Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-347/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrindən imtina edilmiş hesab olunması, çıxarışların ləğvi və s.” tələbinə dair mülki iş üzrə Açar sözlər: (“bağışlama müqavilələrindən imtina edilmiş hesab olunması, çıxarışların ləğvi və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(001)-279/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə birinci instansiya məhkəməsində icraat 1.İddiaçı cavabedh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin cavabdehə bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02- 11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilə dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında 13 aprel 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilə dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarışın ləğv edilməsi və cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraja dair “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi; cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -İddiaçının vəsaiti hesabına "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin cavabdehə bağışlanmasından imtina edilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğludur. Son zamanlaradək münasibətləri yaxşı olmuşdur. Təxminən 2008-ci ildən cavabdeh iddiaçıdan bütün əmlakını ona bağışlamağı xahiş etmişdir. İddiaçı ilk vaxtlar oğlunun məqsədini anlamamış, lakin səmimiyyətinə inanaraq iddia tələbində göstərilən əmlaklarla bağlı hüquqlarını bağışlama müqavilələri əsasında görünüş üçün cavabdehə vermişdir. İddiaçı əmlakları deyil, əmlaklara dair hüquqlarını razılaşdırılmış şərtlər daxilində cavabdehə bağışlamışdır. Şərtə görə, əmlaklara dair bağışlama müqavilələri bağlansa da, çıxarışlar alınmamalı, əmlaklara mülkiyyət hüquqları iddiaçı da qalmalı idi. Lakin, 2022-ci ilin iyun ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, bağışlama müqavilələri əsasında daşınmaz əmlaklara dair çıxarışlar almışdır. Həmin əmlaklar cavabdehə bağışlansa da, həmçinin, cavabdehin adına çıxarışlar verilsə də, faktiki olaraq cavabdehin yaşadığı mənzil istisna olmaqla, qalan bütün əmlaklar iddiaçının sahibliyində və istifadəsindədir. Yəni, bağışlama haqqında sənədləşmə aparılsa da, əmlaklar cavabdehə verilməmiş, hədiyyə alan, yəni cavabdeh bağışlanan əmlakları qəbul etməmişdir. Eyni zamanda, bağışlama öhdəliklərlə şərtləndirilmişdir. Daha sonra 2022-ci ilin iyun ayının 20-sində iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, hətta 2019- cu ildə iddiaçı tərəfindən cavabdehin bank hesabına qoyduğu 257000 manat pulu ələ keçirmək məqsədi ilə adına 10 il müddətinə verdiyi etibarnaməni iddiaçını məlumatlandırmadan ləğv etdirmiş, bank vasitəsilə iddiaçını məhkəməyə verdirmiş, pulun ona məxsus olmasında iddiaçıdır. Halbuki, iddiaçı 15 il öndə 257000 manat pul vəsaitini ilkin olaraq "xxxx" ASC-də öz hesabına qoymuşdur. Bu zaman cavabdeh 20 yaşında olmaqla tələbə olmuş, heç bir gəlir mənbəyi olmamışdır. Sonralar isə polisdə işləmiş, aylıq gəliri maaşdan artıq olmadığından, onun 257000 manat pul əldə edib banka qoyması mümkünsüzdür. Beləliklə, cavabdeh iddiaçının ağır xəstə və yaşlı olmasından və vəfat etdikdə digər vərəsələrini mirasdan məhrum etmək məqsədi ilə iddiaçının ona olan etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq pul vəsaitinin başqa banka qoyulmasına və bütün daşınmaz əmlaklarının ona bağışlanmasına nail olmuşdur. Daha sonra cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək, ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq, iddiaçının xəstə bacısına və 91 yaşlı anasına qayğı göstərməkdən, onları saxlamaqdan imtina etmişdir. Göründüyü kimi, iddiaçının xeyirxah hərəkətlərinin müqabilində cavabdeh ona qarşı bədxah hərəkətlər etmişdir. Daha sonra iddiaçının yeni vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair 06 oktyabr 2022-ci il tarixində (elektron məhkəmə sisteminə yerləşdirilmə tarixi xx.xx.2022) ərizə ilə müraciət edilərək iddia tələbinin bağışlamadan imtina olaraq dəyişdirmişdir. İddiaçı bu tələbinə əsas kimi hədiyyə alan cavabdeh oğlunun ailə hüququndan irəli vəzifələri ona və yaxın ailə üzvlərinə qarşı çox kobud şəkildə pozduğunu göstərmişdir. 3.Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlamış, ərizədə göstərilmişdir ki, cavabdehin iddiası əsassız olduğu üçün iddianı qəbul etmir. Bağışlama müqavilələrində iddia ərizəsində göstərilən heç bir şərt əks olunmamışdır. Üstəlik, 11 aprel 2017-ci il tarixli bağışlama müqaviləsində birbaşa göstərilir ki, iddiaçı daşınmaz əmlakı cavabdehin mülkiyyətinə verir. Bundan başqa, iddiaçı ümumi qaydada göstərir ki, guya cavabdeh ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozaraq onun xəstə bacısına və 91 yaşlı anasına baxmamışdır. Lakin, bununla əlaqədar heç bir dəqiqləşdirici faktı və həmin faktı təsdiq edən heç bir sübutu iddia ərizəsində göstərməmişdir. Bu isə iddianın formallığının və əsassız olmasının göstəricisidir. Əslində iddiaçının bu iddia ərizəsini verməkdə niyyəti oğlundan qisas almaqdır. Belə ki, iddiaçı özü qanunsuzluğa yol verərək oğlunun bankda olan pulunu mənimsəmişdir. İddiaçı atası barədə dələduzluq faktı ilə hüquq-mühafizə orqanlarına şikayət etməmiş, sadəcə, iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Törətdiyi qanunsuzluğa görə oğlunun ona qarşı hər hansı tələb irəli sürməməsi üçün iddiaçı belə iddia qaldırmışdır. Hazırda sual yaranır ki, əgər iddiaçını oğlu tərəfindən daşınmaz əmlaklara çıxarış alınması və ya xəstə bacısına, 91 yaşlı anasına baxılmaması narahat edirdisə, niyə həmin vaxt iddia qaldırmamış, saxta yolla bankdan oğlunun pulunu çıxararaq mənimsədikdən sonra oğlu ona qarşı iddia ərizəsi verdikdə belə iddia qaldırmışdır?! İddiaçı iddia ərizəsində göstərir ki, bu hallar ona 2022-ci ilin iyun ayına məlum olmuşdur. Lakin, niyə məhz həmin tarixdə məlum olmasını açıqlamır. İddia ərizəsində cavabdhein guya bağışlama şərtlərini pozduğunu iddia edir. Lakin, iddiaçı ərizəsində qəsdən heç bir müddət göstərmir və iddiasının dəlillərini açıqlamır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklarla bağlı dövlət reyestrindən çıxarışlar 2008-ci ildə, 2017ci ildə və 2019-cu ildə verilmişdir. Bundan başqa, iddia ərizəsində cəmi bir bağışlama müqaviləsinin bağlanma müddəti göstərilir – xx.xx.2012-ci il. Bu müddət ərzində iddiaçının qeyd olunan çıxarışların alınmasından məlumatı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasını hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bağışlama müqaviləsi bağlandıqdan və daşınmaz əmlaka çıxarış alınmasından artıq uzun müddət keçsə də, iddiaçı Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş müddətlərə riayət etməklə imtina haqqında bildirişi cavabdehə verməmişdir. Göründüyü kimi, iddiaçı bağışlamadan imtina müddətlərini çoxdan ötürmüşdür. Sonda əsassız olduğu üçün iddianın rədd edilməsi, məhkəmə iddianı əsaslı hesab edərsə, bağışlamdan imtina ilə bağlı iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsi xahiş olunmuşdur. 4.Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərdən əlavə olaraq göstərmişdir ki, Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus 255938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər "xxxx" ASC və İddiaçı tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, bank tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli “hesabdan çıxarış”a əsasən, 14 iyun 2022-ci il tarixə Cavabdeh bank əmanətində 242938 manat pul olmuşdur.Lakin, 14 iyun 2022-ci il tarixdə həmin pul vəsaiti bank hesabından çıxarılmış və həmçinin buna görə də aylıq hesablanmalı olan əlavə 13000 manat məbləğ pul da bank əmanəti hesabında görünməmişdir. Yəni, hazırda 255938 manat pul Cavabdeh bank əmanətindən əsassız olaraq silinmişdir. Cavabdeh banka qeyd olunan halın səbəbləri barədə məlumat verilməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında onun atası İddiaçı ödənilmişdir. Nəzərə alınmalıdır ki, Toğrul atasına müvafiq etibarnamə versə də, pul vəsaiti bank əmanətindən silindiyi zaman həmin etibarnamənin hüquqi qüvvəsi olmamışdır. İddiaçı qüvvədə olmayan etibarnamədən istifadə etməklə, həmçinin ona verilmiş etibarnamədən suiistifadə etməklə Cavabdeh pulunu qanunsuz və əsassız olaraq, onun razılığı olmadan çıxararaq ələ keçirmiş, ona maddi ziyan vurmuşdur. Hazırda da İddiaçı öz qanunsuzluqları ilə bağlı cavabdehə təsir etmək üçün mülki hüquqlarından sui-istifadə edərək, Cavabdeh qarşı əsassız iddia qaldırmışdır. Bundan başqa, iddiaçı ərizədə göstərir ki, bağışlama müqaviləsi bağlansa da, daşınmaz əmlaklar faktiki olaraq iddiaçıda qalmışdır. İddiaçının bu mövqeyi də tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd olunan hüquq normasına əsasən, əmlak bağışlama müqaviləsi bağlandığı andan cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan başqa, iddiaçı ərizəsində göstərir ki, guya cavabdehin maaşı bankda o qədər pulu olmasına kifayət etməz. Lakin, nəzərə alınmalıdır ki, bu məsələ digər məhkəmə araşdırmasının predmetidir. Həmin məsələnin hazırki iddia ilə heç bir aidiyyəti yoxdur. Çünki, iddiaçı və cavabdeh arasında bağışlama müqaviləsi tam qanuni formada bağlanmışdır və bağışlama zamanı hansı pulun ödənilməsi qanunvericiliklə tələb olunmur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 may 2023-cü il tarixli, 2(001)-279/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Etibar Mustafayev) iddia tələbi təmin edilərək, -Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilin Cavabdeh bağışlanmasına dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 13 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarışın ləğv edilməsi və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarış ləğv edilməsi və Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083049 reyestr nömrəli, 20 fevral 2019- cu il tarixli çıxarışın ləğv edilməsi; Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunması; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019- cu il tarixli çıxarışın ləğv edilməsi; Cavabdeh ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılması; -İddiaçı vəsaiti hesabına "xxxx" ASC-də Cavabdeh adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin Cavabdeh bağışlanmasından imtina edilmiş hesab olunması; -Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh iddiaçının oğludur. 7.Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır. 8.Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli müqavilədən görünür ki, İddiaçı özünə məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzilini oğlu Cavabdeh bağışlamışdır. 9.Bakı şəhəri notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini oğlu Cavabdeh bağışlamışdır. 10.Bakı şəhəri 19 saylı notariat ofisində (kontorunda) bağlanmış 11 aprel 2017- ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili Cavabdeh (hədiyyə alanın) mülkiyyətinə vermişdir. 11.Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir. 12.Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh mülkiyyətinə vermişdir. 13.MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. 14.MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada yerləşən, 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə 08 yanvar 2008-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. 15.RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzil 13 aprel 2017-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 16.RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 950B saylı bağ evi 09 yanvar 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 17.RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qaraj 20 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 18.RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2, 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qaraj 21 fevral 2019-cu il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 19."xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 24 fevral 2023-cü il tarixli arayışda göstərilmişdir ki: 1.İddiaçı adına ilk dəfə 17 fevral 2012-ci il tarixdə cari hesab açılmışdır. 2.Cavabdeh adına ilk dəfə 05 fevral 2013-cü il tarixdə cari hesab açılmışdır. 3.İddiaçı ilə Cavabdeh "xxxx" ASC-də birgə/ortaq hesabları yoxdur. 4.Cavabdeh "xxxx" ASC ilə bağlanmış hər hansı əmanət müqaviləsi aşkar edilməmişdir. 5.İddiaçı məxsus əmanət müqavilələri 2015-ci ildə bağlandığı üçün sənədlər ləğv olunmuşdur. 6.İddiaçı xx.xx.2012-ci ildə 10000 manat əmanət yerləşdirmiş, 07 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 07 fevral 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012- ci ildə 30000 manat əmanət yerləşdirmiş, 18 yanvar 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 10000 manat əmanət yerləşdirmiş, 18 mart 2013-cü il tarixdə pulu çıxarmış; xx.xx.2012-ci ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 25 aprel 2014-cü il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmış; xx.xx.2013-cü ildə 30000 manat əmanət yerləşdirmiş, 27 yanvar 2015-ci il tarixdə pulu çıxarmışdır. 20.Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicidi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki: 1.Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-2 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır. 2.Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-4 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 4511,04 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 3.Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-5 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır. 4.Cavabdeh adına 01 iyun 2016-cı il tarixdə 12-218603-7 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 9022,2 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 5.Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 8 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 100000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarılmışdır. 6.Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 9 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 6037,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissəhissə çıxarılmışdır. 7.Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 10 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixdə həmin məbləğ çıxarılmışdır. 8.Cavabdeh adına 25 oktyabr 2016-cı il tarixdə 12-218603- 11 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həmin hesaba ümumilikdə 500,09 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2016-cı il tarixədək həmin məbləğ hissəhissə çıxarılmışdır. 9.Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603- 13 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixdə həmin məbləğ çıxarılmışdır. 10.Cavabdeh adına 26 dekabr 2016-cı il tarixdə 12-218603- 14 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2017-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 11.Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603- 15 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdə həmin hesaba 50000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixdə həmin məbləğ çıxarılmışdır. 12.Cavabdeh adına 26 dekabr 2017-ci il tarixdə 12-218603- 16 nömrəli qısamüddətli əmanət hesabı açılmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həmin hesaba ümumilikdə 1500 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2018-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 13.Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 17 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır. 14.Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 18 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2685 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 15.Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 19 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 30000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə həmin məbləğ çıxarılmışdır. 16.Cavabdeh adına 01 noyabr 2018-ci il tarixdə 12-218603- 20 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 1342,5 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissəhissə çıxarılmışdır. 17.Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603- 21 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdə həmin hesaba 60000 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixdə 59999,94 ABŞ dolları məbləğ çıxarılmışdır. 18.Cavabdeh adına 26 dekabr 2018-ci il tarixdə 12-218603- 22 nömrəli uzunmüddətli əmanət hesabı açılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin hesaba ümumilikdə 2410 ABŞ dolları məbləğində pul daxil edilmiş, xx.xx.2020-ci il tarixədək həmin məbləğ hissə-hissə çıxarılmışdır. 19.İddiaçının iddia ərizəsində göstərilən daşınmaz əmlaklarla bağlı, habelə "xxxx" ASC-də cavabdehin adına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. 20.Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Dövlət Universitetində İnsan resursları və hüquq şöbəsinin Hüquq sektorunun müdiri vəzifəsində işləyir. 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 24 sentyabr 2022-ci il tarixli arayışında göstərilmişdir ki, Bakı şəhər BPİ Binəqədi RPİ 4PBnin məsul növbətçisi, polis mayoru Cavabdeh 2012-ci il üzrə əmək haqqı 947 manat, 2013-cü il üzrə 6034,8 manat, 2014-cü il üzrə 9338,4 manat, 2015-ci il üzrə 11327,65 manat, 2016-cı il üzrə 6917,05 manat, 2017-ci il üzrə 6950,4 manat, 2018- ci il üzrə 7392 manat, 2019-cu il üzrə 8269,45 manat, 2020-ci il üzrə 9499,2 manat, 2021- ci il üzrə 9523,2 manat, 2022-ci il üzrə 7966,8 manat olmaqla, 2012-ci ildən 2022-ci ilədək cəmi məbləğ 84165,95 manat təşkil edir. 22.İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsindəki 68 nömrəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 77,36 kv.metr yaşayış sahəsi olan 60 saylı mənzildə 1932-ci il təvəllüdlü anası Zenfira Sadıxova ilə birlikdə yaşayır. 23.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(001)-4742/2022 saylı qərardadından görünür ki: 1.İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pulun hesaba daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, cavabdehdən 242938 manat pul vəsaitinin tutularaq Cavabdeh adına açılmış ******************** nömrəli hesaba ("xxxx" ASC tərəfindən əmanətin qəbul edilməsi üçün açılmış hesaba) mədaxil edilməsi... barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.Həmin mülki işlə bağlı məhkəmənin 15 sentyabr 2022-ci il tarixli, MTT(001)- 177/2022 saylı qərardadına əsasən, X5 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialında cavabdeh İddiaçı depozit qutusunda (bank hesabında) olan 242938 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli BPM**********57, BMP**********47 və BPM**********54 nömrəli “Bank əmanəti müqavilə”ləri bağlanılmışdır. Hər üç müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh tərəfindən 100.000 manat, 100.000 manat və 57.000 manat pul vəsaitini cəmi 257.000 manat Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesaba yerləşdirilmişdir. Bank əmanəti müqavilələrinin şərtlərinə əsasən qeyd edilən vəsaitlərə 12 ay müddətinə illik 8% hesablanmalıdır. Bank isə müvafiq müqavilələrdə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq müqavilələrin 8.1-ci maddələrində qeyd edilən şərtə əsasən bu müqavilələr müddət bitdikdən sonra hər dəfə 12 ay müddətinə uzadılmışdır. Cavabdeh tərəfindən (etibar edən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnamə əsasında onun atası İddiaçı (etibar edilən) 14 iyun 2022-ci il tarixində Bankın müvafiq müştəri xidməti strukturuna (Müştəri xidməti departamentinə) yaxınlaşmış, bu etibarnamə əsasında adları yuxarıda qeyd edilən hər 3 müqavilə üzrə vəsaitləri Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesabdan vaxtından əvvəl məxaric etməklə müqavilələrin 4.2-ci bəndinə əsasən müqavilələrə vaxtından əvvəl xitam vermiş və 242.938 manat vəsaiti məxaric etmişdir. İddiaçı tərəfindən müvafiq vəsaitlər məxaric edildikdən sonra oğlu – etibar edən Cavabdeh Bankın çağrı mərkəzinə müraciət etmiş və pul vəsaitinin məxaric edilməsi məsələsinin araşdırılıb ona cavab verilməsini xahiş etmişdir. Bank tərəfindən ona məlumat verilmişdir ki, müvafiq vəsait etibarnamə əsasında hərəkət edən şəxs tərəfindən məxaric edilib. O isə banka bildirmişdir ki, onun tərəfindən verilmiş etibarnaməyə xitam verilib. Bundan sonra bank tərəfindən aparılmış araşdırmalar nəticəsində müvafiq yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən (etibarən edən) atası İddiaçı (etibar edilən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnaməyə 02 mart 2021-ci il tarixində xitam verilib. Bundan sonra Cavabdeh Banka həmçinin yazılı şəkildə 22 iyun 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, ona məxsus olan məbləğin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, müvafiq etibarnaməyə 02 mart 2021-ci il tarixində xitam verildiyi üçün İddiaçı 14 iyun 2022-ci il tarixində Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesabdan müvafiq vəsaiti məxaric etməyə, müqavilələri ləğv etməyə hüququ olmamışdır. 4.Cavabdeh isə məhkəməyə yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini, 257.000 manat vəsaitin həqiqi sahibinin məhz onun olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh məhkəməyə yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh da ona və "xxxx" ASC-yə qarşı “bank əmanətinin bərpa olunması” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda həmin iş hakim Natavan Tağıyevanın icraatındadır. Hər iki iddia eyni pul məbləği və eyni hesabla bağlıdır. Hər iki iddia tələbi təmin olunacağı təqdirdə İddiaçı eyni pul məbləği iki dəfə alınmış olacaqdır. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisəli pul məbləği üzrə əsas tələb sahibi də bank deyil, olsa-olsa Cavabdeh ola bilər (hərçənd həqiqətdə həmin pul ona məxsus olmuşdur). Eyni zamanda bank həmin pulu özü bərpa etdikdən sonra hazırkı iddia tələbi ilə çıxış edə bilərdi. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ona və "xxxx" ASCyə qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair mülki iş həll edilib yekun məhkəmə aktı çıxarılana qədər 2(001)-4742/2022 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. 5.“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və habelə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-3746/2022 saylı qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh məxsus 255.938 manat məbləğində pul vəsaitli bank əmanətinin cavabdeh "xxxx" ASC tərəfindən depozit hesaba bərpa edilməsi qət edilmiş, iddia tələbi digər cavabdeh İddiaçı münasibətdə rədd edilmişdir. 6.Habelə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(103)1700/2023 saylı qətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-3746/2022 saylı qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia tələbi rədd edilmişdir. 24.Məhkəmə iddianın təmin edilməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama əsas etibari ilə qarşılıqsız olaraq və çox zaman da yaxın qohumluq əlaqələri olan şəxslərə edilir. Təcrübədə də ən çox rast gəlinən bağışlama halları ailə daxili şəxslər arasında mövcud olanlardır ki, bunun səbəbi də bağışlama fakatlarının tərəflər arasındakı mənəvi bağlar və qarşılıqlı doğmalıq və yaxınlıq hissələrinə söykənməsidir. Qeyd edilən mənəvi əlaqələrin mövcud olması bağışlama faktının gerçəkləşməsinə rəvac verdiyi kimi həmin bağların zəifləməsi və habelə qopması halı da bağışlamadan imtinaya əsas ola bilər. Məhz bu səbəblə də Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda” hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 25.İndiki halda iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini 03 avqust 2012-ci ildə; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili 11 aprel 2017ci ildə; ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyriyaşayış sahəsini 13 fevral 2019-cu ildə; ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini 13 fevral 2019-cu ildə cavabdehə bağışlama yolu ilə hədiyyə etmişdir. 26.Məhkəmədə belə təsəvvür yaranmışdır ki, ən azı sonuncu müqavilənin bağlandığı 13 fevral 2019-cu il tarixədək iddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətlərinə xələl gətirən hal olmamışdır. Çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. 27.Məhz həmin dövrdə (daha dəqiq xx.xx.2012-ci il tarixdən 27 yanvar 2015-ci il tarixədək) iddiaçıya məxsus "xxxx" ASC-dəki bank hesablarına ən azı 200000 manat məbləğində pul vəsaiti yerləşdirilmiş (əmanət hesablarının bağlandığı tarixdən sonrakı dövr üzrə yeni hesablana mədaxil edilmiş məbləğlərin təkrar olaraq yerləşdirilməsi ehtimalı olduğu üçün nəzərə alınmadan), 27 yanvar 2015-ci il tarixədək həmin bankdakı iddiaçının hesablarından pullar çıxarılmış, 01 iyun 2016-cı il tarixdən başlayaraq cavabdehin adına "xxxx" ASC-də depozit hesabları açılmış və həmin hesablara 26 dekabr 2018-ci il tarixədək 50000, 100000 və s. ABŞ dolları kimi iri məbləğlərdə mədaxillər edilmişdir. Cavabdehin hesablarından məxaric son olaraq 10 iyul 2020-ci il tarixdə edilmiş, 14 iyul 2020-ci il tarixdə "xxxx" ASC və Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli BPM**********57, BMP**********47 və BPM**********54 nömrəli “Bank əmanəti müqavilə”ləri bağlanılmışdır. Hər üç müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh tərəfindən 100.000 manat, 100.000 manat və 57.000 manat pul vəsaitini cəmi 257.000 manat Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesaba yerləşdirilmişdir. 28.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbində göstərilən, cavabdehin adına "xxxx" ASC-dəki əmanət hesabına yerləşdirilmiş 242938 manat pul vəsaitinin iddiaçının pulu olmadığını iddia etsə də, mülki iş materialları ilə iri məbləğli pul vəsaitlərinin cavabdehdən əvvəl iddiaçıya məxsus bank hesablarında mövcud olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh tərəfindən həmin pulla bağlı istənilən əməliyyatın aparılması səlahiyyəti ilə bağlı iddiaçıya etibarnamə verilməsi də pulun həqiqətən də iddiaçıya aid olması fikrini möhkəmlədir. 29.Habelə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron sistemə daxil edilmiş iddia ərizəsinə etirazda da qeyd edilmişdir ki, bağışlanma hər hansı müqavilə ilə və pulun verilməsi ilə şərtləndirilmir. Bu fikir etiraf etmək niyyəti qeyd edilməsə də tərəfin bununla bağlı iradəsi ifadəsi və ümumilikdə iddia ərizəsinə etiraz ərizəsi etiraf mahiyyətində olduğu üçün bu mövqe məhkəmə tərəfindən etiraf xarekterli dəyərləndirilməkdədir. Həmçinin cavabdeh tərəf həmin pul məbləğinin bağışlanma olmadığını qeyd etməklə kifayətlənmiş, məhkəmə tərəfindən kifayət qədər uzun və hər tərəfli məhkəmə araşdırması aparılmasına baxmayaraq iddiaçının bu mövqeyinə əks arqument xarakterli heç bir sübutu məhkəmə təqdim etməmişdir. Həmçinin cavabdehin özü heç bir məhkəmə iclasında iştirak etmədiyinə və cavabdehin nümayəndəsi və vəkilinin isə sonrakı məhkəmə hazırlıq iclaslarının və həmçinin heç bir məhkəmə baxış iclaslarında iştirak etmədiyinə görə iddia tələbinin ayrı-ayrı hissələrinə dair cavabdeh tərəfindən şifahi münasibətini öyrənmək və habelə mübahisə ilə bağlı cavabdeh tərəfə suallar ünvanlamaq mümkün olmamışdır. 30.Məhkəmə cavabehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək, qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən daşınmaz əmlaklarla bağlı, habelə "xxxx" ASCdə cavabdehin adına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. Bundan başqa, cavabdehin "xxxx" ASC-yə əmanət hesabındakı pulun atası tərəfindən çıxarılmasının qanunsuz olması ilə bağlı müraciətindən sonra bank tərəfindən İddiaçı qarşı iddia ərizəsi 08 iyul 2022-ci il tarixdə imzalanmış, məhkəməyə göndərilmişdir. 31.Yəni, tərəflər arasında ailə hüquq münasibətlərinin pozulması fonunda bu mübahisənin yaranma tarixi məhkəmə üçün 08 iyul 2022-ci il qəbul edilir, çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə, iddia müddətinin ötürülməmiş sayılır. 32.Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilənlərə uyğun olaraq, cavabdehin iddiaçının anasına, səhhətində problemlər olan bacısına qayğı göstərməməsi və s. ilə bağlı sübut mövcud olmasa da, cavabdehin iddiaçıya məxsus pul vəsaitini mənimsəməyə çalışması bəllidir və belə olan halda Mülki Məcəllənin 673.2.2-ci maddəsinin hazırki iddiaya təmin edilməsi üçün əsaslar yaranmış olur. 33.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. 34.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcələsinin 666.1, 673.1.2, 673.2, 673.2.1, 673.2.2, 673.3, 673.4-cü; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 35.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, daşınmaz əmlaka dair mülkiyyət hüququnun cavabdehdə keçməsini təsdiq edən sənədlər, yəni çıxarışlar bilavasitə İddiaçı tərəfindən cavabdehə bağışlama müqavilələri əsasında keçmişdir. Bu zaman bağışlama müqavilələri heç bir öhdəliklə şərtləşdirilməmiş iddiaçının könüllü istəyi, öz iradə ifadəsi ilə daşınmaz əşyaları oğlu SadıxovToğrul Tofiq oğluna bağışlanmışdır. Bağışlama müqavilələri Cavabdeh müqavilələrin predmeti olan daşınmaz əşyaları Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına keçirib mülkiyyət hüququ alması üçün əsasdır. Belə ki, əldə olunan çıxarışların tarixi 2008, 2017 və 2019-cu illəri əhatə edir. Bu zaman dilimində iddiaçı çıxarışlardan xəbərdar olmuş, bunu bağışlama müqaviləsindəki hər hansı mövcud olmayan bir öhdəliklə əlaqələndirməmişdir. Buna baxmayaraq hal-hazırda iddiaçı heç bir başğlama müqaviləsində mövcud olmayan öhdəlikləri önə çəkir. İş materiallarında olan və qətnamədə qeyd olunan bu bağışlama müqavilələri iddiaçı tərəfindən cavabdehə daşınmaz əşyaların heç bir öhdəlik şərtləşdirilmədən, qeyd olunan tarixlərdə təmənnasız verildiyini sübut edir:
1. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzili 01 dekabr 2007-ci ildə;
2. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzili 01 dekabr 2007-ci ildə;
3. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini 03 avqust 2012-ci ildə;
4. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili 11 aprel 2017-ci ildə;
5. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri yaşayış sahəsini 13 fevral 2019-cu ildə;
6. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyri-yaşayış sahəsini 13 fevral 2019-cu ildə. Yuxarıda qeyd olunan bağışlama müqavilələri əsasında əldə olunan çıxarışların tarixi 2008, 2017 və 2019-cu illəri əhatə edir. Bağışlama müqaviləsindən imtina ilə bağlı Mülki qanunvercilik 1 illik xüsusi iddia müddəti təsbit etmişdir ki, iş materiallarından və məzmundan açıq-aydın görünür ki, iddiaçının imtina ilə bağlı heç bir tələbi olmamışdır. İddiaçı iddia müddətini ötürməklə “Bağışlama müqavilələrindən imtina olunması və çıxarışların ləğvi” tələbini qoymuşdur. Bağışlama müqavilələri tərəflərin iradə ifadəsi reallaşmış və bağlandıqdan sonra qanuverciliyin tələbi ilə notariat qaydasında təsdiq olunmuşdur. Bu zaman iddiaçının iradə ifadəsinə zidd olan heç bir hal mövcud olmamış, müqaviləni könüllü surətdə bağlamış və daşınmaz əşyaları cavabdeh Sadıxov oğrul tofiq oğluna bağışlamışdır. Qeyd olunan müqavilələr əsasında əldə olunan çıxarışlar həmin daşınmaz əşyalar barəsində Cavabdeh mülkiyyət hüququnu təsbit edir və qoruyur. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə ki, qeyd edilən heç bir bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bu zaman iddiaçı nə xəstə bacısı, nə də 91 yaşlıanası ilə bağlı iradə ifadəsi bildirmişdir. Bu məzmunda müqavilələrin bəndlərində heç bir qeyd yoxdur. Bağışlama müqaviləsinin predmeti daşınmaz əşya olmaqla, o yazılı qaydada tərtib olunub, notariat qaydasında təsdiqlənməlidir. İddiaçı bunları bildiyi halda müqaviləni hər hansı şərt və ya öhdəliyin icrası ilə əlaqələndirməmişdir. İndi isə əsassız yerə belə bir iradə ifadəsi olduğunu iddia edir. Halbuki, Mülki qanunvercilik daşınmaz əşyaların bağışlanması qaydasını yazılı müqavilə və onun notariat qaydasında təsdiq olunması ilə əsaslı hesab etmişdir. İddiaçının bu məzmunda hər hansı iddiası əsassız və yersizdir. Məhkəmə qətnamə qəbul edərkən bağışlama müqavilələrindən imtinanın əsası kimi ailə hüquq münasibətlərinin korlanmasını göstərmişdir. Ailə hüquq münasibətlərinin pozulması ilə bağlı mübahisənin yaranma tarixi məhkəmə üçün 08 iyul 2022-ci il qəbul edilmişdir. Məhkəmə iddia müddətinin ötürülməməsini qətnamədə bu şəkildə qeyd edir: “Bu məqamda məhkəmə cavabehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək, qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərilən daşınmazəmlaklarla bağlı, habelə "xxxx" ASC-də cavabdehinadına açılmış əmanət hesabında olan 242938 manat pul vəsaitinin cavabdehə bağışlanmasından imtina etməsinə dair bildiriş (Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qaydada) 03 oktyabr 2022-ci il tarixdə cavabdehə ünvanlandırılmış, 18 oktyabr 2022-ci il tarixdə çatdırılmışdır. Bundan başqa, cavabdehin "xxxx" ASC-yə əmanət hesabındakı pulun atası tərəfindən çıxarılmasının qanunsuz olması ilə bağlı müraciətindən sonra bank tərəfindən İddiaçı qarşı iddia ərizəsi 08 iyul 2022-ci il tarixdə imzalanmış, məhkəməyə göndərilmişdir. Yəni, tərəflər arasında ailə hüquq münasibətlərinin pozulması fonunda bu mübahisənin yaranma tarixi məhkəmə üçün 08 iyul 2022- ci il qəbul edilir, çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə, iddia müddətinin ötürülməmiş sayılır.” Halbuki, məhkəmənin gözdən qaçırdığı bir neçə fakt vardır: 1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus 255938 manat pul vəsaitli bank əmanətinin cavabdehlər "xxxx" ASC və İddiaçı tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, bank tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli “hesabdan çıxarış”a əsasən, 14 iyun 2022-ci il tarixə Cavabdeh bank əmanətində 242938 manat pul olmuşdur. Lakin, 14 iyun 2022-ci il tarixdə həmin pul vəsaiti bank hesabından çıxarılmış və həmçinin buna görə də aylıq hesablanmalı olan əlavə 13000 manat məbləğ pul da bank əmanəti hesabında görünməmişdir. Yəni, hazırda 255938 manat pul Cavabdeh bank əmanətindən əsassız olaraq silinmişdir. Cavabdeh banka qeyd olunan halın səbəbləri barədə məlumat verilməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında onun atası İddiaçı ödənilmişdir. Nəzərə alınmalıdır ki, Toğrul atasına müvafiq etibarnamə versə də, pul vəsaiti bank əmanətindən silindiyi zaman həmin etibarnamənin hüquqi qüvvəsi olmamışdır. İddiaçı qüvvədə olmayan etibarnamədən istifadə etməklə, həmçinin ona verilmiş etibarnamədən sui istifadə etməklə Cavabdeh pulunu qanunsuz və əsassız olaraq, onun razılığı olmadan çıxararaq ələ keçirmiş, ona maddi ziyan vurmuşdur. Hazırda da İddiaçı öz qanunsuzluqları ilə bağlı cavabdehə təsir etmək üçün mülki hüquqlarından sui-istifadə edərək, Cavabdeh qarşı əsassız iddia qaldırmışdır. Bundan başqa, iddiaçı ərizədə göstərir ki, bağışlama müqaviləsi bağlansa da, daşınmaz əmlaklar faktiki olaraq iddiaçıda qalmışdır. İddiaçının bu mövqeyi də tamamilə əsassızdır və heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi bu tələb Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsində mübahisələndirilməsinə baxmayarq iddiaçı əsassız olaraq yenidən onu mübahisələndirməyə çalışmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qanunsuz və əsassız olaraq bunu mübahisə predmeti kimi qiymətləndirmişdir. Buna görə də qətnamə bu hissədə etibarsız hesab olunmalıdır. 2.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunmuşdur: “Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİhissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-cimaddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.”; “Yəni, tərəflər arasında ailə hüquq münasibətlərinin pozulması fonunda bu mübahisənin yaranma tarixi məhkəmə üçün 08 iyul 2022- ciil qəbul edilir, çünki, əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan haldaisə, iddia müddətinin ötürülməmiş sayılır.”;“Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilənlərə uyğun olaraq, cavabdehin iddiaçının anasına, səhhətində problemlər olan bacısına qayğı göstərməməsi vəs. ilə bağlı sübut mövcud olmasa da, cavabdehin iddiaçıya məxsus pul vəsaitini mənimsəməyə çalışması bəllidir və belə olan halda Mülki Məcəllənin 673.2.2-ci maddəsinin hazırki iddiaya təmin edilməsi üçün əsaslar yaranmış olur.” Belə ki, məhkəmə mübahisəinin yaranması əsası kimi ailə münasibətlərini göstərmişdir. Halbuki Mediasiya haqqında qanunun normaları bunu tələb edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə ilkin mediasiya sessiasiyasından keçməlidir. Məhkəmənin qərəzli və əsassız mövqeyi özünü burada büruzə verir ki, bir tərəfdən o mübahisənin yaranmasını ailə münasibətlərinin korlanması ilə əsaslandırır, digər bir tərəfdən isə iddiaçının iddia etdiyi cavabdehin iddiaçının xəstə bacısına, 91 yaşlı nənəsinə baxmamasına dair sübutun olmadığını qeyd edir. Məhkəmə qərəzli mövqedən çıxış edərək yersiz əsaslandırmalar aparmağa çalışmışdır. Qanunun (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci və 28.2-ci maddələri) da tələbindən irəli gələn Mediasiya arayışı iş materiallarında mövcud deyildir. Tərəflər ilkin mediasiya sessiayasında iştirak etməmişlər. Buna baxmayaraq məhkəmə mübahisənin ailə münasibətlərindən irəli gəldiyini qətnamədə vurğulasa da “Mediasiya haqqında”Qanunun tələblərini pozmuş və işi icraata qəbul etmişdir. Mübahisə predmeti olan daşınmaz əşyalara mülkiyyət hüququ Daşınmaz Əmlakın dövlət Reyestrində qeydə alınmış çıxarışlarla Cavabdeh məxsusdur. Həmin daşınmaz əşyalar 2008, 2017 və 2019-cu illərdə bağışlama müqavilələri ilə iddiaçı tərəfindən cavabdehə bağışlanmışdır. 11 aprel 2017-ci il tarixli bağışlama müqaviləsində birbaşa göstərilir ki, iddiaçı daşınmaz əmlakı cavabdehin mülkiyyətinə verir. Bu müqavilələr əsasında cavabdeh predmetərə mülkiyyət hüququ əldə etdmişdir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, Təxminən 2008-ci ildən cavabdeh iddiaçıdan bütün əmlakını ona bağışlamağı xahiş etmişdir. İddiaçı ilk vaxtlar oğlunun məqsədini anlamamış, lakin səmimiyyətinə inanaraq iddia tələbində göstərilən əmlaklarla bağlı hüquqlarını bağışlama müqavilələri əsasında görünüş üçün cavabdehə vermişdir. İddiaçı əmlakları deyil, əmlaklara dair hüquqlarını razılaşdırılmış şərtlər daxilində cavabdehə bağışlamışdır. Şərtə görə, əmlaklara dair bağışlama müqavilələri bağlansa da, çıxarışlar alınmamalı, əmlaklara mülkiyyət hüquqları iddiaçı da qalmalı idi. Lakin, 2022-ci ilin iyun ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, bağışlama müqavilələri əsasında daşınmaz əmlaklara dair çıxarışlar almışdır. Həmin əmlaklar cavabdehə bağışlansa da, həmçinin, cavabdehin adına çıxarışlar verilsə də, faktiki olaraq cavabdehin yaşadığı mənzil istisna olmaqla, qalan bütün əmlaklar iddiaçının sahibliyində və istifadəsindədir. Yəni, bağışlama haqqında sənədləşmə aparılsa da, əmlaklar cavabdehə verilməmiş, hədiyyə alan, yəni cavabdeh bağışlanan əmlakları qəbul etməmişdir. Eyni zamanda, bağışlama öhdəliklərlə şərtləndirilmişdir. Daha sonra 2022-ci ilin iyun ayının 20-də iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, hətta 2019-cu ildə iddiaçı tərəfindən cavabdehin bank hesabına qoyduğu 257000 manat pulu ələ keçirmək məqsədi ilə adına 10 il müddətinə verdiyi etibarnaməni iddiaçını məlumatlandırmadan ləğv etdirmiş, bank vasitəsilə iddiaçını məhkəməyə verdirmiş, pulun ona məxsus olmasındaiddiaçıdır. Halbuki, iddiaçı 15 il öncə 257000 manat pul vəsaitini ilkin olaraq "xxxx" ASC-də öz hesabına qoymuşdur. Bu zaman cavabdeh 20 yaşında olmaqla tələbə olmuş, heç bir gəlir mənbəyi olmamışdır. Sonralar isə polisdə işləmiş, aylıq gəliri maaşdan artıq olmadığından, onun 257000 manat pul əldə edib banka qoyması mümkünsüzdür. Beləliklə, cavabdeh iddiaçının ağır xəstə və yaşlı olmasından və vəfat etdikdə digər vərəsələrini mirasdan məhrum etmək məqsədi ilə iddiaçının ona olan etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq pul vəsaitinin başqa banka qoyulmasına və bütün daşınmaz əmlaklarının ona bağışlanmasına nail olmuşdur. Daha sonra cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək,ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq, iddiaçının xəstə bacısına və 91 yaşlı anasına qayğı göstərməkdən, onları saxlamaqdan imtina etmişdir. Burada bəzi məqamları qeyd etmək zəruridir: 1.İddiaçı 2008-ci ildə oğlu Cavabdeh ondan əmlakları ona bağışlamasını xahiş etdiyi bildirir və daha sonra onun niyyətinin 2022-ciildə ortaya çıxdığını, onu aldatdığını qeyd edir. Belə ki, bu cümlələr sadəcə iddia ərizəsini əsaslandırmağa çalışmaq üçün doldurulmuş məntiqsiz cümlələrdir. Ata 2008-ci ildə bağışladığı mülklərə oğlunun çıxarış aldığından xəbərdar olmaqla yanaşı, uzunmüddət boyunca onu aldatmaq niyyətində olan 20 yaşlı oğlundan heç bir halda şübhələnməmiş vəəlavə olaraq bir neçə mülki yenidən ona bağışlamışdır. Üstəlik hər bir halda oğluna yeni bir mülk bağışlayanda öncəkilərlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışların olduğundan xəbərdar idi. Buna baxmayaraq, hər bir halda çıxarışların olduğundan xəbərdar olan cavabdeh iddia ərizəsində məhz bu cür qeyd edir “2022-ci ilin iyun ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldatmış, bağışlama müqavilələri əsasında daşınmaz əmlaklara dair çıxarışlar almışdır”. İddiaçının bu ifadəsi tamamilə yalandır. İddiaçı iş materiallarında qeyd edilən daşınmaz əşyaları cavabdehə öz könüllü istəyi və iradə ifadəsi bağışlamaqla, onu heç bir şərt və ya öhdəlikdən asılı hala gətirməmişdir. 2."xxxx" ASC və Cavabdeh arasında 14 iyul 2020- ci il tarixli BPM**********57, BMP**********47 və BPM**********54 nömrəli “Bank əmanəti müqavilə”ləri bağlanılmışdır. Hər üç müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh tərəfindən 100.000 manat, 100.000 manat və 57.000 manat pul vəsaitini cəmi 257.000 manat Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesaba yerləşdirilmişdir. Bank əmanəti müqavilələrinin şərtlərinə əsasən qeyd edilən vəsaitlərə 12 ay müddətinə illik 8% hesablanmalıdır. Bank isə müvafiq müqavilələrdə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq müqavilələrin 8.1-ci maddələrində qeyd edilən şərtə əsasən bu müqavilələr müddət bitdikdən sonra hər dəfə 12 ay müddətinə uzadılmışdır. Cavabdeh tərəfindən (etibar edən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnamə əsasında onun atası İddiaçı (etibar edilən) 14 iyun 2022-ci il tarixində Bankın müvafiq müştəri xidməti strukturuna (Müştəri xidməti departamentinə) yaxınlaşmış, bu etibarnamə əsasında adları yuxarıda qeyd edilən hər 3 müqavilə üzrə vəsaitləri Bank tərəfindən əmanətin qəbul edilməsi üçün SadıxovToğrul Tofiq oğlunun adına açılmış ******************** nömrəli hesabdan vaxtından əvvəl məxaric etməklə müqavilələrin 4.2-ci bəndinə əsasən müqavilələrə vaxtından əvvəl xitam vermiş və 242.938 manat vəsaiti məxaric etmişdir. İddiaçı tərəfindən müvafiq vəsaitlər məxaric edildikdən sonra oğlu – etibar edən Cavabdeh Bankın çağrı mərkəzinə müraciət etmiş və pul vəsaitinin məxaric edilməsi məsələsinin araşdırılıb onacavab verilməsini xahiş etmişdir. Bank tərəfindən ona məlumat verilmişdir ki, müvafiq vəsait etibarnamə əsasında hərəkət edən şəxs tərəfindən məxaric edilib. O isə banka bildirmişdir ki, onun tərəfindən verilmiş etibarnaməyə xitam verilib. Bundan sonra bank tərəfindən aparılmış araşdırmalar nəticəsində müvafiq yoxlama aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən (etibarən edən) atası İddiaçı (etibar edilən) verilmiş “AR-İ №891359” blank nömrəli, barkod nömrəsi **********535 olan 25 sentyabr 2019-cu il tarixli etibarnaməyə 02 mart 2021- ci il tarixində xitam verilib. Bundan sonra Cavabdeh Banka həmçinin yazılı şəkildə 22 iyun 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, ona məxsus olan məbləğin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, müvafiq etibarnaməyə 02 mart 2021-ci il tarixində xitam verildiyi üçün İddiaçı 14 iyun 2022-ci il tarixində Bank tərəfindən əmanətin qəbul edilməsi üçün Cavabdeh adına açılmış ******************** nömrəli hesabdan müvafiq vəsaiti məxaric etməyə, müqavilələri ləğv etməyə hüququ olmamışdır. Qeyd edir ki, iddiaçının bu tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin müvafiq qaydada icraatında iş olduğu üçün bu məhkəmənin mübahisə pretmeti ola bilməz. Buna baxmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iş üzrə icraata xitam verməmiş tələbə hüquqi qiymət verməyə çalışmışdır. Buradaməhkəməprosessualpozuntuyayolverməkləqətnaməçıxarmışdır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh mülkiyyət hüququnu pozmaqla çıxarılmışdır. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Belə ki, bir daha qeyd edək ki, buçıxarışlara əsasən daşınmaz əşyalar Cavabdeh məxsusdur: -09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02- 11301 reyestr nömrəli çıxarış; -13 aprel 2017-ci il tarixdə verilmiş RXseriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarış; -MH seriyalı, ******* nömrəli, qeydiyyattarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101- 093009 olan çıxarış; -MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101- 093008 olan çıxarış; -RX seriyalı, ******* nömrəli,**********72-05301- 083049 reyestr nömrəli, 20 fevral 2019- cu il tarixli çıxarış; -RX seriyalı, ******* nömrəli,**********72-05301- 083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarış. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Belə ki, bu bağışlama müqavilələri əsasında Cavabdeh daşınmaz əşyalara çıxarış almaqla mülkiyyət hüququ əldə etmişdir: -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 58 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; -Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşaDadaşov küçəsi, 8-ci mkr., 68 nömrəli binada yerləşən, yaşayış sahəsi 77,36 kv.metr, ümumi sahəsi 106,06 kv.metr olan 5 otaqlı 60 nömrəli mənzili 01 dekabr 2007-ci ildə; -Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evini 03 avqust 2012-ci ildə; -Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47 (Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzili 11 aprel 2017-ci ildə; -ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 20 kv.metr olan qeyri yaşayış sahəsini 13 fevral 2019-cu ildə; -ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 21 kv.metr olan qeyriyaşayış sahəsini 13 fevral 2019-cu ildə iddiaçı cavabdehə bağışlamışdır. İş üçün əhəmiyyətli hallar hesab olunan yazılı qaydada bağlanmış, notariat qaydasında təsdiq olunmuş bağışlama müqavilələri və bu bağışlama müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə olunmuş çıxarışlar sübut qismində iş materiallarına əlavə olunmuşdur. Bakışəhəri Binəqədi Rayon Məhkəməsi qətnamə çıxarakən maddi və prosessual normaların pozmuşdür. Qətnamədə ifadə etdiyi məsələlər bir-biri ilə ziddiyət təşkil etmişdir. Ehtimala əsaslanan fikirlər qeyd edilmişdir. Məhkəmənin qərəzli və əsassız mövqeyi özünü burada büruzə verir ki, bir tərəfdən o mübahisənin yaranması ailə münasibətlərinin korlanması ilə əsaslandırır, digər bir tərəfdən isə iddiaçının iddia etdiyi cavabdehin iddiaçının xəstə bacısına, 91 yaşlı nənəsinə baxmamasına dair sübutun olmadığını qeyd edir. Məhkəmə qərəzli mövqedən çıxış edərək yersiz əsaslandırmalar aparmağa çalışmışdır. Qətnamədə göstərilən bu fikirdən də açıqaydın görünür ki, məhkəmə qərəzli mövqe ilə çıxış edərək ehtimala əsaslanan ifaadələr qeyd etmişdir: “Cavabdeh tərəf iddia tələbində göstərilən, cavabdehin adına "xxxx" ASC-dəki əmanət hesabına yerləşdirilmiş 242938 manat pul vəsaitinin iddiaçının pulu olmadığını iddia etsə də, mülki iş materialları ilə iri məbləğli pul vəsaitlərinin cavabdehdən əvvəl iddiaçıya məxsus bank hesablarında mövcud olduğu öz təsdiqini tapmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 37.İddiaçı “Elektron Kabinet” vasitəsilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “qeyd edilən heç bir bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bu zaman iddiaçı nə xəstə bacısı, nə də 91 yaşlı anası ilə bağlı iradə ifadəsi bildirmişdir. Bu məzmunda müqavilələrin bəndlərində heç bir qeyd yoxdur.” Bu əsaslandırmanın məna və məzmun baxımından iddianın təyinat və mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Çünki iddia tələbində “müqavilə şərtlərinə əməl edilməmə səbəbilə imtinadan” söhbət belə getmir. Belə ki, müqavilə şərtlərinə əməl edilməmə səbəbi ilə bağışlamadan imtina Mülki Məcəllənin (bundan sonra qısaca MM) 673.1.3-cü maddəsində nəzərdə tutulmuşdur. MM-in 673.1.3-cü maddəsi müəyyən bir şərtlə edilmiş olan bağışlamalarda hədiyyə alanın həmin o şərtə əməl etməməsi halları üçün nəzərdə tutulan bir imtina səbəbidir. Məsələn, M, öz torpağını A-ya həmin torpaq sahəsində bağ salınması şərti ilə bağışlamasına baxmayaraq A bu hədiyyəni əldə etdikdən sonra orada bağ salmadıqda M, bağışladığı bu torpağı MM.m.673.1.3-ə əsaslanaraq A-dan geri tələb edə bilər. Halbuki icraatınızda olan iddia tələbi isə, MM-in 673.1.2-ci maddəsində nəzərdə tutulan qanuni əsasa, yəni cavabdehin ailə hüququndan irəli gələn vəzifələrini kobud şəkildə pozması səbəbinə əsaslanır. Bununla bağlı başlıca olaraq aşağıdakı xüsuslara diqqəti cəlb etməyi vacib hesab edir: Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, insanlar adətən ancaq özünə çox yaxın hesab etdiyi şəxsə ciddi iqtisadi dəyər daşıyan əmlak nemətləri bağışlayırlar. İnsanın özünə çox yaxın bildiyi şəxsə edilən bu cür ciddi əmlak nemətlərinin bağışlanması əlbəttə ki, hədiyyə alandan bu yaxınlığa uyğun hərəkət və rəftar ediləcəyi gözləntisi ilə edilir. Məhz bu səbəblə də insanlar ciddi bağışlamaları heç bir gözləntisi olmayan tamamilə yad şəxslərə deyil, tam əksinə, özünə çox yaxın bildiyi və bu səbəblə də yaxşı mənada böyük gözləntisi olan şəxslərə ciddi əmlak nemətləri bağışlayırlar. Bu baxımdan təsadüfi deyildir ki, belə ciddi əmlak nemətləri bir qayda olaraq ailə üzvləri arasında olur. Çünki insanlar arasında böyük və güclü yaxınlığı təmin edən əsas amillərin başında heç şübhəsiz ailə bağları gəlir. Bunun labüd nəticəsi olaraq da insanın şəxsi həyatı baxımından böyük iqtisadi dəyər daşıyan bağışlamalar əsasən yalnız ailə üzvləri arasında olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamaların kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan ümid və inamdır. Bu baxımdan ailə üzvlərinə edilən belə böyük bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlama edən şəxsə qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və ehtiram göstəriləcəyinə olan inam və etimada əsaslanır. Başqa sözlə hədiyyə alanın hədiyyə edən ailə üzvünə qarşı ailə dəyərlərinə uyğun vəfa və münasibət göstərəcəyinə dair olan inam və ümid motivi ilə edilir. Hədiyyə alanın ailə hüququndan irəli gələn vəzifələrini kobud şəkildə pozması bu inam və etimadı puç edir. Bu isə edilən bağışlamanın əsasının aradan qalxması deməkdir. Məhz bu səbəblə də MM-in 673.1.2- ci maddəsində hədiyyə alanın ailə hüququndan irəli gələn vəzifələrini hədiyyə edənə və ya onun yaxın qohumlarından birinə qarşı kobud şəkildə pozması verilmiş hədiyyənin geri qaytarılmasına qanuni əsas kimi nəzərdə tutulmuşdur. Nəzərə alsaq ki, Cavabdeh, İddiaçı yeganə oğludur və ata oğluna yalnız əmlakından hər hansı bir dəyərli əşyanı deyil, özünün bütün əmlak dəyərlərinin hamısını bağışlayıb, onda məsələnin bununla bağlı mahiyyəti daha açıq bir şəkildə özünü göstərir. Çünki iş materiallarından da göründüyü kimi iddiaçı ata özünün yeganə oğluna ailə hüququndan irəli gələn yaxınlığa o dərəcədə arxayın olmuşdur ki, özü üçün böyük iqtisadi dəyər kəsb edən hər hansı bir əmlak dəyərini deyil, ümumiyyətlə bütün əmlak dəyərlərinin hamısını (evlərinin hamısını, avtomobil və bank əmanət hesabında olan vəsaitinə qədər hər şeyini) oğluna bağışlamışdır. Sözsüz ki, iddiaçı ata bütün bunları cavabdeh oğluna özünün bir növ ən etibarlı gələcək təminatı gözü ilə baxdığı üçün bağışlamışdır. Halbuki ata tərəfindən bu şəkildə ən böyük etimad və ümid bəslənilən Cavabdeh hədiyyə edənin getdikcə daha çox yaşlandığı və dolayısı ilə daha çox diqqət və qayğıya ehtiyacı olan bir dövrdə onunla etibarlı və sağlam münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməklə iddiaçı ata və ata tərəfdən nənəsi olan 91 yaşlı Zenfira xanım ilə nəinki ailə münasibətləri, hətta ümumiyyətlə onlarla hər hansı bir münasibət qurmaqdan qəti şəkildə imtina etmiş, çoxsaylı müraciətlərə baxmayaraq iddiaçı ataya qarşı düşmən münasibəti bəsləməyi davam etdirmişdir. Bununla bağlı sübutlar iş materiallarında və birinci instansiya məhkəməsi qətnaməsində öz əksini və təsdiqini tapır. Bütün bunlar isə ata tərəfindən edilən bağışlamaların məqsədinin aradan qalxdığını və MM-in 673.1.2-ci maddəsinin tətbiqinin labüd olduğunu göstərir. Nəzərə alsaq ki, ailə hüququndan irəli gələn vəzifələrin hətta bir dəfə belə kobud şəkildə pozulması AR Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin tətbiqinə qanuni və hüquqi əsas verir, onda cavabdeh tərəfindən ailə hüququndan irəli gələn öhdəliklərin davamlı və düşünülmüş şəkildə mütəmadi pozulmasının bağışlamadan imtina üçün nə qədər ciddi əsas verdiyini daha asanlıqla başa düşmək olar. Başqa sözlə, AR Mülki Məcəlləsinin 673.1.2-ci maddəsi hazırki iddia tələbi ilə bağlı tətbiq olunmayacaqsa, o zaman başqa heç bir halda tətbiq olunmaz! Qeyd olunması zəruri hallardan biri də odur ki, bağışlamadan imtina səbəblərindən biri kimi ailə hüququndan irəli gələn vəzifələrin kobud şəkildə pozulmasının qanunvericilikdə öz təsbitini tapmasının ən önəmli səbəblərindən biri də məhz ailə məhfumunun, ailə institutunun qorunmasıdır. Azərbaycan cəmiyyətində və bunun məntiqi nəticəsi olaraq Azərbaycan hüquq sistemində ailə institutu və ailə dəyərləri olduqca vacib əhəmiyyətə malikdir. Məhz bu səbəblə də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində ailənin cəmiyyətin özəyini təşkil etdiyi və dövlətin xüsusi himayəsində olduğu bildirilmişdir. Konstitusiyanın bu norması etibarlı və sağlam ailə dəyərlərini gücləndirmək məqsədi daşıyır. Ailə dəyərlərini gücləndirmək məqsədi heç şübhəsiz əvvəlcə ilkin ümdə şərt olaraq ailə dəyərlərinin qorunmasını labüd edir. Başqa sözlə, etibarlı və sağlam ailə quruluşunun təmini hər şeydən əvvəl ailə dəyərlərinin qorunmasını özündə ehtiva edir. Etibarlı və sağlam ailə münasibətlərini qorumaq və gücləndirmək isə, ailə dəyərlərinin pozuntulardan qorunmasını labüd edir. Ailə dəyərlərinin hüquqi baxımdan pozuntulardan qorunması isə yalnız bu dəyərləri pozanlara qarşı müvafiq sanksiyanı labüd edir. Mülki hüquq baxımdan başlıca hüquqi sanksiya isə əsasən əmlak nemətlərindən məhrumiyyət şəklində olur. Bu baxımdan MM-in 673.1.2-ci maddəsi də bağışlamadan imtina səbəbləri içərisində“hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda” səbəbini göstərməklə sırf ailə üzvlərini ailə münasibətlərindən irəli gələn vəzifələrini icra etməkdə intizamlandırmaq məqsədi daşıyır və bu vəzifələri pozanlar baxımından mülki hüquqi sanksiyanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, konstitusion müddəaların hüquqi funksiyası və əhəmiyyəti qanunverici, icra və məhkəmə hakimiyyəti üçün məcburi yanaşma və hərəkət istiqamətini göstərməkdən ibarətdir. Başqa sözlə, qanunverici orqan qanunları qəbul edərkən, icra hakimiyyəti bu qanunları icra edərkən, məhkəmələr isə bu qanunlarla tənzimlənən məsələlərə dair mübahisələri həll edərkən konstitusion müddəalarda qeyd olunan istiqamətlər üzrə hərəkət etməlidirlər. Qanunverici, icra və məhkəmə hakimiyyəti öz hərəkət və qərarlarını konstitusion müddəalarda qeyd olunan məqsədlərə çatmaq istiqamətində həyata keçirməlidirlər. Əks halda konstitusiyaya və dolayısı ilə də hüquqa və qanunvericiliyə zidd hərəkət edilmiş olar. Bu nöqteyinəzərdən də, dövlət hakimiyyətinə daxil olan qanunverici orqan qanun qəbul edərkən, icra hakimiyyəti orqanları qanunları icra edərkən və məhkəmə hakimiyyəti orqanı mübahisələri həll edərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da dəfələrlə qeyd olunan etibarlı və sağlam ailə münasibətlərinin qorunmasını və möhkəmlənməsini təmin etmək istiqamətində hərəkət etməlidir. MM-in 673.1.2-ci maddəsi də məhz AR Konstitusiyasının 17-ci maddəsinin göstərişlərinə uyğun olaraq qanunverici orqan tərəfindən qəbul edilən bir normadır. Başqa sözlə, MM-in 673.1.2-ci maddəsi ailə institutunun qorunması ilə bağlı konstitusion göstərişin AR Mülki Məcəlləsindəki təzahür formalarından biridir. Bu səbəblə də dövlət hakimiyyəti orqanı kimi məhkəmələr tərəfindən valideynlərə qarşı hörmət və qayğı, ailə üzvləri arasındakı qarşılıqlı inam və etimad kimi ülvi ailə dəyərlərini kobud şəkildə pozan şəxslərə qarşı nəzərdə tutulan MM-in 673.1.2-ci maddəsinin tətbiqi hüquqi bir zərurətdir. Əks halda MM-in 673.1.2-ci maddəsinin tətbiqi mümkünsüz hala gələr ki, bu da məhkəmə qərarının təkcə konstitusion əsas və göstərişlər başda olmaqla maddi hüquq normasına zidd olması nəticəsini deyil, həm də cəmiyyətin əsasını və özəyini təşkil edən ailə institutunun zədələnməsi və bu yolla bütövlükdə cəmiyyətin özünün zəiflədilməsi deməkdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c)Məhkəmə icraatı iştirakçılarının izahatları 38.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkiliVəkil5 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 39.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahatlar verərək, apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişlər. 40.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
41. 12-ci maddəsinin İ hissəsinə əsasəninsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasınınvətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
42. 34-cü maddəsinin V hissəsinəəsasən Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 43.Maddə 1.3.Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 44.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqlahədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bircavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbuletməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyəninqəbul edildiyi ehtimal olunur. 45.Maddə 673.1.2.Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğunolaraq onun üzərinəqoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarınınbiri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 46.Maddə 673.3.İmtina yalnız onun əsasının hədiyyə verənə məlumolduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı haldaqüvvədədir. 47.Maddə 673.4.Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgərbağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 50.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 51.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri
52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası cavabdeh tərəfidinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi hüquq normasının pozulmasına görə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakı əsasları nəzərə almağı vacib hesab edir. 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Plenum qərarında MM-in 673.1.2-ci maddəsinin AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələblərinin təmin edilməsi məqsədinə xidmət etidiyi göstərilməklə etibarlı və sağlam ailə münasibətlərinə ciddi zərər vuran hərəkətlərin bağışlamadan imtina üçün əsas olduğu təsdiq edilmişdir. Belə ki, sözügedən bu plenum qərarında ailə anlayışının hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə etdiyi bildirilmiş, ailə dəyərləri dedikdə isə ailə üzvlərinin qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunmasının nəzərdə tutulduğu qeyd olunmuşdur. MM-in 673.1.2-ci maddəsinin şərhi və tətbiqi məsələsi ilə bağlı konstitusiya məhkəməsi öz mövqeyini “ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir” şəklində bildirmişdir. Konstitusiya Məhkəməsi öz şərh qərarında MM-in 673.1.2-ci maddəsinin məhz bu qeyd olunansəbəblərə görə hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulmasının bağışlamanın motivini aradan qaldırdığından bu halın hədiyyədən imtina üçün əsas təşkil etidiyini bildirmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, mövcud məhkəmə mübahisəsi ilə əlaqəli işin bütün halları hərtərəfli nəzərə alındıqda, iddiaçı baxımından MM-in 673.1.2-ci maddəsinə əsasən bağışlamadan imtina üçün nəzərdə tutulan şərtlər baş vermişdir. 57.Belə ki, işin mübahisəsiz olan faktlarından biri odur ki, iddiaçı ata müxtəlif vaxtlarda əldə etdiyi özünün bütün əmlakınınhamısını cavabdeh oğluna bağışlamışdır. Bu bağışlamaların hamısı eyni vaxtda deyil, müxtəlif vaxtlarda baş vermişdir. Bu isə, iddiaçı atanın hansısa müvəqqəti bir emosional duyğunun təsiri nəticəsində deyil, düşünülmüş və davamlılıq təşkil edən yaxınlıq hissi və motivi nəticəsində edildiyi qənaətinə gəlməyə əsas verir. Bu xüsusat iddiaçı atanın özünün iş yerinə ən yaxın və daha dəyərli olan yaşayış sahəsinidə belə özünün deyil, həmin yaşayış sahəsini cavabdeh oğlu və onun ailəsinin yaşaması üçün ona verməsi faktında özünü daha qabarıq şəkildə göstərir. 58.Bütün bunlardan sonra iddiaçı atanın müxtəlif vaxtlarda etmiş olduğu bu bağışlamaların üzərindən xeyli müddət keçdikdən sonra qəflətən bütün bu bağışlamaların hamısından imtina etdiyini bildirərək, onların hamısının özünə qaytarılması barəsində iddia qaldırması həyatın normal axarına görə səbəbsiz ola bilməz. 59.İddiaçı ata buna səbəb olaraq qızına (cavabdehin bacısına) müqayisədə çox az olan dəyərdə bağışlama etməsi səbəbi ilə cavabdeh oğlunun ona və anasına (cavabdehin nənəsinə) qarşı bütün əlaqə və münasibətləri kəsdiyini, iddiaçıya qarşı mütamadi şəkildə kobud və təhqiramiz ifadələr işlətməyə başladığını və beləliklə ona qarşı ailə hüququndan irəli gələn vəzifələrini kobud şəkildə pozmaqla ona qarşı nankor və pis rəftar içərisində oluğunu göstərir. Cavabdeh tərəf olaraq oğul isə bunun səbəbinə dair nə ilk, nə də apelyasiya instansiyası icraatı zamanı heç bir açıqlama verməmiş, üstəlik iddiaçı ataya qarşı onun (cavabdehin) nankor və pis rəftarı içərisində olması ilə bağlı iddialara isə israrla etiraz mahiyyətində heç bir izah və dəlil irəli sürməmişdir. Cavabdeh tərəf yalnız bağışlamanın şərtə bağlı olmadığını və bağışlamdan imtina ilə bağlı müddətin ötürüldüyünü bildirməklə özünü müdafiə etməyə çalışmaqla iddiaçının “nankor və pis rəftar iddiasını” dolaylı olaraq etiraf və təsdiq etdiyi nəticəsinə gəlməyə əsas verir. Mübahisəli məsələyə tam aydınlıq gətirilməsi üçün məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq israrla heç vaxt heç bir məhkəmə iclasında iştirak etməməsi bu qənaətinin daha da qüvvətlənməsinə səbəb olmuşdur. 60.Bütün bunlara bir də iş materiallarına əlavə olunan cavabdeh oğulun adından iddiaçı ata tərəfindən 20 əvvəlki tarixdə baş verdiyi iddia olunan cinayət əməlinin törədilməsi ilə bağlı müxtəlif dövlət orqanı və qurumlarına, o cümlədən iddiaçının özünün işyeri rəhbərliyinə də sübutu olmayan şikayət məktublarınıngöndərliməsi və iddiaçı və 91 yaşlı anası (cavabdehin nənəsi) ilə bütün münasibətləri kəsdiyini və onlarla ünsiyyəti qəti olaraq rədd etdiyini təsdiq edən votsap mesajlaşmalarının olması faktı əlavə etdikdə məhkəmə tərəfindən tərəflər arasında etibarlı və sağlam ailə münasibətlərinin kökündən sarsıldığı qənaətinə gəlməyə əsas verir. 61.Həmçinin bank hesabındakı pul vəsaitinin də ata tərəfindən cavabdehə bağışlandığı işin hallarına uyğun gəlir. Belə ki, daha əvvəl bank hesabında sözügedən məbləğə uyğun vəsaitin iddiaçı atanın adında olduğu dövrdə cavabdehin adında pul vəsaitinin olmaması, məhz iddiaçı atanın adına olan pul vəsaiti bank hesabından tamamilə çıxarıldıqdan sonra cavabdehin adına həmin məbləğə uyğun vəsaitin olması və bundan sonra iddiaçı atanın adına bank hesablnda pul vəsaitinin olmaması, cavabdehin bank hesabındakı pul vəsaiti ilə bağlı etibarnaməni heç kimə deyil, məhz yalnız iddiaçı ataya verməsi,cavabdehin adına olan daşınmaz əşyaların heç birinin cavabdehin özü tərəfindən əvəzli olaraq əldə edilmədiyi, cavabdehin adına olan bütün daşınmaz əşyaların hamısının məhz iddiaçı ata tərəfindən hədiyyə edildiyinin işin mübahisəsiz halı olduğunu, həyatın normal axarına görə adətən əldə edilən gəlirin ehtiyacdan artıq qalan hissəsi sayəsində bank hesabına əmanət olaraq vəsaitin qoyulduğunu nəzərə aldıqda iddiaçının bununla bağlı iddiasının işin hallarına uyğun gəldiyini qəbul etmək lazım gəlir. Cavabdeh tərəf bu uyğunluğa etiraz olaraq sadəcə hesabda olan vəsaitin özünün adına olduğnu bildirməklə kifayətlənmişdir. Halbuki bu məhkəmə icraatında mübahisə pul vəsaitinin kimin adında olması barəsində deyil, həmin pul vəsaitinin bağışlama nəticəsində cavabdehin adında olması və bağışlamadan imtina səbəbilə də həmin pul vəsaitinin bağışlayanın özü tərəfindən geri götürülməsi faktının olub-olmadığına dairdir. Beləliklə, cavabdeh tərəfin yuxarıda qeyd olunan bu uyğunluğu aradan qaldıran izah mahiyyətli heç bir cavab verməməsi və bununla bağlı iddiaya etiraz olaraq aydınlıq gətirən hər hansı bir dəlil və əsas göstərməməsi məhəkəməyə iddiaçının bununla bağlı iddiasınınhəqiqi olduğuna dair qənaət gətirməyə əsas verir. 62.Cavabdeh tərəfin “niyə iddiaçının indiyədək deyil, pulu bankdan götürdükdən sonra belə bir iddia qaldırır” sualı ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi ilə razılaşır ki, bağışlamadan imtinaya əsas təşkil edən halın daha əvvəllər baş verdiyinə dair məhkəmə materialları içərisində nə bir iddia, nə də bununla bağlı hər hansı sübut mövcud olmadığından bu etiraz əsassız hesab olunur. 63.Cavabdeh tərəfin 1 illik iddia müddətinin ötürüldüyünü əsas göstərərək iddia müddətinin tətbiqi ilə bağlı etirazı da işin hallarına və qanunvericiliyə uyğun deyildir. 64.Belə ki, MM-in 673.3-cü maddəsində nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Sözügedən bu 1 illik müddətin axımı isə, bağışlamanın həyata keçirildiyi tarixdən etibarən deyil, məhz imtinaya əsas təşkil edən halın baş verməsinin hədiyyə edənə məlum olmasından etibarən başlayır. 65.Hazırkı məhkəmə mübahisəsində isə, işdə olan faktlar və işin halları isə, cavabdeh ilə iddiaçı və onun yaxın ailə üzvləri arasında etibarlı və sağlam ailə münasibətlərini kökündən zədələyən halların 1 ildən daha əvvəlki bir dövrə aid olduğuna əsas vermir. Mövcud məhkəmə işində iddiaçı 03 oktyabr 2022-ci il tarixində imtinaya dair notariat qaydasında təsdiq olunan bildirişi cavabdehə ünvanlamış və bu bildiriş 18 oktaybr 2022-ci il tarixində cavabdehə çatdırılmışdır. İmtinaya dair bildirişin verilmiş hesab olunması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MM-in 673.3-cü maddəsində bildiriş hər hansı bir forma məcburiyyətinə tabe tutulmamışdır və imtinaya dair məhkəmədə iddianın qaldırıldığına dair məhkəmə bildirişin çatdırılması hədiyyə alanı imtina ilə bağlı tam xəbərdar etdiyindən MM-in 673.3-cü maddəsinin tələbini qarşılayır. Nəticə etibarı ilə imtinaya dair bildirişin vaxtında verildiyini şübhə altına alan hər hansı bir fakt və hal məhkəmə işində öz təsdiqini tapmır. Əksinə, iddiaçı tərəfindən cavabdehə olan hədiyyələrin bir qisminin nisbətən daha yaxın tarix olan 2019-cu ildə olması ilə bağlı işin halları onun deməyə əsas verir ki, tərəflər arasında etibarlı və sağlam ailə münasibətlərini kökündən zədələyən hallar daha əvvəl baş verməyib. 66.Birinci instansiya məhkəməsinin bağışlamadan imtina əsası ilə bank hesabındakı pul vəsaitinin iddiaçı tərəfindən geri götrülməsi faktı ilə bağlı işin mübahisəli halına MM-in 673.2.2-ci maddəsini tətbiq edilməsi maddi hüquq normasının səhv tətbiq olunmasına səbəb olmuşdur. Belə ki, MM-in 673.2.2-ci maddəsi həyata keçirilməmiş, yəni hələ reallaşmamış və yalnız vəd mərhələsində olma halını ifadə edən bağışlama vədi ilə bağlı hallara aiddir. Halbuki, hazırki məhkəmə işində pul vəsaiti tamamilə cavabdehin sərəncamında olmuşdur və iddia tələbi də məhz daha əvvəl hədiyyə olaraq verilmiş olan pul vəsaitinin iddiaçı tərəfindən geri götürülməsinin bağışlamadan imtina əsasına söykənməsi ilə bağlıdır. 67.Bundan başqa, iddiaçı özünün iddia tələbində cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması tələbini qoymuş və ilk instansiya məhkəməsi də bu iddianı təmin etmişdir. Halbuki, iddia tələbi cavabdehin özünə münasibətdə aydın olsa da, cavabdehin ailə üzvlərinə münasibətdə qeyri-müəyyəndir və bu səbəblə də cavabdehin ailə üzvlərinə münasibətdə təmin edilə bilməz. 68.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02- 11301 reyestr nömrəli çıxarış ləğv edilməli və Cavabdeh həmin əmlakdan çıxarılmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilin Cavabdeh bağışlanmasına dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 13 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarış ləğv edilməli və Cavabdeh həmin əmlakdan çıxarılmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarış ləğv edilməli və Cavabdeh həmin əmlakdan çıxarılmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarış ləğv edilməli və Cavabdeh həmin əmlakdan çıxarılmalıdır. ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesabolunmalı, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301- 083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarış ləğv edilməli, Cavabdeh həmin əmlakdan çıxarılmalıdır.ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72-05301-083048 reyestr nömrəli, 21 fevral 2019- cu il tarixli çıxarış ləğv edilməli, Cavabdeh həmin əmlakdan çıxarılmalıdır. İddiaçı vəsaiti hesabına "xxxx" ASC-də Cavabdeh adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin Cavabdeh bağışlanmasından imtina edilmiş hesab olunmalıdır. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(001)-279/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 950B ünvanında yerləşən, yaşayış sahəsi 87,84 kv.metr, ümumi sahəsi 260,64 kv.metr olan 5 otaqlı bağ evinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu H.Hacızadə tərəfindən təsdiq edilmiş 03 avqust 2012-ci il tarixli “Bağ evin bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 09 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli, **********02-11301 reyestr nömrəli çıxarış ləğv edilsin və Cavabdeh həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 47; yeni qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16, M10, m5 ünvanında yerləşən, ümumi sahəsi 162,4 kv.metr olan mənzilin Cavabdeh bağışlanmasına dair 11 aprel 2017-ci il tarixli, reyestrdə 4Ə-88 nömrə ilə qeydiyyata alınmış və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə tərəfindən təsdiq olunmuş “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 13 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli çıxarış ləğv edilsin və Cavabdeh həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 58 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093009 olan çıxarış ləğv edilsin və Cavabdeh həmin əmlakdan çıxarılsın; Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0,1137 ha. torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binada 106,06 kv.metr ümumi, 77,36 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 60 nömrəli mənzilin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 12 saylı dövlət notariat ofisinin böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş 01 dekabr 2007-ci il tarixli “Bağışlama müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi 08 yanvar 2008, reyestr nömrəsi **********41-05101-093008 olan çıxarış ləğv edilsin və Cavabdeh həmin əmlakdan çıxarılsın; ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 32 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesabolunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72- 05301-083049 reyestr nömrəli, 20 fevral 2019-cu il tarixli çıxarış ləğv edilsin; Cavabdeh həmin əmlakdan çıxarılsın; ünvan 2 ünvanında yerləşən, 21 kv.metr ümumi sahəsi olan 3-cü zirzəmi mərtəbəsi, 31 saylı qarajın Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 fevral 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən imtina edilmiş hesab olunsun; həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli, **********72- 05301-083048 reyestr nömrəli, 21 fevral 2019-cu il tarixli çıxarış ləğv edilsin; Cavabdeh həmin əmlakdan çıxarılsın; İddiaçı vəsaiti hesabına "xxxx" ASC-də Cavabdeh adına açılmış əmanət hesabına yatırılan 242938 manat pul məbləğinin Cavabdeh bağışlanmasından imtina edilmiş hesab olunsun. Dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov