Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3456/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 40 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququnun tanınması” barədə ilkin iddia tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” barədə tələbi, Cavabdeh İddiaçı və X4 qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və payların müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən X6 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 qalmış - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "mərhum atası X2 qalmış mirasa - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların müəyyən edilməsinə və payların müvafiq olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ilkin iddia tələbinin, müstəqil tələb irəli sürən X3 Cavabdeh qarşı "mərhum atası X2 qalmış - Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70 saylı fərdi yaşayış evinə dair miras payların vərəsələr arasında bərabər şəkildə müəyyən edilməsinə və paylara müvafiq vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbinin, Cavabdeh İddiaçı və X4 qarşı "ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 ləyaqətsiz vərəsə kimi tanınması və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin olunmasına, Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ilkin iddia tələbi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Sonradan icraat zamanı Xətai Rayon Məhkəməsindən xx.xx.2023-cü il tarixində sorğu daxil olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-396/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin daxil olması ilə əlaqədar mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və 40 saylı Notariat Ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məcəllənin 402.2.5-ci maddəsinə əsasən, Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadından kassasiya şikayəti verilə bilər. Kollegiya hesab edir ki, iş üzrə digər şəxsin şikayətinin məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3456/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3456/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3456/2023
05.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver