Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3458/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı ("xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: əmlakın geri qaytarılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılılı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsivəkili X1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili Vəkil1, üçüncü şəxs "xxxx" MMC -nin nümayəndəsi X3 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılılı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «texnikanın istismarının qadağan edilməsi və texnikanın işlək vəziyyətdə geri qaytarılması», ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılılı iddia üzrə cavabdeh) İddiaçı qarşı ("xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılılı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 0403 saylı xx.xx.2018-ci il tarixli "xxxx" müqavilədən görünür ki, MMC İddiaçı pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəklində pul verməyi, İddiaçı isə 16 hektar sahədə pambıq əkilməsini, torpaq şümlanmasından pambıq yığımınadək bütün aqro-texniki tədbirləri optimal müddətlərdə keyfiyyətlə aparmağı, hər hektardan minimum 25 setner pambıq istehsal etməyi "xxxx" MMC-dən aldığı avansı və hər hasnı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2019-cu il tarixədək ödəməyi və s. öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə 12 mart 2019-cu il tarixli, 57-GS/19 saylı müqavilədən görünür ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, satıcı "xxxx" ASC idxal olunmuş kənd təsərrüfatı texnikalarını yerli istehsal olduqda alış, idxal texnika olduqda isə gömrük dəyərinə 40 faiz həcmində güzəşt tətbiq etməklə alıcı İddiaçı satmağı, alıcı isə həmin güzəşt tətbiq edildikdən sonra texnikanın qalıq dəyərini əvvəlcədən ödəməyi və onu qəbul etməyi üzərinə götürmüşdür. Texnikaların adları: traktor pambıqçılıq Belarus – 80x, qalıq dəyəri – 23207,89 manat; kultivator 4 cərgəli – gübrəsəpənlə AzerCansa; qalıq dəyəri – 7121,60 manat; çiyidsəpən –dərmanlayan – Can-T.S.P.D4P.Ü.L, qalıq dəyəri – 8209,60 manat. Müqaviləyə əsasən texnikanın güzəşt tətbiq edildikdən sonra 38539,09 məbləğində qalıq dəyərinin satıcının hesabına tam ödənilməsini alıcı öz üzərinə götürmüşdür.
3. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 mart 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC borcalan İddiaçı "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyəti öhdəsinə götürmüşdür.
4. AZ 017428 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Belarus 80X markalı, ******* ban nömrəli traktor İddiaçı mülkiyyətindədir.
5. AQ 011945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Azercansa 4 cərgəli markalı, zavod nömrəsi 1917 olan kultivator İddiaçı mülkiyyətindədir.
6. AQ 011951 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cansa CAN-T.S.P.D markalı, zavod nömrəsi 969 olan çiyidsəpən İddiaçı mülkiyyətindədir.
7. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı ona məxsus 2018ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivatoru (zavod nömrəsi 1917 olan) saz vəziyyətdə Cavabdeh təhvil verməyi, Cavabdeh texnikalara dair "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, K3086 nömrəli müqavilə üzrə yaranmış öhdəlikləri icra etməyi öz üzərinə götürməyi barədə razılığa gəlmişlər.
8. “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu 8 il 3 ay 3 gün müddətinə X4 etibar etmişdir.
9. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin AZ91PAHA40070AZNHC********** saylı bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyindən görünür ki, mülki işin materiallarında olan mühasibat sənədlərinə əsasən 2019-cu təsərrüfat ilində xam pambığın istehsalı və alışı üçün İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" MMC tərəfindən İddiaçı 18.278 manat məbləğində nağd pul avansı verilmişdir. Təqdim olunan mühasibat sənədlərinə əsasən İddiaçı tərəfindən 2019-cu il təsərrüfat ilində "xxxx" MMC-yə 1818+ kq çəkidə, 11785,16 manat dəyərində xam pambıq satılmışdır. Cavabdeh ilə İddiaçı arasında olan texnikaların alqı-satqısına dair yazılı razılaşması əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləği Cavabdeh şəxsi hesabına keçirilmişdir. Belə olan halda, İddiaçı "xxxx" MMC-yə olan 18278 manat borcu 15000 manat azaldığından onun cəmi 3278 manat məbləğində borcu olduğu müəyyən edilir. Qeyd edildiyi kimi, İddiaçı 2019-cu təsərrüfat ilində "xxxx" MMC-yə cəmi 11785,16 manat dəyərində 18189 kq çəkidə xam pambıq satmışdır. İddiaçı satdığı pambığın 11785,16 manat pulundan 3278 manatı onun müəssisəyə olan qalıq avans borcuna, 420 manatı kombaynla onun əkin sahəsindən xm pambığın maşınla yığılması xərcinə tutulmuşdur. Yəni:11785,16-3278-450=8087,16 manat. Həmin 8087,16 manat məbləğində nağd pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMCnin kassasından nağd pul şəklində alındığı müəyyən edilir. Təqdim edilən mühasibat sənədlərində Cavabdeh "xxxx" MMC-də olan şəxsi hesabından İddiaçı şəxsi hesabına pul köçürüldüyü müəyyən edilmir. Belə ki, qeyd edildiyi kimi Cavabdeh İddiaçı "xxxx" MMC-də olan şəxsi hesabında yaranmış 18278 manat avans borcundan 15000 manatını ondan aldığı texnikaların müqabilində öz şəxsi hesabına köçürməklə İddiaçı “Cəmiyyət”ə olan borcunu bu məbləğdə azaltdığı müəyyən edilir
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" ASC-ni cəlb edtməklə) məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) Cavabdeh tərəfindən istismarına qadağan edilməsi və cavabdehdən alınaraq saz və işlək vəziyyətdə ona təhvil verilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə "xxxx" ASC-nin “AzərGəncə” filialından 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivator (zavod nömrəsi 1917 olan) götürmüşdür. Qeyd olunan texnikalar lizinq müqaviləsinə əsasən onun mülkiyyətindədir. 2019-cu il tarixdə ürəyindən cərahiyyə əməliyyatı olunmağı səbəbindən səhhətində ciddi problem yaşadı. xx.xx.2019-cu il tarixdə lizinq müqaviləsinə əsasən mülkiyyətində olan texnikaları aktla cavabdeh Saatlı rayonu Qırağlı kəns sakini Cavabdeh təhvil verdi. Həmin akta əsasən cavabdeh iddia ərizəsində qeyd olunan texnikaları İddiaçı saz və işlək vəziyyətdə təhvil almış, lizinq müqaviləsinə əsasən kredit üzrə öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. Belə ki, cavabdeh Saatlı rayonu Qırağlı kəndində fəaliyyət göstərən "xxxx" ASC-də “Saatlı Pambıq” zavodunun müdiri vəzifəsində işləyir. Texnikanın idarə olunması üçün xx.xx.2019-cu il tarixdə zavodun fəhləsi işləyən X2 adına etibarnamə vermişdir. Həmin etibarnaməni xx.xx.2021-ci il tarixdə notarial qaydada ləğv etdirmişdir. Lizinq müqaviləsi əsasında onun mülkiyyətində olan texnikaları cavabdehdən geri almaq üçün ona müraciət etmişdir. Lakin cavabdeh ondan müvəqqəti istifadə aldığı üçün texnikalarını geri qaytarmaqdan qətiyyətlə imtina etmişdir. Həmin texnikalar hal-hazırda cavabdehin qanunsuz olaraq girovluğunda saxlanılır.
13. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı lizinq müqaviləsi üzrə ödənilmiş 8883 manat və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 8883 manat pulun və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 1194 manat pul alınaraq Cavabdeh ödənilməsi, texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı veilməsi və qarşılıqlı iddia tələblərinin eyni zamanda icra edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh texnikanı geri qaytarmaq şərti ilə deyil, xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən zavod qarşısında yaranmış öhdəliyinin və iddia ərizəsində göstərdiyi kimi lizinq müqaviləsi əsasında bank qarşısında olan öhdəliyinin əvəzləşdirilməsi şərti ilə birdəfəlik təhvil vermişdir. xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsinə görə İddiaçı pambıq zavodundan aldığı avansı və hər hansı formada ona göstərilən xidmətlərin dəyərini istehsal etdiyi pambıqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin öz öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən zavoda 15000 manat borcu yaranmışdır. Bu səbəbdən də həmin borcun qarşılığında texnikaları Cavabdeh verməyə razılaşmışdır. Cavabdeh da xx.xx.2019-cu il tarixdə İddiaçı zavoda olan 15000 manat borcunu tam şəkildə öz hesabına ödəmişdir. Bundan başqa "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan sonra aralarında olan razılığa əsasən Cavabdeh A.Həsənovun əvəzinə xx.xx.2019-cu il tarixdən 2021-ci ilin iyul ayınadək, ümumilikdə 8883 manat pul ödəmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh istifadəsinə verilmiş, 2018-ci il buraxılışlı, 1 ədəd Belarus 80x markalı, **-BA-*** dövlət nömrə nişanlı (mühərrik nömrəsi 020155 olan) traktor, 2018-ci il buraxılışlı 1 ədəd çiyidsəpən CAN T.S.P.D-4 P.Ü.L (zavod nömrəsi 969), 2018-ci il buraxılışlı 1 ədəd 4 cərgəli kultivatorun (zavod nömrəsi 1917 olan) Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı təhvil verilməsi; qarşılıqlı iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə ödənilmiş 15000 manat, ümumilikdə 21883 manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi; texnikaların saz və işlək vəziyyətdə Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbinin eyni anda icra olunması qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsində İddiaçı ilə "xxxx" ASC arasında lizinq müqaviləsi bağlandığı qeyd edilsə də, mülki işin materialları ilə ilkin iddia üzrə iddiaçı ilə bank arasında lizinq deyil, kredit müqaviləsinin bağlandığı, mübahisə predmeti olan texnika vasitələrinin isə kredit öhdəliklərinin icrası məqsədilə girov qoyulduğu təsbit edilmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh və mexanizator X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış akt texnikaların saz vəziyyətdə cavabdehə təhvil verildiyini, cavabdehin isə kredit müqaviləsi üzrə iddiaçının kredit öhdəliklərini yerinə yetirməsini öhdəsinə götürdüyünü təsbit edir. Məhkəmə araşdırması zamanı iddiaçı xəstəliyi ilə əlaqədar olaraq texnika vasitələrini müvəqqəti olaraq cavabdehin istifadəsinə verdiyini, cavabdeh isə qarşılıqlı iddia ərizəsində bunun müvəqqəti deyil, ödəliklərin qarşılıqlı əvəzləşdirilməsi qaydasında və daimi xarakter daşıdığını, məhz bu niyyətlə “Akt”ın imzalandığını bildirmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən "xxxx" MMC-yə yaranmış borcundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 15.000 manat silinməsi faktı 08 iyul 2022ci il tarixli, 9/4421 №-li ekspert rəyi ilə öz təsdiqini tapır. 27 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında İddiaçı hər ay "xxxx" ASC-yə ödəməli olduğu 423 manat məbləği 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayınadək (19 ay) ödənildiyi məhkəməyə təqdim edilmiş çeklərlə təsbit olunur. Həmin çeklərin böyük əksəriyyətinin kim tərəfindən ödənildiyi çeklərdən aydın görünməsə də (million aparatları vasitəsilə ödənildiyi üçün), çeklərin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili tərəfindən məhkəməyə təqdim edilməsi, iddiaçının bu faktı mübahisələndirməməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, ödənişlər həqiqətən, Cavabdeh tərəfindən həyata keçirilmişdir.
18. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Xam pambığın istehsalı və tədarükü” müqaviləsinə əsasən "xxxx" MMC-yə yaranmış borcundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 15.000 manat silinməsi faktı 08 iyul 2022-ci il tarixli, 9/4421 №-li ekspert rəyi ilə öz təsdiqini tapır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6, 157.2, 287.1, 284.2, 425.1, 448.1, 431.1, 431.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisə üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi mülkiyyət hüququnun təsbit olunması və qorunmasına dair normaların və tərəflərin bağlamış olduğu 27 mart 2019-cu il tarixli, K3086 saylı kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli "Xam pambığın istehsalı və tədarükü" müqaviləsi və Lizinq müqaviləsinin şərtlərinin pozuntusuna yol verməsində ifadə olununr. Belə ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan texnikalar mülkiyyətdə olan əmlakdır və heç bir müqavilə üzrə ödəniş təminatı olaraq da girov qoyulmamışdır. Cavabdehin qeyd etdiyinin əksinə olaraq onun mübahisə predmeti olan texnikaları hər hansı bir borcun qarşılığında Cavabdeh verməyə dair razılaşması olmamış və bununla bağlı işdə heç bir sübut da mövcud deyildir. Qeyd olunmuş əsasa uyğun olaraq hesab edir ki, məhkəmə mübahisə üzrə yekun nəticəyə gələrkən pozuntuya yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, həmin texnikanı "xxxx"dən götürmüşdür. Sadəcə olaraq o, həmin texnikanı 6 ay işlətdikdən sonra açıq ürək əməliyyatı olunmuş və ürək əməliyyatı keçirdikdən sonra yenidən əməliyyata girmiş, daha texnikadan istifadə edə bilməmişdir. Texnikanı bir kənd sakini kimi Cavabdeh verib, bununla bağlı akt tərtib olunub ki, müvəqqəti olaraq onu işlətsin. Onun nəvəsi 44 günlük müharibədə iştirak edibdir, müharibədən qayıtdıqdan sonra texnikanı ona verməsini, texnikanı işlədəyəciyini deyib. Bundan sonra o, texnikanı Yaşardan istəyib və bildirib ki, texnikanı nəvəsi işlətsin, zavod üçün işləsin və əmək haqqı alsın. Bu vaxt Cavabdeh ona qarşı nəlayiq ifadələr işlədib. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, texnika birbaşa olaraq Cavabdeh verilmişdir, Cavabdeh direktoru olduğu şirkətə verilməmişdir. Hal-hazırda texnika onun mülkiyyətindədir, Hüseynova Yaşar verilmiş etibarnamə də ləğv olunmuşdur, buna baxmayaraq texnika Cavabdeh tərəfindən hələ də istifadə olunur. Texnika ilə bağlı ödənişlər edilibdir. 2021-ci il may ayından sonra Cavabdeh direktoru olduğu zavod tərəfindən ödənişlər edilibdir. Həmin zavod ona zamin durmuşdur. Burada söhbət 8883 manatdan gedir, həmin pul zamin olan zavod tərəfindən ödənilmişdir. O, həmin zavodla pampıqla bağlı müqavilə bağlamış, zavod təsərrüfatda işləmək üçün qabaqcadan onlara pul verirlər, əvəzində isə o, torpaq sahəsinin sənədlərini zavoda girov qoyub. Həmin müqaviləyə əsasən onun zavoda borcu qaldığı halda zavod həmin torpaq sahəsini əldə etməli idi. Bunun texnikaya heç bir aidiyyəti yoxdur. Texnikanı götürdükdən sonra Akt tərtib olunana qədər ödənişləri o, həyata keçirmişdir. Texnika cavabdehə verildikdən sonra aktda qeyd edilənlərə əsasən texnikanın istismar olunmasına görə ödənişləri cavabdeh həyata keçirməli idi. Akta qədər edilmiş ödənişlər cavabdeh tərəfdən tələb edilməyibdir.Texnika müvəqqəti verildiyi üçün ödənişləri ondan tələb etməyib. Texnika Cavabdeh verilmişdir. O, texnikanı müvəqqəti olaraq ona vermişdi. Razılaşmaya görə Cavabdeh pulu ödəməli idi. Təqribən 8 min manat olan pul Cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh onun texnikasından istifadə edərək pul qazandığı üçün bankın ödənişlərini həyata keçirirdi. Cavabdeh akt üzrə bankın ödənişlərini öz üzərinə götürmüşdü. O, həmin texnikanı 6 ay işlətmiş, 6 ay ərzində 5 min manat pul götürmüşdür. Cavabdeh texnikanı istifadə etdiyi müddətdə həm kredit üzrə bankın ödənişlərini həyata keçirməli, həm də onun zavoda olan borcunu bağlamalı idi. Texnikanın 73 min manat nağd qiyməti vardır. Texnika bir dəqiqə belə olsa dayanmır. O, texnikanı alan zaman ilkin olaraq 12 min manat nağd ödəniş həyata keçirib. Daha sonra sığortaya ödəniş edildi. Təqribi texnikanın 20 faizi miqdarında ödəniş olundu. O, Cavabdeh 15 min manat pul almayıb. 13.840 manat torpağını girov qoyaraq pambıq əkmək üçün pul götürmüşdür. Texnika sağlamlığı bərpa olunana qədər Cavabdeh istifadəsinə verilmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X5 bildirmişdir ki, İddiaçı texnikanı daimi olaraq Cavabdeh verməyibdir, texnika İddiaçı səhətində olan problemlərlə əlaqədar olaraq müvəqqəti olaraq Cavabdeh verilmişdir. İddiaçı texnikanı müvəqqəti olaraq Cavabdeh verdiyi üçün texnika üçün edilmiş ödənişləri ondan tələb edə bilməzdi, belə bir hüququ yox idi. Tərəflər arasında tərtib olunmuş akt üzrə texnika cavabdehə təhvil verildikdən sonra lizinq müqaviləsi üzrə qalan ödənişləri cavabdeh ödəməli idi. Ödənişləri cavabdeh həyata keçirirdi. Akt üzrə ödənişləri cavabdeh ödəməsinə baxmayaraq daha sonra həmin ödənişləri geri tələb etdi. Cavabdeh tərəf texnikadan qazanc əldə etdiyi üçün kredit ödənişlərini də öz üzərinə götürmüşdür. Məhkəmə qətnaməsində həmin pulun ödənilməsi müəyyən olunur, lakin məhkəmə qətnaməsində aktda olan razılaşma nəzərə alınmayıbdır. Cavabdeh akt üzrə lizinq müqaviləsi üzrə ödənişləri həyata keçirməsinə dair öhdəlik götürməsinə baxmayaraq iddia qaldıraraq həmin pulun ödənilməsin tələb edir və məhkəmə iddianı həmin hissədə təmin edir. İş üzrə iki borc vardır, 8883 manat və 15.000 manat borc. Cavabdeh öhdəliyi olmayan bir şəxs kimi borcu ödəməsi hesab edirik ki, qanunsuzdur. Əgər tərəf öz üzərinə düşən öhdəliyi icra etməyibsə qanunvericiliklə həmin borcu ödəməli olan tərəf vardır. İş üzrə zavod zamin olduğu halda həmin pulu ödəmir, zavod direktoru deyir k, mən həmin pulu şəxsi vəsaitim hesabına ödəyəcəm və sabah pulu tələb edəcəm. İşin maraqlı tərəfi odur ki, burada zavodun zamin kimi həmin pulu ödəməsinə heç nə maneə olmur. Tərəf bildirir ki, Cavabdeh həmin pulu özü şəxsi vəsaiti hesabına ödəyir ki, zavodun bankla münasibətləri pozulmasın, lakin münasibətlırin pozulmasından burada söhbət getmir. Bank maraqlıdır ki, onun pulu ödənilsin, banka borcun kim tərəfindən ödənilməsi maraqlı deyildir. Zamin qaldığı halda Cavabdeh həmin pulu ödəməsi mümkün deyildir. Əgər şəxs pulu ödəmirsə zamin həmin pulu ödəyə bilərdi, daha sonra reqress qaydasında həmin pulu tələb edə bilərdi, məhkəməyə müraciət edə bilərdi. Qanunda nəzərdə tutulan hallar kənarda qalıb, kimsə razılaşma ilə pulu ödəyir. Bundan başqa qarşı tərəfin texnikanın satılması ilə bağlı fikirləri əsassız, çünki həmin texnikanın satılması mümkün deyildi, hətta elə bir fikirdə olsa idi belə sata bilməzdi. Doğrudanda həmin texnika Cavabdeh daimi olaraq verilibsə, qətnamədə texnikanın verilməsi, qaytarılması halı nəzərdə tutulmasına baxmayaraq Cavabdeh qətnamənin həmin hissələrini hissələrini mübahisələndirmir. Cavabdeh qətnaməni mübahisələmndirmi ki, o texnika daimi olaraq ona verilibsə nəyə görə geri qaytarmalıdır. Həmin hissədə Cavabdeh münasibətdə qətnamə qanuni qüvvəsini almışdır. Burada 3 mübahisə predmeti vardır. Birinci texnika, ikinci texnikaya görə kredit müqaviləsi üzrə edilmiş ümumi 8883 manat olan ödəniş və pambığın tədarükünə görə edilmiş 15 min manat məbləğində olan pul. Tərəflərin bir-birinə olan tələbləri bundan ibarətdir və tələblər həmin hissədə təmin olunubdur. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, lizinq müqaviləsi ilə istifadəsində olan və eyni zamanda yüklü olan texnikanı səhhətində olan problemlə əlaqədar olaraq ödəmək imkanı olmamışdır. Ona görə də texnikanı müvəqqəti olaraq Cavabdeh istifadəsinə vermişdir. Bununla bağlı olaraq tərəflər arasında akt tərtib olunubdur. Tərəflər arasında imzalanmış aktda texnikanın daimi olaraq yox, müvəqqəti olaraq verilməsinə dair kifayət qədər dəlillər mövcuddur. Adıçəkilən həmin texnika lizinq müqaviləsinin predmetidir və həmin əmlak təmsil etdiyi şəxsin mülkiyyətində olmayan əmlakdır, yüklü olan əmlakdır. Hal-hazırda həmin əmlak yüklüdür. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, texnika cavabdehin istifadəsinə verildikdən sonra qalan ödənişləri cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh zavodun direktoru idi. Texnikanın cavabdehin müvəqqəti istifadəsinə verilməsi ilə bağlı bildirmişdir ki, İddiaçı səhhəti ilə əlaqədar texnikanı istifadə edə bilmədiyi üçün tanıdığı şəxs olaraq məcburiyyət qarşısında qalaraq Cavabdeh vermişdir. İddiaçı texnikanı cavabdehin daimi istifadəsinə vermiş olsa idi, həm iddia ərizəsində, həm də akt üzrə əvvəl edilmiş ödənişləri tələb edərdi, lakin tələb etmir. Onda belə çıxır ki, həmin pul batmalıdır? Təqribi 15 min manat olan borc pambığın tədarükü ilə əlaqədar olaraq zavodla İddiaçı arasında bağlanmış müqavilə əsasında yaranmış borcdur. Həmin borcun ödənilməsinin cavabdehə aidiyyəti yoxdur. 8 min manat pul zavod tərəfindən zamin olduğu üçün ödənilmişdir. Aktın son hissəsində yazılmışdır ki, texnika Cavabdeh istifadəsinə verilsin və texnika onun istifadəsində olduğu müddətcə bank üzrə ödənişlər onun tərəfindən həyata keçirilsin. 15 min manatın texnika ilə əlaqəsi yox idi. Həmin müqaviləyə görə İddiaçı torpaq sahəsini əkməli idi. Lakin İddiaçı bunu etmir, məhsulu vermir, buna görə də həmin borc üzrə torpaq girovda olduğu üçün borc torpağa yönəlməli idi, buna baxmayaraq Cavabdeh 15 min manat ödənişi həyata keçiribdir. Bəs burada Cavabdeh nə marağı vardır, hansı razılaşma vardır? Onların arasında bununla bağlı heç bir razılaşma yoxdur. Əgər əmlak İddiaçı mülkiyyətindədirsə, bəs nəyə görə həmin texnikanı etibarnamə əsasında Cavabdeh verirdi? Belə olduğu halda nəyə görə alğı-satqı etmirdi? İddiaçı Cavabdeh baş etibarnamə vermir, yalnız texnikanı sürmək hüququ ilə bağlı etibarnamə verir. İddiaçı texnikanı Cavabdeh daimi vermək niyyəti var idisə, etibarnaməni baş etibarnamə olaraq verərdi. Amma sadəcə sürmək hüququnu verir. Bu hal texnikanın Cavabdeh müvəqqəti istifadə üçün verilməsi faktını təsdiq edir. Tərəflər arasında texnikanın verilməsi ilə bağlı razılaşma akt üzrə tənzimlənir. Həmin akt tərəflər arasında qeyri-rəsmi olaraq tərtib olunur. Akt üzrə İddiaçı texnikanı Cavabdeh verir, əvəzində qarşı tərəf texnikanı istifadə edəcəyi üçün həmin texnika ilə kredit müqaviləsi üzrə ödənişləri öz üzərinə götürür. Cavabdeh 8883 manat ödənişi ödəməyi öz üzərinə götürür. 8883 manat icarə haqqı deyildir, həmin ödəniş kredit müqaviləsi üzrə olan ödənişdir. Razılaşmaya əsasən Cavabdeh texnikanı qəbur edir, istifadə edir, əvəzində isə istifadə müddəti ərzində kredit üzrə aylıq ödənişləri həyata keçirir. 15 min manata münasibətdə isə məsələ fərqlidir. 15 min manat pambığın tədarükü ilə bağlı müqavilə üzrə olan öhdəlikdir. Təmsil etdiyi şəxs bununla bağlı üzərinə öhdəlik götürüb, lakin səhhəti ilə əlaqədər icra edə bilmirsə onun pambığın tədarükü ilə bağlı 15 min manat borcu yaranır. Həmin borcun ödənilməsi ilə bağlı İddiaçılə zavod arasında zaminlik müqaviləsi vardır. Zaminlik müqaviləsi iş materiallarında mövcud deyildir, lakin tərəflərin ifadələrindən zaminlik müqaviləsinin mövcud olması bilinir. Ümumi 14 ha torpaq sahəsi həmin öhdəlik müqabilində zavoda girov qoyulmuşdur. Deyək ki, şəxsin pambığın tədarükü ilə bağlı borcu vardır, əgər borcu varsa torpaq həmin tələbin ödənilməsinin qarantıdır. Zaminlik və girov müqaviləsi rəsmi olaraq bağlanmalı idi, lakin rəsmi şəkildə olmayıbdır. Zavod zamin olaraq üzərinə öhdəlik götürmüşdür. Hesab edir ki, pambığın tədarükü ilə bağlı qeyri-rəsmi də olsa tərəflər arasında razılaşma olubdur. Razılaşmaya əsasən şəxs 14 ha torpaq sahəsini girov qoyur. Bu tərəflər arasında qeyri-rəsmi razılaşma olubdur. Pambığın tədarükü ilə bağlı borc yaranıbsa, belə olan halda borc torpaq sahəsi ilə yönəlməli idi. Zamin qaldığı halda Cavabdeh həmin öhdəliyi öz üzərinə götürməsini qanuni hesab etmirlər. Cavabdeh ödənişləri fiziki şəxs olaraq ödəyir. O, həmin pulu zavodun direktoru olaraq tələb etmir. Hesab edir ki, əgər həmin pul ödənilməsə idi, Cavabdeh həmin pulu tələb edə bilməzdi. Etibarnamə ləğv olunubdur. Texnikanın daimi və ya müvəqqəti istifadəyə verilib-verilməməsindən asılı olmayaraq əgər texnika cavabdehin istifadəsindədirsə, həmin müddətə 8883 manat pulun ödənilməsi bu işdə həmin pulun geri tələb edilməsi hüququnu yaratmır. Çünki texnika Cavabdeh istifadəsində olmuş, bu fakt sübut edir ki, texnika Cavabdeh istifadəsindədirsə və qazanc əldə edirsə həmin müddətə kredit üzrə ödənişləri ödəməlidir. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 qeyd etmişdir ki, İddiaçı texnikanın pulunu ödəyə bilmədiyi üçün zavodun direktoruna deyir ki, “mən bu texnikanı qaytarmaq istəyirəm, pulunu ödəyə bilmirəm”. Zavodun da çoxlu fermerlərlə müqaviləsi vardır, bir çox texnikaların alınması üçün zavod zamin dayanır. Cavabdeh həmin texnikaya ehtiyacı yox idi. Cavabdeh zavodun direktoru kimi bankla əlaqə saxlayır ki, İddiaçı həmin krediti ödəyə bilmir, həmin texnikanı necə qaytara bilər? Paşa Bank isə bildirir ki, bu problemli məsələdir. Belə olan halda Cavabdeh məcbur olduğu üçün fiziki şəxs olaraq həmin pulu ödəyir. Eyni zamanda İddiaçı pambıq tədarükündən zavoda 15 min manat borcu var idi ki, İddiaçı deyir ki, texnikanı qaytardığı üçün həmin borcu da bağlasın. Ona görə də akt tərtib olunduqdan bir gün sonra Cavabdeh öz şəxsi vəsaiti hesabına Adilin zavoda olan borcunu bağlayır. Texnika Cavabdeh daimi istifadəsinə verilmişdir ki, həm İddiaçı 15 min manatı ödənilsin, həm texnikanın banka olan müqavilə üzrə ödənişləri ödənilsin. Tərəf sual verir ki, Cavabdehı nə vadar edirdi ki, həmin ödənişləri həyata keçirsin. Bəs sual olunur, İddiaçı nə vadar edirdi ki, həmin texnikanı Cavabdeh versin, hər hansı üçüncü şəxsə də verə bilərdi. Əlavə olaraq bildirir ki, Yaşar heç texnikanı istifadə etməmişdir. Cavabdeh çoxlu sayda texnikaları vardır. Bundan əlavə iradəvi hərəkət olaraq hər hansı iddiası və tələbi olmayıbdır. Əlavə olaraq 15 min manatla bağlı bildirir ki, sentyabr ayının 13 –də akt tərtib olunur, sentyabr ayının 14-də isə borc bağlanır. Texnikanın daimi istifadəyə verilməsini təsdiq edən hallardan biri 15 min manatın ödənilməsi idi. Bundan başqa etibarnamə qısa müddətə verilərdi, uzun müddətə verilməzdi. Qarşılıqlı iddia ilə bağlı bildirir ki, akt üzrə 8883 manatın Cavabdeh tərəfindən ödənilməsi işin mübahisələndirilməyən halıdır. 15 min manatın da ödənilməsinə dair iş üzrə mühasibatlıq ekspertizasının rəyi mövcuddur. Həmin rəydən görünür ki, İddiaçı 15 min manat borcu Cavabdeh tərəfindən əvəzləşdirilmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 6 aylıq ödəniş etmişdir. 21 ay müddətində, texnikanın verildiyi gündən may ayına qədər bütün ödənişlər zavodun direktorunun fiziki şəxs olaraq öz şəxsi vəsaitindən edilmiş ödənişlərdi. Bu hal həm apellyasiya şikayətində, həm də məhkəmə iclaslarında Cavabdeh tərəfindən təsdiq olunur. 8883 manat pul akt üzrə razılaşdıqlarına görə Cavabdeh tərəfindən ödənilmişdir. Daha sonra aralarında narazılıq olur. İddiaçı burada hüququndan sui-istifadə edir. Və o görür ki, pul zamin tərəfindən ödənilir, buna görə də texnikanı geri istəyir. Kredit öhdəliyi üzrə borcu birinci borclu ödəməlidir, lakin ödəyə bilmir və satmaq qərarına gəlir. İddiaçı özünün başqa texnikaları da vardır. İddiaçı Cavabdeh yaxınlaşaraq texnikanın pulunu ödəməyə maddi imkanı olmadığını, ona satmaq istədiyini bildirmişdir. Texnika bankın girovunda olduğu üçün akt üzrə təhvil verilir. İddiaçı texnika üzərində sərəncam vermək hüququ olmur və ona görə də məcbur qalaraq bu sövdələşməyə gedirlər. Zaminlik müqaviləsi orada yalnız bir fərdlə bağlanmayıbdır, 30-40a yaxın fermerlə bağlanmışdır. İddiaçı Cavabdeh yaxınlaşıb texnikanın pulunu ödəyə bilmədiyini deyərkən İddiaçı Paşa Bankla əlaqə saxlayaraq zaminlik müqaviləsini ləğv etmək istədiyini dedikdə onlar zaminlik müqaviləsinə xitam verilməsinin absurd oldugunu, çətin məsələ olduğunu bildiriblər. Zavodla "xxxx" arasında olan kredit münasibətlərinin pozulmaması, texnikanın başqa alıcısı olmadığı və havada qaldığı, onsuzda zavodun zamin olaraq o pulu ödəyəcəyi üçün direktor ona satmasını bildirmişdir. Bütün bunlar vadar etdi ki, Cavabdeh texnikanı götürsün. Daha sonra İddiaçı gördü ki, ödənişlər olunur, lap Cavabdeh ödənişləri etməsə belə zavod zamin olduğu üçün ödənişləri edəcəkdir. Belə olduğu halda İddiaçı hüququndan sui-istifadə edərək daimi istifadəyə verdiyi texnikanı geri tələb edir. Texnika müvəqqəti verilsə idi, kənar bir şəxsə də verə bilərdi. Cavabdeh maliyyə imkanları olduğuna görə texnika daimi olaraq ona verilmişdir. Burada öhdəliyin novasiyası, yəni əvəzləşdirilməsi olubdur. MM-in 431-ci maddəsi buna rəvac verir ki, öhdəliyi borclunun yerinə hər hansı üçüncü şəxs icra etsin, belə olduğu halda geriyə tələb hüququ yaranır. İddiaçı öz texnikasını geri tələb edir və onlar da haqlı olaraq ədalətli şəkildə onun əvəzindən vermiş olduğu pulları geri tələb edirlər. İşin mahiyyəti də budur. İddia iki hissədən ibarətdir, birinci hissə 8883 manatın pulun tələbi, o akt üzrə artıq tələblə razılaşır, mübahisə predmeti deyildir. Digər hissə isə pambıq müqaviləsi üzrə olan borcdur, hansıki həmin hissə İddiaçı tərəfindən məhkəmədə mübahisələndirildi və bu səbəbdən də ekspertiza təyin olunmuşdur. Ekspert rəyində müəyyən olundu ki, həqiqətəndə üçüncü şəxs olan Cavabdeh İddiaçı 15 min manat borcunu fiziki şəxs olaraq bağlayıbdır. Cavabdeh bankla zavod arasında münasibətlərin pozulmaması üçün həmin borcu ödədi. Cavabdeh məcburi tutulma olmaması üçün könüllü olaraq pulu ödəyirdi. İddiaçı adından ödənilən məbləğlərin qəbzləri onlara aiddir. Həmin qəbzdəki imzalar zavodun işçisinə, Əfqan adlı şəxsə aiddir. Cavabdeh VÖEN-i yoxdur. Texnika yüklü olduğuna görə sərəncam verilə bilinmirdi, ona görə də akt tərtib olunmuşdur. Onlar hal-hazırda deyir ki, əgər İddiaçı texnikasını istəyirsə, gəlsin götürsün və əvəzində edilmiş bütün ödənişləri geri qaytarsın. Texnikanın verilməsi ilə bağlı problem yoxdur. Pul ödənildiyi halda texnika verilə bilər. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 qeyd etmişdir ki, tək İddiaçı deyil, 6 nəfər pambıq əkən fermerlər olub ki, onlara texnika alınmasında kömək olunubdur. Texnikalar "xxxx"dən alınıbdır, "xxxx" həmin texnikaların ödənişi üçün kredit vermişdir və texnikaların qabaqcadan 20 faizi ödənilmişdir. "xxxx" kredit verməsi üçün "xxxx" MMC texnikaların ödənilməsinə zamin müqavilələri əsasında zamin durmuşdur. Texnikalar verildikdən sonra MMC texnika götürənlərə avans da vermişdi, çünki o, pambıq işi ilə məşğul idi, bu onlara kömək idi. O nöqteyi nəzərdən texnikaların götürülməsinə köməklik göstərmişlər. Texnika götürüldükdən sonra İddiaçı və bir nəfər başqa şəxs bunlar Cavabdehla görüşdü, əslində Cavabdeh texnikanı götümək istəmir, lakin zavod zamin durmuşdu deyə götürdü. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, akt onun tərəfindən tərtib olundu. Lakin aktı o, imza etməmişdir. Aktı imzalayanlar İddiaçı, Cavabdeh və bir nəfər başqa şəxs - Məzahir Kazımov idi. Məzahir Kazımov sürücü idi, texnikanı sürən şəxs idi. Akta əsasən İddiaçı 15 min manat pambıq zavoduna olan avans borcunun ödənilməsini və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyi Cavabdeh öz öhdəsinə götürür. Çünki texnikanın dərhal Cavabdeh adına keçirilməsi ağır proses idi. Cavabdeh onun direktorudur, İddiaçı isə onun dədə-baba dostudur. İddiaçı təqribən 18 min manat borcundan 15 min manatını Cavabdeh şəxsi hesabına keçirdi. Cavabdeh zavod direktoru olmasından əlavə pambıq əkən fermerdir, müstəqil müqavilə bağlayaraq pambıq əkir. Ona görə də Adil müəllimin 18 min manat borcundan 15 min manatını Cavabdeh şəxsi hesabına keçirtdilər, belə olan halda Adil müəlimin zavoda olan borcu 15 min manat azaldı, Cavabdeh isə borcu 15 min manat artdı. Bu artıq iki fermer arasında olan məsələ idi. Bundan sonra, yəni akt tərtib olunduqdan sonra Cavabdeh texnikanın ödənişlərini ödəməyə başladı. Cavabdeh İddiaçı adından banka olan ödənişləri, ayda 423 manatı ödəməyə başladı. Həmin pulu Cavabdeh ödədi. 2019-cu ilin oktyabr ayından 2021-ci ilin may ayına qədər Cavabdeh tərəfindən kreditlər ödənildi. İddiaçılə Cavabdeh arasında texnikanın qaytarılması ilə bağlı sözsöhbətlər olduqdan sonra Cavabdeh ödənişləri dayandırdı. Kredit üzrə ödənişlər dayandırıldıqdan sonra zavodun bankda zaminlik üzrə müqaviləsi olduğuna görə 2021-ci ilin may ayından 2023-cü ilin iyun ayına qədər tərəflərindən 11 min manat ödənildi. Texnika Cavabdeh sahibliyində olubdur. Cavabdeh "xxxx" MMC-in nümayəndəsi olaraq yox, zamin olaraq yox, o pulu öz şəxsi vəsaiti hesabına ödədi. Cavabdeh 2019-cu ilin oktyabr ayından 2021-ci ilin aprel ayı daxil olmaqla ödənişləri edibdir, banka borc qalmayıbdır, banka borc qalan kimi onlardan tuturdu. Həmin ödənişləri Cavabdeh öz adından ödəyirdi, direktor kimi ödəmirdi. Ödənişlər iki vətəndaş arasında olan razılaşma əsasında həyata keçirilirdi, texnikanın ödənişləri bitdikdən və İddiaçı texnikanı bankdan girovdan çıxardıqdan sonra alğı-satqı yolu ilə Cavabdeh verməli idi. Lakin texnikanın qaytarılması ilə bağlı narazılıqlar yarandıqdan sonra Cavabdeh ödəməni həyata keçirməkdən imtina etdi. Zaminliyə əsasən 11 min manat pul ödənildi. Cavabdeh akt tərtib edildiyi vaxtdan sonrakı aylar üzrə ödənişləri etdi. 2019-cu ilin 13 sentyabrda akt tərtib olunub, oktyabr ayının 1-dən ödəniş başlayıb, 2021-ci ilin aprel ayı da daxil olmaqla may ayına qədər ödəniş etmişdir. Pampıqla bağlı müqavilə üzrə "xxxx" MMC tərəfindən İddiaçı 18278 manat pul verilmişdir. İddiaçı 18189 kq çəkidə 11785 manat 16 qəpik məbləğində xam pambıq satmışdır. 18278 manat avansın sentyabr ayında 15 min manatı Cavabdeh şəxsi hesabına köçürülmüşdür. Belə ki, İddiaçı 3278 manat borcu qaldı. 11 manat puldan 3278 manatı İddiaçı borcundan tutuldu, daha sonra 300-400 manat kommunala yığılmış borc tutulduqdan sonra qalan pul İddiaçı özünə qaytarıldı. Cavabdeh 50 ha yeri var, texnikanı alır və təsərrüfatını becərir, zavod direktoru olmasından kənar. O texnikanı həmin məqsəd üçün alırdı. Texnikanın ilkin ödənişi üçün İddiaçı 13 min manatını zavod kömək edibdir, həmin pulun 15 min manata çıxma səbəbi odur ki,texnikanın kasko sığortası, adi sığortası və digər sənədləşmə işləri olubdur, hansıkı bunların hamısının həyata keçirilməsinə zavod özü kömək edir və vəsait verir. Bunların hamısı onun vasitəsilə olubdur. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən qətnamədən apellyasiya şikayətində ilkin iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd olunması xahiş edilir. Nəzərə alınmalıdır ki, müahisələndirilən qətnamə ilə hər iki iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın isə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
32.157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 33.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 34.650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 35.1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 36.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. 40.Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. 41.İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 42.Hazırda məhkəmə araşdırması predmeti olan hallar xx.xx.2019-cu il tarixli akt üzrə texnikanın cavabdehin daimi və ya müddətli istifadəsinə verilməsi, bunun müqabilində cavabdehin üzərinə götürdüyü öhdəliyin nədən ibarət olması və cavabdehin iddiaçıdan tələb etdiyi pulun nəyin müqabilində ödənilməsi məsələləri təşkil edir. 43.Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı (bundan sonra - iddiaçı) mübahisə predmeti olan texnika vasitələrinin mülkiyyətçisidir. O, qarşı tərəflə xx.xx.2019-cu il tarixdə bağladığı akta əsasən sözügedən texnika vasitələrini Cavabdeh (bundan sonra - cavabdeh) təhvil verməyi, sonuncu isə iddiaçının əvəzinə onun tərəf olduğu kredit müqaviləsi üzrə müvafiq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 44.xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən borcalan İddiaçı tərəfindən may-oktyabr 2021-ci il tarixlərində kredit borcu ödənilmədiyindən, ödənişlər zamin qismində çıxış edən "xxxx" MMC-nin bank hesabından akseptsiz qaydada silinməklə, borcalanın kredit borcunun ödənilməsi təmin edilmişdir. 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə may-oktyabr 2021-ci il tarixlərinə qədər 8883 manat məbləğində pulun ödənilməsi İddiaçı və "xxxx" MMC yox, cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə İddiaçı şəxsi hesabındakı 18.278 manat borc məbləğindən 15.000 manat məbləğinin Cavabdeh şəxsi hesabına keçirildiyi faktı işin araşdırması zamanı öz təsdiqini tapmışdır. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları üzrə apardığı araşdırmanın nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
46. Belə ki, xx.xx.2019-cu il tarixli aktın təsdiq edilən tarixdən sonrakı gün Cavabdeh tərəfindən İddiaçı zavoda 0403 saylı xx.xx.2018-ci il tarixli "xxxx" müqaviləyə əsasən yaranmış borc üzrə öz şəxsi vəsaiti hesabına 15.000 manat məbləğində pulun ödənilməsi və ödənilmiş bu məbləğin iddiaçının akt tərtib edilənə qədər texnikanın əldə edilməsi üçün ödədiyi pul məbləği ilə təxmini üst-üst düşməsi, həmçinin həmin tarixdən sonra cavabdehin iddiaçının əvəzinə xx.xx.2019-cu il tarixli K3086 saylı kredit müqaviləsinə əsasən aylıq ödənişləri zavodun direktoru olaraq yox, öz adından həyata keçirməsi, iddiaçının “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnaməyə əsasən özünə məxsus dövlət qeydiyyat nişanı AZ49BA021 olan MTZ80X markalı traktoru idarə etmək hüququnu 8 ildən artıq müddətə verməsi mübahisə predmeti olan əmlakın cavabdehin daimi istifadəsinə verildiyi barədə nəticəyə üstünlük verən faktlardır. 47.Bununla da kollegiya İddiaçı mübahisə predmeti olan əmlakı faktiki olaraq qarşı tərəfə satması, lakin həmin əmlaka dair müqavilə münasibətlərini, kredit müqaviləsi üzrə ödənişlərin tam həyata keçirilmədiyi səbəbindən rəsmiləşdirə bilməməsi qənaətinə gəlir. İddiaçı qeyd olunan halları təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 48.Bununla belə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında (rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlakın özgəninkiləçdirilməsinə dair) etibarlı müqavilə münasibətləri yaranmadığından, hər iki tərəf əvvəlki vəziyyətə qayıtmalı, tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda qarşılıqlı iddianın “pul” tələbinə dair hissəsinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinin tələbləri daxilində aparılmalıdır.
49. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. 50.Məhkəmə tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yaranmadığını, daşınar əmlakın mülkiyyətçisinə qaytarılmalı olduğunu və beləliklə də iddiaçının cavabdehin hesabına yuxarıda göstərilən məbləğdə varlandığını nəzərə alaraq hesab edir ki, iddiaçı əldə etdiklərini cavabdehə qaytarmalıdır. 51.Lakin məhkəmə kollegiyası qarşılıqlı iddianın “qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması” hissəsi üzrə təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki halda iddiaçının mülkiyyət hüququnun həddən artıq məhdudlaşdırılması üçün hər hansı qanun norması mövcud deyildir və qətnamənin icrasına çatma vasitəsi kimi hüququnun bu dərəcədə məhdudlaşdırılması həmin məqsədə uyğun deyildir və mütənasiblik prinsipi baxımından iddiaçının həddən artıq məhrumiyyətə məruz qalmasına səbəb ola bilər. Nəzərə alınsa ki, mübahisə predmeti olan texnika vasitələrinin təyinatı kənd təssərüfatı sahəsində işlədilərkən gəlir əldə edilməsindən ibarətdir, iddianın bu hissədə təmin olunması əksinə qarşılıqlı iddia üzrə tutulması qət edilən məbləğin qaytarılmasında iddiaçının çətinlik çəkəcəyi, hətta maddi maraqlarına əsaslı dərəcədə zərər dəyəcəyi ilə nəticələnməsi ehtimalı yüksəkdir. 52.Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının tələbinin Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir (iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, onun isə öz növbəsində əşyaya sahiblik hüququ yoxdur) və cavabdehin həmin əmlakın hər hansı məqsədlə sahibliyində saxlaması da əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnun sərbəst surətdə həyata keçirilməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. 53.Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan məbləğin cəmini hesablayarkən texniki səhvə yol vermişdir. Belə ki, 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8.883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə silinmiş 15.000 manat, ümumilikdə 23.883 manat pulun tutulmalı olması əvəzinə 21.883 manat məbləğində pul tutulmuşdur. 54.Məhkəmə kollegiyası ilkin iddianın təmin edilməyən (texnikanın cavabdeh tərəfindən istismarına qadağan edilməsi) hissəsi ilə əlaqədar qeyd edir ki, hazırki qətnamə ilə mübahisə predmeti olan əmlakın hər hansı qeyd-şərt olmadan cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlindiyindən iddianın bu hissəsi öz əhəmiyyətini itirmişdir. 55.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 27 mart 2019-cu il tarixli K3086 saylı kredit müqaviləsi üzrə ödənilmiş 8.883 manat pul və xx.xx.2018-ci il tarixli “xam pambığın istehsalı və tədarükü” müqaviləsi üzrə silinmiş 15.000 manat, ümumilikdə 23.883 manat pul alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia digər hissədə rədd edilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova