Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3469/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2024 nömrəli 19 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnaməyə görə Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşdur.
2. 0242853 nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyriyaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır.
3. AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyriyaşayış sahəsini Cavabdeh1 satmışdır. Əmlakın dəyəri 20000 manat müəyyən edilmişdir.
4. Cavabdeh2 tərəfindən Bakı şəhərinin notariusuna ünvalanmış 07 yanvar 2012-ci il tarixli ərizədə göstərilmişdir ki, ona məxsus olan ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyriyaşayış sahəsini əldə etdiyi vaxt subay olmuş və hal-hazırda həmin əmlakı satanda da subaydır. Bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.
5. Bakı şəhərinin notariusuna ünvalanmış Cavabdeh1 07 yanvar 2012-ci il tarixli ərizəsində göstərilmişdir ki, o, Cavabdeh2 ilə ona məxsus olan ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsinin 20000 manata satılması barədə razılığa gəlmişdirlər. Alqısatqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürür. Bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul edilməsini xahiş edir.
6. X1 tərəfindən "xxxx" ASC Kapital filialına ünvanlanmış məktubda göstərilmişdir ki, notarius Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 20000 manat məbləğində pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün bankda olan **********0001 nömrəli depozit hesabına qəbul edilməsini xahiş edir.
7. 0113600 nömrəli Çıxarışa görə ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyriyaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. ********* qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır.
8. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə görə Cavabdeh1 ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini Cavabdeh3 bağışlamışdır.
9. 401326 nömrəli Çıxarışa görə ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir. ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə edərək, Cavabdeh2 ilə X2 arasında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın, Cavabdeh1 qızı Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55,4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, 1990-cı ilin may ayında Cavabdeh2 ilə mülki nikaha daxil olmuş, nikah xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu Günəşli kənd sovetliyində qeydə alınaraq rəsmiləşdirilmişdir. Birgə nikahdan 4 övladı olmuşdur. Böyük oğlu Nümayəndə xx.xx.1991-ci ildə, oğlu Cavidan Zeynalov xx.xx.1993-cü ildə, oğlu Hüseyn Zeynalov xx.xx.1996-cı ildə, qızı Fidan Zeynalova xx.xx.2009-cu il tarixdə anadan olmuşlar. Həyat yoldaşı uzun illər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət aparmış, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir, hazırda cəzasını şərti olaraq çəkir. Cavabdeh2 ilə birgə nikah dövründə ailənin ümumi gəlirləri və vəsaiti hesabına ünvan 3 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış binasını almışlar, həmin mülkə xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Bu ilin 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum oldu ki, əri ilə birgə nikah dövründə əldə etdiyi həmin əmlakı sonuncu məşğul olduğu başqa biznes işinin inkişaf etdirilməsi ilə əlaqədar pul lazım olduğundan sələmə pul verən Cavabdeh1 20000 (iyirmi min) manat faizə pul götürüb Fatmanın təkidi ilə girov müqaviləsi bağlamaq əvəzinə alqı-satqı müqaviləsi bağlamışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(005)- 246/2024 nömrəli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, notariat icraatından görünür ki, cavabdeh X5 ilə digər Cavabdeh2 ilə aralarında olan 10 yanvar 2012-ci il tarixli alqısatqı müqaviləsi bağlanarkən sonuncunun notariata təqdim etdiyi seriya AZE № 01******* nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti «subay» kimi qeyd edilmiş və notiariata təqdim edilmiş 07 yanvar 2012-ci il tarixli ərizəsində mübahisəli əmlakı əldə edərkən və satarkən subay olduğunu, bununla bağlı hər hansı mübahisə yarandığı halda bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşlar. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyriyaşayış sahəsini həm əldə edərkən, həm də Cavabdeh1 satarkən subay olmamış, lakin ona xx.xx.2003-cü il tarixdə Cəlilabad RPŞ tərəfindən AZE 01******* nömrəli şəxsiyyət vəsiqəsi verilərkən vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd edilməsinə baxmayaraq o, vəsiqəsinin ailə vəziyyəti qrafasının düzgün yazılmamasını bildiyi və gördüyü halda bu səhvi aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, əksinə bu şəxsiyyət vəsiqəsindən istifadə edərək mübahisələndirilən əqdi bağlamışdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 notariat orqanını aldadaraq qeyd edilən mübahisələndirilən alqı-satqı müqaviləsinin 10 yanvar 2012-ci il tarixdə bağlanmasına baxmayaraq bunun üstündən 12 il keçəndən sonra hazırki iş üzrə iddiaçı olan həyat yoldaşının bundan xəbəri və buna razılığının olmaması əsası ilə sözügedən əqdin etibarsız sayılmasına dair iddiasına dair verdiyi izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
14. Məhkəmə Cavabdeh2 iddia tələbini qəbul etməsinə qiymət verərək hesab etmişdir ki, bu etiraf da iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Belə ki, əvvəla Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsini digər Cavabdeh1 satarkən subay olmasına dair şəxsiyyət vəsiqəsindən istifadə etməsini etiraf etməklə yanaşı, nəyə görə notariata nikahda olmasını bildirməməsinə dair tutarlı izahat verə bilməmiş, verilən suallara bütün cavablarında alqı-satqı müqaviləsinin sələmlə pul aldığı üçün bağlaması ilə əsaslandırmaqla kifayətlənmişdir. İkincisi də, o, Cavabdeh1 peşəkar şəkildə sələm verməklə məşğul olmasını, özünə məxsus olan qeyri-yaşayış obyektini girova qoyub, məhz sələmə pul götürmək məqsədi ilə ondan 2 dəfəyə olmaqla, 20.000 manat pul almasına, hətta almış olsa da belə, onu qaytarmasına dair sübutlar təqdim etməmişdir. Bu isə həm iddiaçı tərəfin, həm də Cavabdeh2 digər Cavabdeh1 alqı-satqı müqaviləsinin sələmə 20000 manat verməsi ilə formal olaraq bağlanmasına dair dəlillərinin əsassızlığını təsdiq edir. Məhkəmə Cavabdeh2 xx.xx.2016-cı il tarixə kimi, yəni həbs edilənə kimi, hətta həbsdə olduğu müddətdə belə, mübahisəli qeyri-yaşayış sahəsinin satılması ilə bağlı ailə üzvlərinin məlumatlı olmamalarına dair həm onun, həm də iddiaçı tərəfin izahatlarını inandırıcı saymır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 ailəli olduğu halda şəxsiyyət vəsiqəsində subay yazılmasından sui-istifadə edərək notariat orqanını aldatdığı kimi, ailə üzvlərini də aldadaraq bu barədə onlara məlumat verməməsi ehtimalı da ola bilər. Lakin bu fakt mövcud olmuş olsa da belə, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır.
15. Məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də bu sahəyə dair müqavilə formal olaraq bağlanmaqla, sahə iddiaçı tərəfin ailəsinin istifadəsində və sahibliyində olmuşdursa da, işin araşdırılmış halları ilə keçən 12 il ərzində həmin sahədə heç bir formada hər hansı işlər görülməsi müəyyən edilməmişdir. Bütün bu göstərilənlər iddiaçı tərəfin mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasından dərhal olmasa da, uzun müddət deyil, daha az müddət sonra məlumatları olmalarına dəlalət edir. Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikahda olmasına baxmayaraq ünvan 1 ünvanda sahəsi 55,4 kv.rn. olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmasına dair AN-027775 nömrəli, 10 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərildiyindən və o özü şüurlu, eləcə də könüllü qaydada, bilərəkdən bu faktı notariat orqanından gizlədərək bununla bağlı hətta ərizə ilə də notariata müraciət etdiyi üçün, qeyd edilən müqavilə Mülki Məcəllənin tələbləri pozulmaqla bağlanmış əqd kimi qiymətləndirlə blməz və iddia tələbi bu hissədə tam əsassızdır.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh2 daşıyaraq, əmlakları qanuni qaydada əldə etmiş şəxslərin hüquqları xələl görməməlidir. Buna görə də İddiaçı Cavabdeh2 ilə 24 mart 1991-ci il tarixində nikahda olduqları və 2011-ci ildə əldə edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin onların birgə əmlakı olduğu halda, sonuncunun iddiaçının razılığını almadan, notiariata təqdim etdiyi sənədlərin qanuni qaydada alqı-satqı müqaviləsi bağlamağa tam əsas verdiyinə görə bu əqdin rəsmiləşdirilməsi ilə iddiaçının həmin əmlakda olan payına münasibətdə vurduğu ziyanla bağlı Cavabdeh2 qarşı müvafiq qaydada iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.
17. Məhkəmə tələbin Cavabdeh1 qızı Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu İslam Abışov 49 ünvanda yerləşən 55 4 kv.m. sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsinin bağışlanması barədə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılmasına dair hissəsi üzrə də bu nəticəyə gəlmişdir ki, tələbin Cavabdeh2 ilə X2 aralarında olan notarial qaydada təsdiq edilmiş 10 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına sənədləşdirilmiş 26 yanvar 2013-cü il tarixli çıxarışın qanuniliyinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən tələb bu hissədə də təmin edilməməlidir. Belə ki, qeyd edilən bağışlama müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinin pozulması ilə bağlanması halları öz təsdiqini tapmamışdır. Məhkəmə bu nəticə ilə yanaşı tələbin Cavabdeh3 adına olan xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair hissəsinin də əsassız olmasını qeyd etmiş və hesab etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasından 8 il sonra, yəni, xx.xx.2020-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsini Cavabdeh3 daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə əldə etməklə vicdanlı əldə edən şəxs kimi qiymətləndirilir.
18. Bütün bunlarla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün hazırki mübahisəyə kəsici müddət tətbiq edilməlidir.
19. Mübahisəli alqı-satqı müqaviləsi 2012-ci ilin yanvar ayının 10-da bağlanmış, bunun üstündən 4 il keçəndən sonra Cavabdeh2 xx.xx.2016-cı il tarixdən həbs edilmiş və sonra ona 9 il müddətində azadlıqdan məhrum etmə cəzası verilmiş, həbsdən 2022ci ilin iyun və ya iyul ayından azad ediləndən sonra hazırki iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf qeyd edilən alqı-satqı müqaviləsindən 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum olmasına dair izahatları inandırıcı olmamaqla, bunun təsdiqi olaraq məhkəməyə heç bir mötəbər və tutarlı sübutlar təqdim edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, “Notariat haqqında” Qanuna, Mülki Məcəllənin 6.2, 324, 399.1, 337.1, 337.3, 337.4, 354.2, 5.3, 16.1, 560.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
24. Cavabdeh2 da iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Digər Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
28. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). 29.Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 30.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
33. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
40. Müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ilə 24 mart 1991-ci il tarixində nikaha daxil olmuşdur. Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda sahəsi 55,4 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2013-cü il tarixində çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixində bağışlama müqaviləsi əsasında Cavabdeh3 bağışlamışdır. Hazırda xx.xx.2020-ci il tarixli çıxarışa əsasən qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir.
41. İddiaçı hazırda alqı-satqı və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və çıxarışların ləğv edilməsini tələb edərək, iddiasını onunla əsaslandırır ki, mübahisəli əmlak birgə nikah dövründə ailənin ümumi gəlirləri və vəsaiti hesabına əldə edilmiş, lakin onun məlumatı və razılığı olmadan satılmışdır. Obyektin əri tərəfindən satılması 2023-cü ilin iyul ayının birinci ongünlüyündə ona məlum olmuşdur.
42. Əvvəla Kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə qənaəti düzgün olsa da, maddi hüquq norması düzgün tətbiq edilməmişdir, belə ki, məhkəmə etibarsızlığı tələb edilən alqı-satqı müqaviləsini mübahisə edilən əqdlər kateqoriyasına aid etməklə qiymət vermişdir. Ona görə də apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkəmənin qətnaməsi ləğv edilməlidir.
43. Etibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
44. Baxılan iş üzrə etibarsızlığı tələb edilən xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər kateqoriyasına daxildir.
45. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
46. İddaçı ilə Cavabdeh2 1991-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonuncuya xx.xx.2003-cü il tarixdə Cəlilabad RPŞ tərəfindən AZE 01******* nömrəli şəxsiyyət vəsiqəsi verilərkən vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd edilmişdir. O isə bundan istifadə edərək, mübahisəli əmlak satılarkən notariusa verdiyi ərizəsində qeyri-yaşayış sahəsini həm əldə edərkən, həm də satarkən subay olduğunu bildirmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
47. Göründüyü kimi müqavilə bağlanan zaman Cavabdeh2 iddiaçı ilə evli olmasına baxmayaraq, şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd olunmasından istifadə edərək əmlakı əldə edərkən də, satarkən də subay olduğunu bildirmişdir.
48. Qanunvericiliyin tələbinə görə bağlanan zaman ərin (arvadın), hazırki halda iddiaçının razılığı alınmadan bağlanmış əqd müvafiq razılığın olmamasına görə etibarsız əqddir.
49. Müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər elə əqdlərdir ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.”
51. Konstitusiya Məhkəməsinin mövqeyinə görə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Yəni, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər mahiyyət etibarı ilə əhəmiyyətsiz əqd hesab olunur. Ona görə də belə əqdlərdə kəsici müddətdən söhbət gedə bilməz.
52. İddia müddəti ilə bağlı isə Kollegiya qeyd edir ki, hazırki tələbə iddia müddəti tətbiq oluna bilməz, belə ki, iddiaçının hazırki tələbi əvəz edilməz əşya ilə bağlıdır. Bu tələblərə isə iddia müddəti tətbiq olunmur.
53. Beləliklə, mübahisəli obyektin alqı-satqısına dair xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması tələbinə iddia müddəti tətbiq olunmur.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, “... əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.”
55. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər.
56. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “... Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar.”
57. Göründüyü kimi alqı-satqı müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış, iddiaçı isə təxminən 12 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müqavilənin etibarsızlığını tələb etmişdir.
58. Bu məqsədlə mübahisəli əmlakın faktiki kimin sahiblik və istifadəsində olmasını, müqavilənin bağlanmasından sonra keçən bu müddət ərzində iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı hansı hərəkətlərin edilməsini, onun bu müddət ərzində mübahisəli əmlaka münasibətini müəyyənləşdirmək üçün Kollegiya tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmişdir.
59. Kollegiya tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə keçirilmiş yerində müayinə zamanı mübahisəli ünvanda yerləşən darvazanın qıfılı Cavabdeh1 və onun oğlu tərəfindən açılmışdır. Açar Cavabdeh1 tərəfindən təqdim edilmişdir. Darvazadan həyətə daxil olduqda orada istifadəyə yararsız vəziyyətdə olan təmirsiz tikili mövcuddur. Həyətyanı sahənin də istifadəsiz qaldığı müəyyən edilmişdir. Tikiliyə bitişik olan hündürlüyü mübahisəli tikilidən aşkar az olan digər tikili başqa şəxsin mülkiyyətində olmaqla mübahisəli tikiliyə aidiyyəti yoxdur. Bununla belə mübahisəli tikili ilə digər şəxsə məxsus olan həmin tikili bitişik olmaqla onun giriş-çıxışı mübahisəli qeyri-yaşayış sahəsindən keçir.
60. Göründüyü kimi iddiaçının alqı-satqı müqaviləsi bağlanan zaman məlumatı olmasa da, onun razılığı alınmasa da, hazırda müqavilənin bağlanmasından 12 ilə yaxın müddət keçmişdir və bu qədər uzun müddət ərzində iddiaçı həmin əmlaka münasibətdə heç bir hərəkət etməmişdir, müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi və həyətyanı sahəsi baxımsız və istifadəyə yararsız vəziyyətdədir. İddiaçı, əgər dediyi kimi, 2023-ci ilin iyul ayında müqavilədən xəbər tutmuş olsa idi, 12 ilə yaxın müddət ərzində özünün hesab etdiyi əmlaka münasibətdə hansısa bir real hərəkət etmiş olardı, lakin bu müddət ərzində həmin sahədə heç bir formada hər hansı işlər görülməsi müəyyən edilməmişdir.
61. Bundan başqa, bu müddət ərzində iddiaçı ilə Cavabdeh2 arasında nikah pozulmamış, onlar mehriban münasibətlərdə olmuşlar. Yəni, sonuncunun bu müddət ərzində obyekti satmasını (özünün deməsinə görə, sələmə götürdüyü pula görə girov qoymasını) barədə arvadı olan iddiaçıya məlumat verməməsi heç bir halda inandırıcı və real görünmür.
62. Belə olan halda, iddiaçının faktiki real davranışları belə nəticəyə gəlməyə əsas verir ki, bağlanmış alqı-satqı müqaviləsi onun tərəfindən sonradan bəyənilmişdir.
63. Ona görə də iddiaçının hazırki tələbi əsassız olmaqla, hüquqdan sui-istifadədir.
64. İddianın Cavabdeh2 tərəfindən etiraf olunması da vəziyyəti dəyişdirmir, çünki etiraf cavabdeh Fatma Yolçuyevanın hüquqlarını və qanunla qorunan mənafeyini pozur.
65. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmaqla, Cavabdeh2 digər cavabdeh Fatma Yolçuyevadan faizlə (sələmlə) götürdüyü 20000 manat məbləğində borcun təminatı olması barədə iddiaçı və Cavabdeh2 dəlilləri də təsdiq olunmur, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan mətbuat yazısı (jurnalist araşdırması) və sonradan təqdim olunmuş mətbuat konfransına dair CD isə həmin faktı bilavasitə təsdiq edən hal hesab oluna bilməz, çünki həmin materiallarda yalnız Cavabdeh2 mövqeyi əks olunmuşdur.
66. Nəhayət, iddiaçının əsas tələbi - xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddiası rədd olunduğu üçün həmin tələbdən doğan digər tələblər də rədd olunur.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddiası rəd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.