Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3467/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Mübariz Məmmədovun, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilk və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” qarşılqlı iddia ərizələri ilə bağlı 2(005)-2371/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “İddiaçı" MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, B-153/12 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B/2-4 saylı, “İddiaçı ” MTK ilə Cavabdeh2 arasında bağlanmış 7 yanvar 2019-cu il tarixli, B-137/11 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X9 - 50 manat, 50 pay haqqı, 50%. 2. X13 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X10 5 manat, 5 pay haqqı, 5%, 4. X7 5 manat, 5 pay haqqı, 5% və X14 20 manat, 20 pay haqqı, 20%) "İddiaçı ” Mənzil- Tikinti Kooperativini təsis etmişlər. "İddiaçı” Mənzil-Tikinti Kooperati ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx"xxxx"İddiaçı" MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli X20 ilə birlikdə ******* manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx"xxxx"İddiaçı " MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "Şəhər İncisi" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X8, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X13 tərəfindən aparılması X4 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X5 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X9 tərəfindən kooperativin digər üzvü X5 29 yanvar 2018-ci il tarixli 7F-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. "İddiaçı " MTK-nın üzvü X9 tərəfindən İddiaçı MTK-nın digər üzvü X5 verilən 29 yanvar 2018-ci il tarixli, 7E1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMC-уə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri qanuni hərəkətlərindən xəbər tutan X9 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X8 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X13 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra qeyd edir ki, X8 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X13 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra olmayan mənzillərin saxta müqavilələrini əmlak sahiblərinə vermişlər. Qeyd edir ki, “İddiaçı" MTK ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələr qeyriqanunidir, ona görə ki, müqavilədə olan imzanın kimə məxsusluğu bilinmir, yəni həmin imzalar icraçı direktora aid deyil və ən əsası odur ki, olmayan mənzillərə necə müqavilə bağlanması bu hissədə sual doğurur. Bildirir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-ci il tarixli, B-153/12 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət В12-4 saylı, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 7 yanvar 2019-cu il tarixli, B-137/11 saylı müqavilə üzrə ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələr qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələrdir. Belə olan halda yuxarıda göstərilən müqavilələr etibarsız hesab edilməlidir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi tələbinə dair” məhkəmə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət mənzilin Cavabdeh2 və ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m. yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət mənzilin Cavabdeh1 cavabdeh tərəfindən qeyd-şərtsiz və dərhal təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı MTK məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-153/12 saylı müqavilə üzrə ünvan 5 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət Bİ2-4 saylı, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli, B-137/11 saylı müqavilə üzrə ünvan 6 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət B02 saylı müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. İlk iddia əsassız və qanunsuzdur, ilk iddianı qəbul etmirlər və etiraz edirlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, qeyd olunan müqavilələr əsasında onlar həmin mənzillərin tam dəyərini ödəməklə əldə etmişlər. İlkin iddiaçı isə öz öhdəliyini yerinə yetirməmiş və hər yolla bunu etməkdən yayınır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(005)-2371/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı MTK tərəfindən verilmiş ilk iddia tələbinin təmin edilməsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin elektron portalından əldə etdiyi məlumata əsasən tərəflərindən verilən iddia ərizəsi 19 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, 25 iyun 2020-cı il tarixdə protokol tərtib edilmiş, 29 iyun 2020-ci il tarixli qərardadı ilə hazırlıq iclası 03 iyul 2020-cı il tarixə təyin edilsə də digər səbəblərə görə keçirilməmiş, daha sonra iş üzrə hazırlıq iclası 30 sentyabr 2020-ci il tarixə təyin edilərək keçirilmiş, 28 oktyabr 2020-ci il tarixə baxışa təyin edilmiş və həmin iclasda 23 noyabr 2020-ci il tarixə təyin edilərək yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəmə tərəfindən təyin edilən iclaslarının keçirilib keçirilməməsindən və ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddiadan xəbərləri olmamışdır. Həmin qarşılıqlı iddianın nə vaxt məhkəməyə hansı formada təqdim edilməsindən xəbərləri olmamışdır. Əlavə olaraq, soruşmaq istəyirlər ki, ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzilləri kimdən və 1 kv.metri neçəyə alıblar. Bildirirlər ki, ilkin iddia üzrə iddiaçının mənzil satma hüququ yoxdur. Ona görə ki, ‘'İddiaçı” MTK-nın nə mənzilləri, nə də qeyri-yaşayış sahələri yoxdur. Belə olan halda, ilkin iddia üzrə iddiaçı bu hüququ əldə etmədiyi halda üçüncü şəxsə necə hüquq verə bilər. Bundan əlavə olaraq bildirir ki, mübahisələndirilən qətnamənin icrası mümkün olmayacaq. Qətnamədə göstərilən mənzillərin təhvil verilməsi ilkin iddia üzrə iddiaçı tərəfindən mümkün deyil, ona görə ki, ilkin iddia üzrə iddaçıda mənzil olmadığı halda necə icra etməlidir. Apellyasiya baxışı zamanı “xxxx” MMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlərin təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MTK-nın 07.01.2019-cu il tarixli, 109 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 həqiqətən İddiaçı MTK-nın ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 11-ci mərtəbəsində yerləşən B02 mənzil, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. İddiaçı MTK şirkətinə B-137/011 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2019-cu il tarixli, B-137/11 saylı müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilin “Payçı’ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İddiaçı MTK-nın 17.01.2019-cu il tarixli, 125 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 həqiqətən İddiaçı MTK-nın ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 12-ci mərtəbəsində yerləşən Bİ2-04 mənzil, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 71,80 kv.m olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. İddiaçı MTK şirkətinə B-153/12 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, B-153/12 saylı müqavilədən görünür ki, “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m., yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B12-4 saylı mənzilin “Payçı”ya verilməsini, “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürürlər. İddiaçı MTK tərəfindən “xxxx” MMC-nin direktoruna ünvanlanmış 25.01.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx”xxxx“İddiaçı MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirlmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 Yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTnın”, habelə tərəflər arasında 21 Yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş edilmişdir. İddiaçı MTK tərəfindən “xxxx” MMC-nin direktoruna ünvanlanmış 25.01.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx”xxxx“İddiaçı MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirlmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 Yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTnın”, habelə tərəflər arasında 21 Yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT”-nın müddəalarına uyğun olaraq, Cavabdeh2 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. “xxxx”xxxxİddiaçı MTK arasında bağlanılmış 07.01.2020-ci il tarixli təhvil təslim aktına əsasən, ünvan 7 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq, Podratçı şirkət ''İddiaçı'' MTK (VÖEN: **********) tərəfindən kooperativin sədri X6 şəxsində (Ş/V AZE 17186261 09.06.2017-ci ildə ASAN2 tərəfindən verilmişdir ) və Sifarişçi şirkət “xxxx" MMC-nın (VÖEN: **********) direktoru X2 şəxsində (Ş/V AZE09513900 06.09.2012-cı ildə Xətai RPİ tərəfindən verilmişdir), A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin (TQİ) həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəldilər. Sifarişçi "xxxx"xxxxPodratçı "İddiaçı" MTK arasında 05 İyul 2018cı il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənanı kuçəsı 13/15 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi Podratçıya həvalə olunmuşdur. Tərəflər təsdiq edirlər ki, "İddiaçı" MTK tərfındən 12,758.23 (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetırllmşdır. Tərəflər təsdiq edirlər ki, Podrtaçı tərəfindən yermə yetirilmiş TQİ-nin ümumi dəyəri, X20 daxil olmaqla 6,490,000.00 (altı milyon dörd yüz doxsan min) manat təşkil edir. Tərəflər təsdiq edirlər kı, Podratçı "İddiaçı" MTK tərəfindən, sifarişçi "xxxx" MMC şirkətinə sadələşdirilmiş tikinti vergisinin ödənilməsi məqsədi ilə 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat məbləğində vəsait ödənmişdir. Tərəflər təsdiq edirlər kı, Podratçı "İddiaçı MTK" tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxıl) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işlən yerinə yetirilmiş, 12,758.23 Kv.m (or ıkı min yeddi yüz əlli səkkiz, 23) olan TQİ-nin, habelə sifarişçi "xxxx" MMC-ə vergi məqsədləri uçün ödənilmiş 1,610,705.00 (bır milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, Podratçı "İddiaçı" MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər kı, Sifarişçi tərəfindən, Podratçıya təqdim olunmuş 6700,00 (altı min yeddi yüz) kv.m yaşayış sahəsinə müqabil müvafiq mənzillərin siyahısı Sifarişçi tərəfindən təsdiq olunması üçün 15 (on beş) ış gunü müddətində Sifarişçiyə təqdim olunacaqdır. "xxxx" MMC və "İddiaçı" MTK təsdiq edirlər ki, AKT-ın predmeti olan və faktiki yerinə yetirilmiş TQİ- nın həcminə və onun hesablanmış dəyərinə dair bir-birilərinə qarşı iddiaları yoxdur. “xxxx”xxxxİddiaçı MTK arasında bağlanılmış 21.01.2020-ci il tarixli mənzillərin bölgüsü aktına əsasən, ünvan 9 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq, Sifarişçi şirkət "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X2 şəxsində (Ş/V AZE 09513900 06.09.2012-ci ildə Xətai RPİ tərəfindən verilmişdir) və Podratçı şirkət "İddiaçı" MTK (VÖEN: **********) tərəfindən kooperativin sədri X6 şəxsində (Ş/V AZE 17186261 09.06.2017-ci ildə ASAN2 tərəfindən verilmişdir), A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin (TQİ) həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 Yanvar 2020-ci il tarixli "Təhvil Təslim AKT-na" əsasən razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, 07 Yanvar 2020-ci il tarixində imzalanmış "Təhvil Təslim AKT-na" uyğun olaraq, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK"-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxA bloku üzrə, ümumi sahəsi 1672.92 kv.m (bir min altı yüz yetmiş iki, 92 kv.m/ 67.35x7=471.45m2; 69.1x6=414.60m2; 74.97x5=374.85m2; 68.67x6=412.02m2) olan 24 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxB bloku üzrə, ümumi sahəsi 3574.97 kv.m (üç min beş yüz doxsan dörd, 73 kv.m / 172.19x7=1205.33m2; 152.43x9=1371.87m2; 84.27x6=505.62m2; 98.43x5=492.15m2) olan 27 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxC bloku üzrə, ümumi sahəsi 1417.93 kv.m (bir min dörd yüz on yeddi, 93kv.m/172.19x2=344.38m2; 152.43x4=609.72m2; 84.27x2=168.54m2; 98.43x3=295.29 m2) olan 11 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK" arasında yuxarıda qeyd olunan bloklar üzrə mənzillərin mərtəbələri və ona müvafiq mənzil nömrələri, AKT-a əlavə olunur. (Cədvəl :1) Tərəflər razılığa gəldilər ki, Sifarişçi "xxxx'xxxx"İddiaçı MTK"xxxx"İddiaçı MTK" tərəfindən yerinə yetirilmiş TQİ-ə dair müvafiq sənədlərin (Gizili işlərin yerinə yetirilməsinə dair AKT-lar, TQİ-ə dair ilkin təsdiqedici sənədlər və bununla əlaqədar digə sənədlər) Sirarişçiyə təqdim olunmasını təmin edəcəklər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK"xxxx"İddiaçı MTK" tərəfindən təsdiq olunması üçün Sifarişçi "xxxx" MMC-ə təqdim olunmalıdır. "xxxx" MMC və "İddiaçı" MTK təsdiq edirlər ki, bu AKT-ın predmeti olan və mənzillərin bloklar və mərtəbələr üzrə bölgüsü və onların ümumi sahəsinə dair bir-birilərinə iddiaları yoxdur. “xxxx”xxxxİddiaçı MTK arasında bağlanılmış 25.02.2020-ci il tarixli mənzillərin bölgüsü aktına əsasən, 07 Yanvar 2020-ci il tarixində imzalanmış "Təhvil Təslim AKT-na" uyğun olaraq, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK"-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlinmiş və 21 Yanvar 2020-ci il tarixdə imzalanmış "Mənzillərin bölgü "AKT'ına olunmuş dəyişikliklər aşağıdakı kimidir: Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxA bloku üzrə, ümumi sahəsi 1672. - /1681.86 kv.m (bir min altı yüz səksən bir, 86 kv.m/ Ö7.35x7~471.45m2/ 67.35x5=336.75m2; 69.1x6=414.60m2; 74.97x5=374.85m2 74.97x6=449.82m2; 68.67x6=412.Q2m2 / 68.67x7=480.69m2) olan 24 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxB bloku üzrə, ümumi sahəsi 3574.97 kv.m (üç min beş yüz doxsan dörd, 73 kv.m / 172.19x7= 1205.33m2; 152.43x9=1371.87m2; 84.27x6=505.62m2; 98.43x5=492.15m2) olan 27 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxxC bloku üzrə, ümumi sahəsi 1417.93 kv.m (bir min dörd yüz on yeddi, 93 kv.m / 172.19x2=344.38m2; 152.43x4=609.72m2; 84.27x2=168.54m2; 98.43x3=295.29 m2) olan 11 ədəd mənzilin Podratçı "İddiaçı MTK"-a verilməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK" arasında yuxarıda qeyd olunan bloklar üzrə mənzillərin mərtəbələri və ona müvafiq mənzil nömrələri, AKT-a əlavə olunur. (CədvəkX) Tərəflər razılığa gəldilər ki, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK"xxxx"İddiaçı MTK" tərəfindən yerinə yetirilmiş TQİ-ə dair müvafiq sənədlərin (Gizili işlərin yerinə yetirilməsinə dair AKT-lar, TQİ-ə dair ilkin təsdiqedici sənədlər və bununla əlaqədar digər sənədlər) Sifarişçiyə təqdim olunmasını təmin edəcəklər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, Sifarişçi "xxxx"xxxx"İddiaçı MTK"xxxx"İddiaçı MTK" tərəfindən təsdiq olunması üçün Sifarişçi "xxxx" MMC-ə təqdim olunmalıdır. "xxxx" MMC və "İddiaçı" MTK təsdiq edirlər ki, AKT-ın predmeti olan və faktiki yerinə yetirilmiş TQİ- nın həcminə və onun hesablanmış dəyərinə dair bir-birilərinə qarşı iddiaları yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, onun nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Bu hal mülkiprosessual qanunvericiliyin tələblərini pozduğuna görə qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə kollegiyası hesab edir ki, etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Mülki Məcəllənin şərtlərinə əməl olunmuşdur. Bu səbəbdən, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi rədd edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 İddiaçı MTK ilə ayrı-ayrılıqda müqavilə bağlamış və müqavilələrə əsasən ödənişlər etmişlər. İş materiallarında olan maliyyə arayışları ilə sübut olunur ki, hazırda Cavabdeh1 və Cavabdeh2 mənzilə görə heç bir borcları yoxdur. Yəni müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirmişlər. Buna baxmayaraq, müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzillər onlara təhvil verilməmişdir. Belə olan halda, qarşılıqlı iddia ərizəsi təmin edilməli, mübahisəli mənzillər Cavabdeh1 və Cavabdeh2 təhvil verilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(005)- 2371/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilk iddia ərizəsi təmin edilməsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m. yaşayış sahəsi 136,40 kv.m. izolə olunmuş 3 otaqdan ibarət mənzil Cavabdeh2 və ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m. yaşayış sahəsi 71,80 kv.m. izolə olunmuş 2 otaqdan ibarət mənzili Cavabdeh1 cavabdeh İddiaçı MTK tərəfindən təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3467/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3467/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver