağdəliyev Ramin və Cavabdeh2 onlara ofisin yerini izah etmişlər. Həmin ofis Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14-də yerləşir. Həmin şəxslərlə satılan evə baxmaq üçün görüşmüşlər. Reklamda gördükləri mənzil 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşirdi. Lakin mənzilə baxmaq istədikdə, onlara deyilmişdir ki, binada lift işləmir, fəqət 3- cü mərtəbədəki mənzil layihə baxımından onlar reklamda gördükləri mənzillə eyni proyektədir. 18-ci mərtəbəyə qalxmadan da baxmaqları mümkündür, çünki eyni proyektdədirlər və onlar, yəni o, yoldaşı, oğlu, qaynı 3-cü mərtəbədəki mənzilə baxmışlar və bəyənmişlər. Mənzilin ümumi sahəsi 74.5 kv.m, 1 kv.m 800 manata danışılmışdır. Beləliklə, mənzilin ümumi dəyəri 60000 manata başa gələcək idi. Onlara deyilmişdir ki, mənzilə baxan çoxdur, satıla bilər, buna görə də beh versinlər ki, mənzil onlarındır. Lakin onların üzərlərində böyük vəsait olmadığındn evə getməli olmuşlar, “yyyyyyyyyyyyyynin satıcıları Nağdəliyev Ramin və Cavabdeh2 da onlarla birlikdə onlara məxsus evə getmişlər. Onlar öz evlərində Cavabdeh2 və Nağdəliyev Raminə ilkin olaraq 2000 manat və 600 manat zəhmət haqqı vermişlər. Bildirilmişdir ki, martın sonu alqı-satqı olunacaq. Sonra martın sonu yenə gəlib onlara demişlər ki, Covid-19 əlaqədar alqı-satqını gecikdirdilər, behi artıraraq bu səfərdə onlardan 10000 manat beh almışlar. Bir müddət də keçmişdir. Aprel ayında onlar yenidən onlardan 5000 manat almışlar və beh müqaviləsi vermişlər ki, ümumi evin dəyərindən 17000 manat ödənilmişdir. Bu müqaviləni onlara 14 aprel 2020-ci ildə vermişlər. Bu dəfə aralarında alqı-satqı 14 may 2020-ci ildən gec olmamalı idi. Lakin zaman keçdikdə onlardan səs-səda gəlməmişdir, onlar zəng etdikdə onlara müxtəlif bəhanələr gətirilmişdir. Sonunda onların ofisinə getmişlər, “yyyyyyyyyyyyyynin direktoru olan Oqtay Zərbalıyevlə görüşmüşlər və məlum olmuşdur ki, bu şirkət onları ən əvvəlindən aldadır və dolandırır. Belə bir ev yoxdur, bunlar mansardı satırlar. Orada onlar bütün iradlarını bildirmişlər, “yyyyyyyyyyyyyy isə onlardan pullarını qaytarmaq üçün zaman istəmişdir. Lakin onlar nə 17000 manat behi, nə də 600 manat zəhmət haqqına alınan vəsaitdən heç bir şey qaytarmamışlar. Tərəflər 14.03.2020-ci ildə beh müqaviləsi bağlayıblar. Cavabdehlər iddiaçıdan ilkin 2000 manat beh almışlar, 600 manat zəhmət haqqı və həmin məbləğə əsasən, beh haqqında razılaşma adında sənəd vermişlər (cavabdehlər martın sonu alqı-satqıya təminat vermişlər), lakin martın sonu alqı-satqı (Covid-19 bəhanəsi ilə) etməmişlər, 10000 manat daha beh almışlar, yenə öhdəliyi icra etməyib alqı-satqını ləngitmişlər. Aprel ayında onlar yenidən onlardan 5000 manat almışlar və beh müqaviləsini vermişlər ki, ümumi evin dəyərindən 17000 manat ödənilib. Bu müqaviləni onlara 14 aprel 2020-ci ildə vermişlər. Bu dəfə aralarında alqı-satqı 14 may 2020-ci ildən gec olmamalı idi. Cavabdehlər mövcüd olmayan mənzili göstərmişlər, sonra pandemiya bəhanəsi gətirərək ilkin beh aldıqları 2000 manatı 17000 manatadək çatdırmışlar. Sonunda isə belə bir mənzil satışda yoxdur, mansard təklifi ilə iddiaçını özündən çıxartmağa çalışıblar. Daha sonra cavabdehlər zaman istəyib pulu qaytaracaqlarını desələr də, heç bir öhdəlik icra edilməmişdir. Belə olan halda qanunda da göstərildiyi kimi, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Sədrlik edən İddiaçı apellyasiya şikayəti ilə bağlı izahat verməsini təklif edir. İddiaçı izahatı: Möhtərəm məhkəmə kollegiyası! Vəkilim izahatına əlavəm yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: İş üzrə yaranmış zərurətlə əlaqədar “ZaminƏmlak” Daşınmaz Əmlak Agentliyi adlı hüquqi şəxsin vergi orqanında qeydiyyatdan keçib-keçməməsi, (qeydiyyatdan keçmişdirsə, onun rəhbəri (təmsilçisi), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi qeyd edilməklə) həmçinin hazırda fəaliyyət göstərib-göstərməməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə soğru edilsin. Məhkəmə iclası 11 may 2021-ci il tarixə, saat 09:20-yə təxirə salınsın. Məhkəmə iclası saat 09:53-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 06 aprel 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova İş № 2(103)-3454/21 Məhkəmə iclasının protokolu 25 may 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər “yyyyyyyyyyyyyynə və Cavabdeh2 qarşı “beh məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-5592/2020 saylı qətnaməsindən cavabdeh “yyyyyyyyyyyyyy tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 12:20-də açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdeh “yyyyyyyyyyyyyynin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh iclasda iştirak etmir və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən iclasın digər cavabdehin iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən iş üzrə məhkəməyə iddiaçının mülki işin məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsinin daxil olduğunu bildirir, ərizənin məzmununu elan edir. İddiaçının nümayəndəsi: Möhtərəm hakimlər! Biz hazırda mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişik, məhkəmədən şikayətinin mümkünlüyünün yoxlanılması üçün işin məhkəmə baxışından çıxarılaraq Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm. İddiaçı: Ərizənin təmin edilməsini xahiş edirəm. Cavabdehin vəkili: Ərizə işin uzadılması üçün verilmişdir. Ərizənin təmin edilməməsini xahiş edirəm. Sədrlik edən məhkəmə tərkibinin müşavirə otağına getdiyini elan edir. Məhkəmə kollegiyası müşavirə otağına gedir. Məhkəmə kollegiyası müşavirə otağından qayıdır və sədrlik edən mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildiyini elan edir. Məhkəmə iclası saat 12:24-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 25 may 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar