Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3479/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh Əhmədova Bəsdi Ələşrəf qızına qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-702/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Şirkətinin cavabdeh Əhmədova Bəsdi Ələşrəf qızına qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151353 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-702/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə özünün xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, apellyasiya şikayətinin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olmasına əsaslanaraq onu geri qaytarmışdır. Cavabdeh Əhmədova Bəsdi Ələşrəf qızın həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı prosessual hüquq normalarına ziddir və bu səbəbdən ləğv edilməlidir. Belə ki, qətnamə xx xxxxxx 2020-ci il tarixdə qəbul olunduğu halda, elə həmin tarixdə onun poçt vasitəsilə göndərilməsi inandırıcı deyil. Digər tərəfdən, qətnamə rəsmi olaraq ona təqdim edilməmişdir. Tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmədən apelyasiya şikayəti verilmişdir Binəqədi Rayon Məhkəməsinin 2(001)-702/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı oilmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-702/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsi cavabdehin qeydiyyatda olduğu ünvana, habelə faktiki yaşayış yeri kimi qeyd edilmiş ünvanına göndərilmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş qətnamə xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, xx xxxxxx 2021-ci il tarixdə isə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh şikayətində qətnamənin ona çatdırılmamasını bildirsə də, apelyasiya şikayətinin məzmunundan da görünür ki, cavabdeh qeyd olunan məhkəmə qətnaməsinin nəticə hissəsini həmin şikayətdə göstərmişdir. Halbuki, cavabdeh qətnamənin ona rəsmi qaydada təqdim olunması üçün məhkəməyə də müraciət etməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən qətnamənin rəsmi qaydada ona təqdim edilməməsi dəlili inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bəsdi Əhmədova qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-702/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3479/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3479/2021
03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver