Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3478/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Fuad Fikrət oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX maraqlı şəxs qismində qeyd edilməklə) «müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqavilələri üzrə hesablanmış cərimə və faizin silinməsi; sözügedən müqavilələr üzrə borcun tam şəkildə ödənilmiş hesab edilməsi; 23.07.2014-cü il tarixli 3-G1-0-459-14 saylı ipoteka və 15.07.2015-ci il tarixli 3-G1-2-0- 187-15 saylı sonrakı ipoteka müqavilələrinə xitam verməklə X3 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3 saylı binada yerləşən, 3 otaqlı, 31 saylı mənzilin girovdan çıxarılması; əmlakın girovdan çıxarılması ilə bağlı bütün işlərin görülməsi vəzifəsinin bankın üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC İddiaçı və X3 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-nin xeyrinə 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə banka 4.472,95 AZN əsas borc, 678,65 AZN faiz, 227,17 AZN cərimə və kredit müqaviləsi üzrə 23.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 647,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6.025,92 AZN; 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə banka 2.482,96 ABŞ dolları faiz, 408,79 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3.038,85 ABŞ dolları borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X3 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 məxsus olan həmin mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X2 və digər şəxslərin həmin mənzildən olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə 859 manat 31 qəpik əsas borc, 50 manat cərimə olmaqla, cəmi 909 manat 31 qəpik; 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə 1.718 ABŞ dolları 19 sent faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147 ABŞ dolları 10 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.965 ABŞ dolları 29 sent ödəniş anı üçün Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnəyə uyğun manatla; ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdeh İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tələb üzrə tutmanın X3 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 125.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh X3 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdeh X2 həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla baxılmışdır, belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir, borcluların müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Rayon məhkəməsi ekspert rəyinə əsaslanmaqla yekun qərar qəbul edib, ancaq rəydə qeyd edilmiş silinmələrin maliyyə arayışı və hesabdan çıxarışdakı məbləğlərlə ziddiyyət təşkil etdiyini nəzərə almamışdır. Həmçinin ekspert rəyndə 5 faiz əldən çıxmış fayda da nəzərə alınmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh ASC (rebrendinqdən öncə "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 36 ay müddətinə, illik faiz dərəcəsi 25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit vermişdir. Cavabdeh ASC (rebrendinqdən öncə "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 24 ay müddətinə, illik faiz dərəcəsi 25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9.000 ABŞ dolları məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli 9/4529 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, Cavabdeh ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2- 0-187-15 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla İddiaçı sual üzrə 16.12.2019-cu il tarixə Cavabdeh ASC-yə hər müqavilə üzrə ayrı-ayrılıqda borcu aşağıdakı kimi müəyyən edilir: 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: - əsas borc üzrə – 581,66 manat; - faiz üzrə – 0,0 manat; 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: - əsas borc üzrə – 177,17 ABŞ dolları; - faiz üzrə – 1.873,40 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli 9/2208 saylı ekspert rəyindən görünür ki: 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 23 iyul 2014-cü il tarixli, 3-G-1-0-459-14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan borcu 859,31 manat məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 859,31 manat; Faiz üzrə – 0,0 manat; Faiz (5 %) üzrə – 0,0 manat. 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 15 iyul 2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan borcu 2.050,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 177,17 ABŞ dolları; Faiz üzrə – 1.720,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 16.01.2020-ci il tarixdə 111,63 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 111,63 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1.938,94 (2.050,57 – 111,63) ABŞ dolları məbləğində borcu qalacaqdır, o cümlədən: Əsas borc üzrə – 67,54 ABŞ dolları; Faiz üzrə – 1.718,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 9/7812 saylı ekspert rəyindən görünür ki: - 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı tərəfindən cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 23 iyul 2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan cəmi borcu 859,31 manat məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 859,31 manat; Faiz üzrə – 0,0 manat; Faiz (5 %) üzrə – 0,0 manat. 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı tərəfindən cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 15 iyul 2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan cəmi borcu 2.050,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 177,17 ABŞ dolları; Faiz üzrə – 1.720,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları Həmçinin qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 16.01.2020-ci il tarixdə 111,63 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmin 111,63 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1.938,94 (2.050,57 – 111,63) məbləğində borcu qalacaqdır, o cümlədən: Əsas borc üzrə – 67,54 ABŞ dolları; Faiz üzrə – 1.718,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Qeyd: iş materiallarında bank tərəfindən 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqavilələri üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, həmçinin kredit müqavilələrinin 6.5-ci bəndində cəriməyə silinmə nəzərdə tutulmadığından hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqavilələri üzrə cərimə hesablanmadı. Mülki iş materiallarında olan 23 iyul 2014-cü il tarixli ipoteka və 15 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, cavabdeh X4 digər cavabdeh İddiaçı kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin mənzil 70.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka və sonrakı ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 10.02.2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinin hazırda likvid qiyməti 125.000 (yüz iyirmi beş min) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Məhkəmə kollegiyası cavabdehin bankın izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində ekspert rəylərində ziddiyyət olduğunu, cərimə borcuna silinmələrin əsas və faiz borcundan silindiyini qeyd etmiş, eyni zamanda ekspert rəyində 5% əldən çıxmış faydanın hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, cavabdeh bank borcun məbləğini mübahisləndirmiş, ekspert rəyləri arasında ziddiyyət olduğunu, bu səbəbdən iş üzrə təkrar ekspertiza keçirlməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən hazırkı məsələ ilə bağlı üç dəfə məhz bankın vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, həmin rəylərdə də borc məbləğləri təqribi eyni olmuşdur. Belə olan halda, cavabdeh bank tərəfindən həmin ekspert rəylərini şübhə altına ala biləcək əsaslı və mötəbər sübut təqdim edilmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh ASC-nin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Babayev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3478/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3478/2022
19.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver